Koqnitiv dilçiliyin əsas vahidləri: koqnitiv strukturlar, konsept, konseptosfer və s. kimi adlanacaq.
Koqnitiv dilçilikdə ən mühüm tədqiqat obyekti konsept anlayışıdır. Konseptlər dildə ada malik olan və insanın dünya haqqındakı mədəni-milli təsəvvürünü əks etdirən mental (əqli) mahiyyətdir. Konseptlər sanki insanın şüurundakı mədəni mühitin “laxtasıdır” (Y.M.Lotman). Lakin digər tərəfdən, konsept elə bir məhfumdur ki, onun vasitəsilə insan-adi, sadə insan “mədəni dəyərlə yaratmayan” insan özü bu mədəniyyətə daxil olur və bir çox hallarda ona təsir də göstərir1 .
Rus dilçisi Kubryakovanın “Koqnitiv terminlərinin qısa lüğəti”ndə konsept yaddaşın operativ vahidi kimi və ya insan psixikasında əks olunan mənzərənin vahidi kimi təyin olunur. Məfhumlardan fərqli olaraq konseptlərin milli mədəni özünəməxsusluğu var. Bu səbəbdən alimlər bu və ya digər cəmiyyət üçün səciyyəvi olan konseptləri öyrənməyə başlamışlar (taleh, qismət, dost, od və s.).
Moskva semantik məktəbi sırf mədəni konseptləri öyrənir. Konseptlərin daxili quruluşu, etnik xüsusiyyətləri, mədəniyyətlərarası tutuşdurmaları linqvokulturologiyanın məsələlərinə də daxildir. Lakin son illər konseptlərin öyrənilməsi məsələsi, məhz koqnitiv dilçiliyə aid edilir.
L. Çerneyko hesab edir ki, “anlayış (məfhum) konseptə daxildir, lakin konsept tək anlayış ilə tamamlanmır, o, sözün bütün məzmununu – denotativ və konnotativ məzmununu; müəyyən mədəniyyətin daşıyıcılarının sözün əsasında duran və hadisənin səciyyəsi haqqında təsəvvürlərini əhatələndirir; sözün assosiativ əlaqələrinin müxtəlifliyi aspektində təsəvvürlərini əhatələndirir”2.
Konsept termini altında biz əqli və milli, xüsusi törəmə başa düşürük. Bu törəmənin məzmun tərəfini müəyyən obyekt haqqında olan bütün biliklərin cəmi; ifadə tərəfini isə həmin obyekti təsvir edən, obyekt haqqında təsəvvürləri adlandıran leksik, frazeoloji və paremioloji vahidlər təşkil edir.
Koqnitiv semantika və konseptual metafora nəzəriyyəsi. Koqnitiv dilçiliyin ən böyük nailiyyətlərindən biri konseptual metafora nəzəriyyəsidir. Bu nəzəriyyənin əsası 1980-ci ildə Amerika dilçisi Corc Lakoff və fəlsəfəçi Mark Consonun “Metaforalar hansılarla ki, biz yaşayırıq” adlı kitabı ilə qoyulmuşdur. Lakoff və Conson üçün metafora sözün məcazi mənası deyil, metafora təfəkkürün və mədəniyyətin fenomenidir, yəni konseptual metaforadır. Dildə metaforalar məcazi ifadələr kimi ona görə mümkündür ki, təfəkkür ilk növbədə məcazidir və metaforalar bu təfəkkürün xüsusiyyətinin ifadəçisidir. Konseptual metaforaların linqvistik təhlili şüurun quruluşu haqqında təsəvvür yaradır. Məsələn, Lakoff və Consonun kitabında qeyd edilir ki, “ Mübahisə müharibədir, çünki mübahisə zamanı biz opponenti düşmən kimi dərk edirik, onun tutduğu mövqelərinə hücum edirik, öz mövqelərimizi isə müdafiə edirik; mübahisədə biz ya uduruq, ya uduzuruq.
Lakoff və Consonun fikirlərinə görə, metaforanın mahiyyəti digər anlayışın mahiyyəti ilə başa düşülür. Bu ikinci anlayışın mahiyyəti sfera-mənbə adlanır. Birinci açıqlanan metafora isə sfera-hədəf adlanır.
Mübahisə ← müharibədir
↓ ↓
Sfera-hədəf sfera-mənbə
Bu konseptual metaforanın sxemidir. Konseptual metaforanın funksiyası ondadır ki, mürəkkəb və mücərrəd anlayışları sadə və konkret anlayışlar vasitəsilə izah etməkdir. Alimlərin fikrincə, obrazlılığı silinmiş metaforalar (uzual) gerçəkliyin dərk etmə vasitələrini daha çox aşkarlamağa imkan verir, nəinki okkazional (fərdi) metaforalar – onlar fərdi düşüncəni və ya qeyri-standart vəziyyəti səciyyələndirmək üçün daha yaxşıdır.
Konseptual metaforaların müxtəlif növləri var:
İstiqaməti, səmtləşməni bildirən metaforalar;