Alt-komponent 5.1: Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, müəllim peşəsi ilə bağlı reqlamentləşdirici qaydaların yenidən işlənməsi və tətbiqi.
Əsas vəzifələr - Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi məqsədilə struktur dəyişikliklərinin davam etdirilməsi; Müəllimlərin işə qəbulu (fəaliyyətinin lisenziyalaşdırılması) və fəaliyyətinin qiymətləndirilməsi qaydalarının təkmilləşdirilməsi; Təhsil sistemində strateji planlaşdırmanın və yeni hesabatvermə sisteminin tətbiqi; İdarəetmə üzrə mütəxəssislərin hazırlanması strategiyasının işlənilməsi; Rəhbər təhsil işçilərinin idarəetmə bacarıqlarının artırılması.