Alt-komponent 5.2: TİMS-in ölkə səviyyəsində həyata keçirilməsi və ondan istifadənin genişləndirilməsi.
Əsas vəzifələr - Mövcud TİMS-in yeni platformaya keçirilməsi; TİMS modullarının artırılması və sistemin təkmilləşdirilməsi; TİMS şəbəkəsinin qurulması; Təhsil Nazirliyi və Rayon (Şəhər) Təhsil Şöbələrində TİMS-in qurulması və istifadəçilərin hazırlığı; TİMS-in idarəetmə strukturunun təkmilləşdirilməsi; Məktəb idarəetmə məlumat sisteminin qurulması.
Alt-komponent 5.3: Məktəb şəbəkəsinin rasionallaşdırılması və şagirdbaşına maliyyələşdirmə islahatlarının qiymətləndirilməsi.
Əsas vəzifələr - Məktəb şəbəkəsinin rasionallaşdırılması qaydasının müəyyənləşdirilməsi; Ölkə üzrə məktəb şəbəkələrinin rasionallaşdırılması üzrə müvafiq proqramın hazırlanması; Ölkə üzrə məktəb şəbəkələrinin rasionallaşdırılması üzrə müvafiq proqramın icrasına dəstək; Şagird başına maliyyələşmə üzrə aparılan islahatların qiymətləndirilməsi.