Üçüncü komponent - Məktəb qrantı proqramı. Bu komponentin həyata keçirilməsi üçün 870 min ABŞ dolları nəzərdə tutulmuşdur.
Dördüncü komponent - İdarəetmə, planlaşdırma və monitorinq. 2,33 milyon ABŞ dolları məbləğində vəsait üç alt-komponent üzrə nəzərdə tutulmuş tədbirlərə sərf olunmuşdur:
I alt-komponent: Şagird nailiyyətlərinin qiymətləndirilməsi sistemi
II alt-komponent: Təhsilin İdarəolunması üzrə Məlumat Sistemi (TİMS)
III alt-komponent: İdarəetmə və planlaşdırma imkanları
Beşinci komponent - Layihənin əlaqələndirilməsi və monitorinqi. Bu komponent üzrə 1,87 mln. ABŞ dolları məbləğində olan vəsait Layihənin Əlaqələndirmə Qrupunun fəaliyyətinin təşkilinə, Layihənin monitorinqinə, ictimaiyyətin məlumatlandırılması kampaniyasına, bir sıra tədqiqatların aparılmasına və digər tədbirlərin həyata keçirilməsiniə yönəldilmişdir.
Ikinci mərhələ: Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL) (2008-2013).
1. Bu Layihənin məqsədi: Ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi, yeni məktəb kitabxanaları əldə etmiş və ixtisasartırmadan keçmiş müəllimlərin çalışdığı məktəblərdə təlim nəticələrinin yaxşılaşdırılması və ümumi təhsildə xərclərin səmərəliliyinin artırılmasıdır.
2. Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL) 5 il müddətində həyata keçiriləcəkdir 2008-2013-cü illər.
3. Büdcəsi: 45.4 milyon ABŞ dolları, o cümlədən Beynəlxalq İnkişaf Assosiasiyası (Kredit): 25 milyon; Azərbaycan Hökuməti: 20.4 milyon
Dostları ilə paylaş: |