Banklararası kredit (BAK) – bankların birində resurs çatışmazlığı digərində isə artıq resurs olan zaman onların bir-birlərinə verdikləri kreditlərdir.
Praktiki olaraq bütün bankların vaxtaşırı sərbəst kredit resursları olur. Bu sərbəst resurslar gəlir gətirsin deyə, banklar onları digər borcalan banklara yerləşdirməyə can atırlar. Resursların bu cür yerləşdirilməsi banklar üçün onların təsərrüfata cəlb olunmasından çox əlverişlidir, daha dəqiq desək təminatlıdır. Bu zaman kredit resurslarını cəlb etmək üçün borc alan bankın müxtəlif səbəbləri vardır:
- Bank likvidliyinin operativ şəkildə tənzimlənməsi;
- Aktiv əməliyyatların artırılması üçün əlavə vəsaitlərə tələbat və s.
Banklararası kredit bazarında yeni açılmış banklar da hələ kifayət qədər müştəri toplaya bilmədiklərindən aktiv kreditor kimi çıxış edə bilirlər.
Kreditin bu formasında resursların bölüşdürülmə şərtləri və müddətləri müxtəlifdir. Beynəlxalq təcrübədə belə kreditlərin 1,3 və 6 aylıq növləri daha çox istifadə olunur. Bu kreditlərin həddi isə bir günlə bir neçə il arasındadır. Banklararası kreditlərin cəlb olunması 2 yolla həyata keçirilir.
Dostları ilə paylaş: |