Kredit mahiYYƏTİ,funksiyalari,PRİNSİPLƏRİ VƏ formalari



Yüklə 30,3 Kb.
səhifə9/12
tarix23.04.2022
ölçüsü30,3 Kb.
#56141
1   ...   4   5   6   7   8   9   10   11   12
referat 1306

Beynəlxalq kredit – krеditin bu fоrmаsı bоrс каpitаlının bеynəlхаlq iqtisаdi münаsibətlər sfеrаsındа hərəкətini əкs еtdirir, bеynəlхаlq кrеdit əmtəə və pul (vаlyutа) fоrmаsındа vеrilir. Bu кrеdit münаsibətlərində (кrеdit vеrən və кrеdit аlаn) bаnкlаr, хüsusi firmаlаr, müəssisələr, dövlət, bеynəlхаlq, rеgiоn və yеrli təşкilаtlаr iştirак еdirlər. Bеynəlхаlq кrеdit ölкələr аrаsı iqtisаdi münаsibətlərin gеnişlənməsində və intеqrаsiyа prоsеslərinin sürətlənməsində mühüm rоlа mаliкdir.

İpoteka krediti – qədimdə borc verən borclunun torpağına, üzərində bu əmlakın, torpağın borc öhdəliyi olduğunu bildirən yazı olan sütun bərkidirdi. Bu sütun ipoteka adlanırdı. İpoteka və daşınmaz əmlakın girovu, demək olar ki, sinonim kimi götürülür və eyni məna kəsb edir. Dəqiq desək “ipoteka” termini daşınmaz əmlakın girovu, “ipoteka krediti” isə bu növ girovun təminatı ilə verilən borcdur.

İpoteka kreditinin atributları dedikdə kredit müqaviləsi, girov müqaviləsi və girovnamə başa düşülür.



Girovnamə - borcalanın daşınmaz əmlakının girov qoyulmasını təsdiqləyən və kreditora və ya girovnamənin digər sahibinə sənəddə göstərilən əmlakı, borcalanın onun borcunu ödəməsinin təminatı olaraq satma hüququnu təsdiqləyən sənəddir. Bu sənəd girov müqaviləsi ilə eyni zamanda natarial qaydada təsdiqlənməlidir. Sənədin bir nüsxəsi ipotekanın ilkin girovsaxlayanına verilir, digər nüsxəsi isə təsdiqlənən yerdə saxlanılır. Bu nüsxə girov saxlayanın öhdəliyinin təminatı kimi girov şəklində ötürülə bilər.

İpoteka kredit müqaviləsi faktiki olaraq uzunmüddətli, tərəflərin qarşılıqlı maraqlarına xidmət edən razılaşdırılmış şərtləri ilə tərtib olunan sənəddir. Kreditor – bank üçün bu verdiyi borcun uzunmüddətli gəlirlə qaytarılmasıdır ki, bu qaytarılma daşınmaz əmlakla təmin olunur. Borcalan – girovqoyan üçün isə bu uzunmüddətli investisiya krediti almanın yeganə yoludur. Bu kreditdən əsasən evin alınması və ya tikilməsi, yaxud da torpaq alınması üçün verilən kreditdir.

İpoteka krediti bazarında dörd subyekt fəaliyyət göstərir. Bunlardan hər biri müəyyən funksiyanı yerinə yetirir:

1. borcalan;

2. kreditor-bank;

3. investor;

4. kommersiya banklarından ipoteka kreditinin alıcısı funksiyasını yerinə yetirən struktur.


Yüklə 30,3 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin