Kreditin əsasını onun mahiyyəti təşkil edir. Kreditin mahiyyətini isə ictimai tələbatın reallaşması üçün dəyərin, qaytarılma əsasında hərəkəti kimi müəyyən etmək olar.
Kreditin rolu onun iqtisadiyyatda, əhali və dövlətdə tətbiqindən asılı olaraq xarakterləşir. Əmtəələrin nisyə satılması, məhsul istehsalı və satışının fasiləsizliyi, istehsalın genişlənməsi, əsas fondların artırılması, məhsuldar qüvvələrin inkişafı məhz kreditin sayəsində baş verir.
Kreditor və borcalan arasında bağlanmış kredit sövdələşmələri dəyərin yenidən bölüşdürülməsi mərhələsində yaranır. Mübadilə zamanı müvəqqəti sərbəst qalan dəyər borcalana keçir, sonra öz sahibinə qayıdır. Kredit üçün xarakterik olan bu proses onun birinci funksiyasını – yenidən bölgü funksiyasının yaranmasına səbəb olur.
Bu funksiyanın xüsusiyyətləri hansılardır? İlk növbədə onu ayırd etmək lazımdır ki, kredit vasitəsilə məhz nə yenidən bölünür. Borc sövdələşməsi zamanı kreditor birinci halda borcalana müvəqqəti istifadəyə mal-material qiymətliləri, ikinci halda isə bu gün müasir kredit üçün xarakterik olan pul vəsaitləri verə bilər. Hər iki halda sövdələşmənin mahiyyətinin eyni olmasına baxmayaraq, ötürülən obyekt müxtəlifdir. Lakin bu müxtəliflik obyektin məzmununa deyil yalnız formasına aiddir. Formasından asılı olmayarq hər iki halda dəyərin yenidənbölgüsü baş verir.
Kreditin yenidənbölgüsü funksiyası bütövlükdə dəyərin yenidənbölgüsü deyil, müvəqqəti sərbəst qalan dəyərin yenidənbölgüsü əhatə edir.
Kreditin ikinci funksiyası – həqiqi pulların kredit əməliyyatları ilə əvəz olunması vasitəsilə tədavül xərclərinə qənaət edilməsi fuksiyasıdır. Müasir iqtisadi şəraitdə bu əvəz olunma üçün hər cür şərait yaranmışdır. Mal və xidmətlərə görə nağdsız hesablaşmalar vasitəsilə vəsaitlərin bir hesabdan silinib başqa hesaba köçürülməsi, qarşılıqlı ödəmələrin zaçotu, nağd pul ödəmələrinin azaldılmasına və pul tədavülünün strukturunun yaxşılaşmasına imkan yaratmış olur.
Kreditin üçüncü funksiyası – kapitalın təmərküzləşməsi və mərkəzləşməsinin sürətlənməsi funksiyasıdır. Kapitalın təmərküzləşməsi dedikdə fərdi yığımların hüdudlarının genişlənməsindən söhbət gedir. Belə ki, bir fərdin kapitalı digərlərinin kapitallarına əlavə edilməklə artırılır, bunun nəticəsində fərdi müəssisələr səhmdar cəmiyyətlərə çevrilir.
Subyektlər bir-birləri ilə kredit münasibətlərinə girərkən ciddi şəkildə kreditin prinsiplərinə riayət etməlidirlər. Bu prinsiplərin qorunması həm kreditorun,həm də borcalanın iqtisadi hüquqlarının qorunmasının zəmanəti hesab olunur. Kreditin aşağıdakı prinsipləri mövcuddur:
- qaytarilma müddəti;
- ödənçilik;
-differesiallıq;
-təminatlılıq;
Dostları ilə paylaş: |