Kreditin differensiallıq prinsipi o deməkdir ki,kreditor hər kredit istəyən müştəriyə kredit verməməlidir. O, yalnız bu krediti vaxtında qaytara bilən təsərrüfat orqanlarına verməlidir. Borcalanların bu xüsusiyyətləri borc götürməyə hazırlaşan müəssisə və təşkilatların balansının likvidliyinin təhlilinə,borcalanın cari və gələcək rentabellik səviyyəsinə əsasən müəyyənləşir.
Kreditin ödənclilik prinsipi o deməkdir ki, hər bir borcalan müəssisə müvəqqəti götürdüyü borc vəsaitlərinə görə kreditora müəyyən haqq ödəməlidir ki, bu da özünü faizdə göstərir. Kreditə görə borc faizi dedikdə bir növ kreditin satış qiyməti başa düşülür. Müasir kommersiya bankları borc faizinin dərəcəsi bir sıra əlamətlərə görə müəyyənləşir ki,onlar aşağıdakılardır:
- Milli Bankın kommersiya bankları üçün təqdim etdiyi baza faiz dərəcələri;
- banklararası kreditlərə görə orta faiz dərəcəsi;
- müxtəlif növ depozit hesablara görə kommersiya banklarının müştəriyə ödədiyi faiz dərəcəsi;
- kredit resurslarının strukturu (cəlb olunan vəsaitlərin həcmi nə qədər çox olarsa faiz dərəcəsi də böyük olar);
- kreditin formaları;
- kredit təşkilatlarının növləri;
- kreditin cəlb olunması ilə investisiyaların növləri;
- kreditləşmənin müddətləri;
- kredit təşkilatlarının əməliyyat növləri;
- kreditin təminat dərəcəsi (kreditin təminatı nə qədər aşağıdırsa faiz dərəcəsi bir o qədər yüksək olar);
- ölkədəki inflyasiyanın səviyyəsi, pul tədavülün sabitliyi.
Dostları ilə paylaş: |