Azərbaycan Respublikası


Mərhələ 4. Nizama salma, Keyfiyyətə nəzarət və Səmərəli istifadə



Yüklə 46,5 Kb.
səhifə4/4
tarix26.12.2016
ölçüsü46,5 Kb.
#3710
1   2   3   4
Mərhələ 4. Nizama salma, Keyfiyyətə nəzarət və Səmərəli istifadə


  • Dərman vasitələrinin şəffaf və müstəqil qeydiyyat mexanizmləri;

  • Dərman vasitələrinin keyfiyyətinə nəzarət mexanizmlərinin inkişafı;

  • Məlumat və Monitorinq şöbəsinin təşkili üçün müvafiq plan, vəzifələrin, vasitələrin, cavabdeh şəxslər və tapşırıqların hazırlanması;

  • Əczaçılıq sektorunun müstəqil monitorinqinin həyata keçirilməsi üçün müvafiq üsulların təklifi;

  • Etibarlı məlumat toplama sisteminin təşkilində köməklik göstərmək, hazırkı sistemin gücləndirilməsi və bu mövzuda təlim treninqlərinin keçirilməsi;

  • Milli klinik protokolların yaranmasında kömək göstərmək;

  • Dərman təchizat eləcədə dövlət tərəfindən ödəniş mexanizmlərin səmərəli istifadə səpkisində inkişafı;

  • Təlim kursları vasitəsilə dərman vasitələrinin səmərəli istifadə mexanizmlərinin inkişafı;

  • Əczaçılıq personalı üçün zəruri bilik və təhsil səviyyəsinin təyin edilməsi, bu sektorda yararlı peşəkar qrupunun yaradılması yolları;

  • Əczaçılıq sektorunun davamlı inkişafını təmin edən plan və təşkilat təklifini irəli sürmək.

Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Layihənin İcra Qrupu (LİQ) hazırda ilkin tələblərə cavab verən fərdi məsləhətçiləri qeyd olunmuş xidmətləri təmin etməkdə maraqlı olduğunu bildirməyə dəvət edir. Maraqlı olan məsləhətçilər həmin xidmətlərin təmin olunması üçün tələb olunan bilik və bacarıqlara malik olduğunu əks etdirən məlumatı (Təhsil və İş Təcrübənizə dair Məlumat, oxşar tapşırıqların təsviri, oxşar şəraitlərdə iş təcrübəsi, müvafiq bacarıqların mövcudluğu və s.) təqdim etməlidirlər.

Fərdi məsləhətçi “Dünya Bankının Təlimatı: Dünya Bankından Borcalanlar tərəfindən Məsləhətçilərin Seçilməsi və İşə götürülməsi” (May, 2004-cü il) sənədinə əsasən seçiləcək.

Marağı İfadə edən Sənədin təqdim olunması üçün qeyd olunmuş son tarixə qədər maraqlı olan məsləhətçilər iş günləri saat 11-dən 15-ə qədər aşağıdakı ünvanda əlavə məlumat əldə edə bilərlər.

Marağı İfadə edən Sənəd 2007-ci ilin 23 avqust tarixinə (saat 16:00-a) qədər aşağıdakı ünvana çatdırılmalıdır.

Fərhad Mehdiyev, Direktor


Səhiyyə Sektorunda İslahatlar Layihəsi
Layihənin İcra Qrupu
Səhiyyə Nazirliyi
H. Zərdabi küç. 96
Bakı, AZ1122, AZƏRBAYCAN
Tel./Faks: +994-12-431-6121
Elektron ünvan: fm@mednet.az
Yüklə 46,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin