202
Berqenqrenin (1962) şəhadətinə görə, Alfredin ona məxsus kapitalın Bakı
yataqlarından çəkilməsi (Nobel mükafatının 12%-ni təşkil edirdi) haqqında
qərarı tezliklə beynəlxalq mükafatın təsis edilməsi ilə nəticələndi;
- 1903-1904-cü illərdə dünyada ilk böyük dizel tankerlərinin –
―Vandal‖ və ―Sarmat‖ teploxodları Emmanuel Nobelin rəhbərliyi altında inşa
edildi. Dünyada ilk dəfə ―Vandal‖ teploxodunun (1903) dərinliyi 74,5 m.-yə
çatırdı; onun yük götürmə qabiliyyəti – 750 ton, sürəti 7,4 dəniz milindən artıq
deyildi (1 mil = saatda 1,852 km) idi; burada daimi cərəyan generatoru ilə işə
düşən qeyri-reversiv üç silindirli dizellər quraşdırılmışdı;
- 1909-cu ildə ilk dəfə dünya praktikasında Xəzərin təkindəki neft
laylarının işlənməsi üçün Bibi-Heybət buxtasında tökmə işlərinə başlandı. İşlər
1932-ci ildə mühəndis Pavel Potoskinin rəhbərliyi altında başa çatdırıldı;
- 1910-cu ildə İRTC BŞ-nin üzvü İvan Qluşkov dünya neft
praktikasında ilk dəfə olaraq Bakıda ―Neft yataqlarının qazılmasına aid
təlimatları‖ hazırladı, bu təlimatlar əsasında Bakı məktəblərinin tələbələrinə
qazmanın ümumi əsasları tədris edilirdi. 3 ildən sonra o, ―Neft quyularının
istismarı‖ adlı monoqrafiyasını nəşr etdirdi. ―Maye mədənlərin- neftin və
duzlu suların hasilatı‖;
- 1923-cu ildə Bakı mühəndisi Matvey Kapelyuşnikov
dünyada ilk dəfə
birpilləli reduktorlu trubobur (qazma maşını) kəşf etdi;
- 1924-cü ildə dünyada ilk dəfə olaraq İliç buxtasında ada tipli
dirəklərlə təchiz edilmiş ilk ada tipli dəniz sənaye nefti istehsal etmişdir
Matvey Kapelyuşnikov turboburla (qazma maşını) Suraxanıda dünyada ilk
neft quyusunu qazdı. Onun dərinliyi təxminən 600 m idi;
- 1933-1934-cü illərdə dünyada ilk dəfə olaraq, Bakıda Xubentsov
qardaşları batırılmış ağac ponton formasında üzən özülün konstruksiyasını
təklif etdilər. Bu özüldən ilk dəfə olaraq dərinliyi 365 m olan neft kəşfiyyat
quyusu qazıldı. İlk üzən qazma qurğusu isə Xəzər dənizində 1934-cü ilin
sentyabr ayından etibarən fəaliyyətə başladı;
- 1936-cı ildə dünyada ilk dəfə sovet mühəndisləri qrupu (Pyotr
Şumilov, Eyyub Tağıyev və başqaları)
tərəfindən çox pilləli reduksiyonsuz
qazma borusu hazırlandı;
- Dünya geoloji praktikasında ilk dəfə olaraq dəniz neft yataqlarının
işlənməsi üçün mühəndis A.M. Pobedin struktur qazmanı həyata keçirmək
üçün dənizdə, Mərdəkan qəsəbəsi və Abşeron boğazında Xəzər dənizinin
təkinin struktur xəritəsini hazırladı;
- 1940-cı ildə Qala yatağında dünyada ilk dəfə olaraq Ostrovski,
Aleksandrov və sair konstruksiyaların elektrik qazma üsulu ilə qazılması
həyata
keçirilmişdir;
- 1941-ci ildə Bayılda dünyada ilk dəfə olaraq turbin üsulu ilə dərinliyi
2000 m olan maili quyu qazıldı;
203
- 1948-ci ildə Avropada və SSRİ-də ilk dəfə olaraq usta Əliyulla
tərəfindən oktyabr ayının 2-də Suraxanıda 3800 dərinlikdə olduqca dərin quyu
qazıldı (№ 1308) və fontan vurdu;
- 1949-cu ildə dünya neft sənayesinin tarixində ilk dəfə olaraq avqust
ayının 24-də Abşeron şelfində unikal dəniz yataqlarının-Neft Daşlarının
kəşfiyyatına başlandı və orada polad dəniz özülləri quruldu. Bir aydan sonra
bu yataqda ilk quyu qazıldı, 1000 metr dərinliyə çatanda neft fontan vurdu;
- 1958-ci ildə Brüsseldə keçirilən ümumdünya sərgisində bütün
avadanlıqları ilə birlikdə iki pərli qazma qurğusu nümayiş etdirildi. Professor
Eyyub Tağıyevin rəhbərliyi altında bu qurğunun müəllif kollektivinə Qızıl
medal verildi;
- 1971-ci il mart ayının 28-də Azərbaycanda neftin hasilatına
başlandığı tarixdən 1
milyard ton neft hasil edildi;
- 1976-cı il dekabr ayında SSRİ neft yataqlarında (―Başneft‖,
―Udmurtneft‖ və ―Permneft‖) möhkəmliyi və etibarlılığına görə milli və dünya
standartlarını ötüb keçən yeni polad markalarından yüksək dərəcədə davamlı,
dərin sorucu qazma ştanqı uğurla sınaqdan keçirildi;
- 1994-cü il 20 sentyabr tarixində Azərbaycan Prezidenti Heydər
Əliyev respublika parlamentinin 2 dekabr tarixində ratifikasiya etdiyi ―Azəri-
Çıraq-Günəşli‖ yataqlarının istismarı üzrə beynəlxalq kontraktı – ―Əsrin
kontraktını‖ imzaladı. Bu kontrakt 12 dekabr tarixində qüvvəyə mindi.
Kontraktın məbləği 13 milyard ABŞ dolları
məbləğində dəyərləndirildi;
- 2005-ci il may ayında Bakıda, Səngəçal neft terminalında
Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxstan prezidentləri dünya əhəmiyyətli
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin doldurulmasına start verdilər.
Dostları ilə paylaş: