KġtabxanaġÜnasliq



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə71/111
tarix25.12.2016
ölçüsü2,53 Mb.
#2845
1   ...   67   68   69   70   71   72   73   74   ...   111
Kitabxananın 
marketinq üzrə 
direktor müavini 
Marketinq 
tədqiqatları 
qrupu 
Xidmət və ya 
məhsul çeşidinin 
planlaşdırılması 
qrupu 
 
Xidmət qrupu 
Kitabxananın 
reklam və 
ictimaiyyətlə 
əlaqələr qrupu 


148 
 
Kitabxananın  marketinq  şöbəsi  qarşıya  qoyulan  vəzifələri  yerinə 
yetirmək üçün aşağıdakı funksiyaları həyata keçirir: 
1. Kitabxananın marketinq kompleksini hazırlayır. 
2. Marketinq tədqiqatlarının həyata keçirilməsi üçün zəruri olan informasiyanı 
toplayır 
3. Kitabxananın xidmət və məhsul çeşidini müəyyənləşdirir. 
4. Marketinq fəaliyyətinin əlaqələndirilməsini və təbliğini həyata keçirir 
 5. Marketinqin planlaşdırılmasını və  ona nəzarəti həyata keçirir.  
Marketinq  şöbəsinin  fəaliyyəti,  məqsəd  və  vəzifələri,    funksiyaları, 
kadrların seçilməsi  və s. müvafiq «Əsasnamə» ilə tənzimlənir.  
Kitabxanada    marketinq  fəaliyyətinə  ümumi  rəhbərlik  marketinq  üzrə 
direktor  müavini  tərəfindən  həyata  keçirilir.  O,  kitabxananın  marketinq 
fəaliyyətinə  və    bununla  əlaqədar  bütün  tədbirlərə,  habelə  bu  fəaliyyətin 
əlaqələndirilməsinə birbaşa məsuliyyət daşıyır.  
Kitabxananın  marketinq  rəhbərinin  əsas  vəzifələrindən  biri  də  məhz 
kitabxananın  maddi-texniki  təminat  planlarının  tərtib  edilməsinə  rəhbərlik 
etməkdir.  
Marketinq  üzrə  direktor  müavini  öz  səlahiyyətlərinin,  vəzifələrinin, 
funksiyalarının  bir  hissəsini  kitabxananın  marketinq  fəaliyyətini  bilavasitə 
həyata keçirən şöbəyə (bölmə, sektor, qrup və s.) verə bilər.  
Beləliklə, kitabxananın marketinq xidmətinin rəhbəri ona həvalə edilən 
vəzifə  və  funksiyaları  həmin  xidmət  vahidi  tərkibində  yaradılan  şöbə  
vasitəsilə  yerinə  yetirir.  Marketinq  xidmətinin  rəhbəri  konkret  şəraiti  nəzərə 
alaraq  strukturu müəyyənləşdirir və  ona təhkim edilmiş vəzifə və funksiyaları 
işçilər arasında bölüşdürülməsini həyata keçirir.  
Əksər  kitabxanalarda  marketinq  xidmətinin  tərkibində  marketinq 
tədqiqatları,  satış,  planlaşdırma, kommunikasiya  üzrə    bölmələr  yaradılır.  La-
kin  bu struktur bölmələrin hər birinin özünəməxsus vəzifə və funksiyaları mü-
əyyənləşdirilməli və rəhbərlik tərəfindən təsdiq edilməlidir. 

Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin