145
Kəmalə MƏMMƏDOVA
AMEA Mərkəzi Elmi Kitabxanasının
Kitabxanaşünaslıq şöbəsinin müdiri, dissertant
KĠTABXANALARDA MARKETĠNQ ġÖBƏSĠNĠN TƏġKĠLĠ
Açar sözlər: kitabxana, marketinq, kitabxana-informasiya marketinqi,
marketinq şöbəsi
Ключевые слова: библиотека, маркетинг, маркетинг библиотечно-
информационных услуг.
Key words: library, marketing, marketing of library services
Hər bir tarixi inkişaf mərhələsində bir çox sosial institutlar kimi
kitabxanaların da funksiyaları cəmiyyətin, siyasi və sosial-iqtisadi həyatına
uyğun şəkildə təşkil olunur.
Cəmiyyətdə baş verən dəyişikliklər müasir kitabxanaların inkişafının
ən güclü faktoru kimi konseptual əhəmiyyət kəsb edir və kitabxanaların
cəmiyyətlə qarşılıqlı əlaqələrini və sosial missiyaları dəyişdirir. Onlar missiya
və sosial funksiyaların seçiminə, kitabxana-informasiya resurslarının və
istifadəçilərə göstərilən xidmətin formalaşmasına olan yanaşmaya, kitabxana
texnoloqiyalarının və kadrların inkişafına, ənənəvi fəaliyyət istiqamətlərinin
modernləşdirilməsinə və yeni istiqamətlərin mənimsənilməsinə əhəmiyyətli
dərəcədə təsir göstərir. Kitabxanaların ənənəvi funksiyaları (memorial,
kommunikasiya, informasiya, təhsil və elmi) yeni məzmunla zənginləşir və
onların həyata keçirilməsi imkanları genişləndirilir. Bu isə kitabxanaların
idarəolunmasında müasir kitabxana fəaliyyətinin məqsəd və funksiyalana
uyğun dəyişikliklər aparılmasını tələb edir. Belə yeniliklərdən biri də
kitabxanaların marketinq fəaliyyətidir.
İctimai praktikanın digər sahələrində olduğu kimi, kitabxanaların da
innovasiya fəaliyyəti marketinqlə sıx əlaqəlidir, çünki, marketinq istənilən
təşkilatın idarəolunmasının inteqral funksiyası hesab olunur.
Bu gün kitabxanaların innovasiya fəaliyyəti onun strateji inkişaf
istiqamətlərinə uyğun olaraq müxtəlif marketinq yanaşmaları əsasında
qurulur. Marketinq konsepsiyasını qəbul etmiş kitabxananın fəaliyyəti
oxucunun ehtiyac, tələbat və zövqünün dərindən və hərtərəfli öyrənilməsinə
və xidmət sferasının məhz bu amillər əsasında formalaşdırılmasına yönəldilir.
Bununla da, kitabxanalar üçün marketinqin əsasları müəyyənləşdirilir.
Marketinq kitabxananın bir-birilə əlaqəli müxtəlif növ fəaliyyətlər
sistemi, real və potensial istifadəçilərinin ehtiyac duyduğu kitabxana məhsul
və xidmətlərinin çatdırılma və göstərilmə mexanizminə əsaslanan yaradıcı ida-
146
retmə fəaliyyətidir. O, «istehsal, kommersiya, sosial və ya xeyriyyəçilik fəaliy-
yəti belə olsa, kitabxana tərəfindən də qəbul edlməli olan fəlsəfədir» (6.45-
50).
Kitabxanalarda marketinq fəaliyyətinin idarəolunması onun təşkilati
strukturunun düzgün formalaşdırılmasından çox asılıdır.
Marketinqin idarə olunmasının təşkilati quruluşu dedikdə, bu və ya
digər dərəcədə marketinq fəaliyyəti ilə məşğul olan şöbə və ya bölmələrin
məcmusu başa düşülür. Buna görə də, onun seçilməsi, vəzifə və
funksiyalarının
düzgün
müəyyənləşdirilməsi,
marketinq
şöbəsinin
kitabxananın digər struktur bölmələri ilə əlaqələrinin düzgün qurulması
mühüm əhəmiyyət kəsb edir (3).
Marketinq fəaliyyətinin idarə edilməsinin təşkilati quruluşu konkret
olaraq kitabxananın böyüklüyündən və idarəetmə strukturundan, onun xidmət
və məhsullarının çeşidinin genişliyindən, fəaliyyət göstərdiyi ərazidən,
informasiya bazarındakı real şəraitdən asılı olaraq qurulur.
Kitabxananın marketinq fəaliyyətini həyata keçirəcək idarəetmə
strukturunu hazırlayarkən ilk növbədə bir sıra tələblərə əməl olunmalıdır. Bu
tələblər aşağıdakılardır:
1. Kitabxananın marketinq fəaliyyətinin qarşısında duran məqsədlər bir-biri ilə
vəhdət təşkil etməlidir. Kitabxananın əsas məqsədlərinə təklif ediləcək
kitabxana xidmət və məhsullarına oxucuların münasibəti, əldə ediləcək
mənfəətin məbləği və onun çəkilən xərclərə olan nisbət səviyyəsi və s. aid
edilə bilər. Onu da qeyd lazımdır ki, bu məqsədlər bir-birinə zidd olmamalı,
əksinə bir-birini tamamlamalıdır;
2. Kitabxananın marketinq fəaliyyətinin idarəetmə strukturu mümkün qədər
sadə olmalıdır. Kitabxananın təşkilati strukturunun sadəliyi və dəqiqliyi
əməkdaşların ona daha tez və asan uyğunlaşmasına və onların qarşıya qoyulan
məqsədlərin reallaşdırılmasında daha aktiv iştirak etməsinə şərait yaradır;
3. Kitabxananın struktur bölmələri arasında marketinq fəaliyyətinə və digər
fəaliyyət sahəsinə aid olan informasiyaların ötürülməsini təmin edən effektli
kommunikasiya sistemi mövcud olmalıdır. Bu kommunikasiya sistemi
həmçinin, əks əlaqəyə malik olmalıdır;
4.Vahid tabeçilik prinsipi mövcud olmalıdır. Belə ki, konkret olaraq bir
kitabxanaçı yalnız bir rəhbərdən tapşırıq almalı və tapşırığın yerinə
yetirilməsi haqqında da ona məlumat verməlidir. Bundan başqa, eyni
məqsədlərlə həyata keçirilən oxşar funksiyalar vahid şəkildə qruplaşdırılmalı
və onların yerinə yetirilməsi üzrə bir vahid rəhbər təyin edilməlidir.
Kitabxanalarda marketinq fəaliyyətinin idarəetmə strukturunu
aşağıdakı şəkildə formalaşdırmaq olar:
|