partiya və dövlət rəhbərlərinin bir çox əsərləri və çıxışlarının, Qurani-Kərimin
nəşrinin maketinin, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 6 cildlik
əsərlər, dünya klassiklərindən L.Tolstoy, R.Taqor, T.Drayzer və başqalarının
əsərlər külliyyatlarının və s. əsərlərin texniki redaktoru olmuşdur.
Səlim Əhmədov 1986-cı ildə ―Əmək veteranı‖ [9, 314], habelə Mediya
mükafatı laureatı ―Nailiyyət‖ diplomu (2001), ittifaq və respublika səviyyəli
müxtəlif fəxri fərmanlarla təltif olunmuşdur. Texniki redaktə etdiyi kitablardan
bir çoxu Ümmumittifaq, Zaqafqaziya və Respublika müsabiqələrində
diplomlara layiq görülmüşdür [9, 314]. Həmçinin, S.Əhmədovun redaktə
etdiyi kitablar arasında ümummilli liderimiz Heydər Əliyevin bir sıra çıxış və
məruzələri, əsərləri, habelə onunla bağlı ―Qəsd‖, ―Biz öz yurdumuza
qayıdacağıq‖, ―Heydər Əliyev çörəyi‖, mərhum akademik Həsən Əliyevin,
akademik Zərifə Əliyevanın əsərləri, tanınmış naşir və ziyalı Əjdər
Xanbabayevin rəhbərliyi ilə 1990-cı ilin yanvarında gizli çapdan çıxmış ―Qara
Yanvar‖ kitabı və s. vardır.
1984-cü ildən respublika əhəmiyyətli fərdi təqaüdçü S.Əhmədov 1992-
ci ildən ―Ümumittifaq Günahsız Qurbanlar Assosiasiyası‖ Azərbaycan
Şöbəsinin üzvüdür.
―Azərnəşr‖də çap edilən kitabların gözəl olmasına, yayılmasına təsir
göstərən əsas vasitələrdən biri bədii redaktorların, rəssamların seçilməsi,
88
düzgün yerləşdirilməsi ilə əlaqədardır. Bu mənada ―Azərnəşr‖in müxtəlif
dövrlərdəki fəaliyyətində xüsusi fərqlənən tanınmış rəssamlar: Əmir Hacıyev
(xalq rəssamı), Oqtay Sadıqzadə (xalq rəssamı), Elmira Şahtaxtinskaya (xalq
rəssamı), Rəşid Əmirov, Yusif Ağayev və b.; bədii tərtibat redaktorlarından:
Məmmədhəsən Quliyev, Muxtar Aslanov, Mikayıl Qasımov, Nəriman Nəsirov
və b.; texniki tərtibat redaktorlarından: Rəhman Hüseynov, Məmməd
Zeynalzadə, Əhməd Səlim, Məzahir Balakişiyev, Böyükxanım Qurbanova,
Solmaz Mirkişiyeva, Bağırova Sima və b. əməyi təqdirəlayiqdir.
Kitabın səhvsiz çapdan buraxılmasında korrektor əməyi xüsusi qeyd
olunmalıdır. ―Azərnəşr‖də öz qabiliyyətləri, bacarıqları, yüksək elmi
səviyyələri ilə kollektivin rəğbətini qazanmış redaktorların fəaliyyətini də
qeyd etmək yerinə düşər: Gövhər Səfərəlibəyova, Mahmur Muradova, Elmira
Qulam qızı, Məşədiyeva Bikəxanım, Hüsniyyə Mircəfərova, Fərəcullayeva
Böyükxanım, Fatma Nuriyeva, Əsəd Ağayev, Validə Musayeva, Böyükxanım
Zeynalova və b.
―Azərnəşr‖in redaktorlarının, redaksiya müdirlərinin böyük əksəriyyəti
redaksiyalarına uyğun materiallarla ―Azərnəşr‖in çapdan buraxdığı kitabların
təbliği və yayılmasında fəal iştirak edirdilər. Bu mənada ―Azərnəşr‖in Baş
redaktoru Sabir Tarverdiyevin, ―Azərnəşr‖in İstehsalat-texniki ədəbiyyat
redaksiyasının müdiri T.Əliyevanın ―Azərnəşr‖in kənd təsərrüfatı ədəbiyyatı
redaksiyasının böyük redaktoru Q.Fərəcovun, ―Azərnəşr‖in uşaq və gənclər
ədəbiyyatı redaksiyasının müdiri E.İbrahimovun fəaliyyətləri də nəşriyyatın
tarixində dərin izlər buraxmışdır. Bu redaktorlar, redaksiya müdirləri daim
―Azərnəşr‖də çap olunan kitabların məzmun, dil-üslub, bədii texniki tərtibat
baxımından yüksək səviyyədə buraxılmasına səy göstərirdilər. Bu məqsədlə
də, onların dövri mətbuatda məqalələri dərc edilirdi. Qeyd etdiyimiz kimi,
məqalələr kitabların məzmununa, mövzusuna, redaktə xüsusiyyətlərinə,
tərtibat və dil-üslub məsələlərinə həsr edilirdi. Araşdırmalar göstərir ki,
―Azərnəşr‖in aktual mövzularda kitab nəşrinə xüsusi diqqət yetirirdi.
―Azərnəşr‖in İstehsalat-texniki ədəbiyyat redaksiyasının müdiri T.Əliyevanın
və ―Azərnəşr‖in Kənd təsərrüfatı ədəbiyyatı redaksiyasının böyük redaktoru
Q.Fərəcovun ―Kitablar aləmində‖ jurnalının 1966-cı il 4-cü sayında (səh. 45-
47) ―Əmək məhsuldarlığı mühüm mövzudur‖ başlıqlı yazıda bu istiqamətdə
―Azərnəşr‖in çap etdiyi bir sıra nəşrlər haqqında maraqlı və əhəmiyyətli
təhlillər verirlər.
Bədii ədəbiyyat, ədəbi tənqid: ədəbiyyatşünaslıq, sənətşünaslıq, musiqi
tənqidi və təsviri sənət kitablarının nəşri sahəsində 1980-ci ildə ən yaxşı
redaktor işi üzrə müsabiqəyə yekun vurulmuşdur. Müsabiqədə iştirak edən 9
mərkəzi, 19 respublika nəşriyyatının 70-ə qədər redaktor işi nəzərdən
keçirilmiş və 10 əsərin redaktoru ―1981-ci il SSRİ XTNS-nin iştirakçısı‖
şəhadətnaməsi ilə mükafatlandırılmışdır. Mükafatlnadırılanlar arasında
89
Azərbaycan Dövlət Nəşriyyatının redaktoru Tarıyel Cahangirov da vardır.
Tarıyel Cahangirova mükafat Azərbaycan SSR-in 60 illiyi ilə əlaqədar nəşr
olunmuş ―Al bayraqlı respublikam mənim‖ oçerklər almanaxının
hazırlanmasına və redaktəsinə görə verilmişdir. Həmçinin 1980-ci ildə nəşr
olunan S.Gəncəlinin ―Qızıl qələm‖ mükafatına layiq görülmüş ―Azadlıq
yollarında‖ kitabının da redaktoru T.Cahangirov olmuşdur.
―Azərnəşr‖də çox saylı korrektorlar işləmiş və hər biri özünəlayiq yer
tutmuşdur. Əlbəttə, korrektorlar nəşriyyatda buraxılan kitabların səhvsiz
olmasına xüsusi əmək sərf edirlər və öz əməkləri ilə Azərbaycan kitabının
nəşrini yaxşılaşdırır, kollektivin hörmətini qazanırlar. Belə tanınmış, sevilən,
hörmət edilən korrektorlardan biri də Münəvvər Gülüşova hesab edilir. O, 21
ildir ki, ―Azərnəşr‖də işləyir. O, ixtisasca jurnalist olsa da, nəşriyyat işçisi,
korrektor kimi daha çox tanınmışdır. Yetişdirmələri olan R.Qarayeva,
G.Məmmədova, G.Novruzova, A.Bağırova da qabaqcıldırlar. Partiya və
hökumətimiz ―Azərnəşr‖in korrektoru M.Gülüşovanın əməyini yüksək
qiymətləndirmişdir. O, Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin,
Respublika Dövlətnəşrkomunun Fəxri fərmanları ilə təltif edilmiş, ―Sosializm
yarışının qalibi‖ döş nişanı, qiymətli hədiyyələr və pul mükafatlarına layiq
görülmüşdür [10, 71-73].
Müstəqillik illərinə nəzər salsaq bu işdə hal-hazırda direktor
vəzifəsində çalışan Mustafazadə Azər Abdulla oğlu, baş redaktor Ağalarov
Əlövsət İbrahim oğlunun, direktor müavini Qasımov Mirqalim Mirabdulla
oğlunun, xidmətləri xüsusilə qeyd olunmalıdır.
Hal-hazırda 20-30 ildən çox nəşriyyatda işləyən Hüseynova
Aynaxanım Əliağa qızının (redaktor) – 1974-cü ildə korrektor vəzifəsinə təyin
olunub. 1988-ci ildə ―İstehsalat‖ şöbəsində çalışıb. Sonaralar isə Bədii şöbə
yaranır və A.Ə.Hüseynova həmin şöbədə redaktor kimi çalışmağa başlayıb.
Hal-hazırda ―Azərnəşr‖də Kadrlar şöbəsinin müdiridir; Nəcəfova Zoya
Qurban qızı (texniki redaktor) – 1982-ci ildən bu günə kimi ―Azərnəşr‖də
texniki redaktor vəzifəsini icra edir; İslam Sadıq Hüseyn oğlu (redaktor);
Aslanova Sevinc Aslan qızı – 1978-ci ildən korrektor, sonralar İstehsalat
şöbəsində və nəhayət hal-hazırda nəşriyyatın redaktorudur; Fərəcov Etibar
Zülfüqar oğlu (redaktor) – 1990-cı ildən bu günə kimi ―Siyasi ədəbiyyat‖
şəbəsində redaktordur, Orucov Məhəbbət Bilal oğlu (kompüter operatoru) –
1999-cu ildən bu günə kimi nəşriyyatın kompüter proqramistidir; Kərimova
Ramilə İsrail qızı – 2005-ci ildən bu günə kimi kompüter operatorudur;
Süleymanova Vəfa Vaqif qızı – 2009-cu ildən ―Azərnəşr‖də kompüter
opiratoru vəzifəsində çalışır; Məmmədova Lətifə Musa qızı (redaktor) – 1992-
ci ilin sonlarından ―Azərnəşr‖də çalışır. Əvvəlcə altı ay korrektura şöbəsində
çalışıb sonralar isə ―Sifariş ədəbiyyatı‖ (1992-ci ildə yaranıb) şöbəsində
redaktor vəzifəsinə keçib; Məmmədyarova Elmira Kamil qızı (redaktor) –
90
1978-ci ildən ―Siyasi ədəbiyyat‖ və ―Tarix‖ redaksiyalarının redaktoru təyin
edilib; Aslanova Sevinc Aslan qızı (redaktor) - əməyini xüsusilə qeyd etmək
lazımdır [11, 35].
Ağalarov Əlövsət İbrahim oğlu 1954-cü ildə Kəlbəcər rayonunun
Quzeyçirkin kəndində anadan olub. Qılınclı kənd orta məktəbini bitirib. Hərbi
xidməti başa vurduqdan sonra, 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin
Filologiya fakültəsinə daxil olub. Əla oxuduğuna və xüsusi istedadını nəzərə
alaraq 1979-cu ildə Leninqrad Universitetinin Jurnalistika Fakültəsinə
göndərilib. Təhsilini həmin ali məktəbdə davam etdirən Əlövsət Ağalarov
1981-ci ildə Leninqrad Universitetini bitirərək Jurnalist ixtisasına yiyələnib.
Təyinatla Azərbaycan Dövlət Nəşriyyatına göndərilib. Əməksevərliyi, yüksək
savadı və bacarığı hesabına respublikanın ən böyük nəşriyyatında
―Azərnəşr‖də kiçik redaktorluqdan baş redaktor vəzifəsinəcən yüksəlib. O, bir
neçə sanballı tərcümə kitabının, yüzlərlə elmi, publisistik məqalənin müəllifi,
onlarla kitabın tərtibatçısıdır [11, 34-35].
Hal-hazırda ―Azərnəşr‖də direktor müavini vəzifəsində çalışan
Qasımov Mirqalib Mirabdulla oğlu 1959-cu il 29 mart Quba rayonunun Gədik
kəndi doğulub. Bakıda Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun
Maşınqayırmanın iqtisadiyyatı və sənayenin təşkili fakültəsini (1980-1985-ci
illərdə) bitirib. Daha sonra 1986-1990-cı ildə Moskva Poliqrafiya İnstitutunun
Mühəndis texnoloq ixtisası üzrə təhsil alıb. 1981-ci ildən 1993-cü ilə qədər
Azərbaycan Dövlət Mətbuat və İnformasiya Komitəsinin nəzdində olan 26
Bakı komissarı adına mətbəədə (fəhlə, usta, cild sexində texnoloq, cild sexinin
rəisi, iqtisadiyyat şöbəsinin rəisi və kommersiya işləri üzrə direktor müavini)
çalışmışdır. 1993-cü ilin iyul ayından Azərbaycan Dövlət Nəşriyyatı –
―Azərnəşr‖də əvvəlcə istehsalat şöbəsinin rəisi, sonralar isə direktor müavini
vəzifəsinə təyin edilir [11, 35].
Fikrimizi ümumiləşdirərək qeyd edə bilərik ki, Azərbaycan Dövlət
Nəşriyyatı yarandığı ildən (1920) bu günə kimi universal fəaliyyət göstərir.
Burada işıq üzü görən hər bir kitabın (çap məhsulunun) üzərində redaktor
əməyi, başqa sözlə desək redaktor zəhməti vardır. Yüksək keyfiyyətli kitab
çap etmək əsasən müəllif, tərcüməçi, redaktor və rəyçilər kollektivindən
asılıdır. ―Azərnəşr‖ daim öz ətrafına görkəmli alimlər, ziyalılar, mütəxəssislər,
kənd təsərrüfatı yenilikçiləri, kənd təsərrüfatı sahəsində çalışan ixtisaslı
jurnalistlər, tərcüməçilər, rəy yazanlar, ən başlıcası isə geniş oxucu kütləsi cəlb
edə bilmişdir.
Dostları ilə paylaş: |