Referat elmi rəhbər: Tələbə: baki 2023 GİRİŞ Plan



Yüklə 6,56 Kb.
tarix07.01.2024
ölçüsü6,56 Kb.
#210918
növüReferat
Azərbaycanda iqtisadi zonaların yaradılması


Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Bakı Biznes Universiteti
 
Fakültə:
Qrup: 721
Kurs: 3
Mövzu: Səhmdar cəmiyyətinin idarəetmə sistemi və emissiya dvident siyasəti
Fənn: Biznesin idarə edilməsi
REFERAT
Elmi rəhbər:
Tələbə:  
BAKI – 2023
GİRİŞ
Plan
  • Səhmlər səhmdar cəmiyyətlərinin idarəedilməsi vasitəsi kimi
  • Səhmdar cəmiyyətlərinin gəlirləri və dividend siyasətinin səmərəliliyi
  • Səhmdar cəmiyyətlərinin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi

  • NƏTİCƏ
    ƏDƏBİYYAT

GİRİŞ
Səhmdar cəmiyyətləri mülkiyyətə münasibətin demokratikləşdirilməsini, ümumi idarəetmə əsasında kollektiv mülkiyyətin formalaşmasını nəzərdə tutmaqla, həmçinin əlavə kapitalın cəlb edilməsinə geniş imkanlar açmaqla fiziki və hüquqi şəxslərə imkan verir ki, onlar təsərrüfat fəaliyyətini həyata keçirmək üçün sahib olduqları az həcmli kapitalları bir yerdə cəmləşdirməklə onlardan səmərəli istifadə etsinlər. Mövzunun aktuallığı ondan ibarətdir ki, ölkədə istehsal olunan məhsul və xidmətlərin böyük əksəriyyəti məhz səhmdar cəmiyyətlərinin payına düşür.
  • Səhmlər səhmdar cəmiyyətlərinin idarəedilməsi vasitəsi kimi

Səhm - onun sahibinin (səhmdarın) səhmdar cəmiyyətin mənfəətinin bir hissəsini dividend şəklində almaq, səhmdar cəmiyyətin idarə edilməsində iştirak etmək və o, ləğv edildikdən sonra qalan əmlakın bir hissəsini əldə etmək hüququnu təsbit edən emissiya qiymətli kağızıdır
Səhmlər aşağıdakı hallarda buraxılır
səhmdar cəmiyyəti yaradıldıqda;
nizamnamə kapitalının artırılması zamanı.
müəssisənin və ya təşkilatın səhmdar cəmiyyətinə çevrilməsi zamanı;
Səhm kapitaldan qazanılan gəlirlə kapitalın idarə olunması hüquqlarının vahidliyini özündə birləşdirir. Səhmi digər borc öhdəliklərindən fərqləndirən əsas xüsusiyyəti onun dəyərinin cəmiyyət tərəfindən ödənilməməsidir. Səhmdar cəmiyyətinə qoyulmuş pay heç vaxt özgəninkiləşdirilmir.
Səhmin aşağıdakı xüsusiyyətləri vardır
səhm mülkiyyət tituludur, yəni səhmin sahibi səhmdar cəmiyyətinin sahiblərindən biridir;
səhmlər müddətsiz qiymətli kağızlardır, yəni səhm sahibinin hüquqları səhmdar cəmiyyətin fəaliyyət göstərdiyi müddət ərzində mövcud olur.
səhmlərə məhdud məsuliyyət xasdır, yəni cəmiyyətin müflisləşməsi zamanı səhmdara səhmə qoyduğu vəsait həcmində zərər dəyir.
2. Səhmdar cəmiyyətlərinin gəlirləri və dividend siyasətinin səmərəliliyi
İstehsal olunan məhsulun və xidmətin satışından əldə olunan vəsaitlərə gəlir deyilir. Gəlir həm də onun əldə edilməsinə çəkilən xərcləri çıxmaqla kapitalın gətirdiyi mənfəətdir. Gəliri bir çox əlamətlərə görə təsnifatlaşdırmaq olar.
Dividend formasında səhmdarlara verilən gəlir cəmiyyət tərəfindən əldə edilən gəlirdir. Yenidən sərmayənin qoyulması nəticəsində əldə edilən gəlirlə dividend formasında səhmdarlara verilən gəlir bir-birilə sıx əlaqədədir. Belə olanda halda bu gəlirlərin hər hansı birinin artırılması digərinin azalmasına gətirib çıxardır.
Dividend cari ilin yekunlarına əsasən cəmiyyətin ödədiyi bir səhmə görə düşən təmiz gəlirdir. Dividend həm pulla, həm də səhmin nominalına görə faiz şəkilində ödənilir. Dividendləri bir çox əlamətlərinə görə təsnifatlaşdırmaq olar.
Beynəlxalq təcrübəyə əsasən səhmdar cəmiyyəti dividendləri ödəmək üçün aşağı vəsaitlərdən istifadə edə bilər:
borc vəsaitləri;
yeni səhmlərin buraxılışından qazanılan vəsaitlər;
cari gəlirlər;
əvvəl alınmış gəlirlər;
şirkətin aktivlərinin satılmasından qazanılan gəlirlər.
ƏDƏBİYYAT
  • Xüsusi iqtisadi zonalar haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı. 14.04.2009.
  • Azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI. Bakı 31.05.2017 < http://www.e-qanun.az/framework/35599>
  • Azad İqtisadi Zona (AİZ). < http://portofbaku.com/az/Alyat-Logistics-and-Trade-Zone-ALTZ/>
  • Azad iqtisadi zonaların yaradılmasına və fəaliyyətinə dair icmal məlumat.

Yüklə 6,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin