Soyad: Cəfərov
Şöbə: Mexanika
İxtisas: Avadanlıqların quraşdırılması və texniki isdismarı
Qrup: 21
Kurs: 2
Fənn: Tarix
Müəllim: Sevgin Əsədova
Tarix:
Bakı 2022 Azərbaycan müstəqilliyi – xarici siyasəti Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd edən Azərbaycan Respublikası ötən illərdə bütün sahələrdə olduğu kimi, xarici siyasət sahəsində də böyük uğurlar əldə edib. Regionun lider dövlətinə çevrilmiş Azərbaycan bu gün dünyada söz sahiblərindən biridir. Bu uğurlar əsasını ulu öndər Heydər Əliyevin qoyduğu, hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən uzaqgörən xarici siyasət strategiyası sayəsində qazanılıb. "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 oktyabr tarixli Sərəncamı müstəqillik dövründə keçdiyimiz yolun aydın və əhatəli icmalını təqdim edərək, xüsusilə uğurlu daxili və xarici siyasətimiz sayəsində dövlətçilik ənənələrimizin möhkəmlənməsi, iqtisadiyyatımızın inkişaf etməsi, mədəniyyətimizin zənginləşməsi və müstəqil Azərbaycan Respublikasının bu gün hər bir vətəndaşımız və xaricdə yaşayan soydaşımız üçün əsl qürur mənbəyi olmasını vurğulayır.
Müstəqilliyin ilk illərində Azərbaycanın üzləşdiyi daxili və xarici təhdidlər, xalqımızın illər boyu həsrətində olduğu müstəqilliyi itirmək təhlükəsi bir daha sübut etdi ki, müstəqilliyi qoruyub saxlamaq və möhkəmləndirmək onu əldə etmək qədər çətindir.
1990-cı illərin əvvəllərinə aid dünya siyasi ədəbiyyatını və mediasını vərəqləyən zaman Azərbaycan haqqında çox bədbin proqnozların şahidi oluruq. Azərbaycan tənəzzülə uğrayan və ya dövlətçiliyini itirmək astanasında olan ölkə kimi xarakterizə olunurdu. Təəssüf ki, bu bədbinlik üçün real əsas da var idi. Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazimizin 20 faizinin işğalı, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köşkün vəziyyətinə düşməsi və ölkəmizin üzləşdiyi humanitar fəlakət, siyasi hakimiyyətin yarıtmazlığı ucbatından daxili və xarici siyasətin iflası və ölkəmizin vətəndaş müharibəsi astanasında olması müstəqilliyimizin ilk iki ilinin acı reallıqları idi. Hazırda bəzi Yaxın Şərq ölkələrini bürüyən fəlakət o dövrdə Azərbaycandan heç də uzaq deyildi.
Dünya dövlətlərinin tarixi, o cümlədən diplomatiya və hərb tarixi göstərir ki, sınaq dövrü olan xüsusi keşməkeşli məqamlarda xalqların və dövlətlərin həyatında şəxsiyyətlərin rolu danılmazdır. Azərbaycan xalqı öz müdrikliyini bir daha ortaya qoydu və qəti siyasi iradə nümayiş etdirərək belə bir həyati əhəmiyyətli vaxtda israrla Heydər Əliyevin hakimiyyətə qayıdışını tələb etdi. Qısa zaman kəsiyində Heydər Əliyev şəxsiyyəti tarixin axarını dəyişdi və bədbin proqnozların əksini sübut etdi. Heydər Əliyev ölkənin daxili və xarici siyasət kursu ətrafında milli həmrəyliyi təmin etdi, daxili siyasi və təhlükəsizlik vəziyyətini sabitləşdirdi, nizami ordu yaratdı, cəbhədə vəziyyəti dəyişdirdi, Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirdi və Ermənistan atəşkəsə vadar edildi, demokratik islahatlar proqramına təkan verildi.
Ulu öndər Heydər Əliyev dövrün çağırışlarına cavab verən, ölkəmizi əhatə edən geosiyasi reallığı nəzərə alan və xalqımızın zəngin dövlətçilik tarixindən nəticə çıxaran xarici siyasət strategiyasını müəyyən etdi. Bu strategiya aşağıdakı amilləri nəzərə alaraq müəyyən olundu:
- Ölkəmizin təbii-coğrafi şəraiti, geosiyasi amillər və yerləşdiyimiz ərazinin geostrateji əhəmiyyəti;
- Tarixi reallıq və ondan çıxarılan nəticələr;
- Tarazlaşdırılmış və çoxqütblü xarici siyasət zərurəti;
- Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazimizin 20 faizinin işğalı;
- Erməni lobbi dairələrinin ölkəmizə qarşı apardığı düşmənçilik və qarayaxma siyasəti;
- Ölkəmizin zəngin enerji resurslarına və nəqliyyat imkanlarına malik olması;
- Azərbaycanın insan resursları və iqtisadi potensialı;
- Xalqımızın zəngin tarixi, mədəniyyəti və multikultural ənənələri.
Tarixən milli dövlətçiliyimizin itirilməsinə və Azərbaycanın böyük güclərin döyüş və siyasi rəqabət meydanına çevrilməsinə səbəb olan geosiyasət və neft amili Heydər Əliyevin müəyyən etdiyi çoxqütblü və tarazlaşdırılmış xarici siyasət strategiyası əsasında müstəqilliyimizi və dövlətçiliyimizi möhkəmləndirən ciddi amilə çevrildi. İlk növbədə, Azərbaycan xalqının mənafeyi əsasında müəyyən olunan və milli maraqlardan qaynaqlanan yeni xarici siyasət strategiyası diplomatiyanın təməl prinsiplərinə xas şəkildə ölkəmiz ətrafında xoş mühitin formalaşmasına, ölkədaxili siyasi-iqtisadi və sosial məsələlərin həlli üçün xarici təsirlərin neqativ yükünü neytrallaşdırmağa, qonşu dövlətlərlə münasibətlərin normallaşmasına, xarici siyasətin coğrafiyasının genişlənməsinə və "Əsrin müqaviləsi"nin timsalında uğurlu enerji siyasətinin həyata keçirilməsinə şərait yaratdı.
Prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda dərin məzmunlu və əhatəli çıxışı zamanı həmin dövrü xarakterizə edərək dedi: "Xarici siyasət prioritetləri məhz o illərdə müəyyən edildi. Azərbaycan müasir dünyəvi dövlət kimi öz inkişafına başladı. Yəni, məhz o illərdə ölkəmizin gələcəyi ilə bağlı strateji addımlar atılmışdır. Bu gün tarix göstərir ki, bu, yeganə düzgün yol idi".
Yeni xarici siyasət strategiyasının həyata keçirilməsi məqsədilə Heydər Əliyev tərəfindən Xarici İşlər Nazirliyinin yenidən təsisatlanması, onun strukturunun və peşəkar diplomatik korpusun yaradılması üçün qarşıya vəzifə və tapşırıqlar qoyuldu. Ümummilli lider Heydər Əliyevin bütün sahələrdə milli kadrların yetişdirilməsi üzrə həyata keçirdiyi siyasət və hələ keçən əsrin 70-ci illərindən gənc kadrlara SSRİ-nin ən aparıcı ali təhsil müəssisələrində təhsil almaları üçün yaratdığı şərait bir neçə onillikdən sonra diplomatiya sahəsində də öz nəticələrini verdi. Bilikli, savadlı, xarici dilləri mükəmməl bilən, xalqına və dövlətinə sadiq olan gənclərin ali təhsil müəssisələrindən seçilməsi və Xarici İşlər Nazirliyinə işə cəlb edilməsi milli diplomatik korpusun formalaşdırılması prosesinə təkan verdi.
Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün Xarici İşlər Nazirliyi sistemində dövlətimizin başçısının xarici siyasət sahəsində əmr və tapşırıqlarını layiqincə yerinə yetirməyə qadir olan, müasir diplomatiyanın incəliklərini dərk edən, regionlar və ölkələr üzrə ixtisaslaşan, çoxtərəfli diplomatiyanın mürəkkəbliyinə və beynəlxalq hüquqi məsələlərə yaxından bələd olan, hətta nadir dilləri bilən, dövlətinə və millətinə sadiq əməkdaşlar çalışır.
2003-cü ildə Azərbaycan xalqı yenə də öz müdrikliyini nümayiş etdirərək Heydər Əliyev irsinin davam etdirilməsi üçün qəti siyasi iradəsini ortaya qoydu. Ulu Öndərin irsinin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin uğurlu daxili və xarici siyasəti bu gün də davam etdirilir. Dövlətimizin başçısının yürütdüyü mahir xarici siyasət nəticəsində beynəlxalq münasibətlərin tamhüquqlu subyekti kimi ölkəmizin beynəlxalq səviyyədə mövqeyi möhkəmlənir və nüfuzu artır, qlobal və regional proseslərə müsbət təsir imkanları güclənir, milli maraqlarımız qorunur və həyata keçirilir. Diplomatik kuluarlarda deyildiyi kimi, bütün dövlətlər Xarici İşlər Nazirliyi kimi formal struktura malik olsalar da, heç də hər bir dövlət xarici siyasət aparmağa qadir deyil. Bütün beynəlxalq ictimaiyyətin etiraf etdiyi kimi, Azərbaycan bu gün, sözün əsl mənasında, öz milli maraqları əsasında müstəqil xarici siyasət yürüdən ölkədir. Təbii ki, xarici siyasət sahəsində əminliyimiz və müstəqilliyimiz uğurlu daxili siyasətimizdən qaynaqlanır.
Ərazisinin bir hissəsinin işğal olunmasına baxmayaraq, ölkəmiz inkişaf edir. Azərbaycan 2004-2014-cü illərdə dünyada ən yüksək iqtisadi artım göstəricilərinə malik oldu, yoxsulluğu kəskin şəkildə - 50 faizdən təqribən 5 faizə endirə bildi. İşsizliyin səviyyəsi də 5 faiz civarındadır. Təhsilə əsaslı sərmayələr qoyulur. Azərbaycanda savadlılığın səviyyəsi 100 faizə yaxındır. Son illər ərzində 3 mindən artıq yeni məktəb tikildi və ya bərpa edildi. Ölkə ərazisində 500-dən çox xəstəxana inşa olundu. Bu isə uşaq ölümlərinin kəskin şəkildə azaldılmasına yardım etdi.
Azərbaycanda gender bərabərliyi tam olaraq təmin edilir. Hökumət ətraf mühitin qorunmasına əsaslı sərmayə yatırır.
Azərbaycan insan inkişafı indeksində öz yerini ciddi şəkildə yaxşılaşdıraraq, 2004-cü ildə 187 ölkə arasında 91-ci yerdən 2015-ci ildə 78-ci yerə və orta insan inkişafı qrupundan yüksək insan inkişafı qrupuna yüksəlməyə nail olub.
Hətta neftin qiymətinin kəskin ucuzlaşması və neft istehsalçısı olan ölkələrin üzləşdikləri iqtisadi böhran Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərmədi.
Azərbaycan enerji resursları ilə zəngin ölkə kimi tanınır. Ancaq bizim əsas məqsədimiz "qara qızıl"ın, yəni, neftin insan kapitalına çevrilməsidir. Bu səbəbdən, təhsil sahəsinə sərmayələrin qoyuluşu, sosial müdafiənin gücləndirilməsi və islahatlar elə bir vəziyyət yaradıb ki, iqtisadiyyatımız şaxələndirilib və neftdən asılılıq azalmaqdadır.
Ölkədaxili inkişaf və əminlik zəminində xarici siyasətimiz tarazlaşdırılmış və çoxqütblü fundamental əsaslarla həyata keçirilir. Dövlətimizin başçısı tərəfindən dəfələrlə qeyd olunduğu kimi, Azərbaycanın müstəqil və şəffaf xarici siyasət kursu var. Eyni zamanda, Azərbaycan öz xarici siyasətində beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini əsas götürərək bərabərhüquqluluq, daxili işlərə qarışmamaq, qarşılıqlı faydalı əməkdaşlıq, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsiplərini rəhbər tutur.
Ölkəmizin inkişaf dinamikasına və müstəqilliyinin yeni mərhələsinə, dövrün və beynəlxalq münasibətlərin dəyişən tələblərinə uyğun olaraq Heydər Əliyev strategiyasının təməl prinsipləri əsasında xarici siyasətimizin gündəliyində duran prioritetlər də yeniləşir.
Dövlətimizin başçısı tərəfindən yürüdülən uğurlu xarici siyasət gündəliyində bu gün aşağıdakı prioritetlər durur: