Bakı 2022 Azərbaycan müstəqilliyi – xarici siyasəti


Mədəni, humanitar və idman diplomatiyasının davam etdirilməsi



Yüklə 30,67 Kb.
səhifə9/9
tarix14.05.2023
ölçüsü30,67 Kb.
#113429
1   2   3   4   5   6   7   8   9
Azərbaycan müstəqilliyi – xarici siyasəti

Mədəni, humanitar və idman diplomatiyasının davam etdirilməsi
Bakı şəhəri artıq dünya miqyasında siyasi, mədəni, idman və biznes təyinatlı mötəbər tədbirlərin keçirildiyi məkandır. Bir tərəfdən ölkəmizin və Bakı şəhərinin infrastrukturu, digər tərəfdən isə dövlətimizin xoşməramlı siyasəti bu kimi tədbirlərin keçirilməsi üçün mühüm zəmin yaradır. Birinci Avropa Oyunlarının ardınca "Formula-1" Avropa Qran-prisinin Bakıda keçirilməsi prosesini 2017-ci ildə ölkəmizin ev sahibliyi edəcəyi İslam Həmrəyliyi Oyunları tamamlayacaq.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan mədəniyyətinin dünyada tanıdılması və mədəni-humanitar əsaslarda Azərbaycanın tərəfdaşlığının genişləndirilməsi üçün mühüm işlər görülür.
Ölkə daxilində inkişaf hüququnun reallaşdırılması məqsədilə müvafiq tədbirlər görməklə yanaşı, respublikamız xüsusilə Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) vasitəsilə beynəlxalq inkişaf səylərində fəal rol oynayır. Yeni donor ölkə kimi Azərbaycan inkişaf etməkdə olan ölkələrin üzləşdiyi humanitar və sosial-iqtisadi çağırışlara AIDA və digər kanallar vasitəsilə cavab verir.
Azərbaycan artıq dünyanın müxtəlif bölgələrində baş verən münaqişələr, silahlı qarşıdurmalar və təbii fəlakətlər nəticəsində kütləvi şəkildə yaşayış yerlərini dəyişməyə məcbur qalmış insanlara da yardım göstərir. Buna misal olaraq, İordaniyada məskunlaşmış suriyalı qaçqınlara, eləcə də Pakistanda daşqınlar nəticəsində ziyan dəymiş 25 min insana və Afrika ölkələrində "Ebola" epidemiyasından əziyyət çəkmiş əhaliyə ayrılan yardımı göstərmək olar.
BMT-nin İqtisadi və Sosial Şurasının yeni seçilmiş üzvü kimi Azərbaycan Şuraya üzvlüyü ərzində İnkişaf Hüququ Bəyannaməsinin reallaşdırılmasına kömək edəcək.
-Xarici ölkələrdə yaşayan vətəndaşlarımızın və soydaşlarımızın, habelə hüquqi şəxslərin hüquqlarının müdafiəsi və bərpası və Azərbaycan diasporu ilə iş
Dövlətimizin uğurlu xarici siyasət kursunun həyata keçirilməsinin vacib istiqamətlərindən biri xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının müdafiəsi və onlara göstərilən konsul xidmətinin səmərəliliyinin və intensivliyinin artırılması, ümumilikdə isə bu istiqamətdə xarici dövlətlərlə diplomatik və konsulluq əlaqələrinin inkişafına təkan verilməsinə yönələn fəaliyyətdir. Məhz bu səbəbdən 2015-ci il ərzində xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi, qarşılaşdıqları çətinliklərin həlli və bu məqsədlə xarici dövlətlərlə konsulluq sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində əsaslı tədbirlər görülüb.
Xaricdə yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsi, onların Azərbaycan Respublikasında olduqları müddət ərzində hüquqi vəziyyətlərini tənzimləyən normativ hüquqi aktların təkmilləşdirilməsi və soydaşlarımıza müvafiq imtiyazların tətbiq edilməsi imkanlarının araşdırılması istiqamətində fəaliyyət həyata keçirilir.
Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza" sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli Fərmanından irəli gələn tapşırıqların icrası məqsədilə Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və digər müvafiq dövlət qurumlarının mütəxəssisləri tərəfindən birgə iş aparılır. Yaxın vaxtlarda "ASAN Viza"nın tətbiqinə başlanılacaq.
Fərmanda qeyd olunduğu kimi, "ASAN Viza" Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza rəsmilləşdirilməsi prosedurunun sadələşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə operativliyi və şəffaflığı təmin edən elektron viza sisteminin yaradılmasını ehtiva edir. Ölkə rəhbərliyinin həyata keçirdiyi mütərəqqi idarəetmə islahatlarının tərkib hissəsi olan "ASAN Viza" ölkəmizə turist axınının təşviq edilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir.
Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının II Qurultayında çıxış edən Prezident İlham Əliyev Heydər Əliyev siyasətinin Azərbaycanda hər bir sahədə davam etdirildiyini, xarici siyasətimizin çox uğurlu, çox fəal olduğunu, Azərbaycanın beynəlxalq təşkilatlarda çox önəmli yer tutduğunu, mövqelərimizin möhkəmləndiyini və Azərbaycanın addımlarının bütün sahələrdə, o cümlədən xarici siyasətdə müsbət nəticələr verdiyini qeyd edərək, diaspor fəaliyyətinin gücləndirilməsi, diplomatik nümayəndəliklərlə əlaqələndirmənin artırılması və diasporumuzun təşkilatlanması ilə əlaqədar qarşıya konkret vəzifə və tapşırıqlar qoyub.
Ümummilli lider Heydər Əliyevin "Müstəqilliyimiz əbədidir və dönməzdir" uzaqgörən və müdrik kəlamının fəlsəfəsinə və mahiyyətinə sadiq olaraq, uğurlu daxili siyasətimizin məntiqi davamı olan xarici siyasətimiz 25 illik müstəqillik dövründə milli maraqlarımızın beynəlxalq səviyyədə qorunması və həyata keçirilməsinə, dövlətimizin beynəlxalq mövqeyinin möhkəmlənməsinə xidmət edib. Əminliklə deyə bilərik ki, qarşıdan gələn illərdə də dövlətimizin başçısının rəhbərliyi altında gündəlikdə olan prioritetlərimizin həyata keçirilməsi üçün fəal və davamlı xarici siyasətimiz davam edəcək.
Yüklə 30,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin