MƏTANƏT NƏBİYEVA ONLİNE KURİKULUM HAZIRLIĞI ÜÇÜN
050 721 39 94
21
“İnformatika”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”,
“Coğrafiya”, “Fiziki tərbiyə” və “Çağırışaqədərki hazırlıq”.
9.5. Ümumi təhsilin səviyyələrində nəzərdə tutulmuş fənlərin siniflər üzrə tədrisi
hər dərs ili üçün təsdiq edilən tədris planları ilə tənzimlənir.
9.6. Azsaylı xalqların kompakt yaşadığı bölgələrdə valideynlərin arzusu və razılığı
olduğu halda, həmin azsaylı xalqın dili tədris edilir.
9.7. İstedadlı şagirdlərdən komplektləşdirilmiş ümumi təhsil müəssisələrinin (lisey,
gimnaziya və s.) tədris planlarında təhsilalanların seçdikləri istiqamət üzrə bilik və
bacarıqlarının, potensial imkanlarının, ümumi dünyagörüşünün inkişafına yönəldilmiş
xüsusi proqramlar nəzərdə tutulur.
9.8. İqtisadi və maliyyə savadlılığı, mənəviyyat, insan hüquq və azadlıqları, həyat
fəaliyyətinin təhlükəsizliyi üzrə bilik və bacarıqların mənimsənilməsinin təmin edilməsi
həmçinin müvafiq dərsdənkənar məşğələlər vasitəsilə də həyata keçirilə bilər.
Dostları ilə paylaş: |