Xoy xanlığının əsasını dünbuli tayfa başçıları qoymuşdu. Dünbuli Əhməd xan XVIII yüzilin 60-cı illərində Təbrizdə də möhkəmlənmişdi.
O, İrəvan, Naxçıvan və Qaradağ xanlığını da özünə tabe etmişdi. Qarabağ xanlığı ilə müttəfiqlik hakimiyyətinin möhkəmlənməsinə müsbət təsir göstərdi.
1775-ci ildə Xoy xanı Əhməd xandan Çıldır valisi Süleyman paşaya göndərilən məktubda "Şimali Qafqazın istilasından qüvvət alan Rusiyanın və onunla ittifaq yaradan İrakli xanın təcavüzünə imkan verməməsi üçün Azərbaycan və Qafqaz xanlarının "Dövləti-Aliyyə" ilə birgə mübarizə aparmasının vacib olduğu bildirilirdi".
Xoy xanlığı ilə Kərim xan Zəndin zərbələrindən sonra dirçəlməyə başlayan Urmiya xanlığı arasında ziddiyyət var idi. Xanlıqlar arasındakı döyüşdə Urmiya xanlığı məğlub oldu. Bu Xoy xanlığının nüfuzunu xeyli artırdı. Kərim xan Zənd Xoy xanlığının güclənməsindən narahat olub, Əhməd xanı sarsıtmaq üçün tədbirlər görməyə başladı.
Bu məqsədlə onun qardaşı Şahbaz xanın oğlanlarını əmilərinə qarşı mübarizəyə hazırlayırdı. Kərim xan Zəndin səpdiyi düşmənçilik toxumu onun ölümündən sonra belə özünü göstərdi. Şahbaz xanın oğlanları Əhməd xana qəsd edib, onu öldürdülər. Qəsdçilər hakimiyyəti ələ keçirməyə nail ola bilmədilər. Cəfərqulu xan Xoylu xilas ola bildi, onları cəzalandırdı və qardaşı Hüseynqulu xanı azad edərək hakimiyyətə gətirdi.
Xoy xanlığı yaranmış vəziyyətdə əvvəlki mövqeyini itirdi. İrəvan xanlığı müstəqillik əldə etdi. İrəvan və Qaradağ xanlığı yalnız Qarabağdan asılı oldu. Təbriz də əldən çıxdı. Xanlıqlar arasında yeni çəkişmələr başlandı.
Xoy xanlığı Qacarlardan asılı vəziyyətə düşdü, sonra xanlığa son qoyuldu.
Zəncan xanlığın banisi Zülfüqar xan Əmirli-Avşar idi. Avşar elinin Əmirli oymağının Zəncan ətrafında çəkisi ağır idi. "Kitabi-məcməül-sultaniyyə"nin 370-ci səhifəsində yazılır: "Əmirli-Avşar elindən bir tayfa adıdır ki, Xəmsənin (Zəncanın) ətrafında sakindirlər.
Zülfüqar xan Əmirli-Avşar (Zəndiyyə dönəmində) Zəncanın valisi və Kərim xan Zəndin siyasi rəqibi idi. Bugünkü Zülfüqarilərin ulu babası olub və Zəncanın Səbzə meydanında yerləşən imarət onunkudur". "Gülşəni-murad", "Rüstəmüttəvarix" və başqa kitablarda da onun haqqında məlumatlar verilib. Kitabların bir neçə yerində onun iqtidarı və qüdrətinə görə, "Alicah Zülfüqar xan", "Sultan Zülfüqar xan Əmirli-Avşar", "Xaqan" ünvanları ilə xatırlanıb. Zülfüqarilərin daxil olduğu əmirlilərin olduqları yer, Qoltuq qalası Zəncanın cənub yörəsində yerləşirdi.
Zülfüqar xan Kərim xan Zəndin ölümündən sonra qoşun çəkib Qəzvini tutdu. Şahlıq iddiasında idi. Əlimurad xanın hücumundan sonra Qəzvini buraxıb Zəncana qayıtdı. Zülfüqar xan Ağaməhəmməd xan Qovanlı-Qacarın qardaşı Cəfərqulu xanla vuruşub məğlub olmuşdu. Zülfüqar xan məğlub olub Xalxala qaçmışdı. Xalxalın hakimi onu tutub Əlimurad xana verdi.
Əlimurad xan 1780-ci ildə Zülfüqar xanı öldürdü. Zülfüqar xanın törəməsi Zülfiqari soyadını daşıyır.
Zülfüqar xandan sonra, 1780-ci ildə Zəncanın hakimi Əli xan Avşar oldu. Onun soyu Zayirli adlanırdı. Zayirli soyu Zəncanın ətrafında məskunlaşıblar. "Gülşəni-murad" kitabında bu barədə yazır ki, Əli xan Zayirli-Avşar Xəmsə və Zəncan əyalətinin hakimi və Zülfüqar xanın qohumu idi.
1783-cü ildə Təbriz şəhəri Urmiya qoşunları tərəfindən mühasirəyə alınmışdı. Nəcəfqulu xan Dünbili mühasirənin götürülməsindən sonra oğlu Xudadad xanı yardım üçün Əlimurad xanın yanına göndərdi. Əlimurad xan ona yardım etməyə söz verdi. Urmiya hakimi İmamqulu xan Qasımlı-Avşar bu hadisəni eşidib Əlimurad xanın üstünə qoşun göndərdi. Qoşun Sovucbulaq tərəfdən yola düşdü. Əmənulla xan Ərdəlani də yolda qoşuna qoşuldu.
Zəncan hakimi Əli xan bir müddət idi ki, Əlimurad xandan üz döndərmişdi, sevincək halda onlarla birləşdi. Onları ağırlayıb məsləhət gördü ki, əvvəl evin içi, sonra çölü. Bildirdi ki, gəlin Azərbaycanı iç düşmənlərdən təmizləyək, sonra Əlimurad xanın üstünə gedərik. Bu məsləhəti Imamqulu xan Qasımlı-Avşar qəbul edib Irağa getməkdən əl çəkdi. Birləşdiyi Əli xanın sərkərdələrindən olan Vəli bəyi qoşunla Azərbaycana göndərdi. Dost bildiyi Azərbaycan xanlarına məktub yazıb onlara qoşulmağı təklif etdi. Xalxalın hakimi Fərəculla xan Miyanədə ona qoşuldu. Sərab hakimi Əli xan Şəqaqi böyük oğlu Sadıq sultana qoşun götürüb onlara qoşulmasını tapşırdı. Onlar Təbrizin bir ağaclığında toplanıb oturaq etdilər. Qış həmin il soyuq gəldiyindən şəhəri mühasirə etməyə tablamayıb Urmiyaya yollandılar.
Əli xan Avşar Qarabağ hakimi Ibrahimxəlil xan Cavanşirlə yazışırdı. 1787-ci ildə Qarabağ xanı Əli xana yazırdı ki, Ağaməhəmməd xanın Azərbaycana girməsi böyük təhlükədir və buna görə də o, Məhəmmədhəsən xanın oğlunu şimala doğru hərəkətinə mane olmalıdır. Bunun üçün lazım gələrsə, ona qoşunla və pulla kömək etməyə hazırdır.
Ibrahimxəlil xan Cavanşirin məktubu Təbriz xanı tərəfindən ələ keçirildi. Ağaməhəmməd xana göndərildi. Ağaməhəmməd xan Qovanlı-Qacar 50 min qoşunla Zəncana gəldi. Əli xan Zayirli bir məktub vasitəsilə Avşar elinin butün oymaqlarını Tehrana dəvət etdi. Ta Tehranda Avşarlar sülaləsinin şahlığını elan etsin.
Bir neçə dəfəlik yüngül qarşılaşmada Əli xan Zayirli-Avşar Ağaməhəmməd xan Qacarın ordusunun nizamını pozmuşdu. Ağaməhəmməd xan da qalib gələndən sonra onu Zəncanın hakimliyindən və qoşun sərkərdəliyindən azad etdi.
Əli xan Qacar xanına qarşı mübarizədən əl çəkmirdi. 1788-ci ildə (hicri qəməri 1201-ci ildə) Ağaməhəmməd xan Əli xan Avşarı Isfəhan şəhərinə aparıb gözlərini çıxartdırdı. Onun bütün vəzifələrini Abdulla xan Usanlı-Avşara verdi.
Əli xan Zayirli-Avşardan sonra Zəncanın valisi Abdulla xan Usanlı-Avşar oldu. 1797-ci ildə Ağaməhəmməd şah Qovanlı-Qacar onu hakim kimi tanımışdı. Abdulla xan Xəmsəyə yetişəndən sonra şahlıq həvəsinə düşmüşdü. Yar-yoldaşlarından, dost-tanışlarından qoşun toplayıb taxt-tac iddiası edirdi. Sonra iddiasından əl çəkib Zəncanı idarə etməyə başladı.
Abdulla xan Usanlı 1797-ci ildə Qacar şahları tərəfindən Xəmsə əyalətinin valisi olmuşdu. Fətəli şah Qovanlı-Qacara xidmət etmişdi.
Abdulla xan Hüseynqulu xan Qovanlı-Qacarın oğlu Süleyman xanın qiyamına qarışdığı üçün Fətəli şah tərəfindən kor edildi. Abdulla xandan sonra Zəncana Əmənulla xan Avşar başçılıq etməyə başladı.
NƏTİCƏ
1945-ci ilin noyabr ayından 1946-cı ilin dekabr ayına qədər İran Azərbaycanında Azərbaycan Milli Hökuməti adlı muxtar sosialist hökumət fəaliyyət göstərmişdir. AMH-nin paytaxtı Təbriz şəhəri olmuşdur. 1946-cı ilin dekabr ayının 13-də İran ordusu Təbrizə daxil oldu. Beləcə, bir il mövcud olmuş Azərbaycan Milli Hökuməti süqut etdi.
Güney Azərbaycan xanlıqları ictimai-siyasi və mədəniyyət mərkəzləri olan şəhərlər ətrafında yaranmışlar. Xanlar başlıca olaraq el-tayfa başçıları içərisindən çıxırdı.
Cənubi Azərbaycan xanlıqlarının səciyyəvi cəhəti bu idi onlar İranda hakimiyyət uğrunda mübarizə aparan feodal ailələrinin mənəvi və siyasi təsiri altında idilər ki, məhz bunun nəticəsində azərbaycan Qacar nəslinin nümayəndəsi Məhəmməd xan Qacar və Ağa Məhəmməd şah Qacar Səfəvilər dövlətinin yaxudda Vahid Azərbaycan dövlətinin bərpası prosesinə başlayanda Cənubi Azərbaycan xanlıqları daha tez bir şəkildə bu siyasətə qoşuldular.
Xanlıqlar dövründə Azərbaycanın hakim zümrəsi formalaşmağa başlayır. Bu zümrənin başında xan dururdu. Xandan sonrakı yeri sultan və məliklər tuturdular. Bu titullar nəslən keçir, hər dəfə xan tərəfindən təsdiq edilirdi. Ali zümrənin əsas hissəsini bəylər təşkil edirdilər. Onlar da irsi və şəxsi bəylərə bölünürdülər. Vaxtı ilə Səfəvi şahlarından bəylik titulu alanlar daha varlı və nüfuzlu olmaqla, mülki hüquqları irsi idi.
Azərbaycanın qədim dövlətçilik ənənələrini yaşatmağa çalışan ayrı-ayrı xanlar bütün ölkəni yenidən vahid dövlət çərçivəsində birləşdirməyə cəhd etsələr də bu arzu olunan nəticəni vermədi. Siyasi pərakəndəlik daha da dərinləşdi. Bununla, Azərbaycanı işğal etməyə çalışan yadelli təcavüzkarların əlinə çox əlverişli bir fürsət düşdü.
ƏDƏBİYYAT
Aсадов Ф. История талышского ханства и его связи с Россией. Б. , 1966.
Əliyev, Fuad; Əliyev, Mirabdulla. Naxçıvan xanlığı (PDF) (az.). Bakı: Şərq-Qər. 2007. səh. 108. ISBN 978-9952-34-165-2. Nəticədə, 1827-ci il iyunun 26-da rus qoşunları Naxçıvana daxil oldular.
Qarabağ xanı Pənahəli xan Cavanşir (1693-1763)" (az.). Portal.Azertag.az. 2 yanvar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2018.
Dostları ilə paylaş: |