Kurs: 1 Qrup: 131F



Yüklə 38,7 Kb.
səhifə3/4
tarix29.12.2021
ölçüsü38,7 Kb.
#48300
1   2   3   4
Cənubi azərbaycan xanlıqları

Sərab xanlığı — İran ərazisində xanlıq. (XVIII əsrin 40-cı illəri — XIX əsrin əvvəlləri). Ərazisi Ərdəbil, Qaradağ, Marağa xanlıqları və Təbrizla hüdudlanırdı. Mərkəzi Sərab şəhəri.

Sərab xanlığının əsası Şəqaqi tayfasının başçısı Əli xan (1747–1786) tərəfındən qoyulmuşdur. Nadir şahın ölümündən sonra paytaxtdakı qarışıqlıqdan istifadə edən Əli xan özünü həmtayfaları arasında xan elan etdi. O, Məhəmmədhəsən xan Qacarla mübarizədə öz müstəqilliyini qoruyub saxlasa da, Kərim xanın nominal hakimiyyətini qəbul etməyə məcbur olmuşdu.

Əli xanın ölümündən sonra hakimiyyətə Sadıq xan Şəqaqi gəlsi. Sadıq xanın hakimiyyəti dövründə Sərab xanlığı yenidən müstəqilliyə nail olmuş, öz sərhədlərini genişləndirməyə cəhd göstənnişdi.

Sadıq xan xanlığın idarə sistemini nizama saldı, müdafiəsini təşkil etdi. İran tərəfdən təhlükəni nəzərə alaraq xan titulu verdiyi qardaşı Əli bəyi Zəncana hakim təyin etdi. Sadıq xan Təbrizi ələ keçirdi. Lakin Urmiya, Qarabağ və başqa xanlıqlardan kömək alan Nəcəfqulu xan Dünbuli Sadıq xanı geri çəkilməyə məcbur etdi. Sərab xanlığının ərazisi Qacarlar dövlətinin tərkibinə qatıldı.

Ən görkəmli xanlarından biri Əmiraslan xan Qırxlı-Avşar olmuşdur. Onun hakimiyyəti dövründə Təbriz xanlığı Ərdəbili, Azərbaycanın cənub torpaqlarının bir hissəsini tutmaqla sərhədlərini xeyli genişləndirdi. Lakin çox keçmədi ki, Təbriz xanlığı Fateh-Əli xan Əfşar tərəfindən ələ keçirildi və Təbriz onun ölkəsinin paytaxtına çevrildi. Təbriz xanlığının idarə edilməsi Nəcəf-Qulu xana tapşırılır. Fateh-Əli xanın ölümündən sonra Təbriz xanlığı yenidən müstəqillik əldə edir.

Xanlığın əsasını Nadir şah Əfşar'ın əmisi oğlu, Əfşar tayfasından olan Fətəli xan Əfşar qoymuşdu. O, hətta Nadir şahın sərkərdəsi olan Azad xan'ı da öz tərəfinə çəkə bilmişdi. Bundan sonra, o, mərkəzləşdirmə siyasətini həyata keçirməyə başladı.İlk olaraq Təbrizə hücum etdi, Təbriz asılı hala salındı. Və Təbriz paytaxt oldu. Daha sonra Xoy xanı Şahbaz xan da Fətəli xanla ittifaq bağlamağa məcbur oldu.Bundan sonra isə Qaradağ, Marağa və Sərab xanlıqları Urmiya xanlığından asılı vəziyyətə salındı. O,1751-ci ildə Azad xanı onunla ittifaqdan imtina edən İrəvan xanlığı üzərinə göndərdi. İrəvan xanı Mir Mehdi Kartli çarı II İraklidən kömək istədi.



II İrakli Qazax və Borçalı azərbaycanlılarından topladığı ordunu Mir Mehdi xana köməyə göndərdi. Azad xan geri oturduldu.

Beləliklə, Fətəli xan Əfşar Maku və Ərdəbil xanlıqları istisna olmaqla,bütün İran Azərbaycanı xanlıqlarına öz hakimiyyətini yaya bilmişdi.



Urmiya xanlığının hökmdarı Fətəli xan Əfşar Nadir şah Əfşarın ən yaxın adamlarından biri idi və Əfşarlar tayfasına mənsub idi. Fətəli xan Əfşar Cənubi Qafqazın tutulması və İranda ali hakimiyyət uğrunda mübarizəyə də xüsusi əhəmiyyət verirdi. Bu məqsədlə müxtəlif xanlıqlara müttəfiqlik haqqında müraciətnamələr göndərildi. 

Fətəli xan İranda ali hakimiyyət uğrunda mübarizə aparan Kərim xan Zəndin üzərində qalib gəldikdən sonra hakimiyyətini Mərkəzi və Qərbi İrana yaya bildi (1752). İranın şimalında möhkəmlənən Məhəmmədhəsən xan Qacarla mübarizə çətin oldu. Məhəmmədhəsən xan onun Kərim xan Zəndlə müharibəsindən istifadə edərək Gilanı tutan Fətəli xanı oranı tərk etməyə məcbur etdi. Bununla kifayətlənməyərək Təbrizi, sonra isə Urmiyanı tutdu (1757). Yalnız Məhəmmədhəsən xanın öldürülməsilə asılılıqdan qurtulmaq mümkün oldu (1759). Fətəli xan Təbrizə qayıtdı və hakimiyyətini möhkəmləndirdikdən sonra Qarabağa hücum etdi və onu asılı vəziyyətə saldı (1759).

Məhəmmədhəsən xandan sonra İranda başlıca qüvvəyə çevrilən Kərim xan Zənd Urmiyanı 1763-cü ildə 9 ay mühasirədə saxlayır.

Nəhayət Urmiya xanlığını tutan Kərim xan Zənd Fətəli xan Əfşarı Şiraz qonaqlığında edam etdirir.

Kərim xan Zəndin ölümü ilə xanlıq yenidən müstəqil siyasət yeritməyə başladı. Bu zaman Məhəmmədhəsən xan Qacarın oğlu Ağa Məhəmməd xan Urmiyalı Əli xanı yanına çağırıb gözlərini çıxartdı. Ağa Məhəmməd xanın çəkilməsindən sonra İmamqulu xan hakim seçildi. O, Sərablı Əli xan Şəqaqi ilə Xoylu Əhməd xana qarşı ittifaq bağladı. Müttəfiqlər Təbriz yaxınlığındakı döyüşdə məğlub oldular. Əmiraslan xan Əfşar Urmiyaya hakim təyin edildi, lakin onun xanlığı uzun çəkmədi. Məhəmmədqulu xan yeni hakim təyin olundu. Ağa Məhəmməd xanın hücumundan sonra Uşnu qalasına çəkildi. Qacarın ölümü ilə müstəqilliyini bərpa edən xanlıq, İran taxtına çıxan Fətəli şaha tabe oldu.

Xanlığın yaradıcısı Əmirgunə xandır. Əmirgunə xan Əmirli-Avşar Nadir şah Qırxlı-Avşarın ölümündən sonra Gilanın valisi olmuşdu. Sonra Taroma başçılıq etmişdi. Əmirgünə xan Avşar Fətəli xan Araşlı-Avşarla birləşib Kərim xan Zəndə qarşı çıxdı. Sonra Kərim xanın tərəfini tutub Fətəli xanı satdı. Kərim xan onu Şiraza "fəxri qonaqlığa" aparıb ali şuraya daxil etdi.

Kərim xanın vəfatından sonra Əmirgünə xan Taroma qayıdıb özünün xanlığını elan etmişdi. İranı birləşdirməyə başlayan Ağaməhəmməd xanı tanımaq istəmirdi. İlk növbədə Urmiya hakimi Məhəmmədqulu xan Qasımlı-Avşara müraciət etdi. Məhəmmədqulu xan ona etina etmədi.

Əmirgunə xan 1782-ci ildə başqa xanlarla birləşib Mazandarana hücum etdi. Savaşda yaralanıb qaçdı.

General-poruçik Aleksandr Suvorov 28 iyul 1780-сi ildə Həştərxandan Q. A. Potyomkinə məruzəsində yazırdı: "Nəzərəli xan Rəşti alandan sonra Hidayət xan сanını qurtararaq gəmidə Rəştin 10 saatlığında Mazandaran tərəfdə Səfidrud çayının mənsəbinə gəlib-çıxmışdır. O. Rəştin 150 verstliyində Təbriz tərəfdə yaşayan xalxallı Əmirgunə xana kömək etməyi xahiş etmişdi və onun tələb etdiyi hər şeyi yerinə yetirməyə boyun olmuşdur. Əmirgunə xan, guya, onun xahişi ilə qoşunla Rəşt yaxınlığına gələrək həmin şahsevənli Nəzərəli xanı ordan qovub-çıxarmış və həmin şəhəri idarə etmək üçün əvvəlki kimi Hidayət xana vermişdir. Nəzərəli xan isə Xalxal xanına müqavimət göstərmək iqtidarında olmadığını görüb, ordan çıxarkən şəhərdəki bütün tikililəri və bağları yandırmışdır. Lakin bu məlumatın təsdiqini gözləmək lazımdır."


Yüklə 38,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin