NƏTİCƏ
Fəlsəfənin məqsədi öyrənməkdir, dinin vəzifəsi öyrətmək. Əgər din tamam və ya qismən dərk olunmuş ilahi iradənin uyğun pillələrdə obyektivliyini əks etdirmirsə, qanuna bənzəyir.
Dünya, kimin onu necə adlandırmasından asılı olmayaraq, ilahi iradənin, yaxud iradənin gücüylə idarə olunur, əlbəttə, söhbət o idarəetmədən gedir ki, insani müdaxilədən azaddır.
Allah-din qarşıdurması deyilən bir əkslik də var, məsələn, din elmə, yaxud fəlsəfəyə qarşı çıxırsa, deməli öz mahiyyəti ilə üz-üzə dayanır.
Keçici, yaranan və əmələ gələn hər şeyin köhnəlib-qocalıb-öldüyü dünyada təzələnmə ağacı həmişə yaşıl qaldığına, yaradanın emanasiyası əbədi və tükənməz, elçilərin vasitəçiliyi göz önündə olduğuna görə, varlıqlar yenisilə əvəz olunduğu kimi dini hökmlər də ilahi iradə ilə ziddiyyət təşkil etmədən təşəkküldə olmalıdır.
Fəlsəfi idrak fərdiliyin aradan qaldırılması yolu ilə nəyə qovuşursa, Allaha gedən yolun sonu da həmin məqama yetişmə kimi nəzərdən keçirilməlidir, çünki hər iki yolun yolçuları filosoflardır.
ƏDƏBİYYAT
Aslanova R. Qloballaşma və mədəni müxtəliflik. Bakı, Elm, 2004.
Bünyadzadə K. Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk. B., 2006.
Xəlilov S. İnam, şübhə və idrak / BDU İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, 2010, №14 (sentyabr).
İsmayıloğlu M. Din fəlsəfəsi. B., 2011
Dostları ilə paylaş: |