1
БАКЫ ДЮВЛЯТ УНИВЕРСИТЕТИ
İLAHİYYAT
FAKÜLTƏSİNİN
ELMİ MƏCMUƏSİ
№ 21
●
İYUN (HAZİRAN) 2014
2
BAKI DÖVLƏT UNİVERSİTETİ
İLAHİYYAT FAKÜLTƏSİNİN
ELMİ MƏCMUƏSİ
REDAKTOR / EDİTÖR
akademik Vasim Məmmədəliyev
REDAKTOR MÜAVİNİ
Yrd. Doç. Dr. Ali Bulut
i.f.d. Mübariz CAMALOV
REDAKSİYA HEYƏTİ (HAKEM KURULU)
Akademik Vasim Məmmədəliyev
● Prof. Dr. Celal Erbay ● Prof. Dr. Bedrettin Çetiner ● Prof. Dr. Saffet Köse ●
Prof. Dr. Süleyman Toprak
● Prof. Dr. Zekeriya Güler ● Prof. Dr. Abdullah Kahraman
● Prof. Dr. Mustafa Altundağ ● Doç. Dr. Muammer Erbaş ● Dos. Salman Süleymanov ● Dos. Çimnaz Mirzəzadə ●
Yrd. Doç. Dr. Ömer Aslan
● Yrd. Doç. Dr. Akif Köten ● Yrd. Doç. Dr. Ali Bulut ● i.f.d. Namiq Abuzərov ● i.f.d.
Qoşqar Səlimli
● i.f.d. Adilə Tahirova ● i.f.d. Mübariz Camalov ● i.f.d. Mehriban Qasımova ● i.f.d. Aqil Şirinov ●
Dos. Nigar İsmayılzadə
● i.f.d. Elnurə Əzizova ● i.f.d. Ülkər Abuzərova ● Mirniyaz Mürsəlov
MƏCMUƏ İLƏ ƏLAQƏ (HABERLEŞME)
Əhməd Cəmil 41 A/Yasamal/Baku
bduilahiyyat@yahoo.com
Tel: 510 65 45, Faks: 510 39 62
ISSN 2225-5567
Tiraj: 1000
Məcmuəmiz hakəmli bir məcmuədir.
AAK tərəfindən təsdiq olunmuşdur. İldə iki dəfə nəşr olunur.
Nəşr olunan məqalələrin elmi məsuliyyəti müəlliflərə aiddir.
№ 21
●
İYUN (HAZİRAN) 2014 BAKI
3
ИЧИНДЯКИЛЯР
XƏLVƏTİYYƏ TƏRİQƏTİ
Vasim Məmmədəliyev, Aqil Şirinov ........................................................................... 7
SON DÖVR AZƏRBAYCAN MÜFƏSSİRLƏRİ
Mirniyaz Mürsəl oğlu Mürsəlov .............................................................................. 21
İSLAMDA MÜASİRLƏŞMƏ DÜŞÜNCƏSİNİN TARİXİ ASPEKTİ VƏ
FƏZLUR RƏHMAN
Mübariz Məhəmmədəli oğlu Camalov .................................................................... 37
İLAHİ EŞQ VƏ TÜRK ƏDƏBİYYATINDA TƏCƏSSÜMÜ
Nigar İsmayılzadə..................................................................................................... 47
ƏRƏB ƏDƏBİ DİLİNDƏ MÜBTƏDA VƏ TAMAMLIQ BUDAQ CÜMLƏLİ
TABELİ MÜRƏKKƏB CÜMLƏLƏR
Solmaz Hüseynova ................................................................................................... 63
İBN XƏLLİKANIN HƏYAT VƏ YARADICILIĞINDA MÜƏLLİMİ
ŞEYX MUVAFFAQUDDİN ƏN-NƏHVİNİN ROLU
Aslanov Süsən Yusif qızı ......................................................................................... 71
İSLAM AİLƏ HÜQUQUNDA MİRAS ÜZƏRİNDƏKİ HAQLAR,
ƏHATƏ DAİRƏSİ VƏ VƏSİYYƏT
Mirzəyeva Səbinə Həmid qızı .................................................................................. 85
STATUS OF NON-MUSLIM INHABITANTS IN AN ISLAMIC STATE
Namig Abuzarov ....................................................................................................... 95
İLK DÖVRLƏRDƏ İSLAMIN AZƏRBAYCANDA YAYILMASI
Qoşqar Səlimli ........................................................................................................ 107
4
TÜRKÇÜLÜK, İSLAMÇILIQ VƏ MÜASİRLİK İDEOLOJİ SİSTEMİ
AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN ƏSAS AMİLLƏRİNDƏN BİRİ KİMİ
Rafail Ayvaz oğlu Əhmədli .......................................................................................... 117
MAHMUD KAŞĞARİNİN “DİVANÜ LÜĞAT- İT-TÜRK” ƏSƏRİNİN
LEKSİK MƏNZƏRƏSİ
Quliyeva Yaqut ....................................................................................................... 129
ƏBDÜLKƏRİM AĞA BADKUBİNIN YARADICILIĞINDA MƏAD
ETİQAD PRİNSİPİ KİMİ
Zəkiyyə Ağababa qızı Əbilova ............................................................................... 137
ESBÂB-I NÜZÛL RİVAYETLERİ VE NÜZÛL ORTAMINI TESPİT
ETMEDE YETERLİLİĞİ MESELESİ
Sabuhi SHAHAVATOV ......................................................................................... 145
БИОЛОГИЧЕСКИЕ РИТМЫ КАК ЭЛЕМЕНТАРНЫЕ ОСНОВЫ
ЖИЗНЕДЕЯТЕЛЬНОСТИ (МЕТОДОЛОГИЧЕСКИЙ АСПЕКТ)
Дашдамирова Ч.Ф. .............................................................................................. 157
FƏLSƏFƏDƏ MATERİYA HAQQINDA TƏSƏVVÜRLƏRİN TƏKAMÜLÜ
Rzayeva Xalidə İsrafil qızı .................................................................................... 167
KLASSİK AZƏRBAYCAN TARİXÇİSİ HACI ŞEYX
HƏSƏN MOLLAZADƏ GƏNCƏVİ
Elçin Kamal oğlu QASIMOV ................................................................................ 181
BEYNƏLXALQ SƏNƏDLƏRDƏ DİN AZADLIĞININ ƏHATƏSİ MƏSƏLƏSİ
Elnurə Əzizova ....................................................................................................... 189
İBN HALDUN’UN ASABİYET KAVRAMINDA
“KOLEKTİF HAFIZA” BOYUTU
Behram Hasanov .................................................................................................... 199
ƏL-QƏZALİ VƏ ARTUR ŞOPENHAUER ƏSRLƏRİ KEÇƏN PARALELLƏR
Ç.C.Məmmədova .................................................................................................... 211
5
BAĞLILIQ MƏRHƏLƏLƏRİ VƏ UŞAĞIN SOSİALLAŞMASI
Monteziriniya Əkbər Firidun oğlu ........................................................................ 217
HALAL-HARAMIN HAQSIZCASINA QARIŞDIRILMASI
Xalidə Faiq qızı İslamzadə ..................................................................................... 227
T.KUN: ELMİN İNKİŞAF PROSESİNİN MƏRHƏLƏLƏRİ HAQQINDA
N.N.Heybətova........................................................................................................ 239
MƏDƏNİYYƏT SOSİALLAŞMA AMİLİ KİMİ
Səlimov Ülviyyə Tacir qızı ..................................................................................... 251
İSLAMDAN ƏVVƏLKİ BƏZİ DİN VƏ CƏMİYYƏTLƏRDƏ AİLƏ
Mənsur TEYFUROV ............................................................................................. 261
ABBASİLƏR DÖVRÜ ƏRƏB ƏDƏBİYYATINDA POEZİYANIN DRUMU
Məmmədova Könül Əbülfəz q. .............................................................................. 271
AZƏRBAYCANLILARIN 1948-1953-CÜ İLLƏRDƏ QƏRBİ
AZƏRBAYCAN TORPAQLARINDAN DEPORTASİYASINA DAİR
Sadıqov Elbrus Cəlal oğlu, Vəliyeva Leyla Əli qızı ............................................... 279
MƏDƏNİYYƏTLƏRARASI DİALOQ ÜMUMBƏŞƏRİ DƏYƏRLƏR
SİSTEMİ KİMİ
Gündüz Süleymanov .............................................................................................. 291
TEXNİKANIN İNQİLABİ FUNKSİYASI
Ləman Əliyeva ........................................................................................................ 299
ƏRƏB DİLÇİLƏRİ SİBƏVEYHİ VƏ İBN MALİKİN “MÜRACİƏT”LƏ
BAĞLI GÖRÜŞLƏRİ
Hümbətəliyeva Sevinc Mübariz ............................................................................. 309
DÜNYA ÖLKƏLƏRİ ÜZRƏ İSLAMIN YAYILMA SƏBƏBLƏRİ
Elnur Kərim oğlu MUSTAFAYEV ....................................................................... 315
6
TEFSİRDE YAPISALCILIK: İMKÂNI VE SORUNLARI
Muhammed COŞKUN ........................................................................................... 325
TÜRK ƏDƏBİYYATINDA ROMANTİZM CƏRƏYANININ NÜMAYƏNDƏLƏRİ
ƏBDÜLHƏQ HAMİD VƏ RƏCAİZADƏ MAHMUD ƏKRƏM
Aydan XƏNDAN .................................................................................................... 337
BEYZAVİ VƏ ONUN FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNDA
MUHAFİZƏ OLUNAN “ƏNVARUT-TƏNZİL VƏ ƏSRARUT-TƏVİL”
TƏFSİRİNİN ƏLYAZMA NÜSXƏLƏRİ
Bayramova Sevinc ................................................................................................. 345
ƏTRAF MÜHİTƏ MÜNASİBƏTDƏ İSLAMIN XÜSUSİ MÖVQEYİ
Xədicə Buturabi ...................................................................................................... 361
İSLAMDA İNSAN VƏ ONUN ƏSAS MİSSİYASI
Məryəm Zarei Əqdəm ............................................................................................ 371
СЯДРЯДДИН КОНЙЯВИНИН ОНТОЛОЖИ БАХЫШЛАРЫ
Seyed Camal Seyed Mehdi oğlu Gülşəni ......................................................... 383
SOSİAL PROSESLƏRDƏ İNSAN RESURSLARI: MÜASIR BAXIŞ
Xələfova Kamalə Rauf qızı ..................................................................................... 393
“ƏRƏB DİLİNDƏ KÖMƏKÇİ FELLƏR HAQQINDA BƏZİ QEYDLƏR”
Qurbanəli Süleymanov ........................................................................................... 403
QURANIN DÜŞÜNCƏ SISTEMİNDƏ “TƏDƏBBÜR” MƏFHUMU
Şüca Cavanpərəst ................................................................................................... 409
DİNİN CƏMİYYƏTDƏ YERİ VƏ ROLU: DİNİ ZİDDİYYƏTLƏR VƏ
ONLARIN SOSİAL NƏTİCƏLƏRİ
Vəsxanım Orucova ................................................................................................. 421
РОЛЬ ФИЛОСОФСКИХ ИДЕЙ В КОНТЕКСТЕ РАЗВИТИЯ КУЛЬТУРЫ
Ахмедова Хавер Сурхай гызы ............................................................................ 431
Xəlvətiyyə təriqəti
7
XƏLVƏTİYYƏ TƏRİQƏTİ
Akad. Vasim Məmmədəliyev
i.f.d. Aqil Şirinov
Açar sözlər: Xəlvətiyyə, Seyid Yəhya Şirvani, təriqət, zöhd, xəlvət
Keywords: Khalwatiyya, Sayyid Yahya Shirvani, Sufi order (tariqa), zuhd,
khalwa
Ключевые слова: Халватиййа, Сейид Яхйя Ширвани, орден, зохд, халват
Tarixən Azərbaycanda bir çox sufi təriqəti fəaliyyət göstərmişdir. Bunlardan bir
qismi Orta Şərqin digər bölgələrində yaranmış, daha sonra isə ölkəmizdə intişar
tapmışdır. Bəzi təriqətlər isə məhz Azərbaycanda təşəkkül tapmışdır. sührəvərdiliyi,
səfəviliyi, nigariliyi buna misal göstərmək olar. Lakin Azərbaycanda yaranmış heç
bir təriqət islam şərqinin digər ölkələrində yayılması baxımından xəlvətiyyə qədər
təsirli olmamışdır.
Xəlvətiyyənin yaranma tarixi: Xəlvətiyyə kəlməsi ərəb dilindəki “xəlvət
(ةولخ)” sözündən törəmişdir. Lüğətdə “hər hansı bir yerin boş olması, tənha qalmaq”
1
mənalarına gələn xəlvət, təsəvvüf istilahında “günahdan qorunmaq və ibadət etmək
üçün müəyyən bir müddətdə tənha yerlərdə guşənişin olmaq” mənasına gəlir. Sufilər
mənəvi yönünü nəzərə alaraq xəlvətin mahiyyətini bəzən “Başqa heç bir varlığı
görməyəcək şəkildə Haqla gizli söhbət” kimi də açıqlayırlar.
2
Təsəvvüf təriqətlərinin
bir çoxunda xəlvət ənənəsi vardır. Sufilər həzrət Peyğəmbərin vəhy gəlməzdən əvvəl
Məkkə yaxınlığındakı Hira mağarasında guşənişin olmağını, Ramazanın son on
günündə məsciddə etikafa çəkilməyini xəlvətin dində bəyənilən bir əməl olmasına
dəlil gətirmişlər.
3
Bəzi təsəvvüf təriqətləri xəlvəti insanlardan uzaqlaşıb tənha bir
yerdə Haqla birlikdə olmaq kimi qəbul etmişdir. Nəqşbəndiyyə silsiləsinin müəyyən
mərhələsini təşkil edən Xacəqan silsiləsinin qurucusu sayılan Əbdülxaliq Ğücdüvani
1
Cövhəri, İsmail ibn Həmmad, Əs-Sihah, Beyrut, tarixsiz, c. 4, s. 2330
2
:ةرھاقلا ،رفعج ميھاربا لامك دمحم روتكدلا:قيلعت و قيقحت ،ةيفوصلا تاحلاطصا ،قازرلا دبع نيدلا لامك ،يناشاقلا
،باتكلل ةماعلا ةيرصملا ةئيھلا
١٩٨١
.ص ،
١٦١
.
3
Bax. Süleyman Uludağ, “Halvet”, DİA, İstanbul, 1997, c. 15, səh. 386.
Akad. Vasim Məmmədəliyev, Aqil Şirinov
8
(ö.575/1179 və yaxud 617/1220) isə “ نمجنا رد تولخ (xəlvət dər əncomən)-cəmiyyət
içində xəlvət” anlayışını irəli sürərək insanlarla əlaqəni kəsmədən Haqq ilə birlikdə
olmağı önə çəkmişdir. Xəlvətin əksi cəlvətdir. Cəlvət salikin əldə etdiyi ilahi
xüsusiyyətlərlə birlikdə xəlvətdən çıxıb camaatla qaynayıb qarışmasıdır. Bəzən
xəlvət yerinə üzlət, cəlvət yerinə isə xiltə terminlərindən istifadə olunur. Lakin
sufilərin bir qismi xəlvətlə üzlətin bir-birindən fərqli olduğunu düşünmüşlər. Onlara
görə xəlvət insanın başqa insanlardan (əğyar), üzlət isə öz nəfsindən uzaqlaşmasıdır.
4
Məşhur sufi Kələbazi özünün “ət-Təərrüf li-məzhəbi əhlit-təsəvvüf” adlı əsərində
üzlətə əhəmiyyət verənlərlə xiltanı seçənlərin dəlillərini müqayisə edərək geniş
şəkildə təhlil etmişdir.
5
Xəlvətiyyə adı bu təriqətin qurucusu hesab olunnan Siracəddin Ömər ibn
Əkmələddin əl-Xəlvətinin (ö. 800/1397-98) nisbəsindən götürülmüşdür. Onun həyatı
haqqında məlumat verən mənbələrə görə, Ömər ibn Əkmələddin xəlvət həyatını çox
sevər, tənha bir yerə çəkilərək Allahı zikr etməkdən xoşlanarmış. Hətta rəvayətə
görə, yaşadığı yerin yaxınlığında içi oyuq olan bir ağacının içində tez-tez xəlvətə
çəkilərmiş.
6
Xəlvətiyyənin bir təriqət kimi yaranma tarixini İbrahim Zahid Gilaniyə (ö.
700/1301) qədər aparıb çıxarmaq mümkündür. zahidiyyə təriqətinin qurucusu olan
bu böyük sufi yaşadığı dövrdə Azərbaycanın, xüsusilə də Şirvan və Ərdəbil
bölgələrinin dini həyatında olduqca böyük təsirə malik olmuş, hətta Şirvanşah
Axsitan belə onun təriqətinə üzv olmuşdur. Zahid Gilani irşad fəaliyyətləri üçün bir
çox mürid yetişdirmişdir. Lakin bu müridlərin içərisində iki şəxs xüsusi əhəmiyyətə
malik olmuşdur. Bunlardan biri səfəviyyə təriqətinin qurucusu olan Şeyx Səfiyyəddin
Ərdəbili
7
, digəri isə xəlvətiyyənin qurucusu olan Ömər Xəlvətinin əmisi Əxi
Məhəmməd Xəlvəti (ö. 780/1378-79) olmuşdur. Ömər Xəlvəti də öz əmisi Əxi
Məhəmməddən təsəvvüf yolunu öyrənmişdir. Demək ki, həm səfəvilk, həm də
xəlvətilk zahidiyyədən törəyən iki qardaş təriqət olmuşdur. Zahidiyyə isə yenə başqa
bir məşhur Azərbaycanlı sufi olan Əbun-Nəcib Sührəvərdiyə (1097–1168) nisbət
4
٨٢ .ص ،نانبل ةبتكم ،ةيفوصلا تاحلطصملا مجعم ،مازخ يبأ داؤف رونأ روتكدلا
5
٣٤٥ -٤٣٦ .ص ، ،ةيملعلا بتكلا راد ، فوصتلا لھأ بھذم ىلع فرعتلا ،قاحسإ نب دمحم ركب وبأ ،يذابلاكلا
م١٩٩٣ – ه ١٤١٣ ،توريب
6
Bax. Sadık Vicdani, Tomar-ı Turuk-ı Aliyyeden: Halvetiyye Silsilenamesi, İstanbul 1338-
1341, səh. 19
7
Michel M. Mazzaoui, The origins of the safawids: shiism, sufizm and the gulat, Wiesbaden :
Franz Steiner Verlag, 1972, s. 53.
Xəlvətiyyə təriqəti
9
edilən sührəvərdiyyə təriqətindən törəmişdir. Belə ki, İbrahim Zahid Gilani Əbun-
Nəcibin tələbəsi olan Sədi Şirazinin müridi olmuşdur.
8
Hər ikisinin silsiləsi Şeyx Zahid Gilanidə birləşən və bu baxımdan iki qardaş
təriqət olan səfəviyyənin Şeyx Zahiddən Şah İsmayıla, xəlvətiyyənin isə təriqətin
ikinci piri olan Şeyid Yəhya Şirvaniyə qədər olan silsiləsi belədir:
İbrahim Zahid Gilani
Nur (Əxi) Məhəmməd
Xəlvəti Səfiyyəddin Ərdəbili (Səfəviyyə)
Ömər Xəlvəti (Xəlvətiyyə)
Sədrəddin Ərdəbili
Əxi Mirəm
Xacə Əli
Hacı İzzəddin Şirvani
Şeyx Şah İbrahim
Sədrəddin Xiyavi
Şeyx Çüneyd
Seyid Yəhya Şirvani
Şeyx Heydər
Şah İsmayıl Xətai
Göründüyü kimi istər xəlvətiyyə, istərsə də səfəviyyə sırf Azərbaycanda
qurlumuş və şeyxlərinin də demək olar ki, Azərbaycanlıdır.
Qeyd olunduğu kimi xəlvətiyyənin qurucusu (birinci piri) Ömər Xəlvəti hesab
olunur. Mənbələrdə onun tam adı Siracuddin Ömər ibn Əkmələddin Gilani Lahici
Xəlvəti kimi keçir.
9
Bəzi müəlliflər əslinin Şirvandan olduğunu qəbul etməklə
birlikdə onun İranın Lahican bölgəsindən olduğunu irəli sürüblər. Lakin xəlvətiliyi
tədqiq edən Mehmet Rıhtım onun Şamaxının Avaxıl kəndindən olma ehtimalının
böyük olduğunu qeyd edir.
10
8
Bax. Mustafa Bahadıroğlu, “İbrahim Zahid-i Geylani”, DİA, səh. 359
9
Mustafa Tatcı, “Elmalı’nın İrfan Ocakları: Bektâşîlik ve Halvetîlik Üzerine Bir
Değerlendirme”, Elmalı İrfan ve Sevgi Şehri, 2009, s. 65
10
Mehmet Rıhtım, Seyid Yəhya Bakuvi, Bakı, 2013, s. 110.
Akad. Vasim Məmmədəliyev, Aqil Şirinov
10
Ömər Xəlvətinin ailəsi Şirvanın qabaqcıl sufi ailələrindən omuşdur. O, ilk
təhsilini atasından almış, daha sonra Xarəzmə gedərək əmisi Əxi Məhəmməd ibn Nur
Xəlvətidən təsəvvüf yolunun incəliklərini öyrənmişdir. Əmisi vəfat etdikdən sonra
onun yerinə təriqətin şeyxi olmuşdur.
11
Ömər Xəlvəti yuxarıda da qeyd olunduğu
kimi xəlvəti çox sevmiş və buna görə də onun qurduğu təriqətin adına bu ad
verilmişdir. O, xəlvətə çəkildiyi müddət ərzində Allahın yeddi adı ilə (La ilahə
illallah, Allah, Hu, Haqq, Həyy, qəyyum, qəhhar) zikir edərdi. Bu zikir ənənəsi
ondan sonra bəzi digər təriqətlər tərəfindən də mənimsənilmişdir. O, öz müridlərinə,
xəlvət, üzlət və sükutu tövsiyə etmiş, təriqətin əsasını məşhur sufi Hatim əl-Əsammın
bəhs etdiyi dörd ölüm növündən çıxış edərək izah etmişdir. Ona görə seyri-süluk
yoluna girən şəxs həmişə öz nəfsi ilə mübarizə aparmalıdır. O, bunu “mövti-əhmər
(qızıl ölüm)” termini ilə ifadə etmişdir. İkincisi, salik hər növ bəlalara səbr etməlidir.
Bu da “mövti-əsvəd (qara ölüm)” termini ilə izah olunmuşdur. Üçüncüsü, əlində
olanla kifayətlənməli, heç bir şikayət etməməlidir. Bu prinsip “mövti-əxzərdir (yaşıl
ölüm)”. Axırıncı prinsip isə salikin az yeməsi və mütəmadi olaraq riyazatla məşğul
olmasıdır. Ömər Xəlvəti bunu “mövti-əbyəz (ağ ölüm)” termini ilə ifadə etmişdir.
12
Xəlvətiyyənin qurucusu Ömər Xəlvəti olsa da, təriqəti sistemləşdirən və intişar
tapmasını təmin edən əsas şəxsiyyət Seyid Yəhya Bakuvi Şirvani olmuşdur. Məhz
buna görə də o, Xəvətiyyənin ikinci piri sayılır. Hətta demək olar ki, təriqətin həqiqi
qurucusu məhz Şirvani olmuşdur.
Dostları ilə paylaş: |