İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
Aydın M. İlk Dönem İslam Toplumunun Şekillenişi. İstanbul: Pınar Yayınları 1991.
Aydın M.S. Fazlur Rahman ve İslam ile çağdaşlaşmak / İslam ve Modernizm:
Fazlur Rahman tecrübesi. İstanbul, 1997.
Bardakoğlu A. Tebliğ Müzakeresi // İslam Gelenek ve Yenileşme Sempozyumu.
İstanbul: 1996.
Çiftçi A. Fazlur Rahman ile İslam`ı Yeniden Düşünmek. Ankara: Kitabiyat, 2001.
Erdoğan M. İslam Hukukunda Ahkamın Değişmesi. İstanbul: İFAV, 1994.
Erten H. Hz. Ömer Döneminde Toplumsal Değişim // Necmeddin Erbakan
Üniversitesi İlahiyat Fakültesi Dergisi. 1996, №6.
Kahraman A. Fiqh üsulu. Bakı: Nurlar 2007.
Karaman H. Fıkıhta Gelenek ve Yenileşme // İslam Gelenek ve Yenileşme
Sempozyumu. İstanbul: 1996.
17
Rahman F. İslam ve Çağdaşlık: Fikri Bir Geleneğin Değişimi. Ankara: Ankara Okulu
Yayınları, 2002, s. 55-57.
18
Rahman F. İslam ve Çağdaşlık: Fikri Bir Geleneğin Değişimi. s. 58-59.
İslamda müasirləşmə düşüncəsinin tarixi aspekti və Fəzlur Rəhman
45
Karaman H. Gerçek İslam`da Birlik. İstanbul: Nesil yayınları.
Karaman H. İslam Hukuk Tarihi. İstanbul: İz yayıncılık, 2004.
Kılıç M. İslam Hukukunda Kanunlaştırma Olgusu: i.f.d. dis. Ankara, 2008.
Al-Qudsy Sh., Rahman A. Effective Governance in the Era of Caliphate `Umar
Ibn Al-Khattab (634-644) // European Journal of Social Sciences. 2011, Volume 18,
Number 4.
Rahman F. İslam. Ankara: Ankara Okulu Yayınları, 2008.
Rahman F. İslam ve Çağdaşlık: Fikri Bir Geleneğin Değişimi. Ankara: Ankara
Okulu Yayınları, 2002.
Şatibi M. əl-Muvafaqat. Qahirə: 1969.
Mübariz Məhəmmədəli oğlu Camalov
46
XÜLASƏ
Tarix boyunca cəmiyyətlər və cəmiyyət içərisindəki ictimai hadisə, fenomen və
qurumlar dəyişmiş və inkişaf etmişdir. Bu dəyişmə və inkişaflardan biri də qərbdə
meydana gələn və demək olar ki, bütün dünyanı öz təsiri altına salan müasirləşmədir.
Müasirləşmə sənət, elm, fəlsəfə, din, texnologiya kimi həyatın hər sahəsində
özünəməxsus yeniliklərlə təzahür etmişdir. İslamda müasirləşmə deyildiyi zaman da
eyni şəkildə dəyişmə, yenilənmə, inkişaf və təkamül kimi mənalar zehində cəmləşir.
RESUME
Throughout history societies and social events, institutions in the community
have changed and devoloped. One of these changes and developments is
modernization that has occurred in the west and taken hold of almost the whole
world. Modernity has apeared in the art, science, philosophy, religion, technology
and in all aspects of life. Islamic modernity has same meaning like renewal,
development and evolution.
РЕЗЮМЕ
В ходе всей истории различные общества и входящие в них события,
феномены и образования менялись и развивались день ото дня. Модернизация
одно из таких изменений и развитий, которое образовалось в Западе и взяло
под свое влияние весь мир. Модернизация происходит в искусстве, науке,
философии, религии и технике, и приводит к новообразованиям каждой
отрасли по своему. Когда разговор идет о модернизации в Исламе, мы этим
подразумеваем развитие, обновление, новообразования и совершенство.
Çapa tövsiyə etdi: i.f.d. N.G.Abuzərov
İlahi eşq və türk ədəbiyyatında təcəssümü
47
İLAHİ EŞQ VƏ TÜRK ƏDƏBİYYATINDA
TƏCƏSSÜMÜ
f.f.d. dos. Nigar İsmayılzadə
Açar sözlər: ilahi eşq, aşiq, təsəvvüf
Ключевые слова: божественная любовь, влюбленный, суфизм
Key words: divine love, lover, sufism
İnsan iki varlıqdan meydana gəlmişdir: ruh və bədən. Ruh göylərə, bədən
torpağa mənsubdur. Uca Tanrı varlığın ən kamilini və gözəlini yaratmışdır. Dünya
həyatı insan ruhunun kamilləşməsi üçün bir imtahandır. Dünyaya gəlməyimizdə əsas
məqsəd Allahı tanımaq, onun buyurduqlarına əməl edərək kamilləşməkdir. Əbədi
səadətə qovuşmaq üçün insan ona verilən ruhu kirlətməməli, sahib olduğu
qabiliyyətləri inkişaf etdirməli, Tanrını tanıyıb ona qovuşmaq eşqiylə kamilləş-
məlidir. Allahı yada salmaq, ona ibadət etmək qəlbdəki ilahi eşqi inkişaf etdirir.
Allah eşqi insanın ruhunu təmizləyir, pis əməllərdən uzaqlaşdırır, ruhu göylərə
yüksəldir. Eşq elə bir təmiz çaydır ki, axdığı yerdə bütün kirləri təmizləyər.
Möminlər Tanrının və Peyğəmbərin adları xatırlanan zaman qəlbləri eşqlə yanar.
Varlığın var olma səbəbi eşqdir: varlığın varlıqdakı qayəsi də eşqdir. Həyat
əvvəldən sona qədər eşqdir, sevgidir, məhəbbətdir. Hər yaradılışda həyata qədəm
qoyduğu andan eşq vardır. Eşq duyğusu varlıq silsiləsində sadəcə insana məxsus bir
xüsusiyyətdir. İnsanın Yaradan ilə təmasa girməsi ancaq eşq yolu ilə mümkündür.
Eşq insanla Rəbbi arasında bir vasitə və alovdur. Kainatı anlamaq üçün ağıl və
məntiq kifayət deyildir. Eşq olmasaydı varlıq aləmi də olmazdı.
Ərəb dilində “işq” kökündən meydana gələn eşq lüğətdə sevda, hədsiz və
şiddətli sevgi, hər hansı bir şəxsin özünü bir bütün olaraq sevgilisinə həsr etmək,
sevgilisindən başqa gözəl görməyəcək qədər ona bağlanması mənasına gəlir. Yenə də
eyni kökdən olan “sarmaşıq” mənasını ifadə edən “aşəqa” da eşq sözü ilə bağlıdır.
Sarmaşıq əhatə etdiyi ağacın suyunu içdiyi kimi, yarpağını soldurur, bəzən də
qurudursa, sevgi de sevənin sevgilisindən başqa şeylərdən əlaqəsini kəsdirir və onu
soldurur (13, 71).
Nigar İsmayılzadə
48
İslami ədəbiyyatda eşq ilahi və bəşəri olmaqla əsasən iki mənada istifadə
edilmişdir. İlahi eşqi ümumilikdə “həqiqi eşq”, bəşəri eşqi də “məcazi” və ya “üzri”
eşq adlandırmışlar. Məcazi eşq bu dünyadakı gözəllərə, gözəlliklərə, dostlara
duyulan sevgidir. Bu eşq de zərərli deyil. Çünki insan kimi və nəyi sevirsə sevsin
yenə də Tanrını, yəni onun təzahür etdiyi şeyi sevmiş olur. Bilindiyi kimi Allah hər
şeydə təzahür etmişdir. Bu halda bütün sevgi Allaha yönəlmişdir. Hər gözəlin
gözəlliyi Allahın camal sifətinin bir əksidir. Bu dünyada məcazi eşqi yaşamayan şəxs
mənəvi eşqə çata bilməz. Bu yolda könlün yanması və çırpınması lazımdır. Aşiqin
sevgiliyə çata biləcəyi yol aydın olmalıdır. Bu yolda qarşılaşdığı çətinlikləri və
maneələri qaldırmaq üçün tədbirli olmalıdır. Məcazi eşq vadisində aşiq dərələrdən,
təpələrdən, dağlardan, diyarlardan diyara sevgilinin dalınca qaçar, min bir
çətinliklərə boyun əyər, bütün bunlardan sonra əsasən sevgilisinə qovuşa bilməz.
Məcazi eşqə Qurandakı işarə bu ayədir: “Yusifin məhəbbəti Züleyxanın ağlını
başından çıxardı, qəlbini bütünlüklə əhatə etdi” (16, s.90).
İlahi eşq yolundakı hər aşiqin Tanrıya inancı olmalıdır. İlahi eşq hər halda
Tanrıya möhtacdır. Tanrının ilahi nuru bir insanın qəlbinə girməyənə qədər o insan
həqiqi aşiq sayıla bilməz (10, 275).
Həqiqi eşqin hansı səbəbdən qaynaqlanmasına baxmayaraq əgər sevgilinin fiziki
gözəlliyi ilə məhdudlaşırsa bu həqiqi deyil, məcazi eşqdir. Məcnun kimi birçox aşiq,
məşuq uğrunda bir çox iztirablara sinə gərmiş, canını fəda etməyə hazır imiş. Ən
başda duran sevgilisinin xoşbəxtliyidir. Məcazi eşqə əsaslanan aşiqlər ilahi eşqə
çatmaq üçün onu körpü adlandırmışlar və bu körpünün aşiqi tez gec Tanrısına
qovuşduracağını düşünmüşlər. Çünki onlara görə məcazi eşqin simvolu olan Məcnun
Leylini vasitə sayıb ilahi eşqə çatmışdır. Buna görə bəşəri eşqi dərin yaşayanlar, bu
duyğudan məhrum olanlar nə qədər ilahi eşqə çatmaq istəsələr də bu imtahandan
keçə bilməyib həmin yolu tərk edərlər. (17,120). “Leyli və Məcnun” məsnəvisi
məcazi eşqdən həqiqi eşqə yüksəlməkdən bəhs edir. Leylini məktəbdə ikən sevməyə
başlayan Məcnun eşq yolunda əziyyət çəkib kamilləşdikcə Tanrıya yaxınlaşır. Hətta
bir gün vüsalına qovuşmaq üçün onu çöldə axtaran sevgilisini tanımır. Artıq “tək
varlıq” içində əridiyini bildirən bu misralar ilə Leyliyə müraciət edir:
Gər mən, mən isəm nəsin sən ey yar?
Gər sən, sən isən, nəyəm mən-i zar? (3,129-130).
Mövlana Cəlaləddin Ruminin düşüncə sistemində eşq anlayışı olduqca mərkəzi
mövqedə yerləşir. Mövlanaya görə eşq təkamülün əsas hissəsidir. O, bəşəri eşqlə
ilahi eşq arasında müqayisə edilməyəcək qədər fərq olduğunu deyir. “Sən canına can
qatan, heç ölməyəcək olan diriyə aşiq ol. Haqqa qarşı duyulan eşqdə, onu sevən də,
İlahi eşq və türk ədəbiyyatında təcəssümü
49
onun tərəfindən sevilən də ölümsüz və əbədidir. Belə bir sevgiyə nail olanlar iki
aləmdə də arzularına çatmış, yaxşı ad-san qoymuşlar”. (18, 287,3547). Allah eşqi,
Rəbbə aid olan eşq, ucalıq və kamal günəşidir” (19, 415).
Həm ilahi, həm də məcazi mənada eşq ədəbiyyatın əsas mövzularından biri
olmuşdur.
Mütəsəvviflərə görə aləmin yaradılış qayəsi eşqdir. Yaradılış ilahi eşqin açılıb
yayılması olduğu üçün mütəsəvviflər çox vaxt bəşəri eşqi ilahi eşqə çatmaq üçün bir
körpü olaraq düşünmüşlər. Çünki yaradılmış olan hər şeyi Yaradandan ötrü sevmək
əsasdır. Yaradılan hər şey bizi Tanrıya və Tanrı eşqinə doğru aparır. Çünki hər varlıq
Tanrıyla insan könlü arasında bir pərdə kimidir. “Eşq” pərdəni yırtmaq və sirləri kəşf
etməkdir. Ancaq insan bu dünya pərdəsinin arxasındakı gerçəkliyi görən kimi artıq
dünya mənasını itirməyə başlayır. “Vəcd” halı isə aşiqin zikrin ləzzətinə qovuşduğu
anda ruhun tükənməz istəklərinə dayana bilməməyidir (8, 42).
Yunus Əmrəyə görə qurtuluş dünya pərdəsini yırtmasından başlayır. Yunus
dünya pərdəsini yırtan hər kəsin Haqqı görə biləcəyini, yırta bilməyənlərin isə Onu
görməyəcəklərini bildirir (7, 27).
İlahi eşq geniş ölçüdə təsəvvüfdə, qismən də İslam fəlsəfəsində işlənmişdir. Bu
işdə bəzi mütəsəvviflərin rolu olmuşdur. Eşq anlayışı təsəvvüf düşüncəsinin əsas
qayəsdir. Təsəvvüf sevgi və eşq fəlsəfəsidir. Təsəvvüfdə kamil insan olma
yollarından biri de eşq yoludur və bu, yolların ən qısasıdır. Eşq Tanrının sirri və
lütfüdür. İslam və bu dinin mənəvi atmosferində meydana gələn İslam toplumu bu
ilahi və insani duyğunu xüsusilə təsəvvüf vasitəsilə insanın yaradılış qayəsinə uyğun
bir şəkildə işləmişdir. Eşq anlayışı İslam mütəsəvvifləri tərəfindən təfsilatlı şəkildə
işlənmiş və bu duyğu bir çox anlayışlarla ifadə edilmişdir. İslam düşüncəsinə görə
məxluqatın yaradılışındakı amil ünsür Allah Təalanın bilinmək və tanınmaq istəyi və
yaradıqlarına qarşı məhəbbətidir. Çünki məxluqatın varlıq səviyyəsinə çıxması,
yaradıcı ilə yaradılan arasındakı məhəbbət vasitəsilə olmuşdur. Hz.Məhəmməd bir
hədisində “Allah gözəldir, gözəlliyi sevər, kibir isə Haqqı qəbul etməmək və
insanları xor görməkdir” deyə buyurmuşdur (14, 76).
Allah camal və kamal sahibi olaraq hər cür gözəlliyin qaynağıdır. İnsan Allahı
nə qədər tanısa Ona qarşı sevgi və eşq də artar.
Eşq sözünün dini termin olaraq istifadəsini qəbul edən sufilərin əsaslandıqları
bəzi ayət və hədislər vardır. Onlara görə “İman edənlər, Allahı daha şiddətlə
sevərlər” (5,əl-Bakara, 2/165) ayəsindəki “şiddətli eşq” olan “əşədd-u hubbən”
ifadəsi eşq deməkdir. Digər bir ayətdə də “möminlərin Allahı hər şeydən çox
sevdiklərinin lazım gəldiyi bildirilmişdir” (22, ət-Tövbə, 9/24). Allahı tanımada
Nigar İsmayılzadə
50
insanların ən öndə olanları şübhəsiz onun elçiləridir. Necə ki, Hz.İbrahim Onun
xəlili, Hz.Peyğəmbərimiz isə onun həbibi olaraq xatırlanır. Eşq Hz.Məhəmmədə də
dost olmuşdur. Allah bu eşqə görə Peyğəmbərə, “Sən olmasaydın bu kainatı
yaratmazdım” deyə buyurmuşdur. (15,183). Hz.Məhəmməd: “Ya Ömər, məni
özündən çox sevməyənə qədər imanın kamilliyə çata bilməz”demişdir (21,22).
Sufilərdən bəziləri - isə eşqi belə tərif ediblər: Əbu Əli əd-Dəqqaq, Mühyiddin
İbn Ərəbi və Əziz b.Məhəmməd Nəsəfiyə görə eşq, hədsiz sevgi, yəni sevgidə
sərhədi aşmaq deməkdir. Sufilər sevgini müxtəlif hissələrə ayırırlar, ümumiyyətlə ən
son mərtəbəyə eşqi qoyurlar. Eşqi sevginin ən mükəmməl şəkli hesab edirlər.
Mövlana Cəlaləddin Rumi, “Bir şəxs məndən aşiq olmaq nədir deyə soruşdu. Mənim
kimi olsan alnayarsan, dedim”. Eşq mövzusu bir qəlb məsələsidir. Ağıl onu qavraya
bilməz. Mütəsəvviflər “Allah onları, onlar da Allahı sevərlər” ayətini dəlil göstərərək
məhəbbətin əvvəlcə Haqqdan zühur etdiyini və bütün aləmin yaradılışına səbəb
olduğunu ifadə etmişlər (1,165-175).
Sufilərə görə həqiqi sevgi, Allah və Peyğəmbər sevgisidir. Hədis-i Şərifdə
“Sizdən biri məni anasından, atasından, övladından və bütün insanlardan daha çox
sevməyənə qədər iman etmiş sayılmaz” deyə buyurmuşdur (6,68).
Quran və hədislərdə eşq sözündən istifadə edilmir, “eşq” anlayışı mövcud
olmasa da məfhum olaraq vardır. “Sevgi” əsasən hubb və məhəbbət, bəzən də
məvəddət sözləri və bunlardan doğan sözlərlə ifadə edilir. Qurani Kərim məhəbbəti
imanla birlikdə dəyərləndirmiş, Allahı sevməyi, onun məhəbbəti ilə xeyirli işlər
görməyi mömin olmağın xüsusi keyfiyyətləri kimi qiymətləndirmişdir (2,73).
Təsəvvüf elmi Quran və hədislərdə bəhs edilən sevgi anlayışının mənasını
genişlətmiş, sevgini mərtəbələrə ayırmışdır. Xüsusilə Allah ilə qul arasında Quranda
bildirilən “sevgi” əlaqəsinin “eşq” anlayışı ilə ifadə edilməsini uyğun bilmişdir. Bu
səbəbdən dövrün ilk mütəsəvvifləri eşq, aşiq, məşuq yerinə hubb, məhəbbət, həbib,
məhbub sözlərindən istifadə etmələrinə baxmayaraq daha sonra gələn mütəsəvviflər
bu cizgidən uzaqlaşmışlar. İlk sufilərin bəziləri Allah sevgisini ifadə etmək üçün
Quran və sünnətdə yer alan hubb və məhəbbət yerinə “eşq” sözünün istifadə
olunmasına qarşı çıxmışlar (23, 12.)
Allah sevgisindən çox Allah qorxusuna üstünlük verən ilk zahidlər eşqdən bəhs
etməmişdilər. İlk dəfə II (VIII) əsrdə Allah ilə qul arasındakı sevgidən bəhs etməklə
nadirən olsa da eşq sözünün istifadə edildiyini göstərən rəvayətlər də var. Deyilənlərə
görə Həsən Bəsri Allahın “Qulum mənə, mən də ona aşiq olaram” buyurduğunu
demişdir. Əbdülvahid Zeyd isə peyğəmbərlərdən birinin “Allah mənə, mən də Ona
aşiq oldum” dediyini söyləmişdir. Başqa bir rəvayətdə buna oxşar bir söz Əbül
İlahi eşq və türk ədəbiyyatında təcəssümü
51
Hüseyn ən Nuriyə istinad edilmişdir. Bəqlinin nəql etdiyinə görə Əbül Hüseyn ən
Nuri, “Mən Allaha aşiqəm, o da mənə aşiqdir” dediyi üçün kafir olduğuna hökm
verilərək ölkəsindən qovulmuş, daha sonra edam edilməsi əmr olumuş və son anda
asılmaqdan xilas ola bilmişdir. Bu rivayətdən məlum olduğu kimi hətta ilk əsrlərdə
mütəsəvviflərin əksəriyyəti Allah sevgisini ifadə etmək üçün Quran və Sünnətdə yer
alan hubb və məhəbbət yerinə eşq sözünün istifadəsinə qarşı çıxmışlar; Rabia əl-
Ədəviyyə, Bayazid-i Bistami, Cüneyd Bağdadi, Həllac Mənsur kimi sevgi
mövzusunu işləyən ilk sufilər əsasən eşq, aşiq, məşuq yerinə hubb, məhəbbət, həbib,
məhbub sözlərindən istifadə etməyə üstünlük vermişlər (23,11-12).
Haris əl-Mühasibi, Xacə Abdulla əl-Hərəvi, Məhəmməd b.Hüseyn əs-Süləmi,
Əbu Talib əl Məkki, Həkim ət-Tirmizi, Əbu Nəsr əs-Sərrac, Məhəmməd b.İbrahim
əl-Kəlabazi, Əbu Nuaym, Əbdülkərim əl-Qüşeyri, Hücviri, Qəzali kimi
mütəsəvviflər də əsərlərində eşq mövzusuna yer verməmişlər və ya nadir hallarda
istifadə etmişlər, bunun yerinə ən çox əhəmiyyət verdikləri Allah sevgisi mövzusunu
hubb və məhəbbət termini ilə adlandırmağa üstünlük vermişlər (23,12).
Qüşeyri sufilərin Allah sevgisini eşq sözü ilə ifadə etmələrini müsbət qarşıla-
mışdır. Qüşeyriyə görə “Eşq sevgidə sərhədləri aşmaqdır. Allah həddi aşmaqla və
eşq ilə xarakterizə edilə bilməz. Bütün məxluqata aid sevgilərin hamısı toplanıb bir
şəxsə verilsə də bu şəxs Allahı sevmə dərəcəsinə çatmış sayılmaz. Bu halda qul Allah
sevgisində həddi aşdı deyilə bilməz. Bu səbəblə “Allah quluna aşiq oldu” deyilə
bilməyəcəyi kimi, qul da “Allaha aşiq oldu” deyilə bilməz. Buna görə də eşq Allahın
sifəti olmaz. Allahın qula vəya qulun Allaha aşiq olması mümkün deyildir” (4,110).
Hücviri eşq mövzusunda müxtəlif mənalar daşıdığını bildirərək başlıca fikirləri
belə izah etmişdir: Bir zümrəyə görə eşq sevgilisindən ayrı düşənin bir
xüsusiyyətidir. Qul da Allahdan ayrı qaldığına görə onun sevgisini eşq adlandırmaq
mümkündür. Buna qarşılıq olaraq Allah heç bir şeydən ayrı və uzaq olmadığına görə
Onun sevgisi eşq sözü ilə ifadə edilə bilməz. Başqa bir fikrə görə eşq həddi aşmaqdır,
Allah da həddi, sərhədi olmayan varlıq olduğu üçün Ona duyulan sevgi heç bir
şəkildə hədsiz olmaz və nəticədə eşq adlandırıla bilməz. Hücviri Allaha olan sevginin
məhəbbət termini ilə ifadə edilməsi lazım gəlmədiyini, bunun yerinə eşq sözünü
istifadə etməyin mümkün olduğunu bildirir (23,12).
Başda Həllac Mənsur, Əbu Bəkr əş-Şibli və Bəyazid-i Bistami olmaqla bəzi
mütəsəvviflərdə tam mənası ilə eşq mövcuddur.
Təsəvvüf tarixində eşqi ilk dəfə iztirab və kədər şəklində anlayan və bu tərzdə
izah edən Həllac Mənsur “Kitabü’t-Tavasin”də ilahi eşqi pərvanənin şamın ətrafında
dövr etməsi kimi təsvir etmişdir. Pərvanənin şamın işığını görməsi “elmü’l-yəqin”,
Nigar İsmayılzadə
52
ona yaxınlaşıb hərarətini hiss etməsi “eynü’l-yəqin”, alovun içində yanıb kül olması
“həkkü’l-yəqin”dır. Aşiqin ən son məqsədi yana-yana yox olmaqdır. Eşq anlayışını
da ilk dəfə belə şəkildə izah edən Həllac Mənsur olmuşdur (20,132). Edam ediləndə
əlləri kəsildiyi zaman üzünü qana bulamış, səbəbini soruşduqda “Eşq ilə qılınacaq iki
rükət namazın dəstəmazı qanla alınmazsa doğru olmaz” cavabını vermişdi. Bəzi
mənbələrə görə vücudundan axan qanlar Allah sözü şəklində axmışdı. Buna görə
Həllac Mənsur “şəhid-i eşq” adlandırmışlar, onun qəm və kədər dolu eşq macərası
bütün mütəsüvviflərə nümunə olmuşdur.
Təsəvvüf tarixində eşq anlayışını ilk dəfə məhəbbətdən ayıraraq araşdıran sufi
Əhməd əl-Qəzalidir. Bu səbədən də o, ilahi eşqə üstünlük verən sufilər tərəfindən
böyük qardaşı Əbu Hamid əl-Qəzalidən üstün sayılmışdır. Çünki İmam Qəzalinin
təsəvvüfi elm və mərifətə bağlı olduğu halda qardaşı təsəvvüfdə eşqi əsas saymışdır.
Onun “Səvanihü’l-uşşak adlı fars dilində yazılmış risaləsi xüsusi olaraq eşq mövzusu
ilə bağlı olan ilk əsərdir. Eşqin xüsusiyyətləri, təsirləri və mərtəbələrinin qısa
bölmələr şəklində işlənən bu risalənin geniş yayılmasından sonra eşq anlayışı
təsəvvüf ətrafında rəğbətlə qarşılandı.
Sevgini “könlün zövq aldığı şeyə meyl etməsi” olaraq adlandıran Qəzali, bu
meyl qüvvətli olarsa buna “eşq” deyilə bilər. Qəzaliyə görə eşq vicdani bir məsələdir.
Allahı tanıyan onu sevər, mərifəti artdıqca sevgi artar, güclənər, bu sevgiyə eşq
deyilir. O, mərifət və idraksız sevginin həyata keçə bilməyəcəyini bildirmişdir.
Məhəbbətin uca nöqtəsi və ya sevginin möhkəmlənmiş halı olan ilahi eşq
mərifətullahın bir nəticəsidir. Mərifətdə (Allahı bilmədə) məsafə qət etdikcə Allaha
olan məhəbbət də artar. Məhəbbət nisbətində də Allaha yaxınlıq artar (9,538-539).
Qəzali “İhya’ü ulumid-din” əsərində Allah sevgisi mövzusunu işlədiyi
“Kitabü’l-Məhəbbə və ş-şövq və l-üns və r-rıza” başlıqlı bölümündə eşq sözünə
üstünlük verməmişdir. Bununla birlikdə o, eyni əsərin səma mövzusu ilə bağlı
hissəsində Allahı sevən, Ona aşiq olan və Ona qovuşma sevgisi duyan insanın
səmasından da bəhs etməkdə və bu səmanın insanın eşq və sevgisini coşduracağını
göstərmişdir. Sevginin bu şəkildə eşq halını alması, qulun mərifətdə yetkinləşərək
ilahi gözəlliyi idrak etməsindən irəli gəlir; bu idrak artdıqca eşq də güclənir. Necə ki,
Hz.Peyğəmbərin Hira dağında ibadətə bağlandığını görən Məkkə müşrikləri,
“Məhəmməd Tanrısına aşiq oldu” demişdilər (23,12). Həqiqi aşiq qəlbindəki Allah
sevgisinə heç bir varlığın sevgisini ortaq etməz. Bu səbəblə də başqa şeylərə qarşı
duyulan sevgi ancaq məcazi mənada eşq adlana bilər: çünki ortağı olmayan, bir sözlə
ortaqsız sevilə bilən yeganə varlıq Allahdır. Əhməd əl-Qəzalinin yaşadığı dövrü
izləyən üç əsr ilahi eşq ədəbiyyatının qızıl dövrü oldu. Əhməd əl-Qəzalinin bu
İlahi eşq və türk ədəbiyyatında təcəssümü
53
yolunu tələbəsi Eynülquzat əl-Həmədani uğurlu bir şəkildə davam etdirdi. Onun
1000 beytdən ibarət olan “Nüzhətü’l-uşşak və nəhzətü’l-müştak” və bu mövzunun ən
uğurlu əsərlərindən sayılan “Təmhidat” adlı əsərləri eşqə dairdir (20, 133).
Xüsusilə eşq mövzusuna dair yazılan təsəvvüfi əsərlərin ən genişi Rüzbihan-ı
Bəqlinin “Əbharü’l-aşikin” adlı kitabıdır. Bəqlinin bu əsərində sufilərin eşq
mövzusundakı fikirləri açıq və parlaq bir üslubla təsvir edilmiş və Həllac Mənsurun
nur-i Məhəmmədi haqqındakı nəzəriyəsinin bir davamı olmaqla kainatın yaradılışı
eşq ünsürü ilə dilə gətirilmişdir. Bəqli “hadis-i qüdsi” deyə rəvayət edilən və
təsəvvüf ətrafında böyük maraq doğuran “mən gizli bir xəzinə idim, bilinməyi
istədim və buna görə də aləmi yaratdım” ifadəsindəki “bilinmək” də məqsədin
mərifət, “istəmək” də məqsədin də məhəbbət, yəni eşq olduğunu göstərir. Ona görə
Allahın sevgi ilə təcəlli etməsindən aləm meydana gəlmişdir. Bu ilk təcəlliyə
“həqiqət-i Məhəmmədiyyə” də deyilir (20,133). Aləmin var olma səbəbi
Hz.Peyğəmbərin həqiqəti, yəni Allahın ona olan əzəli eşqidir. Buna görə də
Hz.Peyğəmbərə “həbibullah” və “məhbub-i kibriya” deyilmişdir. Həllac Mənsurdan
gələn və Bəqlidə gözəl ifadəsini tapan bu görüş daha sonra eşq mövzusu üzərində
çalışan mütəsəvviflərin əsas hədəf nöqtəsi olmuş, bütün aşiq mütəsəvviflər eşq
mövzusundakı fikirlərini bu xətt üzrə inkişaf etdirmişlər. Bu fikrə əsasən aləm
eşqdən yaradıldığı üçün aləmdəki hər zərrədə eşqin izini və əksini görmək çətin
deyildir. Bu düşüncəyə əsasən Allah Hz.Məhəmmədə, Hz.Məhəmməd də Allaha
aşiqdir. Mütəsəvviflər də eşq mövzusunda Hz.Məhəmmədin bu görüşünü nümunə
götürmüşlər, özlərini Haqqın aşiqi və məşuqu olduqlarına inanmışlar.
Bəqli “Əbharü’l-aşikin” əsərində eşqin beş növündən bəhs etmişdir: bəhimi
(heyvani), təbii, ruhani, əqli, ilahi eşq. Bəhimi eşq əyyaş, günahkar şəxslərin, əslində
həva və həvəsdən ibarət olan eşqidir, şəhvət və nəfsi arzuları hədəf alır. Təbii eşq
lətafətdən yaranan maddi və cismani bir eşq olub ağlın və elmin hakimiyyətində
olmazsa pisdir. Ruhani eşq seçilmiş insanlarda olan maddi və mənəvi gözəlliklərə
qarşı duyulan eşqdir. Belə bir eşqə tutulan şəxs özünü şəhvətdən qorusa ariflər
dərəcəsinə çata bilər. Mələkut aləminə çıxmaq üçün nərdivan vəzifəsini yerinə
yetirdiyinə görə bu eşq məqbul sayılmışdır. Əqli eşq isə mələkut aləmində təcəlli
edən gözəllikləri tamaşadan meydana gəlir. İlahi eşqə buradan keçilir. Sufilər şüurlu
və şəriətin qəbul etdiyi çərçivədə qalmaq şərti ilə bütün eşqləri doğru sayırlar və bir-
birindən keçə-keçə eşqlərin ən yüksəyi olan ilahi eşqə çatmaq istəyərlər. Buna mane
olan şəhvət, nəfsani arzuların təsirində qalan eşqi pisləyər, bunun həva və həvəsdən
ibarət olduğunu söyləyərlər.
Nigar İsmayılzadə
54
Eşq haqqında İbnü’l-Ərəbi bütün ibadət şəkillərinin təməli olaraq eşqi görür.
İbadətdə ən əhəmiyyətli xüsus ibadət ediləni sevməkdir. “Eşq olmasaydı Allaha
ibadət edilməzdi” deyərək ibadət və eşqin bağlantısını müəyyən etmişdir. İbnü’l-
Ərəbi varlığın əslini eşqdə görməkdədir. Onun düşüncəsinə görə aləm sevən və
sevilənlərdən ibarətdir (12,715).
Başda “Füsusü’l-hikəm” və “əl-Fütühatü’l-Məkkiyyə” olmaq üzrə bütün əsərlə-
rində sevgi mövzusu üzərində duran İbnü’l-Ərəbi eşq sözünə müsbət yanaşmaqla
bərabər məhəbbət terminini istifadə etməyə üstünlük vermişdir. İbnü’l- Ərəbiyə görə
sevgi üç növdür: ilahi məhəbbət, ruhani məhəbbət, təbii məhəbbət. Həm Allahın bizə
olan sevgisinə, həm də bizim Ona olan sevgimizə ilahi məhəbbət deyilir. Hər növ
sevginin ilk və həqiqi qaynağı ilahi məhəbbətdir. Ruhani sevgi, sevənin sevdiyi hər
şeyi sadəcə sevgilisi üçün sevməsi və sevgilisinin muradından başqa heç bir şey
düşünməməsi, başqa bir sözlə eşqin öz iradəsindən fani olaraq məşuqun iradəsi ilə
hərəkət etməsidir. Ortada Allahın gözəlliyindən və ona duyulan sevgidən başqa bir
şey olmadığından Allahdan başqasını sevmək də mümkün deyil. Allahdan başqasını
sevmək, gözəllərə aşiq olmaq da əslində Allahı sevmək mənasına gəlir.
İbnü’l- Ərəbi bəşəri sevgini vəhdət-i vücud əsasına sadiq qalaraq izah etmiş və
beləcə insan sevgisini ilahi bir qaynağa bağlamışdır. Ona görə də dünya gözəlləri
şəklində əks olunan Allah olduğu kimi, aşiqin gözündən bu gözəlliyi tamaşa edən də
Allahdır. Aşiq, məşuq və eşq də Odur. İbnü’l- Ərəbi ibadətin əslinin də sevgi
olduğunu söyləyir. Sevgisiz ibadət məqbul sayılmır. Çünki sevgi ən uca ibadətdir.
“Sevgi dini”ndən (dinü’l-hübb) bəhs edən İbnü’l- Ərəbi dinin də, qibləsinin də sevgi
olduğunu ifadə etmişdir. Eşq və məhəbbətə nə qədər əhəmiyyət verirsə versin İbnu’l-
Ərəbinin təsəvvüfündə elm və mərifət üstünlük qazanır. Halbuki Əhməd əl-Qəzalidə,
Eynülquzat əl-Həmədani, Sənai, Əttar, Ruzbihan-ı Bəqli, İbnü-l Fariz və Cəlaləddin
Rumi kimi mütəsəvviflərdə eşq üstünlük təşkil edir. Hətta bunların nəzərində hər şey
eşqdən ibarətdir. Varlıq haqqındakı izahı da tamamilə eşqə əsaslanır.
Nəcməddin Kübra “əl-Usulü’l-əşərə” adlı risaləsində mütəsəvviflərin üç yolu
olduğundan bəhs edir: əhyar, əbrar və şüttar. Şüttar adlanan sufilər eşq, şövq, vəcdi
əsas saymışlar, səma ayinlərində musiqi və rəqslə həyəcana gəlmişlər, bununla da
eşqlərini gücləndirmişlər.
Eşq mövzusunu işləyən mütəsəvviflər ağılla eşq mövzusunda eşqin ağıldan
üstün olduğunu isbat etməyə çalışmışlar. Mütəsəvviflər ağılla Allaha qovuşmağın
mümkün olmadığını, Ona qovuşmağın ancaq sevgi ilə qovuşmağı düzgün bilmişlər.
Meracda Cəbraıl ağlı, rəf rəf eşqi təmsil edir. Cəbrayıl Hz.Peyğəmbəri bir nöqtəyə
qədər apara bilmişdir, daha irəli aparmaq üçün onu rəf rəfə təslim etmişdi. Deməli
İlahi eşq və türk ədəbiyyatında təcəssümü
55
Allaha gedən yolda ağıl müəyyən bir yerdə dayanmaq məcburiyyətindədir; bu
nöqtədən etibarən insanı Allaha eşq qovuşdurur. Mütəsəvviflər eşq ilə mənəvi
meraca çata biləcəyindən bəhs edirlər, bunu “merac-ı məhəbbət” və yaxud “merac-ı
eşq” adlandırırlar (23,14).
Təsəvvüfdə Allah eşqini hər kəsin başa düşəcəyi bir tərzdə izah etmək üçün bir
sıra bənzətmələr yaradılmışdır. Bunlardan ən əsası qadın, pərvanə-şam-atəş, gül-
bülbül və badə misallarıdır. Mütəsəvviflər ya mövzusu qadın və bəşəri eşq olan
musiqi və qəzəlləri ilahi eşqə tətbiq etmişdilər və ya Əttar, Əbdürrəhman Cami və
Mövlanada olduğu kimi ilahi eşqi bəşəri eşq şəklində təsvir etmişdilər. Füzulinin
“Leyli və Məcnun” əsəri buna ən gözəl nümunədir. Bu səbəbdən mövzusu Allah
eşqindən ibarət olan qəzəl, qəsidə və məsnəvilərdə dilbərlərin üz, göz, qaş, yanaq,
zülf, qəmzə, boy, işvə və naz kimi xoşa gələn cizgiləri, hal və hərəkətləri simvolik və
məcazi nəql ünsürləri qataraq istifadə etmişlər. Gül və bülbül də mütəsəvviflərin ən
çox istifadə etdikləri mövzudur. Bülbül aşiq, gül məşuqdur. Güldəki tikan eşqdəki
iztirabı, bülbülün yanıq nəğmələri isə aşiqin fəryad və fiqanıdır. Pərvanə və şam
misalı da əhəmiyyətlidir. Şam işığına aşiq olan pərvanə şamın ətrafında dayanmadan
fırlanır, ən sonda özünü oda atır, yanır və beləcə odda fani olur. Aşiq də eşq atəşində
pərvanə kimi yanar və sevgilisi uğrunda özünü fəda edərək yox olur. İnsanın ağlını
başdan alan xüsusiyyəti ilə şərab (mey, badə) da eşq mövzusunda mütəsəvviflər
tətəfindən çox istifadə edilmiş, qədəh, saqi və meyxanə kimi şərabla bağlı sözlərə
geniş yer verilmişdir.
Eşq və məhəbbət anlayışları ədəbiyyat, fəlsəfə və təsəvvüf ətrafında böyük ma-
raqla qarşılanmışdır. Əsərlərində eşq məsələsinə yer verməyən kəlam alimləri sonra-
dan fəlsəfi və təsəvvüfi qaynaqlardan istifadə edərək əxlaq elminə dair yazdıqları
əsərlərdə bu mövzuya müraciət etmişdilər. Məsələn Nəsrəddin Tusinin “Əxlaq-i
Nasir”ində, Cəlaləddin əl-Dəvvaninin “Əxlaq-i Cəlali”sində və Əzudüddin əl-İcinin
“Əxlaq-i Əzudiyyə” əsərində məhəbbət mövzusuna xüsusi bir bölmə ayırmışdır.
Eşq sərhəddi aşıb ruhla bütünləşdikdə eşqdir. İki nəfəri sevdiyini iddia edən
şəxsin qüsuru buradadır. Onun eşqi xarici görünüşdə məhduddiyyətli eşqdir. Həqiqi
aşiq bir sevgiliyə bağlanır. İbn Həzmə görə: “Könüldə iki şəxsə yer yoxdur, ikincisi
digərinin yerini tuta bilməz. Ağıl da təkdir. Rəhman olan tək bir Allahdan başqa
Yaradıcı tanıya bilməz. Qəlb də təkdir. İstər yaxın, istər uzaq olsun, yalnız bir şəxsi
sevər.Əksinə davrananlar eşqin qanununda şirkə yol verərlər” (11,251).
İbn Həzm eşq və sevgi mövzusunu işlədiyi “Tövkü’l-həmamə” adlı əsərində
eşqin səbəbi, qaynağı və məqsədi mövzusunda filosofların fikirlərini bölüşməklə
bərabər müasirlərinin də müşahidələri ilə birlikdə öz fikirləri ilə araşdıraraq bu
Nigar İsmayılzadə
56
sahədə ən gözəl əsər meydana gətirmişdir. İbn Həzm eşq və məhəbbət mövzusunu
“Tökvü’l-həmamə”də çox gözəl psixoloji təhlillər və təsvirlərlə vermişdir. Həm İbn
Davud, həm də İbn Həzm əsərlərində yalnız dünyəvi eşq mövzusunu işləmişlər,
mütəsəvviflərin ilahi eşq mövzusuna müraciət etməmişlər.
İbnü’l-Cəzəri, İbnü’l Teymiyyə və İbnü’l Qəyyimə görə eşq ağlı, düşüncəni
məhv edir. Ağlın dünyaya hakim olmasına fəzilət, duyğunun ağla hakim olmasına isə
rəzilət deyilir. Eşq bir kamal halı olmadığı üçün Allahın vəsfi deyildir. Onlara görə
qəlb Allahı sevmək üçün yaradıldığından ondan başqasını sevə bilməz. Allahı ihlasla
sevdiyi üçün Yusif Züleyxaya aşiq olmamışdır. Züleyxa müşrik olduğu üçün Yusifə
aşiq olmuşdur. Eşqin yeganə səbəbi imandakı əksiklikdir (23,11).
“Telbisü İblis” əsərində mütəsəvviflərin eşq anlayışını tənqid edən İbnü’l-Cəvzi
“Seydü’l-Xatır” əsərində gözəl eşq hekayələrindən bəhs edir. Ona görə məhəbbət
xoş bir duyğu olmaqla bərabər hədsiz dərəcədə olduqda pis olur. Çünki eşq insanın
gözünü kor, qulağını kar edir. Bu səbəbdəndir ki, həqiqəti görməyən aşiqlərin sonu
ayrılıqla bitir. Eşqi uğrunda intihar edənlər, hətta dinini dəyişən insanlar da var.
İbn Teymiyyəyə görə eşq ruh və qəlblə bağlı xəstəlikdir. Bədən üzərindəki təsiri
artdıqca cismani bir xəstəliyə çevrilə bilər. Eşq əqllə bağlı olmadığı üçün Allahın
vəsfi deyildir. Allaha aşiq və ya məşuq da deyilə bilməz. Bu halda qulun Allah
sevgisi məhəbbət adlandırılmalıdır. İbnü’l Cəvzi, İbn Teymiyyə və İbnü’l Qəyyim
kimi müəlliflərin təsəvvüfi eşqə hücum edərək onu şiddətlə rədd edərkən məhəbbət
ünsürünü bütün genişliyi və dərinliyi ilə işləmişlər və İslam dininin bir sevgi dini
olduğunu izah etmişlər.
İslam ümmətinin mədəniyyət və ədəbiyyatının hər sahəsində eşq anlayışının
təzahürlərini görmək mümkündür. Mütəsəvviflər ilahi eşqlə bağlı duyğu və düşün-
cələrini daha çox təşbihlərdə əks etdirdiklərindən təsəvvüf ədəbiyyatı məcazlar
ədəbiyyatı şəklini almışdır. Bəzən bir mənzumənin ilahi eşq, yoxsa dünyəvi eşq
olduğunu anlamaq çətinlik yaradır.
Türk ədəbiyyatında eşq mövzusu mahiyyəti və işlənməsi baxımından çox geniş
rəğbətə səbəb olaraq müxtəlif əsərlərin meydana çıxmasına səbəb olmuşdur.
Mahiyyəti etibarilə bəşəri, fəlsəfi və təsəvvüfi ilahi həqiqi eşq mövzusu ədəbi
əsərlərdə öz əksini tapmışdır.
Qədim ərəb şeirində qəsidə və yaxud qəsidənin nəsib, təqəzzül və təşəbbüb
adlanan şəkillərində maddi və bəşəri eşq tərənnüm olunmuşdur. Fars şeirində isə
qəsidənin bu növləri ilə yanaşı qəzəldə eşq əsas mövzuya çevrilmişdir. “Qəzəl-i
aşiqanə” adlanan bu qəbildən olan şeir divan ədəbiyyatının ən qiymətli şeir şəklidir
(23,18).
İlahi eşq və türk ədəbiyyatında təcəssümü
57
Daha sonralar eşq mövzusu fars və türk ədəbiyyatlarında qitə, rübai və
məsnəvilərdə də əks olunmuşdur. Eşq və məhəbbətdən bəhs edən dini və dünyəvi
əsərlərdə eşq-i həqiqi, mutləq eşq, eşq-i ilahi adları ilə Allah eşqi qəsd edilmişdir.
Aşiqin bütün mərhələlərdən keçərək sonunda çatacağı gerçək eşq budur. Təsəvvüfi
şeirlərdə əks olunan şeirlər də həmin eşqdir. Gerçək eşqə çatmaq üçün
Hz.Peyğımbərin sevilməsi lazımdır, bunu “eşq-i rəsul” adlandırmışlar. Necə ki,
Hz.Peyğəmbərin adlarından biri də “həbibullah”( Allahın sevgilisi) dır. Süleyman
Çələbi “Mövlud” əsərində “Ey həbibim sənə aşiq olmuşam, cümlə xalqı sənə bəndə
qılmışam” vurğulayarkən Allahın və bütün yaradılmışların Hz.Peyğəmbərə sevgisini
və duyğularını dilə gətirmişdir. Yunuz Əmrənin “Eşqin ilə aşiqlər yansın ya
Rəsulallah, içib eşqin şərabın kansın ya Rəsulallah” beyitli qəzəl ilahisi də bu mövzu
ilə bağlıdır (23, 18). Eşq mövzusu divan ədəbiyyatlarının natlarında da işlənmişdir.
Türk ədəbiyyatında eşq mövzusu təlmih, təşbeh, məcazlarda da işlənmişdir. Eşq
mövzusu müasir Türk ədəbiyyatında fəlsəfi əhəmiyyət qazanmışdır.
Mövlana Cəlaləddin Rumidən başlayaraq Yunus Əmrə, Əşrəfoğlu Rumi, Dədə
Ömər Rövşəni, Niyazi-i Misri, Seyyid Nizamoğlu Seyfullah, Nəsimi və bir çox
mütəsəvvif şairlərin mənzum və mənsur əsərləri ilə qəzəl ilahilərində təsəvvüfi
xüsusiyyətləri ilə işlənən eşq mövzusu, divan ədəbiyyatının Şeyxi, Bursalı Əhməd
Paşa, Nəcati, Zati, Xəyali, Füzuli, Nabi və Şeyx Qalib kimi ustadların şeirlərində
ilahi və bəşəri: Baki, Şeyxülislam Yəhya, Şeyxülislam Bahai, Nəfi və Nədim kimi
şairlərdə isə bəşəri eşqə daha çox üstünlük verilmişdir. Ancaq bütün bu əsərlərdə
bəşəri eşqin yenə də ilahi eşqə dayandığını görmək mümkündür. Bunu “əl-məcazü
qəntərətül-həqiqə”, yəni “məcaz həqiqətin körpüsüdür” anlayışı hakim olmuşdur.
Divan şairlərinə görə, “eşq sayəsindədir ki, insan əbədilik qazanır və la-məkana
çatar. Ancaq bu yol çox çətindir. Eşq yerinə görə yol olur, yerinə görə iman olur.
Bəzən od olub yandırar, bəzən dəniz olub boğar, at olar qaçar, quş olar uçar. Xəzinə
olub viran könüllərdə gizlənər. Gül bağçası olub ətri ilə aşiqləri məst edər. Klassik
ədəbiyyatda eşq hər şeydir, hər şey eşqdir. Divan və təsəvvüf ədəbiyyatlarında
mütləq həqiqət olan Allaha qovuşmağın eşq və ağıl olmaq üzrə başlıca iki yolu
vardır. Aşiq eşqi, zahid isə ağlı əks etdirir. Məqsədə çatdıran, lakin ən çətin olan eşq
yoludur və daima ağılla mübarizədədir. Füzulinin çox tanınmış, “Eşq imiş hər nə var
aləmdə, elm bir qil-ü qal imiş ancaq” beyti bunun ən məşhur ifadəsidir. Ağıl könlü
eşqdən ayırmaq istər, könül isə yenə də eşqə can atmaq istər. Buna görə də aşiq ağıla
deyil, eşqə bağlanır, ağlın əsası olan zahidi isə tənqid edər. Könül, qəm, kədər öz
yarıından dərd çəkmədikcə eşq xəzinəsi ortaya çıxmaz. Aşiqin vücudu eşq ilə dirilir,
eşqsiz qalmaq onun üçün ölümdür. Yunusun “Ölən heyvan durur, aşiqlər ölməz”
Nigar İsmayılzadə
58
misrası bunu ifadə edər. Bu səbəbdən aşiq eşqdən və eşq dərdindən qurtulmaq
istəməz. Füzulinin “Leyli və Məcnun” əsərində Məcnunun Kəbədəki münaciətinin
ifadəsi olaraq yer alan “Ya Rəbb bəla-yı eşq ilə qıl aşina məni, Bir dəm bəla-yi
eşqdən etmə cüda məni” adlı qəzəli bu fikrin ən gözəl və ən tanınmış ifadəsidir.
Allah aşiqləri eşqdən başqa bir şeylə təsəlli tapmırlar. Bu baxımdan onlara görə eşq
vacib və fərzdir. Eşq yoluna girən namusunu, mənliyini, buna bağlı varlığını eşq
dənizinə tökməlidir. Yunusun “Aşiq Yunus məşuquna vüslat bulunca məst olur, Bən
şişəyi çaldım taşa namus-u arı neylərəm” beyti ilə bitən şeir bu düşüncəni ifadə edən
parçadır.
Həqiqi eşq yoluna məcazla daxil olunur, gözəldən gözəlliyə, fərddən cəmiyyətə,
quldan Haqqa doğru bir yol qət edilir. Bu baxımdan məcazi eşqin simvolu olan
gözəllər, mey, meyxanə, məhbub və pir-i muğan sadəcə bir vasitədir. Eşqdə məqsəd
vüsala çatıb canını canana, məşuqə, yəni sevgiliyə qurban etməkdir.
Divan ədəbiyyatında eşqi tərənnüm edən əsərlərin başında Mövlanaya aid
edildiyi şübhəli olan “İşknamə” adlı məsnəvisini yada salmaq kifayətdir. Bu əsər
farsca olmaqla bərabər türk dilinə tərcüməsi də vardır və onun davamçılarına da
örnək olmuşdur. Yunus Əmrənin “Divan”ı, Aşıq Paşanın “Qəribnamə”si, Əşrəfoğlu
Ruminin “Divan”ı, Sinan Paşanın “Tazarrunamə”si, Dədə Ömər Rövşəninin
“Neynamə”si bu təsir altında meydana gəlmiş əsərlərdir (23, 19).
Eşq mövzusu ilə bağlı digər əsərlər də maddi eşqi və bunun uğrunda aşiqlərin
başına gələn macəraları mövzu seçən məsnəvilərdir. Ən gözəl nümunələri XIV, XV
və XVI əsrlərdə qələmə alınan bu əsərlər arasında Yusif və Züleyxa, Leyli və
Məcnun, Xosrov və Şirin, Vərqa və Gülşah, Cəmşid ü Xurşid, Vamik və Əzra ən çox
işlənən hekayələrdir. Bu məsnəvilər arasında Quranda “əhsənü’l qəsəs” (qissələrın ən
gözəli) olaraq adlanan Yusif və Züleyxa hekayəti ən çox sevilmiş və bəyənilmiş
əsərdir. Yusifə aşiq olan Züleyxa təsəvvüfi şeirdə eşq ilə, sevgilinin həsrəti ilə yanan
və hər şeydə onu görən ruhun simvoludur. Bundan sonra rəğbət qazanmış eşq
hekayəsi “Leyli və Məcnun” əsəri olmuşdur və eşq mövzusunu hərtərəfli ifadə edən
şahəsərdir. Türk ədəbiyyatında ilk dəfə Gülşəhrinin “Məntiqü’t-teyr” əsəri və Aşıq
Paşanın “Gəribnaməsi”ndə eşqdən bəhs edən həmin əsərlərindən sonra iyirmi doqquz
divan şairi tərəfindən işlənmişdir. Bunların arasında ən məşhur olan Əli Şir Nəvai,
Əhməd Sinan, Həmdullah Həmdi, Füzuli və Ətainin əsərləridir. Divan ədəbiyyatında
eşq mövzusunu əks etdirən şairlər arasında Şeyx Qalibin xüsusi yeri vardır. Onun ən
məşhur əsəri “Hüsn-ü eşq”dir. Bütünlükdə təsəvvüfdən bəhs edən bu əsərdə aşiq
vəhdət sirrinə qovuşmuşdur.
İlahi eşq və türk ədəbiyyatında təcəssümü
59
Eşq mövzusu müasir türk ədəbiyyatında da başqa şəkildə də olsa inkişaf
etmişdir. Qərb ədəbiyyatı təsiri altında bir çox xüsusiyyətlər qazanan və xüsusilə
fransız romantiklərini təqlid edərək əsər yazılan bu dönəmdə eşq qismən də olsa
məsnəvilərin yerini alan roman və hekayələrdə təzahür etmişdir. Namiq Kamalın
ifadə etdiyi kimi “kalbin hissiyat-ı ulviyyesi” olan eşq, bu dövrün bütün əsərlərində
qadına duyulan maddi-bəşəri bir sevgi kimi əsərlərdə təzahür edilir. Realist bir
mahiyyət qazanan eşq mövzusu müasir ədəbiyyatda zəngin ünsürlərlə bəzənmişdir.
Daha çox xəyal edilən, sevgiliyə qovuşması mümkün olmayan motivlərin yerini,
həyatın acılı şirinli günlərdə bərabər olan, sevinci də kədəri də yaşayan, ölüm və
ayrılıq nəticəsində çəkilən iztirab və duyğulara buraxmışdır. Müasir türk
ədəbiyyatında eşq mövzusu sosial vəziyyətlə bağlı olaraq realizmin təsiri altında
inkişaf etmişdir. Namiq Kamalın “İntibah” əsəri, Şəmsəddin Saminin “ Taaşşuk-ı
Tələt” və “Fitnət” əsəri bu mövzunu əks etdirmişdir.
Dostları ilə paylaş: |