ƏDƏBİYYAT
1. İslam Ansiklopedisi, 10 cild, TDV yayınları, İstanbul 1994
2 .İslam Ansiklopedisi, 20 cild, TDV yayınları, İstanbul, İstanbul 1999;
3. İslam Ansiklopedisi ,26 cild, TDV yayınları; Ankara
،
2008
4. ١٢٨٦
يناثلاء
،
نارھط
،
،
ءزجلا نامزلا ءانباء ءابنا و نايعلاا تايف و باتك ناكلخ
،
نبإ
5. ١٩٩٢ تريب
،
ةثلاثلا
،
ةعبطلا ةغلاا
،
يف دجنملا
6.،لولاا ءزجلا ،ةدايقلا و بدلاا و ركفلا و ملعلا يف ملاسلاا ةرقابع ةعوسوم يواكع رضخ بجر
روتكدلا
،تيوكلا،يبرعلا
١٩٩٦
ركفلا راد
İbn Xəllikanın həyat və yaradıcılığında müəllimi Şeyx Muvaffaquddin ən-Nəhvinin rolu
83
SUMMARY
This article focuses on the life and work of the famous Arab scholar and
historian Ibn Khallikan and the role played by his mentor Sheikh Muvaffaguddin
an – Nahvi known as Ibn Yaesh. In his formathion in the field of Arabic language
and literature.
The authentic materials extracted from single extant work of Ibn Khallikan
“Deaths of Eminent Men” were used in this article.
РЕЗЮМЕ
Данная статья посвящена жизни и деятельности известного арабского
ученого – историка Ибн Халликан и роли, которую сыграл в его формировании
в области арабского языка и литературы его наставник Шейх Муваффагуддин
ань – Нахви, известный как Ибн Йаиш.
В статье использованы подлинные материалы, исчерпанные из
единственного произведения Ибн Халликана «Книга о кончины вельможей»
дошедшего до наших дней.
İslam ailə hüququnda miras üzərindəki haqlar, əhatə dairəsi və vəsiyyət
85
İSLAM AİLƏ HÜQUQUNDA MİRAS ÜZƏRİNDƏKİ HAQLAR,
ƏHATƏ DAİRƏSİ VƏ VƏSİYYƏT
i.f.d. dosent Mirzəyeva Səbinə Həmid qızı
Bakı Dövlət Universiteti Dillər kafedrası
Açar sözlər: miras, ailə, hüquq, vəsiyyət, mülk
Key words: Family, Human Rights, Islam, inheritance, will.
Ключевые слова: Семья, права человека, ислам,завещание
Miras və təriqə kəlimələri tərk etmək, qoyub getmək mənasında olub, “tərk”
kökündən meydana gələn isimdir. İkisi də buraxılan şey mənasındadır.
İslam hüququnda miras ölünün özündən sonra qoyduğu və mirasçılarına çatacaq
şeylərdir. Bu tərifi qəbul edən müctəhidlər “şeylər”in əhatə dairəsi mövzusunda
fərqli görüşlər irəli sürüblər.
Hənəfilərə görə miras “mallar ilə mala bağlı haqlardır”. Digər müctəhidlərin
əksəriyyətinə görə miras mallar ilə “mala bağlı şərti olmayan” haqlardır.
Əhatə dairəsi: Hənəfi məzhəbinə görə təriqə (miras) mal və ya mala bağlı bir
haqdır. Buna görə aşağıdakı mal və haqlar mirasın əhatə dairəsinə daxildir.
a)
Daşınan, daşınmaz, misli və qiymətli bütün mallar
b)
Ölünün alacaqları və lehinə hökm olunmuş təzminatlar
c)
İrtifaq haqları ilə həbs haqları
Bunlarla bərabər mənfəətlərlə şəxsi haqlar mirasa daxil deyil. Məsələn, kirayəçi-
nin kiraladığı əşya üzərindəki haqqı mənfəətdir. Yəni kira mövzusu olan maldan
faydalanmaq kiralamaq məqsədinə uyğun olaraq istifadə etməkdir. Mənfəət zamanla
meydana gəldiyi üçün və maddi varlığı olmadığı üçün varislərə keçməz və kiraçı
ölərsə, kira müqaviləsi sona çatar. Vəlayət, vəkalət və məmuriyyət kimi haqlar şəxsi,
şüf’a və müxəyyərlik kimi haqlar isə şəxsi tərəfi üstünlük təşkil edən haqlardır və bu
haqlar da varisə keçməz. (11,56)
Maliki, Şafii və Hənbəli müctəhidlərə görə miras yalnız mal və mala bağlı
haqlardan ibarət deyil. Məmuriyyət və s. tamamilə şəxsi haqlar ilə evləndirmə
səlahiyyəti kimi bölünmə qəbul etməyən haqlardan başqa bütün haqq və mənfəətlər
mirasa daxildir. Bu ictihad fərqinin səbəbi bir hədisdə miras ilə əlaqəli olaraq “mal
Mirzəyeva Səbinə Həmid qızı
86
və haqq” kəliməsinin keçməsi, Hənəfilərin buradakı “haqq” kəliməsini hədisi rəvayət
edən şəxsin ictihadına dayanaraq əlavə etdiyinə qane olmaları, digər müctəhidlərin
isə bu şərti də hədisə daxil edə bilmələridir.
Miras yalnız varislərin haqqı deyil. Ömür boyu ona sahib olan və qoruyan
ölünün cənazə xərclərinin ilk haqıdır. Bundan sonra ölüdən alacaqlı olanların haqları,
sonar lehində vəsiyyət edilmiş şəxslərin haqları və ən sonda da varislərin haqları
gəlir. Qurani-Kərimdə əmr edildiyi halda, çox işlənməmiş bir başqa haqqda “varis
olmayan əqraba, yetimlər və fəqirlərin haqlarıdır”.
Cənazə xərcləri: Ölünün yuyulması, kəfənlənməsi, qəbrə qədər daşınması,
qəbrin hazırlanması və ölünün dəfni kimi ximətlərin pulsuz və ibadət fikri ilə edildiyi
dövrlərdə “təchiz” başlığı altında yalnız kəfən üzərində durulmuş, kəfənin mirasdan
alınacağını söyləmişlər. Başda şəhərləşmə olmaqla bərabər social həyatdakı bütün
dəyişikliklər kəfən xaricindəki xidmətlərində pul qarşılığında edilməsini zəruri hala
gətirmişdir. Dində əsli olmayan, bidət, xurafat və israf hesab olunan adətlər xaricində
qalan xidmətlərin dəhal-hazırda “təchiz” içində yer alması təbiidir. (14,324)
Ölünün borclari: Ölünün borcları Allah haqqı və qul haqqı olaraq iki yerə
bölünmüşdür. Zəkat, kəffarələr və nəzir kimi mali ibadət və borclar Hənəfilərə görə
ölüm halında düşər, mirasdan ödənməz. Bunların hesabı axirətə qalar. Çünki bunların
ibadət yönü vardır. Bunları borclu olan yani vəsiyyət edərək ödəyəcək, ya da birinə
vəkalət verəcəkdir. Ölü bunları edə bilməyəcəyinə görə artıq bunların ödənməsi də
mümkün deyildir.
Digər müctəhidlərin əksəriyyətinə görə bu borcları borclunun ödəməsi şərt deyil.
Vəfatından sonar başqaları da onu mirasdan ödəyə bilərlər.
Qul haqqı olan borclar alacaqlısı insan olan borclardır. Bunlar mal borcu və
zimmət borcu olaraq iki növə bölünür. Mal borcu müəyyən bir malın verilməsi ilə
ödənən borclardır və bəzi müctəhidlərə görə bu borc təchizdən də qabaq ödənə bilər.
Məsələn, girov mal buna misaldır. Girovqoyan öldükdə girovalan şəxsin bu mal
üzərində haqqı vardır. Zimmət borcu isə pul, yaxud bazarda olan mal ilə ödənən
borclardır. Bu borclar təchizdən sonar mütləq ödənməlidir. Ancaq burada bəhs edilən
borclar ölən şəxsin sağlığında etdiyi borclardır. Xəstəlik halında “filankəsə bu qədər
borcum var” deyərək xəstənin söylədiyi borclar Hənəfilərə görə ən son ödənəcək
borclardır. Digər müctəhidlərə görə isə bununla sağlığında ikən etdiyi borclar
arasında fərq yoxdur. (5,435)
Miras bütün bu borcları ödəməyə kifayət edirsə, bütün bu borcların ödənməsi
təbiidir. Ancaq miras borcların hamısını ödəməyə yetməzsə, Allah və qul haqları
İslam ailə hüququnda miras üzərindəki haqlar, əhatə dairəsi və vəsiyyət
87
borclarından hansının ödənəcəyi mövzusu Allah haqqı borcları da ödənəcəkdir deyən
müctəhidlər arasında mübahisələr vardır. (12,86)
Vəsiyyət: Əl-vasiyyə kəliməsinin lüğət mənası bağlamaq və birləşdirməkdir.
Vəsiyyət etmək mənasında əl-isa kəliməsi də istifadə olunur. Musi vəsiyyət edən,
musalehisə lehində vəsiyyət olunan şəxs deməkdir. Ərəb dilində “vəsiyyət” sözü
çatdırmaq mənasını verir. Belə ki, vəsiyyət edən insan bununla öldükdən sonra öz
mülkünü istədiyinə çatdırır. İslam hüququnda vəsiyyətə belə tərif verilir:
“Ölümə bağlı olaraq bir şəxsə təbərru yolu ilə (qarşılıqsız) bir malı və ya haqqı
vermək, təmlik etməkdir.” Vəsiyyətdə mal və ya haqq təbərru yolu ilə birinə verilir
və bu vermə mülkiyyəti nəql etmə yolu ilə olmalıdır. Ancaq musa leh vəsiyyət edilən
mal və ya haqqa vəsiyyət edən öldükdən sonra sahib ola bilər. Bir sözlə bu sözün
şəriətdəki mənası bir insanın digərinə hansısa əşyanı, borc pulu və ya istənilən
mənfəətli bir şeyi onun ölümündən sonra vəsiyyət olunan şəxsə hədiyyə etməsi
deməkdir. (9,264)
Hüquqi əsası (dəlili) və hikməti: İslam hüququnda vəsiyyətin məşru olmağı
Qurani-Kərimə, sünnətə və icma dəlilinə əsaslanır.
Bununla bağlı ayələr vəsiyyəti məşru etmiş və yerinə yetirməyənlərin
cəzalandırılacaqlarını ifadə edir. (1, Əl-Bəqərə, 2/180-182; Əl-Maidə, 5/109-111)
Uca Allah buyurur: “Sizin hər birinizi ölüm haqlayan zaman qoyub gedəcəyiniz
maldan valideynlərinizə, yaxın qohumlarınıza verilməsi üçün ədalət üzrə (malın üçdə
birindən çox olmamaq şərtilə) vəsiyyət etməyiniz zəruridir. Müttəqilərə ( bu)
vacibdir. (1, əl- Bəqərə:180)
Vəsiyyət ilə bağlı hədislər malın üçdə birindən artığını vəsiyyət etməyin
qadağan olduğunu, varis olan yaxınlara vəsiyyətin də (digər varislər icazə verməzsə)
hüquqi bir nəticəsi olmayacağını ifadə edir.
Abdullah ibn Ömər (r. A) Peyğəmbərin (s.a.v.) belə dediyini rəvayət edir: “Nə
isə vəsiyyət etmək istəyən müsəlmanın iki gün keçməmiş vəsiyyətinin yazılıb hazır
olmaması ona yaraşmaz”. (5, Buxari: 5/355/№2738. 13,Əbu Davud: 8/63/№2845. 8,)
İnsanlar çox vaxt iki hiss və narahatlıq arasında qalarlar: Bunlardan biri mali
yardımlar digəri isə ibadət və yaxşılıq etmək arzusu ilə sərvətini xərcləyərək ehtiyac
içinə düşmə təhlükəsidir. Demək olar ki, vəsiyyət də bu arzu ilə narahatçılığı birlikdə
həyata keçirən qarşılıqlı və ziddiyyət təşkil edən bir təsərrüfdür. İnsan vəsiyyət yolu
ilə həm ibadət və yaxşılıqlar edər, həm də sərvətinin arzu etdiyi yer və şəxslərə
verilməsi məsələsi ölümündən sonra olacağı üçün ehtiyac içinə düşmə qorxusundan
xilas olar.
Mirzəyeva Səbinə Həmid qızı
88
Vəsiyyətin hökmü: Vəsiyyət olunası mal-dövlət sahibinin, vəsiyyət etməsi
vacibdir.
Vəsiyyətin hökmünü dünyalıq və axirətlik olaraq iki yerə ayırmaq olar.
Dünyalıq hökmü dedikdə onun hüquqi nəticəsi nəzərdə tutulur. Vəsiyyət ölümə
bağlı bir təsərrüf olduğu üçün musi vəfat etmədikcə bağlayıcı olmaz, rucu imkanı
mövcuddur. Vəsiyyət edən vəfat etdikdə vəsiyyət bağlayıcı hala gələr, musa leh
vəsiyyət mövzusu olan mala sahib olar.
Vəsiyyətin axirətlik hökmü Allah tərəfindən qəti və ya ixtiyari olaraq tələb
edilib-edilməməsi ilə bağlıdır. Tələb qətilik dərəcəsinə görə mükafat və ya cəza
şəklində qarşılığı olar. Vəsiyyətə bu yöndən baxılarsa, onun müxtəlif faktorlarla
birdən artıq hökmə tabe olduğunu görərik:
a) Fərz olan vəsiyyət və baba yetimi
Bütün müctəhidlərə görə yerinə yetirilməmiş Allah haqqı olan borclar ilə heç
kimin bilmədiyi qul haqqı borclarının ödənməsinin vəsiyyət edilməsi fərzdir. Bunu
etməyən mükəlləf məsuliyyət daşıyar və cəzalanar. Bəzi müctəhidlərə görə hər hansı
bir vəsiyyət etmək, bəzilərinə görə də qohum olduğu halda daha yaxınları olduğu
üçün varis olmayanların lehinə vəsiyyət etmək fərzdir. İbn Hazm kimi müctəhidlərin
irəli sürdüyü bu son görüşdən istifadə etməklə indiki dövrdə bəzi islam ölkəsi
qanunları “baba yetimi” problemini həll etmişlər. İslam Miras Hüququnda xələfiyyət
sistemi olmadığı və yaxınlıq prinsipi mövcud olduğu üçün, məsələn oğul varsa, ölən
digər oğlun oğlu (nəvə) oğlun (atasının) yerinə keçə bilməz. Misal olaraq bir şəxsin
üç oğlu olduğunu, oğullardan birinin ondan əvvəl vəfat etdiyini və özündən sonra
uşaqlar (nəvələr) qoyduğunu düşünək. Bu şəxs də vəfat etdikdə geridə iki oğlu və
(daha öncə ölən) üçüncü oğlundan nəvələri qalacaq. Ümumi hacb (yaxın qohumun
uzağı mirasdan məhrum etməsi) qaydalarına görə oğul varsa, oğulun oğlu varis ola
bilməz. Atadan yetim qalan uşaqlar babaları vəfat etdikdə mirassız baba yetimi
olarlar. Yuxarıda bəhs edilən ictihad bu problemin həllinə kömək etmiş, baba
vəsiyyət etməyə laqeyd yanaşsa da, “bu bir borc olduğu üçün” nəvələr daha əvvəl
ölən atalarının hissəsi qədər malı cəbri (məcburi) vəsiyyət yolu ilə alarlar. (14,251)
Malın hansı miqdarını vəsiyyət etmək müstəhəbdir? Səd bin Əbu Vaqqas
(r.a.) deyir ki, mən Məkkəyə dəydim və (bərk xəstələndiyim üçün) Peyğəmbər (s.a.v.)
mənə baş çəkməyə gəlmişdi. O, haradan hicrət etmişdisə, orada ölməyi xoşlamırdı
deyə mənim üçün dua edib dedi: “Allah İbn Əfraya rəhm etsin”. Mən dedim: Ey
Allahın elçisi, mən bütün malımı vəsiyyət edim? O dedi: Xeyr. Bəs yarısını? O dedi:
Xeyr. Mən dedim: Bəs üçdə birini? O dedi: Bəli, üçdə birini vəsiyyət edə bilərsən.
Amma üçdə bir də çoxdur. Sənin varislərini varlı qoyub getmən, onları onun-bunun
İslam ailə hüququnda miras üzərindəki haqlar, əhatə dairəsi və vəsiyyət
89
əlinə baxan kasıb qoyub getməyindən daha xeyirlidir. Sən nə qədər mal
xərcləyirsənsə, onun hamısı sədəqəndəndir. Hətta arvadının ağzına qoyduğun bir tikə
də sədəqədir. Allahdan istərdim ki, səni ayağa qaldırsın, (müsəlman) insanlara xeyir,
(düşmənlərə) isə ziyan vurasan. Həmin vaxt Səd ibn Əbu Vaqqasın yalnız bir qızı var
idi. (5, Buxari: 5/363/№ 2742. Əbu Davud: 8/64/№ 2847. Nəsai: 6/242)
Varislər üçün vəsiyyət etmək olmaz.: (Yəni ata öz malının bir hissəsini
əvvəlcədən varislərinə vəsiyyət edə bilməz. Çünki onların varisləri özlərinin təyin
olunmuş haqlarını alacaqlar.)
Əbu Umamə əl-Bahili (r.a.) deyir ki, Peyğəmbər (s.a.v.) vida həccinin
xütbəsində belə dediyini eşitmişəm: “Həqiqətən, Allah hər bir haqq sahibinin haqqını
təyin etmişdir. Varis üçün vəsiyyət etmək olmaz”. (13, Əbu Davud: 8/72/№2853. 8,
Tirmizi: 3/293/№ 2203.)
Vəsiyyətin başlığında nə yazılmalıdır? Ənəs (r.a) deyir ki, onlar vəsiyyətləri-
nin başlığında bu sözləri yazardılar:
“Mərhəmətli və Rəhmli Allahın adı ilə. Bu Allahdan başqa ibadətə layiq məbu-
dun olmadığına, Onun tək olduğuna və heç bir şəriki olmadığına şahidlik edən, həm-
çinin Muhammədin Allahın qulu və elçisi olduğuna iman gətirən və Allahın qəbirlər-
də olanları dirildəcəyinə inanan, filankəs filankəs oğlunun etdiyi vəsiyyətdir.
Həmçinin onlar sağ qalan ailə üzvlərinə vəsiyyət edərdilər ki, Allahdan
qorxsunlar, qohumluq əlaqələrini saxlasınlar. Mömin olduqları təqdirdə Allaha və
rəsuluna itaət etsinlər. Onlara İbrahimin və Yaqubun öz övladlarına etdiyi tövsiyəni
də edərdilər: “Ey oğlanlarım, həqiqətən Allah sizin üçün (belə bir) din (İslam dini)
seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz” (1, əl-Bəqərə: 132.) (Hədis
səhihdir.19, əl-İrva: №1647. Darəqutni:4/154/№16. Beyhəqi: 6/287.)
Vəsiyyətin icrası nə zaman başlayır: Vəsiyyət yalnız vəsiyyət edən insanın
ölümündən sonra, onun borcları ödəndikdən sonra icra edilə bilər. Əgər vəsiyyət
sahibinin qoyub getdiyi mal-dövlət onun borclarına xərclənərsə, vəsiyyət edilən
insana heç bir pay düşmür.
Əli (r.a.) deyir ki, Peyğəmbər (s.a.v.) vəsiyyətin icrasından əvvəl, vəsiyyət
sahibinin borcunun ödənilməsini tələb edərdi. Siz bu hökmü Quranın bu ayəsində
oxuyursunuz: “...Bu bölgü ölən şəxsin vəsiyyəti yerinə yetirildikdən və ya borcu
ödənildikdən sonra aparılır..” (1, Nisa: 11) (Hədis həsəndir. 8, Səhih Sünən İbn
Macə: № 2195. əl-İrva:№ 1667. İbn Macə: 2/906/№ 2715. Tirmizi: 3/294/№ 2205)
Bu gün əksər insanlar özündən sonra çox borc qoyub gedirlər. Ələlxüsus cənazə
ilə əlaqədar hallarda. Belə olduğu təqdirdə müsəlman bəndə özünün sünnəyə uyğun
basdırılmasını vəsiyyət etməlidir. Örnək isə bu ayə olmalıdır: “Ey iman gətirənlər!
Mirzəyeva Səbinə Həmid qızı
90
Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar
(daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan,
buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt
təbiətli mələklərdir (zəbanilərdir)”.(1, ət-Təhrim: 6)
Ona görə Peyğəmbər (s.a.v.) səhabələri belə vəsiyyət edərdilər. Bu haqda onlar-
dan çox rəvayət gəlmişdir. Məsələn, Amir ibn Səd ibn Əbu Vaqqas deyir ki, atası so-
nuncu xəstəliyində belə demişdir: “Mənim qəbrimi ləhd formasında qazıyın, daşları
da qarşısına dik şəkildə düzün. Peyğəmər (s.a.v.) üçün necə edilmişdisə, elə”. (2,166)
Əgər bir insanın o sağ ikən ölmüş övladı varsa, o zaman övladının uşaqlarına
onun payına düşən miqdarda, yaxud malının üçdə biri qədər mal-dövlət vəsiyyət
etsin. Amma üçdə bir çoxdur. Əgər o ölərkən övladının uşaqlarına heç nə vəsiyyət
etməzsə, o zaman mal sahibinin onlara vəsiyyət edə biləcəyi qədər mal-dövlət verilir.
Çünki bu onun üzərində qalan borc sayılır. Əgər o ölərkən bu borcu yazmayıbsa,
borcu üzərindən düşmür. Bu gün (İslam şəriəti tətbiq olunan) məhkəmələrdə bu
qaydaya riayət olunur. (2,76)
Haram olan vəsiyyət: İslamın qadağan etdiyi bir şeyin yerinə yetirilməsini
vəsiyyət etmək, məsələn meyxanədə pulsuz içki paylanmasını istəmək haramdır,
yerinə yetirilməsi caiz deyil.
Məkruh vəsiyyət: Veriləcək malı məşru olmayan şəkildə xərcləyəcəyi bilinən
bir şəxsə vəsiyyət etmək məkruhdur.
Mubah vəsiyyət: İstər kənar şəxs, istərsə də qohumdan olan zəngin bir insana
mal və ya mənfəət vəsiyyət etmək mubahdır. Yəni savabı və ya günahı olmayan bir
davranışdır.
Məndub vəsiyyət: Bu vəsiyyət mükafat vədi ilə məsləhət görülən vəsiyyətdir.
Yoxsul və kimsəsizlərin faylalanmağı üçün yetimxana kimi xidmət müəssisəsi
qurmaq, insanların istifadə etməsi üçün yol, bulaq, məktəb, körpü və s. salmaq üçün
bir qədər pul qoymaqla həyata keçirilir. İslam bu cür ibadətlərin yaşayarkən edilməsi
ilə bərabər vəsiyyət şəklində olmasını da məsləhət görmüşdür.
Vəsiyyətin təşəkkülü və şərtləri: Vəsiyyət edənin buna əhliyəti olmalıdır. Ağıl
və ruh sağlığının əhliyyət şərti olduğunda ittifaq vardır. Həddi-büluğa çatmanın şərt
olub-olmaması mübahisə mövzusu olmuşdur. Əbu Hənifəyə görə həddi-büluğa
çatmaq da şərtdir. (9,65)
Vəsiyyət edən yazılı və ya şifahi olaraq iradəsini açıqlamaq yolu ilə vəsiyyətini
etmiş olar. Vəsiyyət hökmü şəxslərə edilərsə, yalnız icab (vəsiyyət edənin iradə
bəyanı) yetərlidir. Burada qəbul şərti axtarılmaz. Vəsiyyət edilən şəxs həqiqi şəxs
olarsa, Züfərə görə yenə qəbul şərt deyil. Ancaq əksəriyyət bu vəziyyətdə vəsiyyətin
İslam ailə hüququnda miras üzərindəki haqlar, əhatə dairəsi və vəsiyyət
91
tamamlana bilməsi üçün qəbulun olmasını şərt qoymuşlar. Qəbul sonradan da edilsə,
vəsiyyət ölüm anından etibarən keçərli olar.
Hənəfi və Hənbəli müctəhidlərə görə insanın heç bir varisi yoxdursa, bütün
malını vəsiyyət edə bilər. Varisləri olduğu zaman malın üçdə ikisi varislərin lehinə
qorunmuş (məhfuz) hissədir. Cənazə xərcləri və borclar çıxdıqdan sonra qalan
mirasın üçdə birini keçən vəsiyyətlər müctəhidlərin əksəriyyətinə görə mötəbər
olmaqla bərabər, yerinə yetirilməsi də varislərin razılığına bağlıdır. Varislər üçdə biri
keçən miqdara razı olmaz, haqlarını tələb edərlərsə, mirasın ancaq üçdə biri vəsiyyət
üçün ayrılar. (9,32)
Yenə müctəhiblərin əksəriyyətinə görə varisə edilən vəsiyyət də mötəbərdir.
Ancaq bu vəsiyyətin yerinə yetirilməsi üçün digər varislər buna icazə verməli və razı
olmalıdırlar. Varislər icazə verməzlərsə, içlərindən birinə edilən vəsiyyət hökmsüz
hala gələ bilər.
Mirasçıların haqları: Mirasda haqq sahibi olanların bir qrupu da mirasçılardır.
İslam hüququnda mirasçının da, mirasın da rəddi caiz və keçərli deyil. Bir şəxs
öldükdə mirasa girən mal və haqlar mirasçılara çatdırılar. Normal hallarda vəsiyyət
və borcların yerinə yetirilməsindən sonra miras bölünməklə yanaşı, mirasın daha
əvvəl də bölünməsində bir problem yoxdur. Başqasının haqqı olan borclar
bölünmədən sonra da mirasçılar tərəfindən hissələri nisbətində ödənə bilər.
Mirasçıları varis olma sırsına və dərəcəsinə görə belə sıralamaq mümkündür:
1. Müəyyən bir payı olan mirasçılar (əshabu-fəraiz)
2. Qan qohumluğundan əsəbə (kişi qohumu) olanlar
3. Azad edildiyi üçün əsəbə olanlar
4. Rəddən (artanı təkrar almadan) istifadə edən birinci siradakı mirasçılar
5. İlk iki siradakı qohumlar xaricində qalan zəvul-ərham qohumlar
6. Müqaviləli mirasçı (məvləl muvalat)
7. İqrar yolu ilə nəsəbi sabit olan qohumlar
8. Üçdə birdən artıq vəsiyyət edilən musa leh
9. Xəzinə (beytul-mal)
Göz haqqı: Mirasçıların paylarını izah edən ayədən əvvəl yer tutan və mirasda
payları olmayan qohumlar, yetimlər və yoxsullara da mirasdan bir şey verilməsini
istəyən ayə belədir: “- Malın (vərəsələr arasında) bölünməsi zamanı varis olmayan
qohumlar, yetimlər və yoxsullar da orada iştirak edərlərsə, onlara da o maldan bir şey
verin və gözəl sözlərlə könüllərini alın! - Özlərindən sonra (aciz və zəif) övladlar
qoyub gedəsi olan şəxslər, onlardan ötrü necə qorxurlarsa, (yetimlərdən ötrü də) o
Mirzəyeva Səbinə Həmid qızı
92
cür qorxsunlar! Və buna görə də onlar Allahın qəzəbindən çəkinərək sözün
doğrusunu danışsınlar!” (1, ən-Nisa, 4/8-9)
Ayədə “Malın (vərəsələr arasında) bölünməsi zamanı orada olan və bölüşmə
hadisəsini görən” ifadəsi keçdiyi üçün bu haqqa “göz haqqı” deyilir. Mirasdan pay
alanlar ümumilikdə zəhmət sərf etmədən sərvət sahibi olduqları üçün yaxınlarının bu
sərvətdə gözlərinin qalması təbii, daha başqa duyğuların meydana gəlməsi də ehtimal
olunan bir haldır. İslam həm bu mənfi duyğulara yol verməmək, həm də “bir sosial
ədalət vəsiləsi” kimi göz haqqını gətirmişdir. Ayədə əvvəlcə ehtiyacın qarşılanması,
sonra da gözəl sözlər söylənməsinin əmr edilməsi də təqdirə layiqdir. Buna görə
yoxsullara yalnız cənnətin yolları məsləhət görülməyəcək, bundan əvvəl onların
dünyadakı ehtiyaclarını ödəmək üçün yollar axtarılacaqdır. Ayədə keçən “onlara da o
maldan bir şey verin” əmrinin əxlaqi, yoxsa hüquqi olması burada mübahisə edilən
bir məsələdir. Əmr əxlaqidir deyənlərin fikrinə görə bu bir təşviqdir. Varislərin
razılığına bağlı bir hədiyyədir. Əmr hüquqidir (vücub üçündür) deyənlərə görə isə
göz haqqı miras üzərindəki haqlardan biridir. Ayə göz haqqının miqdarı haqda
məlumat vermədiyinə görə bu da ulul-əmr tərəfindən “məruf” kəliməsi ilə ifadə
edilmişdir.
Dostları ilə paylaş: |