İlahiyyat faküLTƏSİNİn elmi MƏcmuəSİ



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə9/40
tarix28.04.2017
ölçüsü3,06 Mb.
#16009
1   ...   5   6   7   8   9   10   11   12   ...   40
    Bu səhifədəki naviqasiya:
  • RESUME

Conclusion 

A close study of the prophetic practice and the Islamic legislation with regards to 

non-Muslim minorities would reveal that they were considered as the integral part of 

Muslim society.  Some argue that jizyah levied on non-Muslim minorities is a form 

of punishment for their disbelief, but, -as argued above the Prophet Muhammad not 

only gave non-Muslims the letters of assurance by which he guaranteed full 

                                                 

39

 Sarakhsi, M.A., al-Mabsut, (1993), Beirut, Dar al-Kutub, Vol. 5, p. 39. 



40

 Abu Yusuf, Kitab al-Kharaj, p. 223.  

41

 Maududi A.A., Rights of non-Muslims in Islamic state, p. 23. 



42

 Abu Yusuf, pp. 224-226. 

43

 See, Hamidullah, Muhammad. (1980), “Tolerance in the Prophet’s Deeds at Medina”, print 



copy of lecture organized by UNESCO, Paris: Unesco Press. 

Namig Abuzarov 

104


protection of their lives, properties and religions, but also, he urged his successors to 

fulfill the terms of these contracts. The non-Muslim inhabitants enjoyed all the basic 

human rights under the Islamic state and neither Muslims, nor others were permitted 

to violate these rights.  

 

 

REFERENCES 



 

Abu Dawood, as-Sunan, Jidda, Dar al-Kutub 1998. 

Abu Yusuf, Kitab al Kharaj, Istanbul, 1973. 

Aghnides, Nicolas Prodromos, Mohammedan Theories of Finance, New York 

1916. 

Ahmad, Z., The concept of Jizyah in Early Islam, Islamic Studies, Vol. 14, No. 4 



(1975), Islamic Research Institute, International Islamic University, Islamabad. 

Ahmad, Ziauddin, The concept of Jizyah in Early Islam, Islamic Studies, Vol. 

14, No. 4 (1975), Islamic Research Institute, International Islamic University, 

Islamabad. 

Bukhari, Muhammad bin Ismail,  al-Sahih, Istabbul 1898. 

Francesco Capotorti, Study on the Rights of Persons Belonging to Ethnic, 

Religious and Linguistic Minorities, (New York, United Nations, 1979). 

Hamidullah, Muhammad, Introduction to Islam, Ankara 2007, 3th edition. 

Hamidullah, Muhammad, Introduction to Islam, Ankara 2007. 

Hamidullah, Muhammad, The First Written Constitution of the World, Lahore 

1958. 

Hamidullah, Muhammad, The Prophet of Islam, Istanbul, 2003. 



Hasan, S.M., The Economic Functions of the Early Islamic State, International 

Islamic Publishers, Karachi, 1981. 

Henrard, K, Devising an Adequate System of Minority Protection: Individual 

Human Rights, Minority Rights and the Right to Self-Determination, (2000), Kluwer 

Law and Taxation Publishers. 

Kasani, Alauddin Abu Bakr, Badai as-Sanai, Beirut (1997), Vol. 7 

Keskioglu, Osman, “Taxation in Islamic Law”, Izmir 1966. 

Maududi, Abdul A`la, Rights of non-Muslims in Islamic State, KaziPubns Inc. 

(June 1975). 

Peerzade, Sayed Ahmad.,Jizyah: A Misunderstood Levy, JKAU: Islamic 

Economy, Vol. 23, No. 1. 


Status of non-Muslim inhabitants in an Islamic State 

105


Pew Research, (2012), The Global Religious Landscape, retrieved from 

http://www.pewforum.org/2012/12/18/global-religious-landscape-exec/ 

Sarakhsi, Muhammad bin Ahmad, al-Mabsut, (1993), Beirut, Dar al-Kutub, Vol. 5. 

United Nations, Minority Rights: International Standards and Guidance for 

Implementation, New York and Geneva 2010. 

Yadav, TarunPratap, The Myth of Jizyah,  Journal of Indian Research, April-

June, 2013, Vol. 1, No. 2. 

 

 



 

Namig Abuzarov 

106


XÜLASƏ 

 

Mən bu məqalədə  İslam Peyğəmbərinin və 7-ci əsrdə yaşamış ilk müsəlman 



cəmiyyətinin “azlıq” anlayışını təsbit etməyə  və həmçinin ilk dövr İslam hüququnun 

qeyri-müsəlmanlar (zimmi) ilə  əlaqədar maddələrini tədqiq etməyə çalışdım.  İslam 

ölkəsində yaşayan qeyri-müsəlmanların hüquqi statusu Qur`an və sünnə  tərəfindən 

formalaşdırılmışdır.  İslam Peyğəmbəri  Ərəbistan yarmadasında yaşayan qeyri-

müsəlman azlıqlara məktublar göndərərək onların can, mal, din və ibadətgahlarının 

zəmanət altında olduğunu xəbər vermişdir. Qeyri-müsəlmanların həddi buluğa çatmış 

kişiləri də bu imtiyazın əvəzində gücləri çatdığı qədər jizyə vergisi ödəmişlər.  

 

RESUME 



 

In this article I examine the Islamic concept of “Minority” that the Prophet 

Muhammad and the early Muslim community conceived in the 7

th

 century and 



explore how Islamic legislation with regard to non-Muslim subjects enacted by the 

Prophet and adopted by the orthodox caliphs in this period. Contrary to popular 

belief that jizyah levied on non-Muslim minorities is a form of punishment for their 

disbelief, but, -as argued above the Prophet Muhammad not only gave non-Muslims 

the letters of assurance by which he guaranteed full protection of their lives, 

properties and religions, but also, he urged his successors to fulfill the terms of these 

contracts. 

 

РЕЗЮМЕ 

 

В  данной  статье  я  постарался  рассмотреть  исламскую  концепцию 

«меньшинства»,  которую  представили  в VIIвеке  пророк  Мухаммад  и  ранняя 

мусульманская община; а также изучить пункты исламского права начального 

периода связанный с немусульманами (Зымми). Правовой статус немусульман, 

живущих  в  исламских  странах,  была  сформирована  на  основе  Корана  и 

Сунны.Пророк  ислама  направил  письма  немусульманским  меньшинствам, 

живущими на Аравийском полуострове оповещая их, что их жизнь, имущество, 

религия  ихрамы  находится  под  гарантии.  А  достигшие  половой  зрелости 

немусульманские мужчины платили налог «джизья» в обмен на привилегии. 



 

Çapa tövsiyə etdi: i.f.d. ŞirinovAqil 

İlk Dövrlərdə İslamın Azərbaycanda Yayılması 

107


 

 

İLK DÖVRLƏRDƏ İSLAMIN  

AZƏRBAYCANDA YAYILMASI 

 

i.f.d. Qoşqar Səlimli 

Bakı Dövlət Universiteti 

 

 

Açar sözlər: Azərbaycan; İslam; Xilafət; Qafqaz; Tarix. 

Keywords: Azerbaijan; Islam; Khalifat; Caucasus; History. 

Ключевые слова: Азербайджан; Ислам; Халифат; Кавказ; История. 

 

Azərbaycanın yerli əhalisinin ilk dövrlərdə buralara gələn İslam fəth orduları ilə 



az savaşmasının və onlarla sülh içərisində yaşamağa cəhd etməsinin  ən vacib 

faktorlarından biri də onların Bizans və Sasani zülmündən xilas olmaq istəyi idi. 

Bununla bərabər  İslam ordusunun yerli əhali ilə gözəl rəftar etməsi və dinlərini 

mülayim  şəkildə  təbliğ etmələri faktını da gözardı etmək olmaz.

1

Müsəlmanlar hər 



hansı bir ərazini öz itaətlərinə aldıqları zaman, sülh müqaviləsinə görə bu torpaqlar 

köhnə sahiblərinin mülkü olaraq qalırdı, ancaq belə olduqda onlardan torpaq vergisi 

alınırdı. Müsəlmanlar fəth etdikləri ölkələrin  əhalisinin  əllərindən kənd təsərrüfatı 

alətlərini almır, əksinə torpaqdan faydalanmaq üçün yerlilərə kömək edirdilər.

2

 

Bütün bunlara baxmayaraq İslam ordularının böyük bir hissəsi ölkədən 



ayrıldıqdan sonra hicri 24-cü ildə (m. 644-45) Azərbaycanda üsyan başladı, bununla 

da sülh müqaviləsi pozuldu.

3

 

Hüzeyfə b. əl-Yəmanın Azərbaycanda vali olmasından sonra müsəlmanlar 



Azərbaycan və onun bir hissəsi olan Arranda məskunlaşmağa başladılar. Bu dövrdən 

etibarən  İslam dini əhali arasında geniş bir vüsətlə yayılmağa davam etdi. Artıq 

yerlilərdən müsəlman olanlar (məvali) hərbi əməliyyatlarda iştirak etmək məqsədi ilə 

orduya alınırdı. Bununla bərabər Azərbaycanın  ərazilərində çox sayıda xristian 

                                                 

1

 Şeyxülislam Allahşükür Paşazadə, Qafqazda İslam, Bakı 1991, s. 43. 



2

  Гиргас.  В.,  Права  христиан  на  востоке  по  мусульманским  законам,  С.  Петербург 

1865, с. 16. 

3

 ət-Təbəri, Əbu Cəfər Muhəmməd b. Cərir, Tərixul-üməm vəl-muluk, I-XII, Qahirə, t. y., I, s. 



2804. 

Qoşqar Səlimli 

108


(zimmi) da yaşayır və onlar da əsgərə çağırılırdılar. Ancaq məvalilərdən yalnız 

piyada güc kimi istifadə olunurdu, eyni zamanda dövlət onlara da maaş verirdi. 

Zımmilərdən meydana gətirilən hərbi birliklər isə müqavilə  əsasında qulluq 

edirdirlər. Onlara ancaq ələ keçirilən qənimətdən pay ayrılırdı. Zimmilər 

müsəlmanlara silahlı kömək etdiklərində vergilərdən də azad olunurdular, çünki 

hərbi xidmət vergini əvəz edirdi.

4

 

Burada fəth ordusunun girə bilmədiyi dağlıq ərazilərdəki xalqın, köhnə dinlərinə 



bağlılığı davam etdirmələri diqqət çəkici bir məsələdir. Çünki dağətəyi və düz 

ərazilərdə hərəkət edən müsəlmanlar dağlıq yerlərdə çətinliklərlə qarşılaşırdılar.

5

 

Azərbaycan, xüsusil ilə  də Arran əhalisi,  İslamın buraya gəlişindən  əvvəl 



davamlı olaraq Bizans-İran müharibələri, Xəzərlər və digər köçəri millətlərin 

basqınları nəticəsində ağır bir vəziyyətə düşmüşdü. Müharibələr kənd təsərrüfatı və 

şəhərləşmənin yox olmasına səbəb olurdu. Müsəlmanların Azərbaycana gəlişi illər 

uzunu davam edən zülmdən qurtuluş kimi qəbul olunurdu. Müsəlmanlar 

Azərbaycana gələndən sonra xalq daha yaxşı yaşamağa başlamış  və insanların 

vəziyyəti qısa zaman ərzində düzəlmişdi. Çünki Müsəlmanlar, yalnız vacib vergiləri 

toplayır, insanların ailə həyatlarına, dini əqidə və ibadətlərinə qarışmırdılar.

6

 



Müsəlmanların üzünə Sasani imperiyasının qapılarını açan Qadisiyə döyüşü

Azərbaycan və Qafqazın fəthlərində  də  əhəmiyyətli rol oynamışdır.

7

 Ayrıca Fars 



ordusunun Qadisiyədə itirdiyi məşhur sərkərdələr ilə  bərabər, dövrün dini mərkəzi 

olması  səbəbi ilə Azərbaycandan savaşmaq üçün gələn çox sayıdakı “maqan” 

adlanan atəşpərəst din adamlarının qeyd olunan müharibədə öldürülməsi və  əsir 

düşməsi də,

8

 bu regionda İslam fəthlərini daha da surətləndirən amillərdən idi. 



Müsəmanlar ölkə  əhalisini  İslamı  qəbul etməyə  məcbur etmir, ancaq yeni dini 

qəbul etmək istəyənlərə də mane olmurdular. Bu hal xüsusi ilə Arrana aid idi, çünki 

onun  əhalisi xristian idi.

9

Müsəlmanların “Əhli-kitab”a yaxşı davranmalarının  ən 



əhəmiyyətli səbəblərindən birini belə açıqlamaq mümkündür: Onlar (müsəlmanlar) 

Bizans imperiyası ilə mübarizədə  hərbi fəaliyyətlərin meydanı olan “Mavərayi-

                                                 

4

 Bünyadov, Ziya, Azərbaycan VII-IX. əsrlərdə, Bakı 1989, s. 83, 84. 



5

 a. k. ə., s. 86. 

6

 Пигулевская, Н. В., К вопросу об общественных отношениях на Ближнем Востоке



Москва 1948, с. 68. 

7

 Nəcib, Fayiz İskəndər, əl-Futuhatul-İslamiyyə li biladil-Qurc, İskəndəriyyə 1988, s. 65. 



8

 əl-Gərdizi, Əbu Səid Abdulhayy b. Dəhhaq b. Mahmud, Zeynul-əxbar, y. y., h. 1347, s. 92. 

9

 Беляев, Е. А., Мусульманское сектантство, Москва 1967, с. 17. 



İlk Dövrlərdə İslamın Azərbaycanda Yayılması 

109


Qafqaz” (Zaqafqaziya) regionunun stratejik əhəmiyyətini çox yaxşı bilirdilər

10

 Bu 



bölgənin cənub bölgəsinə gəlincə isə burada İslam dini Sasanilərin dövlət dini olan 

Zərdüştlüklə mübarizə aparırdı. 

Azərbaycan feodalları atalarıının dinlərini yaşatmağa çalışsalar da əllərindəki 

imtiyazları qoruyub saxlamaq üçün ölkəni  ələ keçirən müsəlmanlarla  əməkdaşlıq 

etmək məcburiyyətində idilər. Buna görə, Azərbaycan feodal-zadəgan zümrəsinin 

İslamı qəbul etməsi çox uzun çəkmədi. İslam dini hicri birinci əsrdə Azərbaycanda o 

qədər surətlə yayıldı ki, hələ Abbasi hakimiyyətinin ilk illərində  Zərdüştlük bu 

torpaqlarda yox oldu.

11

 

Şimali Azərbaycanda (Arran, Albaniya) da İslam Xristianlığı  sıxışdırmağa 



başlamışdı, ancaq Cənubi Azərbaycana nisbətən buradakı  əhalini islamlaşdırma 

prosesi bir az uzun çəkmişdir. Arran ərazisində  də  İslam ilkin növbədə yerli 

zadəganlar arasında qəbul edilmişdi.

12

 



Yuxarıda qeyd etdiyimiz kimi İslam idarə sistemi yalnız Azərbaycana deyil, 

bütün Qafqaza tamamilə yeni bir idarə sistemi gətirmişdi. Müsəlmanlar yerli 

sülalələrin mənsublarına toxunmadan köhnə idarə  tərzinin bəzi  əsaslarını razılıqla 

qəbul etmiş, fəqət mühüm şəhərlərin (Ərdəbil, Dərbənd, Bərzəa) idarəsini öz 

əllərində saxlamışdırlar. Yerli idarəçilər (mərzban) daxili nizam-intizamın 

qorunmasına cavabdeh idilər. Müsəlmanların yeni idarə sistemi sayəsində, 

Azərbaycandakı  şəhər həyatı inkişaf etməyə üz tutmuşdu.  İstehkamlı qalalar, 

feodallara aid qəsrlər  şəhərlərə çevrilmişdi. Bərdə, Tiflis, Babul-Əbvab (Dərbənd) 

hərbi quvvələrin mərkəzi olmuş  və bu kimi yerlərdə ticari inkişaf səbəbi ilə yeni 

sikkələrin basılmasına başlanılmışdı.

13

 

V.V.Bartold,  İslam dininin bu torpaqlarda yayılması haqqında yazır: 



“Xristianlıqdan fərqli olaraq, İslamda misyonerlik yoxdur. Bu din yalnız istila yolu 

ilə yaylırdı. Müsəlman topaqlarının sərhəddi ilə  İslamın yayılış hüdudları eyni idi. 

Eyni zamanda İslam dini digər dinlərdə (Xristianlıq) olduğu kimi əhaliyə zor gücünə 

qəbul etdirilmirdi.”

14

 

                                                 



10

 Bünyadov, a. k. ə., s. 87. 

11

 Беляев, Е. А., a. k. ə., s. 18. 



12

 Якубовский, А. Е., Ирак на грани VIII-IX. вв, 1937, с. 28. 

13

 Caferoğlu, A., Azerbaycan, İstanbul 1940, s. 9. 



14

  Бартольд,  В.  В.,  Место  прикаспийских  областей  в  истории  мусульманского  мира

Баку 1924, с. 45, 142. 


Qoşqar Səlimli 

110


Ayrıca, müsəlmanlar digər dinlərin mənsublarına öz aralarında olan ixtilaflı 

məsələləri, onların dinlərinin qoyduğu qanunlara görə  həll etmələrinə icazə 

verirdilər.Bəzi bütpərəst qruplar, müsəlmanların qeyr-i müsəlmanlara olan bu 

münasibətini xristian ölkələrdə kilsənin özünə müxalifətdə olan məzhəblərə  və 

fikirlərə göstərdiyi rəftardan daha yaxşı olduğunu etiraf etmək məcburiyyətində 

qalmışdırlar.İsveçrəli  şərqşünas Adam Mets müsəlmanlarla onların idarəsində olan 

qeyr-i müsəlmanların arasındakı münasibətləri açıqlarkən belə yazır: “Müsəlman 

imperiyasında qeyr-i müsəlman məmurların həddindən artıq çox olması insanı 

heyrətə  gətirir. Onların öz dövlətlərində yaşayan müsəlmanlar xristianlara tabe 

olurdu.”


15

 

Xilafətin Azərbaycanla ilk dövrlərdəki münasibəti  Darul-əhd  səviyyəsində idi. 



Ancaq sonralar Albanya kilsəsinin nüfuzunun zəifləməsi və könüllü islamlaşmanın 

güclənməsi ilə, bu region müsəlman ölkəsi olaraq qəbul olunmağa başladı. Çox 

maraqlıdır ki, h. 360/m. 970-ci ildə Azərbaycan yepiskopuİslamı  qəbul etmişdi.

16

 



Dövlət öz müsəlman məmurlarını buralara yerləşdirir və onları əhalini sülh yolu ilə 

dəvət etmələrini təlqin edirdilər.

17

 

Bütün klasik dövr İslam alimləri ilə  bərabər V. Rozen kimi şərqşünaslar da 



aşağıdakı fikri mənimsəyirlər: Müsəlmanların fəth etdikləri torpaqların  əhalisi yeni 

dini toplu şəkildə  qəbul edirdi. Müsəlmanlar sadə  və yaşanması asan olan bir din 

gətirmişdilər. Əvvəllər isə, Azərbaycanda yaşayan bir çox insan sırf dini inanclarına 

görə təqiblərə məruz qalmış və ya ağır vergilər altında əzilmişdirlər. Müsəlmanların, 

bu vergiləri ləğv etməsi və dinlərini qəbul etmələri üçün insanları  məcbur 

etməmələri, onlar tərəfindən təqdirlə qarşılanmışdı. Yerli əhali onları xilaskar kimi 

qəbul edirdi, bu isə  İslam dininin qəbul edilməsi üçün ən  əhəmiyyətli faktorlardan 

biri idi.

18

 

Bütün bunlardan, bu nəticəyə gəlmək olar ki, Azərbaycan əhalisi müsəlmanların, 



bu torpaqlara gəlməsindən məmnun idi. Çünki başqa dinlərin mənsubları öz dinlərini 

dəyişmir və buna görə çox az miqdarda vergi (cizyə) ödəyirdi. Yalnız dövlətin tələb 

etdiyi vergi ödənmədiyi təqdirdə və öz dinini müdafiə etmə adı altında siyasi və milli 

                                                 

15

 Мец, Адам, Мусульманский ренессанс, Москва 1966, с. 44, 52. 



16

 Paşazadə, a. k. ə., s. 64. 

17

 əl-Bələzuri, Əbül-Abbas Əhməd b. Yəhya b. Cabir, Futuhul-buldan, Beyrut 1978, s. 328. 



18

 Розен, В., Рецензия на “Alberunis İndia”, Zvorao 1888, s. 155. 



İlk Dövrlərdə İslamın Azərbaycanda Yayılması 

111


istəkləri ifadə edən və xilafətə qarşı olan üsyanlar çıxdığı zaman, müsəlmanlar 

müxtəlif cəza tədbirlərinə əl atırdılar. 

19

 

Burada rus şərqşünası A. Y. Krımskinin müsəlmanların  ədaləti haqqında bir 



fikrinə yer vermək istərdik: “Xristianlıqda hər bidətin (yenilik) amansız bir şəkildə 

məhv edildiyi Bizansa nisbətən, İslam dininin qanunları, hətta xəlifə Ömər tərəfindən 

belə liberal bir hala gətirilmişdir.”

20

 



Bilindiyi kimi ilk xəlifələr və Əməvilər dövründə, Azərbaycanın yerli əhalisinin 

vəziyyətində yaxşı  mənada bir çox dəyişikliklər baş vermiş, insanlar İslamı  qəbul 

etməyə başlamışdırlar. Lakin Abbasilərin hakimiyyətə  gəlməsi ilə Azərbaycandakı 

torpaqların hamısı onların  əlinə keçdi. Abbasilər xilafəti  ələ keçirmədən  əvvəl 

verdikləri sözlərin  əksinə, onlar hakimiyyətə  gələndən sonra xalqın vəziyyəti 

pisləşməyə başladı, bütün bunlar da bu regionda böyük üsyanlara və qiyamlara səbəb 

oldu.Bu üsyanlardan biri də Abbasi xilafətini kökündən sarsan Babəkin rəhbərlik 

etdiyi Xurrəmilər üsyanıdır. Bu üsyan 20 il (h. 201/233-m. 817/838) davam etmişdir. 

Burada onu da qeyd etmək lazımdır ki, bu üsyan siyasi olduğu kimi, eyni zamanda 

dini xarakter də daşıyırdı. Çünki Xürrımilərin dini inancı Məzdəkilik və Zərdüştlük 

idi. Xürrəmilərin paytaxtı  Bəzz qalası idi. Bu üsyan miladi 838-ci ildə  xəlifə 

Mötəsim zamanında yatırıldı.

21

 

İslamın Azərbaycanda yayılmasının hərbi-siyasi cəhətdən tədqiqi çox 



əhəmiyyətli bir mövzudur. Burada, mənbələrdə olan, ancaq hərbi-siyasi sahələrə aid 

məlumatlarla kifayətlənməməli, eyni zamanda İslamın bu ərazidə necə təbliğ edildiyi 

və  əhali tərəfindən qısa müddət  ərzində necə  mənimsəndiyi də ciddi şəkildə  tədqiq 

edilməlidir. Bununla birlikdə, bu regionun İslamı  qəbul etməsi mövzusunun ancaq 

dediyimiz iki cəhətdən (hərbi-siyasi) araşadırılması  səhv başa düşülə bilər.  İndiyə 

qədər yerli əhali arasında belə bir düşüncə olmuşdur (və ya yaradılmışdır) ki, guya 

Azərbaycanda İslam “zor yolu ilə”, “qılınc gücünə” yaxud da “iqtisadi məcburiyyət 

siyasəti” sayəsində yayılmışdır. Buradan sadəcə bir şey ortaya çıxır: ilk dövr İslam 

tarixi mənbələrində istifadə olunan “futuhat” kimi məfhumların təhrif edilməsində 

xoşagəlməz bir qəsd vardır. Bu terminlər bəzi elm adamları  tərəfindən qəsdli bir 

şəkildə təhrif edilir və ya səhv başa düşülür. 

                                                 

19

 Bünyadov, a. k. ə., s. 88. 



20

 Крымский, А. Е., Страницы из истории Северного или Кавказского Азербайджана

Ленинград 1938, с. 83. 

21

 Bələzuri, a. k. ə., s. 325. 



Qoşqar Səlimli 

112


Qeyd olunduğu kimi, İslamın Azərbaycanın cənubunda, xüsusi ilə  də  şimal 

regionunda yayılması yüz və ya yüz əlli il davam etmişdir. Bu prosesin birinci 

mərhələsində İslamı əhali arasında təbliğ edən əsas amil müsəlman Ərəblər idi isə, 

Müsəlman mədəniyyətinin çiçəkləndiyi miladi IX-X əsrlər arasında, bu işi  İslamı 

qəbul edən yerli insanlar yerinə yetirmişdirlər. Hal-hazırda olduğu kimi, o dövrdə də 

Azərbaycanda bir çox xalq (Albanlar, Xəzərlər, Saklar, Utilər və b. ) yaşayırdı. 

Müxtəlif millətlərin  İslamı  qəbul etməsi, bu ölkənin  əhalisini ideoloji baxımdan 

gücləndirdi. Yeni dinin dili olan Ərəbcə, miladi VII əsrin axırlarından başlayaraq, 

Əməvi xəlifəsi  Əbdülməlikin həyata keçirdiyi islahatlar nəticəsində, Azərbaycanda 

hər kəs tərəfindən istifadə olunan dövlət dilinə çevrildi. Buna, Azərbaycanda 

müxtəlif dillərin danışılması, dil birliyinin olmaması  və müəyyən bir əlifbanın 

mövcud olmaması  səbəbindən,  Ərəb  əlifbasının qəbul edilməsi də ciddi təsir 

göstərmişdir. Zaman keçdikcə, bu dilin bir insan tərəfindən bilinməsi mədəniyyət 

səviyyəsi kimi qəbul edilməyə başlandı. Quranın ancaq yazıldığı dildə öyrənilməsi 

də  Ərəb dilinin mənimsənməsinə  və yayılmasına kömək etdi. Hər bir müsəlman, 

milliyyətindən qopmadan, geniş torpalara yayılmış  İslam xilafəti xalqlarının  əsas 

ünsiyyət vasitəsi olan ərəbcəni öyrənməyə  səy göstərirdi. Bütün dövlət və  şəxsi 

yazışmalar bu dildə olduğu kimi, dini və dünyavi xarakterli əsərlər də bu dildə 

yazılırdı. Ancaq miladi XI əsrin  əvvəllərindən etibarən bir sıra siyasi hadisələrin, 

xüsusi ilə  Səlcuq və Monqol istilalarının, Səlib yürüşlərinin və s. təsiri altında 

xilafətin zəifləməsi və gücünü itirməsi ilə,  İranın Qafqaz üzərindəki siyasi nüfuzu 

yenidən artmış, bu isə farscanın yerli xalqlara olan təsirini getdikcə artırmışdı. 

Azərbaycan türkçəsi, Ərəbcə və Farsca ilə bərabər yerli dillərin də təsiri ilə daha da 

inkişaf edir və mükəmməlləşirdi. Buna görədir ki, altı mindən çox Ərəb və Fars 

mənşəli söz bu dilin lüğət tərkibinə girmiş və burada yerləşmişdir. Hətta miladi XIII-

XIX  əsrlər arasında Azərbaycan türkcəsi Asyada, Avropada Fransızca qədər 

əhəmiyyətli hesab edilirdi. Burada daha bir xüsusa diqqət yetirmək lazımdır ki, İslam 

Azərbaycana gəldikdən sonra mədəniyyətlərin biri-birindən faydalanması  və bir-

birinə yaxınlaşması bütün İslam dünyasını birləşdirmişdi. Qafqazda çox sayıda Ərəb 

və Fars məskunlaşdı. Hələ  də  bəzi yerlər “Ərəbocağı”, “Ərəbşeyx”, “Ərəblər”, 

“Ərəbhacı”, “Ərəbşalbaş” kimi adları qorumaqdadır.

22

 



Miladi VIII əsrin  əvvəllərində  İslam Azərbaycanda hakim bir din oldu. İslam 

dini yerli zadəganlarla bərabər, tacir və  sənətkarlar arasında da müvəffəqiyyətlə 

                                                 

22

 Bünyadov, a. k. ə., s. 177. 



İlk Dövrlərdə İslamın Azərbaycanda Yayılması 

113


yayılırdı. Çünki müsəlman idarəçilər tacir sinfinə  və  sənətkarlara hörmət edir və 

onların fəaliyyət sahəsini genişləndirirdilər. 

Fəthlərdən sonra ərəbləşmiş  (İraq, Suriya, Misir, Fələstin və d. ) və 

müsəlmanlaşmış (Azərbaycan, İran, Orta Asya v. d. ) bütün xalqlar, İslamdan əvvəlki 

zəngin mədəniyyətlərini bir araya gətirərək ümumi İslam Mədəniyyətinin 

formalaşmasında fəal iştirak etmişdirlər.Bu baxımdan Azərbaycanda  İslamı  qəbul 

edən millətlərin orta əsrlərdəki mədəniyyət quruculuğunda, öz yerli mədəniyyətləri 

ilə  bərabər  ən  əsas rolu İslam öz üzərinə götürmüşdür. Qafqazda və Azərbaycanda 

yaşayan bir çox xalqın mədəni simasının təşəkkül tapmasında  İslamın yeri çox 

mühümdür. Maddi və  mənəvi mədəniyyətin  əsas ünsürlərinin: dini düşüncənin, 

elmin, fəlsəfənin, ədəbiyyat və incəsənətin, bu dəyişiklikdən sonra nə kimi təsirlərə 

məruz qaldığı əhəmiyyətli bir mövzudur.

23

 

 



 


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin