İlahiyyat faküLTƏSİNİn elmi MƏcmuəSİ



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə11/40
tarix28.04.2017
ölçüsü3,06 Mb.
#16009
1   ...   7   8   9   10   11   12   13   14   ...   40

Türkçülük ideyasının mənşəyi və mahiyyəti araşdırılarkən belə bir cəhətə diqqət 

yetirmək lazımdır ki, bu ideya türkdilli xalqlar dünyasında  əsaslı olaraq XX əsrin 

əvvəllərində  təşəkkül taparaq milli məfkurə  səviyyəsinə yüksələ bilmişdir. Bu dövr 

Türkiyənin yeni tarixi inkişaf mərəhələsinə  qədəm qoyması, müsəlman  Şərqində 

təsiredici nüfuz dairəsinin getdikcə artması ilə əlamətdardır. Türkçülərin ilk tarixi xid-

mətlərindən sayılan türk milliyyətçiliyini canlandırması görkəmli türkoloqların adı ilə 

bağlıdır. Onların yaratdığı və türkologiya adlanan bu elm sahəsinin təsbit etdiyi dünya 

türklərinin tarix, dil və  mədəniyyət birliyi ideyası türkdilli xalqların ictimai və siyasi 

müqəddəratının həllində mühüm rol oynamışdır.  

Türkçülük dünyagörüşünün ilk təzahürlərinə Azərbaycanda hələ XIX əsrin ikinci 

yarısından M.F.Axundov və H.Zərdabinin, Krımda  İ.Qaspıralının ideya-nəzəri irsində 

rast gəlinir.  

İlk vaxtlar milli özünüdərk kimi meydana çıxan və əsasən tarix, ədəbiyyat, mətbuat 

və incəsənət sahəsində özünü göstərən mədəni-maarifçi türkçülüyün yaradıcıları türk 

xalqlarının öz müstəqilliklərini  əldə etmələrinin ideoloji-siyasi sahəsinin mühüm bir 

sütununun təməlini qoymuşdular ki, bunun da adı «Vətənpərvərlik, Xalqçılıq» idi. Onlar 

dönməz bir vətənpərvər, xalqçı kimi öz əsərləri, fikir və mülahizələri, ədəbi-fəlsəfi dü-

şüncələri ilə  gələcək siyasi türkçülüyə  zəmin yaratmışdılar. Bu siyasi türkçülüyün ilk 

yaradıcıları isə Z.Göyalp, Y.Akçura bəy,  Ə.Hüseynzadə,  Ə. Ağaoğlu, M.Ə.Rəsulzadə 

və b. olmuşlar. 

Siyasi türkçülərin  ən öndə gedənlərindən olan Z.Göyalp, Y.Akçura özlərindən 

əvvəlki türk millətçilərinin təsiri ilə türkçülüyü maarifçi türkçülükdən siyasi türkçülük 

səviyyəsinə çatdırmışlar. 1908-ci ildən  İstanbulda yaradılan, bütün milliyyətçi 

təşkilatlarda təmsil olunan və  nəşr edilən bütün mətbuat orqanlarında çıxış edən 

Y.Akçura daha irəli gedən türkçülərdən olmuşdur. O, həmin dövrdə «Türk Dərnəyi»ni 

yaratmış, «Türk Yurdu Cəmiyyəti»nin təşkilatlanmasında yaxından iştirak etmiş, 

M.Ə.Rəsulzadə  və  Ə.Ağayevlə birlikdə «Türk Yurdu» jurnalını  təsis etmişdir. Böyük 

bir ziyalı ordusunu öz ətrafında birləşdirən «Türk Yurdu Cəmiyyəti» və onun orqanı 

olan «Türk Yurdu» jurnalı qarşılarına qoyduqları məqsədə çatmaq üçün var-qüvvələrini 

sərf edirdilər. «Türk Ocaqları» ilə «Türk Yurdu»nun birgə  səyi nəticəsində türkçülük 



 Rafail Ayvaz oğlu Əhmədli 

124


artıq bir ideologiya səviyyəsinə yüksəldi. Türkçülüyün geniş vüsət almasına və bütün 

türk dünyasında yayılmasına həmçinin  Əhməd Hikmət bəyin «Altun ordu» məqaləsi, 

Xalidə  Ədib xanımın «Yeni Turan» adlı romanı, Müfidə  Fərid xanımın qiymətli 

əsərləri, «Mən bir türkəm, dinim, cinsim uludur» deyən Məmməd  Əmin Yurdaqulun 

şeirləri və türkologiya sahəsində ensiklopedik bir alim olan Fuad Köprülünün elmi 

əsərləri və s. təkan vermişdir. Türkçülərə görə, türk dili, türk tarixi, türk ədəbiyyatı, türk 

mədəniyyəti yalnız bir türk xalqının, məsələn, osmanlının malı deyildir. Bütün türklük 

bir küllüdür, bir millətdir və bütün bu mədəniyyət ümumtürk mədəniyyətidir. 

Türkçülüyün «türk milliyyətçiliyi» bayrağı altında meydana çıxması o dövrdə yalnız 

Türkiyə milli ziyalılarını deyil, bütün dünyadakı türk milli ziyalılarını bir araya 

toplayırdı. Türkçülük ideologiyası türklərin tarixən yaşadıqları  ərazilərin adı ilə 

bağlanaraq «turançılıq» adı altında anladılmağa başlandı. Başda Z.Göyalp olmaqla 

Y.Akçura,  Ə.Hüseynzadə,  Ə.Ağayev, M.Ə.Rəsulzadə, M.F.Köprülüzadə  və b. Türk-

çülüyün elmi əsaslarını işləyib hazırladılar.  

Eyni zamanda Ə.Hüseynzadə,  Ə.Ağayev və M.Ə.Rəsulzadə başda olmaqla 

Azərbaycanın o dövrdəki ictimai-siyasi xadimləri siyasi türkçülüyü ilk dəfə proqram 

halına salan və dünyadakı  məhkum türklərin hürriyyət və istiqlallarını  tələb edən ilk 

milli mücahidlər idilər. Onlar, xüsusilə  Ə.Ağayev və M.Ə.Rəsulzadə ümmətçilik 

əvəzinə milliyyətçilik, islamçılıq əvəzinə türkçülük ideologiyasını irəli sürmüş, maarifçi 

milliyyətçiliklə siyasi milliyyətçiliyi çulğalaşdıraraq belə bir sosial-fəlsəfi fikri əsas-

landırmışlar ki, «siyasi və milli dövlətə…milli hürriyyət və milli istiqlala malik olmayan 

millətlərin milli varlıq və milli mədəniyyətlərini qoruyub inkişaf etdirmələri imkan 

xaricindədir» [5, 8]. Türkçülüyün və panturanizmin mahiyyətini  şərh edərkən 

M.Ə.Rəsulzadə yazırdı: «Şərqdəki milli hərəkatın bir növü kimi panturanizm Qərbdə 

irticaçı sayılan və çox vaxt şovinizm adlandırılan millətçilikdən bir qədər fərqlənir. 

Şovinizm təcavüzkar hərəkatdır və əsasən artıq milli birliyə malik kapitalist dövlətinin 

öz hakimiyyətini gücləndirməyə və ərazisini genişləndirməyə can atan dövlətin ekspan-

siyası amillərinə əsaslanan bir hadisədir. 

Avropa millətçiliyi siyasi cəhətdən təcavüzkar ideologiyadır.  Şərqdəki millətçilik 

isə siyasi cəhətdən müdafiə, sosioloji cəhətdən isə mütərəqqi hadisədir» [6]. 

Türkçülüyün böyük ideoloqu Z.Göyalp «Türkçülüyün əsasları» adlı əsərində türkçülük 

ideyalarını sistemləşdirərək onu milli məfkurə halına salmışdır. Bu əsəri ilə Z.Göyalp 

gələcəkdə yaranacaq müasir türk dövlətlərinin sosial fəlsəfəsini ortaya qoymuşdur. İki 

bölmədən ibarət olan bu əsərin birinci bölümündə Z.Göyalp türkçülüyün tarixindən və 

mahiyyətindən, türkçülük və turançılıqdan, milli və  bəşəri mədəniyyətlərdən, xalqçı-

lıqdan (xalqa doğru), müasirləşməkdən (Qərbə doğru), tarixi materializm və ictimai 



Türkçülük, İslamçılıq və müasirlik ideoloji sistemi Azərbaycan dövlətçiliyinin əsas amillərindən biri kimi 

125


məfkurəçilikdən, milli şüuru və milli təsanüdü (solidarizm) gücləndirməkdən, milli 

kültür və tərbiyədən bəhs edir. İkinci bölümdə türkçülüyün proqramını verən Z.Göyalp 

əsasən dildə türkçülükdən və onun prinsiplərindən, estetik türkçülükdən, yəni estetik 

zövqdən, milli vəzndən, milli ədəbiyyatdan, milli musiqidən və digər milli sənətlərdən, 

əxlaqi türkçülük və onun növlərindən, hüquqi türkçülükdən, dini türkçülükdən, iqtisadi 

türkçülükdən, siyasi türkçülükdən və fəlsəfi türkçülükdən bəhs edir.  

Bütün bu məsələləri ümumiləşdirərək göstərmək olar ki, tarixən mütərəqqi və hər 

cür mürtəce şovinist qayələrindən uzaq olan türkçülük məfkurəsinin öncül daşıyıcılarına 

görə, millətlər yalnız milli ideologiyaları, təfəkkür və xarakteri ilə  mədəniyyətə, 

texnologiyaya, elmə  və sonda dövlətə yiyələnə bilərlər. Bu yolda yüzlərlə yüksək 

səviyyəli insanlar, əvəzsiz elm, mədəniyyət, incəsənət, ədəbiyyat və siyasət xadimələri 

min cür əzab-əziyyətə qatlaşaraq, hətta lazım gəldikdə canlarını belə qurban verərək 

millətlərini sonda hürriyətə qovuşdurmuşlar. Türk dünyasında, o cümlədən də 

Azərbaycanda bu proses gec də olsa, XIX əsrin sonlarından başlayaraq XX əsrin birinci 

yarısında və sonunda öz bəhrəsini vermişdir.  

Türkçülük türk millətinin milli mənafeyini özündə əks etdirən dünyagörüşüdür. Bu 

dünyagörüşün özəyini belə bir müddəa təşkil edir ki, hər milliyyətçiliyin öz adı olduğu 

kimi türk milliyyətçiliyinin də adı türkçülükdür. Türkçülük türk millətini, onun vətənini, 

dövlətini sevmək, türk millətinin birlik və bərabərliyini qorumaq, millətini yüksəltmək 

uğrunda əzmlə mübarizə aparmaq deməkdir. Türkçülük türk millətinin şərəfli tarixinə, 

türk mədəniyyətini, dilini, əxlaqını qorumaq, onu daha da ucaltmaq deməkdir. 

Türkçülük məfkurəsi özündə humanist və demokratik dəyərləri üzvi surətdə ehtiva 

etməklə də əlamətdarlır. Bu da müsəlman Şərq dünaysında birinci olaraq Azərbaycanda 

yaradılmış demokratik respublika timsalında özünün təsdiqini tapmaqla tarixən ilkin 

gerçək nümunəsini vermiş oldu. 

Nəticə olaraq demək olar ki, müasir qloballaşma dövründə bu ideyaların aktuallığı 

xüsusi önəm kəsb edir. Belə ki, öz dinini, əxlaqını, mənəvi dəyərlərini itirmədən qərb 

sivilizasiasını  qəbul etmək, dünyaya inteqrasiya etmək qarşımızda duran ən ümdə 

məsələlərdən biridir. 

 

 



 

 Rafail Ayvaz oğlu Əhmədli 

126


 

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT 

 

1.

 



Акчура Йусиф. Тцркчцлцйцн тарищи. Истанбул: кайнаклар йайынлары, 1998 

2.

 



Яфгани С. Сечиlмиш ясярляри. Бакы: 1989 

3.

 



Гарайев Й. Азярбайъан ядябиййаты. XIX вя ХХ йцзиллкляр. Бакы: Елм, 2002 

4.

 



Гурбанов Ш.Ъ. Яфгани вя Тцрк дцнйасы. Бакы: Азярняшр, 1996 

5.

 



Мяммядзадя М.Б. Милли Азярбайъан щярякаты. Бакы: Ниъат. 1992 

6.

 



Рясулзадя М.Я. Пантуранизм щаггында, пантуранизм бизим дюврцмцздя// 

«Азярбайъан» журналы, 1991, №6. 

7.

 

Рясулзадя М.Я. Йедди бяйза. «Бясирят» гязети. 1914, №9.  



8.

 

Ресулзаде  М.Е.  Милли-тесанцд.  Анкара:  Азербайъан  кцлтцр  дернеэи 



йайынлары, 1978 

9.

 



Рцстямов  Й.И.  Сивилизасийаларын  диалогу – бяшяриййятин  вящдятиня  апаран 

йолдур// «Шярг-Гярб: сивилизасийаларын диалогу». Елми-нязяри журнал. Бакы: 2005, №1 

10.

 

Хялилов  С.С.  Фялсяфядян  сийасятя.  Бакы,  Азярбайъан  Университети 



няшриййаты, 1998, 328 с. 

 

 



 

Türkçülük, İslamçılıq və müasirlik ideoloji sistemi Azərbaycan dövlətçiliyinin əsas amillərindən biri kimi 

127


XÜLASƏ 

 

Məqalədə XIX əsrin sonu XX əsrin  əvvəllərində Azərbaycan xalqının milli 

qurtuluş  hərəkatının istiqamətləndirilməsində mühüm rol oynamış müasirlik, 

islamçılıq və türkçülük ideologiyasının yaranma tarixi və mahiyyəti araşdırılır. 

Bu ideoloji sistemin Azərbaycan xalqının milli şüurunun, milli özünü təsdiqinin 

və müstəqil dövlət quruculuğunda oynadığı rol araşdırılaraq  Şərqdə ilk demokratik 

cümhuriyyətin qurulmasında onun ideoloji sisteminə çevrilməsi prosesi 

aydınlaşdırılır.   

Eyni zamanda bu üç sütunlu ideoloji sistemin Azərbaycanda milli birliyin 

yaradılmasında yeri və rolu işıqlandırılır. 

 

SUMMARY 

 

This article examines the history and nature of ideologists Turkism, Islamism 

and Modernism played a large role in the direction of the national liberation 

movement in the late XIX and early XX centuries. 

Examining the ideological system of national identity of the Azerbaijani people, 

clarified the process of transformation of this ideology in the ideology that played a 

major role in national self-assertion and the construction of the first independent and 

democratic state in the East. 

Just highlights the place and role of ideology based on three pillars, in the 

formation of the national unity in Azerbaijan. 

 

РЕЗЮМЕ 

 

В статье исследуется история и сущность иделогии тюркизма, исламизма и 



модернизма  сыгравшая  большую  роль  в  направленности  национальной 

освободительной движении в конце XIX и в начале XX веков. 

Исследовав  идеологическую  систему  национального  самосознания 

азербайджанского народа, проясняется процесс превращения этой идеологии в 

идеологию, которая сыграла большую роль в национальном самоутверждении 

и  в  строительстве  первого  независимого  и  демократического  государства  на 

Востоке.  

Так  же,  освещается  место  и  роль  идеологии,  базирующейся  на  трех 

основах, в формировании национального единства в Азербайджане.  


Mahmud Kaşğarinin “Divanü Lüğat- İt-Türk” əsərinin leksik mənzərəsi 

129


 

 

MAHMUD KAŞĞARİNİN “DİVANÜ LÜĞAT- İT-TÜRK”  

ƏSƏRİNİN LEKSİK MƏNZƏRƏSİ 

 

Filol.f.d. Quliyeva Yaqut 



BDU  İlahiyyat fakültəsi 

 

 

Açar sözlər:  Mahmud Kaşğari, türkoloq,  oğuz dili, leksika, türk dilləri. 

Keywords: Great specialist, Turkic philology, grammar, Mahmud Kashghary,  

“Divani-lughat-it-Turk”. 

Ключевые  слова:  Великий  тюрколог,  основоположник,  грамматика,  

Махмуд Кашгари, «Дивану- лугат -ит тюрк». 

 

Böyük türkoloq, müqayisəli qrammatikanın banisi, XII əsrdə yaşamış Mahmud 



Kaşğari  “Divanü lüğat- it- türk”  əsərini yazmaqda ilk növbədə məqsədi türk dilləri 

barədə  məlumat vermək, onun leksik zənginliyini göstərmək və  ən  əsası  ərəb 

dünyasına türk dillərini təqdim etməkdən ibarət olmuşdur. Mahmud Kaşğari  böyük 

uzaqgörənliklə türk dillərinin öyrənilməsini vacib saymış, türklərlə ünsiyyət 

qurmağın yolunun ilk növbədə bu dildən keçəcəyini diqqətə çatdırmaq istəmişdir. Bu 

məqsədlə Kaşğari, özünün dediyinə görə, eni üç min, uzunluğu beş min fərsəx olan, 

Xəzər dənizini bütövlüklə  əhatə etməklə Rumdan Çinə  qədər böyük bir ərazidə 

yaşayan türkdilli xalqların dillərindən  əsaslı  şəkildə  bəhs etmiş, onların leksik, 

fonetik, qrammatik xüsusiyyətlərindən geniş  şəkildə danışmışdır. “Divan”da biz 

həmin ərazidə yaşayan qıpçaq, oğuz, yağma, çigil, uğraq, çaruq, qay, yabaqu, tatar, 

basmıl, suvar, bulğar, toxsı, arğu və sairə xalqların geniş dil mənzərəsi ilə rastlaşırıq. 

Tədqiqatçıların qeydinə görə, Mahmud Kaşğari fonetik-morfoloji xüsusiyyətlərinə 

görə türk dillərini iki qrupa bölür: “Şərq qrupu və  qərb qrupu. Şərq qrupuna 

çigillərin, toxsıların, yağmaların, Kaşğarın  şəhər  əhalisinin və Maçinə  qədər olan 

başqa tayfaların, xaqaniyyə türkcəsini, qərb qrupuna isə yeməklərin, qıpçaqların, 

oğuzların, peçeneqlərin, bulqarların, suvarların, Rumdan şərqdə yaşayan digər 

tayfaların dilləri daxildir” (4, 14). Mahmud Kaşğariyə görə dillərin  ən asanı 

oğuzların, ən doğrusu isə toxsı ilə yağmaların dilidir. Onun fikrincə, İrtış, İla, Yəmar, 

Etil çayları boyunca yaşayan xalqların dili də doğru türkcədir. Mahmud Kaşğari bu 

irmaqlar boyu yaşayan dillərin  ən gözəli kimi Qaraxanilər dövlətinin tərkibində 



 Quliyeva Yaqut 

130


yaşayan insanların dili olan xaqaniyyə türkcəsini göstərir. Beçeneq, suvar, bulqar 

dillərinə  gəlincə isə Mahmud Kaşğari onların sonlarının qısaldılmış olduğunu 

söyləyir. Tədqiqatçılara görə, bunu yəqin ki, sonda bəzi samitlərin atılması kimi başa 

düşmək lazımdır. Məsələn,  qapuq-qapu (4, 14). Mahmud Kaşğari hər bir tayfanın 

əslində öz dili olduğunu da vurğulayır. Məsələn, onun qeydinə görə, qay, tatar, 

yabaqu, basmıl, çomul boylarının hər birinin öz dili vardır. Böyük türkoloq 

uyğurların da öz türkcə bir dilləri olduğunu söyləyir. Lakin bütün bunlara 

baxmayaraq, Mahmud Kaşğari bütün türk tayfalarının dəfələrlə qeyd etdiyi kimi 

türkcəni də  gözəl bildiklərini göstərir. Mahmud Kaşğari türkcə dedikdə xaqaniyyə 

türkcəsini  əsas götürməklə, bütün bu tayfalar arasında ümumünsiyyət vasitəsi olan 

ədəbi dil anlayışını nəzərdə tutur (3,16). Qeyd etmək lazımdır ki, böyük türkoloq bu 

sözü bütün əsər boyu dəfələrlə  təkrarlamaqla, bu barədə öz fikrini qəti  şəkildə 

bildirir. Məsələn, o, yazır: “Çin və Maçin xalqlarının ayrı dilləri olsa da, onların  

şəhərliləri türk dilini yaxşı bilirlər” (7,103), “ Köçəri xalqlardan olan çomul boyunun 

dili ayrıdır, lakin türk dilini yaxşı bilirlər. Kay, yabaku, tatar, basmıl boyları da 

belədir. Hər boyun özünəməxsus ayrı ləhcəsi olsa da türkcə gözəl danışırlar”(7,104). 

Mahmud Kaşğari  türkcədən danışarkən bizə elə  gəlir ki, türk dilləri arasında olan 

ümumünsiyyət vasitəsindən - ədəbi dildən bəhs edir.  

Yuxarıda qeyd etdiyimiz kimi, böyük türkoloq  türk dillərinin dialekt və  şivə 

məsələlərinə də əsaslı şəkildə toxunur. Belə ki, onun “ Uyğurların dili saf türkcədir, 

lakin öz aralarında danışdıqları zaman istədikləri bir ləhcələri də var” (7,103) və 

“Comul boyunun kendilerinden bulunduğu çöl halkı ayrı bir dile sahiptir, Türkceyi 

iyi bilirler. Kay, Yabaku, Tatar, Basmıl boyları da böyledir. Her boyun ayrı bir ağzı 

vardır; bununla beraber Türkçeyi de iyi konuşurlar” (1,29-30) deməsi  istər-istəməz 

bu dillərin müxtəlif dialekt və şivə xüsusiyyətləri olduğunu göstərir. 

Ümumiyyətlə, Kaşğari  ən təmiz dil kimi  heç bir dillə qarışığı olmayan dili 

nəzərdə tutur: “Ən təmiz və doğru dil yalnız bir dil bilən, farslarla qarışmayan və 

əcnəbi ölkələrə gedib-gəlməyən adamların dilidir” (7,103). Tərkibində digər dillərin 

leksik vahidləri olan türk dilləri isə onun nöqteyi-nəzərinə görə,  əsasən  şəhərlilərin 

dili və fars dilinə qarışan dillərdir: “İki dil bilən şəhərlilərlə oturub-duran adamların 

dili nöqsanlıdır” (7,103). Belə dillərə o, soğdaq, gəncək, arğu boylarının, xotən, 

tübüt, tanqut xalqlarının, Balasağun, Tiraz, Beyza və İsbicabdan Arğuya qədər olan 

bütün şəhərlilərin dilini daxil edir.  

Aparılan araşdırmalara görə, Mahmud Kaşğarinin “Divan”nında 9000 minə 

yaxın  leksik vahid nümunə göstərilir. Bizim araşdırmalara görə isə  “Divan” 28 türk 


Mahmud Kaşğarinin “Divanü Lüğat- İt-Türk” əsərinin leksik mənzərəsi 

131


dilinin leksik vahidlərini əks etdirir. Sözsüz ki,  burada aparıcı yeri ilk növbədə oğuz 

leksikası tutur. 

M.Kaşğari araşdırmaçısı Əmir Nəcibə görə, Mahmud Kaşğari “Divan”da yalnız 

bir dilə aid olan sözlərdən misal gətirmək məqsədilə arqu dilinə aid 42 leksik vahid, 

barsqan dilinə 6, bulqar dilinə 6, ıtlık dilinə 1, karluk dilinə 7, gəncək dilinə 17, 

qıpçaq dilinə 15, karluk türkmən dilinə 1, kıtaya (xıtay) 1, köçəyə 1, oğuza 232, 

soquta 1, tübütə 2, türk dilinə 9, öz türk dilinə 5, uyğur dilinə 10, kaşğar dilinə  3, uç 

dilinə 3, xötən dilinə 1, çigil dilinə 44, yağma dilinə 5 dəfə müraciət etmişdir.  İki 

dildə  işlənən sözlərdən arğu-bulğar dilinə 1, arğu-türkmən dilinə 1, arğu-yağma 

dilinə 2, barsğan – uç dilinə 1, yəmək-yabaku dilinə 3, yəmək-yağma dilinə 1, karluk 

–türkmən dilinə 1, gəncək-xötən dilinə 2, oğuz-qıpçaq dilinə 25, oğuz-arğu dilinə 2, 

oğuz-türkmən dilinə 1, tatar-yabaku dilinə 1, türk-türkmən dilinə 1 misal nümunə 

verir. Üç dilə aid olan sözlərdən isə o, arğu-karluk-yağma dillərinə 1, yəmək-qıpçaq-

oğuz dillərinə 1, yəmək-qıpçaq-suvar dillərinə 1, qıpçaq-oğuz-suvar dillərinə 4, 

qıpçaq-oğuz-öz türk dillərinə 1, qıpçaq-oğuz-yağma dillərinə 2, qıpçaq-toxsı-yağma 

dillərinə 1, toxsı-çıgıl-yağma dillərinə 1 leksik vahid nümunə verir. Üçdən çox dilə 

aid olan sözlərə  gəldikdə isə bunların işlənmə tezliyi bir o qədər də yüksək deyil. 

Belə sözlər cəmi beşdir. Belə ki, Kaşğari bu dillərdən  arğu-yəmək-oğuz-toxsı-yağma 

dillərinə 1, basmıl-yəmək-kay-qıpçaq-oğuz-çomul-yabaku dillərinə 1, bulğar-yəmək-

qıpçaq-suvar dillərinə 1, qıpçaq-oğuz-toxsı-yağma dillərinə 1, qıpçaq-toxsı-tükmən-

yabaku-yağma dillərinə 1 söz nümunə verir (6,36-37).  

Ə.Nəcibin Mahmud Kaşğari “Divan”ı üzərində apardığı yuxarıdakı tədqiqat əya-

nilik baxımından bir neçə nöqteyi-nəzərdən maraqlıdır.  İlk növbədə bu hesablama-

lardan aydın olur ki, həqiqətən də, Mahmud Kaşğarinin elan etdiyi kimi, “Divan”da 

əsas leksik ağırlığı oğuz dili öz üzərinə götürür. Bundan əlavə, oğuzların hansı dillər-

lə ünsiyyətdə olduğu və eyni zamanda, oğuz tayfalarının etnik baxımdan hansı türk 

tayfalarıyla daha çox qaynayıb-qarışdığı da aydınlaşır. Belə ki, bu siyahıya  əsasən 

biz Mahmud Kaşğaridə oğuzların ən çox qıpçaqlarla dil əlaqəsində olduğunu görü-

rük. Bu faktı “Divan”da 25 sözün eyni zamanda həm qıpçaq, həm də oğuz dillərinə 

aid olması bir daha sübut edir. Məs: غلا ALIĞ : hər şeyin pisi. Oğuzca və qıpçaqca 

(7,133 ).  قرا ARIK : arıq, zəif, cılız. Oğuz və qıpçaq dillərində (7,135) və s.  

Daha sonra oğuzların məhz arqularla daha çox ünsiyyətdə olduğu məlum olur. 

Doğrudur, Mahmud Kaşğari həm oğuz, həm arğu dillərinə aid olan leksik vahidlərə 

cəmi 2 söz nümunə versə  də,  Əmir Nəcibə görə, Mahmud Kaşğarinin “Divan”ı 

qələmə aldığı dövrlərə  qədər oğuzlarla arqular yanaşı yaşamış  və onların bir-birinə 

leksik baxımdan təsiri olduqca böyük olmuşdur. Məs:



 

اغرا  URĞA : böyük ağac. 

 Quliyeva Yaqut 

132


Oğuzca. Arğuca da belədir (7,186).

 

قلب  BALIK : palçıq. Oğuzların bəzilərində və 

arğu dilində. Arğuların bir qismi isə üç sükun ilə bu sözə “balk” deyirlər. Türk 

dilində ancaq iki sükun yan-yana ola bilər. Arğuların dilində dolaşıqlıq vardır 

(7,380). İDİŞ : qədəh, piyalə. Yağma, tuxsı, yəmək, oğuz və arğuların dillərində 



tas, tava, ləyən, qazan kimi hər  şeyə idiş deyilir (7,131). “Mahmud Kaşğarinin 

təsdiq etdiyinə görə, oğuzlar arğularla qonşuluqda yaşamış və onların dili bir-birinə 

qarışmışdır” (6,43).  

Daha sonra biz “Divan”da oğuz-türkmən, yəmək-qıpçaq-oğuz, qıpçaq-oğuz-

suvar, qıpçaq-oğuz-öztürk, qıpçaq-oğuz-yağma, arğu-yəmək-oğuz-toxsı-yağma, 

basmul-yəmək-kay-qıpçaq-oğuz-çomul-yabaku, qıpçaq-oğuz-toxsı-yağma dillərinin 

leksik nümunələrinə də təsadüf edirik. Məs: قانرق KIRNAK : cariyə. Yabaku, kay, 

çomul, basmıl, oğuz, yəmək və qıpçaq dillərində (7,459) və s.  

Bu da bir daha oğuzların böyük bir ərazidə yaşadıqlarını, onların bütün əsas türk 

dillərilə  təmaslarını  və eyni zamanda,  bu dillər sırasında aparıcı mövqeyə malik 

olduqlarını göstərir. Bu faktı  Əmir Nəcib elə bu şəkildə  də qeyd edir. Əmir Nəcib 

oğuzlardan və oğuz dilindən danışarkən onların bu ərazidə əsas aparıcı dil və kütlə 

olduqlarını  nəzərə çatdırır. Beləliklə, “Divan”da adları bir qədər az çəkilən dillərin 

xüsusiyyətləri haqqında danışarkən Əmir Nəcib bu dillərin əsasən oğuz dili içərisində 

əridiyini, Kaşğarinin yalnız bu dillərin məhz fərqli xüsusiyyətlərini nəzərə 

çarpdırarkən onlara müraciət etdiyini bildirir. Ə.N.Nəcib yazır: “Bu qeydlərin 

genişliyi nəyi göstərir?  Əgər bu qeydlər doğrudursa və real vəziyyəti  əks etdirirsə, 

əgər hər hansı bir sözün dialekt mənsubiyyəti dəqiq qeydə alınıbsa və  əgər heç bir 

dilə aid olmayan sözləri ümumtürk sözləri kimi qəbul edəriksə o zaman biz qaçılmaz 

bir nəticəyə  gəlirik ki, Mahmud Kaşğari bu materialları  ətrafında kompakt şəkildə 

çigil, arğu, qıpçaq tayfaları  səpələnmiş,  əsasən oğuz tayfalarının üstünlük təşkil 

etdiyi ərazidən toplamışdır. Digər qeydlərin təhlili isə göstərir ki, Mahmud Kaşğari 

səyahət etdiyi ərazidə yağma, yabaku, yəmək, toxsı, kay tayfa və qəbilələri əhalinin 

əsas kompakt kütləsini təşkil etməmiş,  əsasən yerli əhaliyə qaynayıb qarışmışlar. 

Buna görə də onların dili bu ərazidə mühüm rol oynayan əsas xalqın dilindən kəskin 

şəkildə fərqlənməmişdir. Güman etmək olar ki, yağma, yabaku, yəmək, toxsı və kay 

şivələri oğuz, qıpçaq, arğu dialektləri arasında ərimişdir (6,37).  

Əmir Nəcibin mənzərəsindən oğuzların  əksər türk tayfaları  və onların dillərilə 

təmasda olduqları aydın görünür. Amma təbii ki, bu dillər sırasında Mahmud 

Kaşğarinin özünün də dediyi kimi, oğuzların qıpçaqlarla və oğuz dilinin qıpçaq dili 

ilə  əlaqələri daha geniş olmuşdur. Xüsusilə dil əlaqələri baxımından Mahmud 

Kaşğari az qala bu dillər arasında bir bərabərlik işarəsi qoyur. Məsələn o, dəfələrlə 


Mahmud Kaşğarinin “Divanü Lüğat- İt-Türk” əsərinin leksik mənzərəsi 

133


yazır: “Oğuzlarla qıpçaqlar y ilə başlayan bütün isim və feillərin ilk hərfini  əliflə, 

yaxud c ilə  əvəz edirlər” (7,105). “ İsimlerde ve fiillerde işin devam etmekte 

olduğuna bir belge bulunursa, kelimenin ortasındakı  ğ harfini atmakta oğuzlarla 

kıpçaklar birbirlerine uymuşlardır” (1,33). “Divan”dan müxtəlif qrammatik izahların 

verilməsinə dair qıpçaqlarla oğuzların eyni mövqedən çıxış etmələri barədə sözsüz 

ki, daha bir neçə nümunə vermək olar. Lakin Mahmud Kaşğarinin aşağıdakı bir 

qeydi daha maraqlıdır. O, oğuzların bilmədiyi bir sözü qıpçaqların da işlətmədiyini 

göstərir. “Kiş : sədəq, oxdan, ox qabı. Oğuzlar və  oğuzların qardaşı olan qıpçaqlar 

bunu bilməzlər” (9,134). Beləliklə, Kaşğari tayfa etibarilə  oğuzlarla qıpçaqların 

qardaş olduğunu deməklə bərabər, eyni zamanda onların dillərinin də demək olar ki

istər qrammatik, istərsə də leksik baxımından çox yaxın olduğunu göstərir. Təsadüfi 

deyil ki, əksər tədqiqatçılar da Kaşğari “Divan”ı ilə tanış olduqdan sonra bu nəticəyə 

gəlirlər: “M.Kaşğari oğuz dilinin təsirini hər yerdə hiss etmiş, oğuz-qıpçaq dillərinin 

qarışıq olmasına  əmin olmuşdu. Bu onunla izah olunur ki, M.Kaşğari çox vaxt 

“oğuzla” yanaşı “qıpçaq”, yaxud da əksinə, “qıpçaqla” yanaşı “oğuz” qeydini işlədir. 

Bəzən o, “oğuz”u göstərir, güman edir ki, sonra gələn “qıpçaq” öz-özünə anlaşılır” 

(2,62 ). Oğuzla qıpçağın dil baxımından yaxın olmasını “Divan”da göstərilən 25 

sözün Kaşğaridə müştərək mənşəli olması, yəni onların həm oğuz, həm də  qıpçaq 

dillərinə aid olmaları da bir daha sübut edir. Kaşğaridə biz digər heç bir dillər 

arasında müştərək şəkildə olan bu qədər sözə təsadüf etmirik.  

Gördüyümüz kimi, Kaşğari “Divan”da türk dilləri, bu dillərin leksik xüsusiy-

yətləri haqqında geniş  məlumat vermişdir. Bu dillər haqqında verilən məlumatların 

ən maraqlı cəhəti orasındadır ki, onlar bu və ya digər şəkildə oğuz diliylə müqayisədə 

verilmiş, onların bu və ya digər xüsusiyyətləri oğuz dilinə münasibətdə 

müəyyənləşmişdir.  

 

 



 

 

 



 Quliyeva Yaqut 

134


 

Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin