İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI:
1.
Ahmet Bedir, Bakuvi Tefsirinin Tahlil ve Tahrici. Doktora tezi, 1997.
2.
Ahmet Dolunay, Gerçeğin Doğuşu. İstanbul, Merkür Yayınları, 2000.
3.
Davud Aydüz, Sovet dövründə Azərbaycan türkcəsi və ərəb qrafikası ilə
yazılmış təfsir. Bakı, İslam Araşdırmaları jurnalı, 2001.
4.
Əhməd Haşimzadə, Təfsirul-Quranil-Azim. Əlyazma, 1962.
5.
Əli ibn Əhməd Vahidi, Əsbabun-nüzul. Beyrut, Aləmul-kutub, tarixsiz.
6.
əz-Zəməxşəri, əl-Kəşşaf an həqaiqit-tənzil və uyunil-əqavil fi vücuhit-təvil.
Beyrut, Darul-fikir, 1977.
7.
Hacı Mirməhəmməd Kərim Mircəfər əl-Ələvi əl-Hüseyni əl-Musəvi əl-
Bakuvi, Kəşfül-həqaiq ən nükətil-ayati vəd-dəqaiq. Bakı, Şərq-Qərb mətbəəsi, 2014.
8.
İsmayılov Mehman, 20. Yüzyılda Azerbaycan'da yapılan Kur'an ve tefsir
çalışmaları, Yüksek lisans tezi. Marmara Universitesi, 2002.
9.
Məhəmməd Həsən Mövlazadə Şəkəvi, Kitabul-bəyan fi təfsiril-Quran. Bakı,
Azərnəşr, 1990.
10.
Məhəmməd Hüseyn Tabatabai, əl-Mizan fi təfsiril-Quran. Beyrut,
Müəssəsətu Aləmi lil-Mətbu, 1973.
11.
Müslim b. Haccac, Sahihi Müslim, Libas, 120. İstanbul, Çağrı Yayınları, 1992.
Mirniyaz Mürsəl oğlu Mürsəlov
34
12.
Molla Muhsin Məhəmməd ibn Mürtəza Kaşani, Təfsirus-safi. Beyrut,
Müəssəsətu Aləmi lil-Mətbu, 1982.
13.
Nizami Məhərrəmov, Məmmədəli Babaşov, Qafqaz Müsəlmanlarının Atası,
Ədəbiyyat qəzeti. Bakı, 1991.
14.
Sabuhi Şahavatov, Ulumu`l-Kur`an Açısından Bakuvi Tefsirinin Özellikleri,
Yüksek lisans tezi. İstanbul, 2010.
15.
Ziya Bünyadov, Qırmızı Terror. Bakı, 1983.
16.
Z.M.Bünyadov, V.M.Məmmədəliyev, Qurani-Kərim məalı. Bakı, Qismət, 2006.
17.
http://az.wikipedia.org
Son dövr Azərbaycan müfəssirləri
35
XÜLASƏ
Bu məqalədə XIX-XX əsrlərdə yaşamış görkəmli Azərbaycan müfəssirləri Mir
Məhəmməd Kərim Bakuvi, Mövlazadə Şəkəvi və Əhməd Haşimzadənin həyat və
yaradıcılıqları araşdırılmışdır. Həmçinin, məqalədə bu üç müfəssirin yazdığı – Mir
Məhəmməd Kərim Bakuvinin “Kəşfül-Həqayiq an Nükətil-Ayati vəd-Dəqaiq”,
Mövlazadə Şəkəvinin “Kitabul-bəyan fi təfsiril-Quran” və Əhməd Haşimzadənin
“Təfsirul-Quranil-Azim” – əsərlər tədqiq olunmuşdur. Adlarını çəkdiyimiz alimlər öz
əsərlərində təfsirin həm rəvayət, həm də dirayət növündən istifadə etmişdir.
RESUME
In this article, lives and activities of the outstanding Azerbaijani mufassirs
(commentators of the Qur`an) of the XIX-XX centuries Mir Mohammad Karim
Bakuvi, Movlazadeh Shakavi and Ahmad Hashimzada have been investigated. The
works written by these three interpreters - Mir Mohammad Karim Bakuvi`s
"Kashful-Haqaiq an Nukatil-Ayati va`d-Daqaiq", Movlazadeh Shakavi`s "Kitabul-
bayan fi tafsiril-Qur`an" and Ahmed Hashimzada`s "Tafsirul-Qur`ani`l-Azeem" have
been also studied in the article. The abovementioned scholars used all types of tafsir
(interpretation of the Holy Qur`an) such as diraya and riwaya in their works.
РЕЗЮМЕ
В этой статье были исследованы жизнь и деятельность выдающихся
Азербайджанских муфассиров XIX-XX веков Мир Мохаммад Карима Бакуви,
Moвлaзaде Шекеви и Ахмеда Гашимзаде. Кроме того, в статье были изучены
работы, написанные этими муфассирами – «Кешфу-л-хагаиг ан Нукати-л-айати
ва ад-дагаиг» Мир Мохаммад Карима Бакуви, «Китабу-л-байан фи Тафсири-л-
Коран» Moвлазаде Шекеви и «Тафсиру-л-Корани-л-азим» Ахмеда Гашимзаде.
Вышеуказанные ученые использовали в своих работах такие типы тафсира как
«ривайат» и «дирайат».
İslamda müasirləşmə düşüncəsinin tarixi aspekti və Fəzlur Rəhman
37
UOT 28-İslam
İSLAMDA MÜASİRLƏŞMƏ DÜŞÜNCƏSİNİN
TARİXİ ASPEKTİ VƏ FƏZLUR RƏHMAN
Mübariz Məhəmmədəli oğlu Camalov
İlahiyyat üzrə fəlsəfə doktoru
BDU İlahiyyat fakültəsi
Açar sözlər: İslam, müasirləşmə, Fəzlur Rəhman, ehkamın dəyişməsi.
Keywords: Islam, modernity, Fazlur Rahman, change in judgment.
Ключевые слова: Ислам, модернизация, Фазлур Рахман, изменение ахкама
Tarix boyunca cəmiyyətlər və cəmiyyət içərisindəki ictimai hadisə, fenomen və
qurumlar dəyişmiş və inkişaf etmişdir. Bu dəyişmə və inkişaflardan biri də qərbdə
meydana gələn və demək olar ki, bütün dünyanı öz təsiri altına salan müasirləşmədir.
Müasirləşmə sənət, elm, fəlsəfə, din, texnologiya kimi həyatın hər sahəsində
özünəməxsus yeniliklərlə təzahür etmişdir.
Müasirləşmə məfhumu özündə dəyişmə, yenilənmə, inkişaf, təkamül kimi çox
sayda məna daşıyır. Buna görə də bu sözlərin bir-biri yerinə işlədildiyinə şahid
olmaq mümkündür. Bu təbiidir. Çünki müasirləşmək üçün dəyişmək, inkişaf etmək
üçün yenilənmək yaxud təkamül etmək üçün yenilənmək zəruridir. Bu sözlərin yerini
dəyişərək misalları çoxaltmaq mümkündür. İslamda müasirləşmə deyildiyi zaman da
eyni şəkildə dəyişmə, yenilənmə, inkişaf və təkamül kimi mənalar zehində cəmləşir.
Əslində İslam dininin yaranması da bir dəyişmə, yenilənmə, inkişaf və təkamül
olmuşdur. Belə ki, həzrət Peyğəmbərin əsl hədəfi Allahın iradəsinə uyğun olan
dəyişməni həyata keçirmək olmuşdur. Burada dəyişdirən Allah və Peyğəmbəri,
dəyişən isə bütpərəst ərəb cəmiyyəti idi.
Məlum olduğu kimi, həzrət Peyğəmbər Məkkədə İslam dinini təbliğ etməyə
başladığı dövrdə məkkəlilər bütlərə sitayiş edirdi. Bu, əsrlərdən bəri davam edən
cahiliyyə ənənəsi idi. Həzrət Peyğəmbərin gətirdiyi tövhid əqidəsi ilk olaraq bu
ənənəni dəyişdirmək olmuşdur. Çoxlu məşəqqətlərə səbəb olan bu dəyişmə
Məkkənin fəthinə qədər davam edən uzun bir yol keçmişdir. Buradakı dəyişmə İslam
dininin özündən əvvəlki cəmiyyəti dəyişdirməsindən ibarət olmuşdur. Mövzumuz
baxımından daha çox əhəmiyyət kəsb edən ikinci bir dəyişmə isə peyğəmbərlik
Mübariz Məhəmmədəli oğlu Camalov
38
dövrü boyunca dəyişən şərtlər qarşısında həzrət Peyğəmbərin mövqeyidir. Bundan
məqsəd İslam dinində hökmlərin şəraitə görə qoyulması və şəraitin dəyişməsi ilə
hökmün dəyişməsinin mümkün olub olmamasıdır.
İslamda ictimai nizamın formalaşması və buna bağlı olaraq hüququn yaranması
baxımından hicrət böyük əhəmiyyət kəsb edir. Çünki hicrət müsəlmanların bir
şəhərdən başqa bir şəhərə köçmələrindən ibarət olmayıb, yeni bir cəmiyyətin
inşasının başlanğıcı olmuşdur. Buna paralel olaraq Mədinə dövründə vəhyin
möhtəvası da dəyişmiş, siyasi, iqtisadi və sosial qurumlar meydana gəlmişdir
1
.
İslam cəmiyyətinin formalaşdığı bu dövrün təyinedici xüsusiyyətlərindən ikisi
nəsx və tədricilikdir
2
. Nəsx mövcud olan bir hökmün sonradan gələn başqa bir şəri
hökmlə ləğv edilib, onun yerinə yeni hökmün qoyulmasıdır
3
. Yəni dövrün şərtlərinə
uyğun olaraq şəriətin gətirdiyi bir hökmün şərtlərin dəyişməsi ilə yenə şəriət
tərəfindən dəyişdirilməsidir. Cəmiyyəti islah etmə hədəfinə sahib olan dinin inkişaf
prosesinin hər mərhələsinə uyğun hökmlər gətirməsindən daha təbii bir şey də olmaz.
Bunun Məkkədə deyil, məhz Mədinədə baş verməsi də təsadüf deyil
4
. Çünki hələ
açıq-aşkar təbliğ fəaliyyətinin belə olmadığı, müsəlmanların gizli ibadət etdikləri
Məkkənin şərtləri ilə Mədinənin həm ictimai, həm də siyasi vəziyyəti fərqli idi.
Məkkədə nazil olan ayələrlə Mədinədə nazil olan ayələrin məzmun etibarilə bir-
birindən fəqlənməsi də bunun başqa bir təzahürüdür. Məkki ayələr iman əsasları və
axirətlə bağlı olduğu halda, mədəni ayələr ictimai, siyasi, iqtisadi və hüquqi
xüsusiyyətləri ilə seçilir. Gündəlik namazların ikidən beşə çıxarılması, zəkatın
məcburi hala gətirilib miqdarının müəyyənləşdirilməsi, qiblənin Qüdsdən Kəbəyə
dəyişdirilməsi kimi bir çox məsələni buna misal gətirmək olar
5
.
Həzrət Peyğəmbər dövrünün fiqhi xüsusiyyəylərindən ikincisi olan tədricilik
İslam təşri üsulunun xarakteristik xüsusiyyətlərindən biridir. Hər bir cəmiyyətin adət,
ənənə, ictimai nizam və sair kimi dəyərləri vardır. Bu dəyərlərin bir anda tərk edilib
yerinə yenilərini gətirmək mümkün deyil. Bu sosial həqiqət İslamın təşəkkül etdiyi
dövrdə şari tərəfindən nəzərə alınmışdır. İslami dəyərlər bir anda deyil uzun illərə
yayılaraq 23 illik nübüvvət ərzində tədricən cəmiyyət həyatına yerləşmişdir. Təşrinin
bu xüsusiyyətinə fəqihlər tədricilik adını vermişlər.
1
Aydın M. İlk Dönem İslam Toplumunun Şekillenişi. İstanbul: Pınar Yayınları 1991, s. 107-108.
2
Karaman H. İslam Hukuk Tarihi. İstanbul: İz yayıncılık, 2004, s. 54-56.
3
Kahraman A. Fiqh üsulu. Bakı: Nurlar 2007, s. 238.
4
Erdoğan M. İslam Hukukunda Ahkamın Değişmesi. İstanbul: İFAV, 1994, s. 136.
5
Şatibi M. əl-Muvafaqat. Qahirə: 1969. c. III, s. 71.
İslamda müasirləşmə düşüncəsinin tarixi aspekti və Fəzlur Rəhman
39
Tədriciliyin üç formada meydana gəldiyi qəbul edilir. Bunlardan birincisi zaman
içində tədricilikdir. Bundan məqsəd hökmlərin bir anda gəlməyib uzun bir müddətə
yayılmasıdır. Beləliklə cəmiyyət şəri ehkamı rahatlıqla həzm edə bilir. Tədriciliyin
ikinci növü isə ehkamın əhəmiyyət sırasına uyğun olaraq gəlməsidir. Burada əvvəlcə
əsl hökmlər qoyulur daha sonra isə bu hökmlərin tamamlayıcı ünsürləri əlavə olunur.
Tədriciliyin üçüncü növünə gəlincə bu, hökmlər arasında tədricilikdir. Təşri
prosesində məsələ haqqında son hökm qoyulmadan əvvəl cəmiyyəti bu qəti qərara
hazırlayan ilkin hökmlər verilmişdir. Spirtli içkilərin qadağan olunmasını buna misal
göstərmək olar: əvvəlcə spirtli içkinin fayda və zərərlərindən danışılır, sonrakı
mərhələdə sərxoş halda namaza yaxınlaşma qadağası gətirilir və nəhayət spirtli
içkinin şeytan əməli olub qəti haram olduğu bildirilir
6
.
İslam təşriində həzrət Peyğəmbər dövründən sonra xarakteristik xüsusiyyətə
sahib olan ikinci mərhələ səhabə dövrüdür. Xüsusilə müctəhid səhabələr həzrət
Peyğəmbər dövründən etibarən qarşılarına çıxan fiqhi bir məsələnin həlli üçün
əvvəlcə Quran və Sünnəyə müraciət edəcəklərini bilirdilər. Bu iki əsas mənbədə
mövcud olmayan məsələlərin həlli üçün isə rəy ictihadına müraciət ediləcəyini də
həzrət Peyğəmbər məşhur Muaz hədisində açıq olaraq bildirmişdi. Burada mövzudan
kənara çıxmamaq üçün həzrət Ömərin xəlifəliyi dövrünə qısa toxunmaqla
kifayətlənəcəyik. Həzrət Ömərin xəlifəlik etdiyi dövr həzrət Peyğəmbər və həzrət
Əbu Bəkir dövründən siyasi və ictimai cəhətdən fərqlənir. Xüsusilə həzrət
Peyğəmbər dövründə İslam cəmiyyəti şəhər dövləti xüsusiyyətində olub Mədinə
xaricinə çox yayılmamışdı. Əbu Bəkirin xəlifəliyi dövründə ölkənin sərhədləri
genişlənməyə başlamış və həzrət Ömər dövründə bu yayılma daha da genişlənərək
fərqli mədəniyyətlərə sahib olan millətlər İslam cəmiyyətinə daxil olmuşdur. Bu isə
əhalinin bir neçə dəfə artması, yeni ictimai və siyasi qurumların yaranması və
beləliklə cəmiyyətin homogen quruluşdan heterogen quruluşa keçməsinə gətirib
çıxarmışdır. Fəth olunan torpaqların mülkiyyəti ilə bağlı yeni tənzimləmələri buna
misal göstərmək olar. Həzrət Ömərin xəlifəliyindən əvvəl fəth olunan torpaqlar ordu
mənsubları arasında qənimət kimi bölünürdü. Həzrət Ömər dövründə daha geniş
ərazilərin fəth olunması ilə bu ərazilərin mülkiyyətinin kimə aid olacağı iki cəhətdən
problem yaradırdı. Qənimətlər əsgərlər arasında bölünsəydi böyük torpaq
mülkiyyətləri müəyyən adamların əlində toplanardı. Bu torpaqların əsl əvvəlki
6
Karaman H. İslam Hukuk Tarihi. İstanbul: İz yayıncılık, 2004, s. 55; Erdoğan M. İslam
Hukukunda Ahkamın Değişmesi. İstanbul: İFAV, 1994, s. 140.
Mübariz Məhəmmədəli oğlu Camalov
40
sahibləri olan zimmilər isə torpaqsız və beləliklə də işsiz qalacaqlardı. Bu isə gəlir
bölgüsünün ədalətsizliyinə gətirib çıxarardı. Başqa bir məsələ də əhali və ərazi
baxımından qat-qat böyüyən dövlətin gəlirlərinin yetərsiz qalması idi. Buna görə də
həzrət Ömər fəth edilən torpaqları əsgərlər arasında bölüşdürməmiş, bunun əvəzində
torpaqları daha əvvəl mövcud olmayan xərac vergisi qarşılığında əvvəlki sahibləri
olan zimmilərə vermiş, mülkiyyətini dövlətə, buradan gələn gəlirlərin bir qismini
yenə dovlətə, bir qismini də maaş olaraq əsgərlərə təyin etmişdir
7
. Bundan başqa
müəlləfei-quluba verilən ödənişlərin dayandırılması, təravih namazının camaatla
qılınması, əhli-kitab olan qadınlarla evliliyin qadağan edilməsi, dövlət idarəsində
yeni qurumların və icra orqanlarının yaradılması kimi misalları çoxaltmaq
mümkündür
8
.
İslam fiqh tarixinin inkişaf mərhələlərindən biri də fiqh məzhəblərinin meydana
gəldiyi hicri I və II əsrlərdir. Bu dövrdə İslam dünyasının müxtəlif bölgələrində
meydana çıxan fiqh məzhəbləri həmin bölgələrin adət-ənənə və şərtlərinə uyğun
olaraq formalaşmışdır. Belə ki, nübüvvət dövründə Sünnənin üzərinə düşən dəyişən
şərtlərə yeni və şərtlərə uyğun hökmlər gətirmə vəzifəsi bu dövrdə fiqhi məzhəblərin
öhdəsinə düşmüşdür. Fiqh külliyatlarının təşəkkülündə bütün bunların böyük təsiri
olmuşdur. Şübhəsiz müxtəlif millətlərə və dinlərə aid olan bu adətlərdən bir qismi
qəbul, bir qismi rədd edilmiş və bir qismi də islami dəyərlərlə uyğunlaşdırılaraq
İslam mədəniyyətinə daxil edilmişdir
9
.
İslam hüquq tarixinin erkən dövrlərindən etibarən müəyyən mövzulara həsr
olunmuş kitablar qələmə alınsa da, günümüzdə anlaşılan formada bir qanunlaşdırma
fəaliyyəti Abbasilər dövlətinin əsl qurucusu hesab olunan xəlifə Əbu Cəfər əl-Mənsur
dövrünə rastlayır. Əməvilərdən sonra hakimiyyətə gələn Abbasilərin İslam
cəmiyyətində yenidən ədaləti bərqərar etmə iddiası, xüsusilə, hüquq sahəsində özünü
göstərmişdir. Xəlifə Mənsurun xilafətin mərkəzini İraqa çəkməsi və dövlətin yenidən
formalaşması zərurəti hüquq sahəsində yeniliklərə təkan vermişdir. Bu əsnada Sasani
7
Erten H. Hz. Ömer Döneminde Toplumsal Değişim // Necmeddin Erbakan Üniversitesi
İlahiyat Fakültesi Dergisi. 1996, №6, s. 301-302; Aydın M. İlk Dönem İslam Toplumunun
Şekillenişi. İstanbul: Pınar Yayınları 1991, s. 141-143.
8
Karaman H. İslam Hukuk Tarihi. İstanbul: İz yayıncılık, 2004, s. 55; Erdoğan M. İslam
Hukukunda Ahkamın Değişmesi. İstanbul: İFAV, 1994, s. 108; al-Qudsy Sh., Rahman A.
Effective Governance in the Era of Caliphate `Umar Ibn Al-Khattab (634-644) // European
Journal of Social Sciences. 2011, Volume 18, Number 4, p.612-624.
9
Karaman H. İslam Hukuk Tarihi. İstanbul: İz yayıncılık, 2004, s. 158. Bardakoğlu A. Tebliğ
Müzakeresi // İslam Gelenek ve Yenileşme Sempozyumu. İstanbul: 1996, s. 42-43.
İslamda müasirləşmə düşüncəsinin tarixi aspekti və Fəzlur Rəhman
41
dövlət ənənəsini bilən, dövrün əhəmiyyətli alim və dövlət xadimlərindən olan İbn
Müqəffanın mərkəzi hüquq sistemini yaratma təklifi kimi qəbul edilən məşhur
Risalətus-səhabə adlı əsəri xüsusi əhəmiyyətə sahib olmuşdur. Müəlif bu əsərində
siyasi, hüquqi, idari, hərbi və iqtisadi məsələlərlə bağlı mərkəzi siyasət sisteminə sahib
olan Sasani dövlət ənənəsini Abbasi dövlət xadimlərinə tanıtmış və Abbasilər
dövlətinin sahib olduğu problemləri və həll yollarını izah etmişdir. Xarici aləmə qapalı
olan Əməvi xilafətinin əksinə yeniliyə açıq olan Abbasi dövləti bu təklifləri müsbət
qarşılamışdır. Burada diqqət edilməsi lazım olan nöqtə İbn Müqəffanın bu
düşüncələrini ənənəvi dini mənbələrə deyil, ağıl, məntiq və çox sayda əsər tərcümə
etdiyi yunan, hind və sasani təcrübələri ilə əsaslandırmasıdır. İbn Müqəffanın bu təklifi
həyata keçməsə də qanunlaşdırma düşüncəsinin tarixi keçmişindən xəbər verir
10
.
İslam dünyası XIX əsrdə güclü qərb mədəniyyəti ilə qarşılaşdığı zaman bu
qarşılaşmanın öhdəsindən gələ bilmək üçün bəzi istisnaları olmaqla birlikdə praktik
olaraq fəaliyyəti dondurulan ictihad mexanizmi yenidən işləməyə başladı. Çünki
təqlid dövründə məzhəb imamlarının ictihadı nəticəsində təşəkkül edən fiqhi hökmlər
İslamın dəyişməz hökmləri arasına daxil edilmişdi. Halbuki ictihad müctəhidin
subyektiv cəhdi ilə ortaya çıxan və həmişə dəyişməsi mümkün olan hökmlərdir. Qərb
mədəniyyətinin İslam dünyasına daxil olması ilə birlikdə qərbli hüquq sistemlərinin
şəriətin yerini tutmasının qarşısını almaq və get-gedə daralmağa başlayan dini
sahənin genişləndirilməsi üçün XIX əsrin mücəddid alimləri ictihadi fiqh külliyatını
yeni ictihada açmağa çalışdılar
11
.
Müasirləşmənin İslam dünyasına gəlməsi isə Osmanlı imperiyasının zəifləməsi
və bununla birlikdə qərbin elmi, texnoloji və xüsusilə hərbi sahədə güclənməsi ilə
bağlıdır. Bunun nəticəsində qərbin İslam dünyası ilə yaxın təması ikinci tərəfin
məğlubiyyəti ilə nəticələndi. Bu məğlubiyyət başlanğıcda aşkar hiss olunmasa da,
vaxt keçdikcə qərbin İslam dünyasını hərtərəfli hegemonyasına alması ilə özünü
göstərdi. Bu isə İslam dünyasının özünə etimadını azaltdı. Müasirləşmənin İslam
dünyasına gəlməsi daha ilk andan etibarən bir çoxları tərəfindən problem olaraq
görülsə də, bunun fərqində olmayanların əksəriyyəti təşkil etməsi məsələni daha
qarışıq hala gətirdi
12
.
10
Kılıç M. İslam Hukukunda Kanunlaştırma Olgusu: i.f.d. dis. Ankara, 2008, s. 131-132.
11
Karaman H. Fıkıhta Gelenek ve Yenileşme // İslam Gelenek ve Yenileşme Sempozyumu.
İstanbul: 1996, s. 37-38.
12
Aydın M.S. Fazlur Rahman ve İslam ile çağdaşlaşmak / İslam ve Modernizm: Fazlur
Rahman tecrübesi. İstanbul, 1997, s.11.
Mübariz Məhəmmədəli oğlu Camalov
42
Bu dövrün təyinedici məfhumlarından biri təcdiddir. Təcdid Əbu Davudun
“Sünən”ində yer verdiyi məşhur təcdid hədisinə əsalanan və adını buradan alan bir
məfhumdur. Hədisin mətni belədir: “Allah hər yüz ilin başında bu ümmətə dinini
yeniləyəcək (ددجي - yucəddidu) insanlar göndərəcək”
13
. Hədisin kutubi-sittədə yer
almasına baxmayaraq sənədi və mətni haqqında çoxsaylı ixtilaflar olsa da, İslam
dünyasında yenilənmə anlayışı və buna bağlı olaraq ciddi bir literaturun təşəkkül
etdiyi bir həqiqətdir. Onu da qeyd etmək lazımdır ki, təcdid, yenilənmə, müasirləşmə,
islamlaşma, islahat, reform və daha bir çox terminin həm tək başına mənasının, həm
də hər birinin digərləri ilə qarşılaşdırılmasında ortaya çıxan mənzərəsinin bulanıqlığı
hələ davam edir. Burada mövzudan kənara çıxmamaq üçün XIX əsri təcdid əsri kimi
qəbul edirik.
XIX əsrin yenilikçiləri deyildiyi zaman ilk ağla gələn Cəmaləddin Əfqanidir.
Çox geniş yelpazədə islahat düşüncələrinə sahib olan Əfqaninin ən mühüm
düşüncələrindən biri ictihad və təqlid barəsində vurğularıdır. Onun görüşünə görə
böyük müctəhidlər öz dövrlərinin şəraitinə uyğun olaraq ictihad etmişlər. Ancaq bu
ictihadlar dinin əsas mənbələrindən çıxarıla biləcək hökmlərin çox az bir qismini
təşkil edir. Buna görə də ictihad şərtlərini daşıyan alimlər yeni dövrə uyğun ictihad
etməlidir. Cəmaləddin Əfqaninin görüşləri demək olar ki, bütün İslam dünyasına
təsir etmişdir. Bununla birlikdə onun ən parlaq davamçılarından birincisi Məhəmməd
Əbduhdur. Əbduhun diqqət çəkdiyi məsələlərdin biri təqliddir. Əfqani kimi o da
Quran və Sünnənin ehkamın əsas mənbələri olduğunu xatırladaraq, mücrəhidlərin
əsərlərinin deyil, bu mənbələrin müraciət qaynağı olduğuna nəzəri cəlb etmişdir.
Əbduha görə müsəlmanların geri qalmasının əsas səbəbi məhz bundadır. Bundan
çıxış yolu isə layiqlilərin ictihad etməsi və insanların köklü bir təlimdən keçməsidir.
Sələfi islahat olaraq adlandırılan bu yolun növbəti davamçısı Rəşid Rzadır. Rəşid
Rza Abduhun təlim islahatlarını daima canlı tutaraq həyatı boyunca buna çox
əhəmiyyət vermişdir. Bu məqsədlə məktəblər açmaq üçün bir cəmiyyət qurma cəhdi
ilə yanaşı, orta və ali təhsil verən bir məktəb açmağa da nail olmuşdur
14
.
XX əsrə gəldikdə yenilikçi deyə adlandıra biləcəyimiz çox sayda İslam
mütəfəkkirinin olduğunu görürük. Bunlardan diqqəti ən çox cəlb edəni sistemli
düşüncələri və yaratdığı təsirin gücü baxımından Fəzlur Rəhmandır. O, Allah, vəhy,
Qur`an, peyğəmbərlik, insan, əsas islam elmləri, İslam dünyasının problemləri və
13
Əbu Davud, Məlahim, 1.
14
Geniş məlumat üçün bax: Karaman H. Gerçek İslam`da Birlik. İstanbul: Nesil yayınları.
İslamda müasirləşmə düşüncəsinin tarixi aspekti və Fəzlur Rəhman
43
həll yolları kimi çox sayda mühüm mövzuda öz düşüncələrini sistemləşdirmişdir.
Digər yenilikçilər kimi Fəzlur Rəhman da təlim-tədris işinə çox əhəmiyyət
vermişdir
15
.
Burada Fəzlur Rəhmanın müasirləşmə düçüncəsinin əsasını təşkil edən İslamı
yenidən anlama və bu anlamanın metodu olan ikili hərəkət hermenevtikası üzərində
duracağıq. İkili hərəkət hermenevtikasına keçmədən əvvəl Fəzlur Rəhmanın mətn
təhlili nəzəriyyəsindən qısaca bəhs etmək yerində olacaqdır. Fəzlur Rəhmana görə
ənənəvi üsulla Qur`anı anlamağa çalışanlar Qur`anın bir məsələyə münasibətini təyin
etməkdənsə öz düşüncələrinə Qur`andan dəlillər gətirmək olmuşdur. Bu yanaşma
tərzi bir tərəfdən Qur`ana bağlılığı göstərsə də digər tərəfdən Quran ayələrinin öz
kontekstindən çıxarılaraq yanlış anlaşılmasına gətirib çıxarır. Halbuki mətn təhlilində
əvvəlcə Qur`anın bir bütün olaraq mənası müəyyənləşdirilməli, sonra isə qarşıya
çıxan məsələlərə buradan cavab axtarılmalıdır. İnsanın iradə hürriyyəti ilə bağlı
Qur`anın müxtəlif ayələrinə təklikdə müraciət etdiyimiz zaman determinist anlayışı
dəstəkləyən ayələrə rast gələrik. Qur`anın bütünlüyünə baxdığımız zaman isə bunun
mümkün olmadığı anlaşılar. Məsələn, Bəqərə surəsi 213-cü ayədə “... Allah
istədiyini düz yola istiqamətləndirər” və ya həmin surəsinin 272-ci ayəsində “...
Allah kimi istərsə, onu doğru yola yönəldər” buyurulur. Bu və bənzəri bir çox ayədən
hidayət yolunun Allahın əlində olduğu və insanın burada iradəsinin olmadığı kimi bir
məna anlaşılır. Halbuki Qur`an bütünlüyü içərisində baxıldığı zaman insanın bu
dünyaya imtahan üçün gəldiyi və imtahanın əsas şərtinin seçim imkanı olduğu aydın
olar
16
.
Fəzlur Rəhmana görə ikili hərəkət hermenevtikasının ilk hərəkəti Qur`anın nazil
olduğu zamana getməkdir. Bu, Qur`anın doğru anlaşılması üçün zəruridir. Çünki
Qur`an nüzul dövrünün əxlaqi və ictimai məsələlərinə ilahi münasibət olmuşdur.
Qur`anın nazil olduğu dövrün ən ciddi problemləri şirk, ədalətsizlik, əxlaqsızlıq və
ictimai məsuliyyətsizlikdir. İlk nazil olan ayələr də məhz bu məsələlərlə bağlı olub,
tək olan Allaha ibadətə çağırır və ictimai ədalətsizliyi aradan qaldırmağa çalışır.
Xüsusilə əqaid, hüquq və əxlaqa dair təlimlər məkkəlilərin inkarı və yəhudilərlə olan
anlaşmazlıqlar mühitində formalaşmışdır. Bu da göstərir ki, Qur`anın nazil olması və
islami təlimlərin formalaşması tarixi bir mühitdə və ictimai hadisələrə paralel olaraq
15
Rahman F. İslam. Ankara: 2008, s. 255-268.
16
Çiftçi A. Fazlur Rahman ile İslam`ı Yeniden Düşünmek. Ankara: Kitabiyat, 2001, s. 126-
127.
Mübariz Məhəmmədəli oğlu Camalov
44
inkişaf etmişdir. Bu zaman ayələr bəzən müəyyən hadisələrə yaxud suallara cavab
olaraq nazil olduğu kimi, bəzən də ümumi qaydalar da qoymuşdur. Beləliklə Fəzlur
Rəhman ilk hərəkəti meydana gətirən iki mərhələni qeyd edir. Bunlardan birincisi bir
ayənin nazil olduğu tarixi mühiti və həll etdiyi məsələni tədqiq etməkdir. Bu şəkildə
ayənin mənası tam olaraq anlaşılacaqdır. İkinci mərhələdə bu məna genişləbdirilərək
ümumi qaydalar əldə olunacaq. Burada diqqət edilməli olan nöqtə hər bir ayənin
mənası müəyyənləşdirilərkən və ümumi prinsiplər çıxarılarkən Qur`anın bütünlü-
yünün gözdən qaçırılmamasıdır. Çünki Quran təlimləri bir bütündür və bu bütünlük
bütün ayələrin bir-biri ilə tutarlılığında yatır
17
.
İkili hərəkətin ikinci hərəkəti Qur`andan çıxarılan ümumi prinsiplərin günümüz
məsələləri ilə bütünləşdirilməsidir. Bunun üçün isə yaşadığımız dövrün şərtləri
diqqətlə araşdırılmalıdır. Beləliklə müasir dövrün doğru təhlil edilməsi ilk hərəkətin
nəticələrini ölçmək üçün bir meyar təşkil edəcəkdir. Əslində bu iş ənənədə mövcud
olan ictihad mexanizmidir. Məlum olduğu kimi ictihad nəssin əhatə dairəsini
genişləndirərək yeni məsələlərə tətbiq etmə cəhdidir
18
.
Dostları ilə paylaş: |