Kurs: 1 Qrup: 220a1



Yüklə 22,62 Kb.
səhifə6/6
tarix02.01.2022
ölçüsü22,62 Kb.
#38965
1   2   3   4   5   6
I.T sərbəst iş 1

EHM-lərin V nəsli dedikdə, bu günün və gələcəyin kompüterləri başa düşülür.  V nəsil – kompüter sənayesinin və süni intellektin inkişafını nəzərdə tutan, 80-ci illərdə Yaponiyada qəbul edilmiş genişmiqyaslı dövlət proqramıdır. Beşinci nəslin başlanması, süni intellektin yaradılmasına əsaslanan yeni texnologiyalara keçidi nəzərdə tuturdu. Bu nəslin kompüterlərinə qoyulan əsas tələblər bunlardır: təkmilləşdirilmiş insan-maşın interfeysinin yaradılması (nitqin, səsin, obrazların tanınması); Biliklər bazasının və süni intellekt sistemlərinin yaradılması üçün məntiqi proqramlaşdırmanın inkişaf etdirilməsi; Hesablama texnikasının istehsalında yeni texnologiyaların yaradılması; Kompüterlərin və hesablama komplekslərinin yeni arxitekturalarının yaradılması.

Universal kompüterlər yüksəksürətli hesablamalar aparırlar, lakin onlar maqnit disklərində saxlanan böyük həcmli verilənlərin müqayisəsini və çeşidlənməsini yüksək sürətlə həyata keçirməyə qadir deyillər. Bu əməliyyatlar üçün xüsusi obyektyönümlü və məntiqi proqramlaşdırma dilləri yaradılmışdır (əsasən Proloq dilindən geniş istifadə edilməsi nəzərdə tutulur). Bu dillərin strukturu ənənəvi Fon-Neyman arxitekturasından, süni intellektin yaradılması məsələlərinin tələblərini nəzərə alan yeni arxitekturaya keçidi tələb edir.



V nəsil kompüterlər yeni elektron texnologiyası ilə daha miniatür elementlərdə yığılır, daha yüksək məhsuldarlığa və iş etibarlılığına malik olmaqla yanaşı, keyfiyyətcə yeni funksional tələblərə cavab verməlidirlər.
Yüklə 22,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin