Bü üsul oxu materiallarının dərk edilməsində şagirdləri məqsədli oxucuya çevirmək üçün çox faydalı üsuldur. BİBÖ üsulu informativ mətnlərlə işləmək üçün nəzərdə tutulmuşdur. Onu bədii mətnlərə tətbiq etmək məntiqsizdir.
Nümunə
Şagirdlər mətni oxumamışdan əvvəl aşağıdakı cədvəlin I və II sütunlarını cavablandırırlar. Burada oxucunun aydınlaşdırmaq istədiyi suallar onun oxu məqsədini təşkil edir. Mətnlə tanış olduqdan sonra isə III sütuna fikirlər yazılır. II sütunda açıq qalmış suallara cavab tapmaq üçün müvafiq mənbə axtarmaq məsələsi gündəmə gəlir.