Şeirin bu yerində mən də dünyasını vaxtsız dəyişmiş dostumu xatırladım. Amma bəlkə də şairin dostu heç ölməyib, sadəcə ona xəyanət edib. Bu səbəbdən o da şair üçün “ölmüş” kimidir.
Nişanlamaqla oxu (İNSERT)
Bu üsulla şagird mətndəki informasiyanı saf-çürük edə-edə oxuyur, bir növ mətni “inventarizasiya” edir, mətndə verilən informasiyanı qruplaşdırır. Şagirdlərə mətni aşağıdakı kimi işarələməyi təklif edin:
“+” işarəsi ilə sizə artıq məlum olan informasiyanı qeyd edin;
“-” işarəsi ilə əvvəlki biliklərinizə zidd olan informasiyanı qeyd edin;