Nümunə: Nüsrət Kəsəmənli. “Biri vardı, biri yox...”
Sitat
|
Şərh
|
Məclislərdə can deyib, can eşidən, Dostlarımın biri vardi, biri yox.
|
Şeirin bu yerində mən də dünyasını vaxtsız dəyişmiş dostumu xatırladım. Amma bəlkə də şairin dostu heç ölməyib, sadəcə ona xəyanət edib. Bu səbəbdən o da şair üçün “ölmüş” kimidir.
|
Nişanlamaqla oxu (İNSERT)
Bu üsulla şagird mətndəki informasiyanı saf-çürük edə-edə oxuyur, bir növ mətni “inventarizasiya” edir, mətndə verilən informasiyanı qruplaşdırır. Şagirdlərə mətni aşağıdakı kimi işarələməyi təklif edin:
“+” işarəsi ilə sizə artıq məlum olan informasiyanı qeyd edin;
“-” işarəsi ilə əvvəlki biliklərinizə zidd olan informasiyanı qeyd edin;
“!” işarəsi ilə sizin üçün maraqlı və gözlənilməz olan fikirləri qeyd edin;
“?” işarəsi ilə sizin üçün qaranlıq qalan, daha çox öyrənmək istədiyiniz informasiyanı nişanlayın.
Mətn ilə bu cür işlədikdən sonra həmin hissələri aşağıdakı cədvəldəki kimi sistemləşdirmək olar:
+
|
-
|
?
|
!
|
Mən bunu bilirdim.
|
Bu, mənim bildiyimə ziddir.
|
Mən bu haqda daha çox bilmək istəyirəm.
|
Bu, mənim üçün yeni məlumatdır.
|
Nişanlama ilə oxu elmi və publisistik mətnlərlə iş üçün yararlı üsuldur.
Dostları ilə paylaş: |