Mətni cütlər şəklində oxuyun, açar sözləri yazın. Həmin sözlər əsasında “Publisistik mətndən informasiya mənbəyi kimi necə istifadə etmək olar?” başlıqlı qeydlər hazırlayın.
Müzakirə:
Bu mətndə hansı açar sözləri qeyd etdiniz?
Publisistikadan informasiya mənbəyi kimi istifadə üçün hansı məsləhətləri hazırladınız? Onların əsasında 4-5 maddədən ibarət ümumi qeydlər hazırlayın.
Bu işin nəticələri sizin üçün əhəmiyyətlidirmi? Siz bu bilik və bacarıqlardan nə zaman və harada istifadə edəcəksiniz?
İkihissəli gündəlik
İkihissəli gündəlik diqqətli oxuya, mətnin ideyasını daha dərindən anlamağa kömək edir və mətnin mövzusunu aktual problemlərlə əlaqələndirir. İkihissəli gündəlik hazırlamaq üçün şagirdlərə bu cür təlimat verilir: Mətndə sizə maraqlı görünən, bəyəndiyiniz və ya bəyənmədiyiniz sitatları (parçaları) seçib yazın. Onları şərh edin. Sitatı şərh edərkən onu necə anladığınızı, nə üçün məhz bu sitatı seçdiyinizi izah edin (ola bilsin ki, bu, sizin həyat təcrübənizə yaxındır, yaxud müəlliflə razı deyilsiniz və ya onun mülahizələrini davam etdirmək istəyirsiniz). Bu sitatın sizdə hansı fikir və assosiasiyalar yaratdığını yazın. Buna uyğun cədvəl tərtib edin və qeydlərinizi orada yazın.
Sitat
Şərh
.......................
Niyə məhz bu sitat yazılıb? O, məni nə haqda düşünməyə vadar edir?
Bu üsul bədii mətnlərin, xüsusilə şeirlərin təhlili zamanı xüsusilə faydalıdır.