Əmtəə və xidmətlər bazarıonunla xarakterizə olunur ki, burada istehlakçılarla istehsalçılar arasında istehlak təyinatlı əmtəə və xidmətlərin alqı-satqısı baş verir. İstehlak bazarında maddi-əşya formasında olan əmtəələrin alqı-satqısı üçün razılaşmaların bağlanması üzrə ticarət əməliyyatlarının aparılmasında əsas rol ixtisaslaşmış sərbəst qeyri-dövlət təsisatları olan əmttə birjalarına məxsusdur.
Əmtəə birjalarının əsas təyinatı öz əksini razılaşmaların bağlanmasında, xidmətlərin göstərilməsində, əmtəə satıcıları və alıcıları arasında ticarət bprosesinin tənzimlənməsində, qiymət haqqında məlumatların yığılması və dərc olunmasında tapır.
Bundan başqa xidmət bazarı əhaliyə pullu məişət xidmətini (camaşırxana, kimyəvi təmizləmə, dəlləkxana, hamam, rabitə və nəqliyyat xidməti), kommunal xidməti və digər xidmətləri əhatə edir.
Qeyd etmək lazımdır ki, əvvəllər Respublikada əsasən iki struktur – Dövlət Təchizat Komitəsi və Ticarət Nazirliyi mərkəzləşdirilmiş qaydada alıcılarla satıcılar arasında əmtəələrin bölgüsü ilə məşğul olurdular. Lakin Respublika müstəqillik qazandıqdan və bazar iqtisadiyyatına keçid başlayandan sonra həmin strukturların əvvəlki qaydada fəaliyyət göstərmələri mümkün olmadı. Buna görə də yeni strukturlar, o cümlədən birjalar yaranmağa başladı.
Azərbaycanda ilk yaranan birjalar – Xalq Birjası, Aqrar-Sənaye Birjası, Xammal-Əmtəə Birjası, Respublika Əmtəə Birjasıdır. Sonralar onlardan bir çoxu öz fəaliyyətini dayandırdı və yalnız respublika əmtəə birjası hələlik sabit fəaliyyət göstərir.
Birjanın formalaşması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 №-li qərarına uyğun olaraq 16 yanvar 1991-ci ildə başlandı. Əvvəlcə o, Bakı birjası adlanırdı və məhdud məsuliyyətli cəmiyyət kimi təsis edilmişdi. Sonra Nazirlər Kabinetinin 226 №-li 27 iyul 1991-ci il tarixli qərarına əsasən Bakı birjasının adı dəyişdirildi və Respublika Əmtəə Birjası adlandırıldı. Birjanın fəaliyyəti 25 may 1994-cü ilə qədər Respublika Prezidentinin 337 №-li 12 sentyabr 1991-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Birja fəaliyyəti haqqında” müvəqqəti Əsasnamə ilə tənzimlənirdi.
25 may 1994-cü ildə “Əmtəə Birjası haqqında” Azərbaycan Respublikası Qanununun qəbulundan sonra Respublika Əmtəə Birjasının fəliyyəti bu qanuna uyğun olaraq tənzimlənir.
Həmin qanuna əsasən birja öz fəaliyyətini təsisçilərin ümumi iclasında təsdiq olunmuş Nizamnamə əsasında həyata keçirir. Birja ticarətinin qaydaları birja əməliyyatlarının həyata keçirilməsi və onunla əlaqədar mübahisəli məsələlərin həll edilməsi üçün əsas sənəddir. Birja ticarəti iki yolla həyata keçirilir – broker və diller fəaliyyəti vasitəsilə.
Birja ticarətinin içtirakçıları birja hərraclarında aşağıdakı razılaşmaları bağlaya bilərlər:
-əmttə alqı-satqısı üzrə razılaşmalar, o cümlədən, əmtəənin bilavasitə təqdim olunması və ya göndərilməsi, yaxud da əmtəəyə olan mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsi şərti ilə;
-forvard razılaşmalar – mal göndərilməsi müddətinin sonradan razılaşdırılması şərti ilə real əmtəənin alqı-satqısı üzrə razılaşmalar;
-fyuçers razılaşmalar – birja əmtəələrinin göndərilməsində tipik kontraktlar üzrə razılaşmalar;
-opsion razılaşmalar - birja əmtəələrinin müəyyən olunmuş qiymətlərə görə və ya gələcəkdə - birja əmtəələrinin göndərilməsi haqqında kontraktların alqı-satqısı üzrə razılaşmalar.
Respublika Əmtəə Birjası öz maddi bazasının yaradılması və xərclərin ödənilməsi üçün büdcə vəsaitlərinin və ya kredit resurslarının cəlb olunmaması strategiyasına əsasən hərəkət edir. Yalnız öz məfəəti, eləcə də sponsor və xeyriyyəçi köməyi hesabına əsas vəsaitlər alınır, öz təsisçilərinə və üzvlərinə dividendlər ayırırlar.
Hazırda Respublika Əmtəə Birjası 9 təsisçinin və 16 üzvün, eləcə də 70-dən artıq broker firmasının qeydə alındığı sərbəst təşkilat kimi fəaliyyət göstərir. Onun yaxın xarici ölkələrin 100-dən artıq birjaları ilə birjalararası müqavilələri vardır. Respublika Əmtəə Birjasının mövcud olduğu müddət ərzində hər həftə 1500-dən artıq kontraktın qeydə alındığı birja hərracları keçirilir. Birja hərraclarında müxtəlif vaxtlarda onlarla müəssisə və təşkilat iştirak etmişdir.
Respublika Əmtəə Birjası öz fəaliyyətində sistematik olaraq Respublikaya gətirilən və çıxarılan məhsulların həcmini təhlil edir. Eyni zamanda Respublika Əmtəə Birjası hərracların keçirildiyi məhsulların çeşidini məhdudlaşdırmır. Məsələn, müxtəlif illərdə birja hərraclarında satılan əsas məhsullar bunlardır: xalq istehlakı malları, tikinti materialları, cihazlar və elektrik malları, maşın və avadanlıqlar, ərzaq məhsulları, aqrar-sənaye məhsulları, maşınqayırma məhsulları, elektrik avadanlıqları.
Bundan başqa, Respublika Əmtəə Birjasında dövlətin kreditlər hesabına Türkiyədən aldığı mini çörək zavodlarının və müflisləşmiş xeyriyyə cəmiyyətlərinin əmlakının satışı üzrə müxtəlif auksionlar da keçirilmişdir. Özəlləşdirmənin ilkin mərhələsində Respublika Əmtəə Birjası Dövlət Əmlak Komitəsi ilə birgə yanacaqdoldurma stansiyalarının özəlləşdirilməsi üzrə hərraclar keçirilmişdir və satışa yatıb qalmış və tələbat olmayan hazır məhsullar çıxarmışdır.
Gələcəkdə də əmtəə birjasının rolunu yüksəltmək və mal dövriyyəsini sür”ətləndirmək üçün, bizim fikrimizcə, bir sıra tədbirləri həyata keçirmək lazımdır:
Strateji əhəmiyyətli məhsulların satışına nəzarət etmək üçün aşağıdakı məhsulları birja məhsulları hesab etmək zəruridir:
-ət və ət məhsulları;
-taxıl;
-neft və neft məhsulları;
-tütün;
-pambıq;
-yun;
-qara metallar;
-əlvan metallar;
-balıqvə balıq məhsulları;
-konyak-şərab məhsulları.
2. Müəssisə və təşkilatların anbarlarında yığılıb qalan hazır məhsulların, eləcə də istehsalda istifadə olunmayan ehtiyat hissələrin və dəstləşdirici məmulatların birjada satışını təşkil etmək;
3. Müflisləşmiş müəssisə və təşkilatların əmlakının birjada satışını təşkil etmək;
4. Gömrük komitəsi və hüquq-mühafizə orqanları tərəfindən müsadirə olunmuş məhsulların birjada satışını təşkil etmək.
Bütün bu tədbirlər Respublika Əmtəə Birjasında işləri canlandırmağa və bir sıra təşkilatları onlara aid olmayan işlərdən azad etməyə imkan verəcəkdir.
Cədvəl 1-də Azərbaycanda birjaların fəaliyyəti haqqında məlumat verilmişdir (10, səh 310).