Kurs I Ş İ Mövzu: Bazar infrastrukturu: mahiyyəti, ünsürləri və fəaliyyət mexanizmi


Azərbaycanda keçid iqtisadiyyatı şəraitində bazar infrastrukturunun formalaşması xüsusiyyətləri və onun inkişaf istiqamətləri



Yüklə 94,41 Kb.
səhifə11/20
tarix02.05.2023
ölçüsü94,41 Kb.
#105873
1   ...   7   8   9   10   11   12   13   14   ...   20
referat 201

4. Azərbaycanda keçid iqtisadiyyatı şəraitində bazar infrastrukturunun formalaşması xüsusiyyətləri və onun inkişaf istiqamətləri

Azərbaycanda bazar infrastrukturunun formalaşması müasir dövrdə son dərəcə vacib və aktual bir problemdir. Lakin həmin problemin işlənməməsinə görə, onun mahiyyəti və məzmunu bir mənalı qəbul olunmur. Bu da təsərrüfat praktikasında bir çox problemlər yaradır.


Onu da qeyd etmək lazımdır ki, Azərbaycan keçmiş İttifaq respublikalarından fərqli olaraq islahatların aparılmasında və bununla bağlı bazar infrastrukturunun formalaşmasında bir qədər geri qalmışdır. Respublikada son illərə qədər həmin problem üzrə heç bir elmi iş dərc olunmamışdır. Səbəbi də ondan ibarətdir ki, bu problem çox mürəkkəbdir və az öyrənilmişdir.
Respublikada bazar iqtisadiyyatına keçid şəraitində sərbəst bazarların işə düşməsinə imkan verən bazar infrastrukturu tədricən formalaşır. Onlara aiddirlər: əmtəə və xidmətlər bazarı; istehsal vasitələri bazarı; daşınmaz əmlak bazarı; işçi qüvvəsi bazarı; innovasiya bazarı; investisiya bazarı; lizinq bazarı; sığorta bazarı; maliyyə bazarı; informasiya bazarı; reklam bazarı; qiymətləndirmə bazarı; konsaltinq bazarı.
Əlbəttə, hazırda ölkəmizdə adları çəkilən bazarların hamısı eyni dərəcədə inkişaf etməmişlər və fəaliyyət göstərmirlər. Onlardan bir neçəsi yaranma və inkişaf mərhələsindədirlər, bir neçəsi isə ümumiyyətlə fəaliyyət göstərmirlər.
Keçid dövrünün indiki pilləsində Azərbaycanda istər istehsal, istər sosial və istərsə bazar infrastrukturları bu və ya digər tərkibdə mövcuddur. İndi onların bəzi sahələri nisbətən güclü, bəzi sahələri zəif şəkildə fəaliyyət göstərir. Bəziləri isə, məsələn, bazar infrastrukturlarının bir çox komponentləri indi meydana gəlməyə başlamışdır.
Azərbaycanda indi keçid dövründə infrastrukturların durumunu başlıca olaraq onun siyasi müstəqilliyi ilə, yeni iqtisadi sistemə keçidi ilə, bazar iqtisadiyyatının bərqərar olması ilə və müharibə vəziyyətində olması ilə, ərazimizin 20 faizinin erməni qəsbkarlarının işğalı altında olması ilə xarakterizə etmək olar.
90-cı illərin əvvəlində Azərbaycanın siyasi müstəqillik əldə etməsi ilə infrastrukturların vəziyyətinin əsaslı surətdə dəyişməsi zərurətini meydana çıxarır. Bu hər şeydən əvvəl, sosial-iqtisadi sistemin dəyişməsi, yeni mahiyyətli və təbiətli quruluşun yaradılması və bunun tərkibində müasir bazar iqtisadiyyatının təşəkkül tapması ilə izah edilir. Makroiqtisadiyyat səviyyəsində belə əsaslı dəyişikliklərin aparılması həm mövcud infrastrukturlara və həm də yeni sosial-iqtisadi şəraitə uyğun gələn infrastrukturların yaranmasına və təşəkkülünə də şamil edilir.
Yeni iqtisadi münasibətlər şəraitində bir çox özəklər artıq özəl mülkiyyət formasında fəaliyyət göstərirlər. Məsələn, şəhər daxili sərnişin nəqliyyatında, mənzil istifadəsi sahəsində özəl kütləvilik artır. Özəl təhsil və özəl səhiyyə ocaqları yaranmış və fəaliyyət göstərirlər.
Bazar infrastrukturları sahəsində köhnələrdə mahiyyət dəyişikliyi baş vermişdi, bir sıra yeni bazar infrastrukturları isə yaranmaqda davam edir.
İndi isə bazarların infrastrukturda yerinə yetirdikləri funksiyalara və oynadıqları rola görə xarakteristikasının verilməsi məqsədəuyğun olardı (9, səh.10-226).

Yüklə 94,41 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin