Kurs: II fənn: Şəxsiyyət psixologiyası Müəllim


Sosializasiya proseslərinin müxtəlif təşkilatları məlumdur



Yüklə 136,29 Kb.
səhifə11/46
tarix15.12.2022
ölçüsü136,29 Kb.
#74903
1   ...   7   8   9   10   11   12   13   14   ...   46
Şəxsiyyət-psixologiyası-II-kurs-TSPX

Sosializasiya proseslərinin müxtəlif təşkilatları məlumdur. Bu təşkilatlarda sosializasiyanın dörd başlıca sistemi-mekro,-mezo,-ekzo və makrosistemləri ayırd edilir.
Onlar aşağıdakılarla səciyyələnir:
Mikrosistem: ailə, dini qruplar, həmyaşıd uşaqlar cəmiyyəti, yaşayış yerinin sosial mədəni mühiti, tərbiyə institutları.
Mezosistem: etnomədəni amillər, yaşayış məskəninin tipi, kütləvi kommunikasiya vasitələri.
Ekzosistem: valideynlərin iş yeri, yerli səhiyyə şöbələri, məişət şəraitinin yaxşılaşması, uşağın bacı və qardaşlarının ailəsi, dostlarının ailəsi.
Makrosistem: planetar proseslər, ölkənin təbii coğrafi xüsusiyyətləri, cəmiyyət və dövlət.
Sosial cəhətdən əhəmiyyətli keyfiyyətlərin ikinci qrupu ünsiyyət prosesində əmələ gəlir və onun sosiumda müstəqil inkişaf etməsini şərtləndirir.
Konformluq, insanların bir-birinə etibarı, kooperativlik və s.-bu keyfiyyətlərin tam olmayan sırası belədir.
Üçüncü qrup keyfiyyətlər insanın başqa adamlarla ünsiyyət və qarşılıqlı təsir prosesində onun mövqeyini şərtləndirir. Sosial motivasiyanın başlıca tipi, aktivlik, sosial məsuliyyət bu qrup keyfiyyətlərə misal ola bilər.
Dördüncü qrup keyfiyyətlər insanın fərdi xassələri kimi özünü göstərir, onun ünsiyyət üslubunda, sosial mövqeyinin xüsusiyyətlərində bilavasitə əks olunur. Üstünlük əldə etməyə və ya tabe olmağa meyl, ətrafdakı adamlara və ya özünün daxili halətlərinə yönəlmə, təfəkkürün doqmatikliyi və ya çevikliyi və s. –dördüncü qrupp keyfiyyətlər əsasında xüsusi yer tutur.
Müəllifin fikrincə, sosial cəhətdən əhəmiyyətli keyfiyyətlər insanının təkrarolunmaz fərdi simasını şərtləndirir və onun sosiumda sosial-psixoloji statusunun bərqərar olmasında köklü rol oynayır.


2. Şəxsiyyətin sosiallaşmasının tədqiqat istiqamətləri.
Bütün dövrlərdə şəxsiyyət amili, onun psixoloji keyfiyyətləri, formalaşması mexanizmi müxtəlif elm sahələrində çoxsaylı tədqiqatlarla müşahidə olunan geniş spektrli mübahisə obyekti olmuşdur. Müasir dövrdə bu məsələ, demək olarki, bir qədər də aktuallaşmış və diqqət mərkəzinə çıxmışdır. Şəxsiyyətin keyfiyyətlərini özündə əks etdirən konseptual model, demək olar ki, hələ yaradılmamışdır. Lakin bu, o demək deyildir ki, şəxsiyyət anlamı lazımi səviyyədə araşdırılmamışdır. Şəxsiyyətin psixoloji mahiyyətinin ümumi prinsiplərinin strukturunu yaratmazdan əvvəl ona yanaşma tərzlərinin hansı səviyyədə olmasına diqqət yetirmək zəruridir. Başqa bir tərfdən bu yanaşma tədqiqatın ümumi modeli şəklində çıxış etməlidir.
Professor Ə.S.Bayramov və Ə.Ə.Əlizadə şəxsiyyətə aşağıdakı kimi tərif verirlər: «Şəxsiyyət fərd üçün subyektiv olaraq onun «Mən»i –özü haqqında təsəvvürlər sistemi (Mən obrazı, «Mən» konsepsiyası) kimi meydana çıxır. Şəxsiyyətin özünə verdiyi qiymətlərdə, özünə hörmət hissində, iddia səviyyəsində və s. onun özü haqqında təsəvvürləri əks olunur». (1, s.106).
Qeyd etmək lazımdır ki, humanistik psixologiya çərçivəsində yaranmış şəxsiyyət psixologiyası əsas diqqəti şəxsiyyətin daxili təcrübəsinin yaranmasına və onun tədqiqinə həsr etmişdir. Humanist psixologiyanın tərəfdarını maraqlandıran əsas cəhət, şəxsiyyətin gerçəkliyi necə qavraması, başa düşməsi və gerçək hadisələri öz həyat fəaliyyətində hansı şəkildə nəzərə almasıdır. Doğrudur, onlar şəxsiyyət fenomenologiyasını geniş təsvir etmişlər, lakin onun elmi təhlilini verməkdən yan keçmişlər. Bu məktəbin aparıcı nümayəndələrindən biri olan K.Rocersə görə hər bir fərd özünün təkmilləşdirilməsinə, gerçəkləşdirilməsinə çalışır. K.Rocers üçün şəxsiyyətdə mərkəzi element «Mən»dir. Məhz «Mən» vasitəsilə insan öz məqsədini, məzmununu və gələcək inkişafının perspektivlərini müəyyənləşdirir. Onun fikrincə, şəxsiyyətin normal inkişaf tendensiyası «real Mən»lə, «ideal Mən» arasında tarazlığın sayəsində mümkün ola bilər. Onun yaratdığı «Mən-konsepsiya» ikili səciyyə daşıyır: o, həm mənfi, həm də müsbət ola bilər. Rocersin nəzəriyyəsini hərtərəfli təhlil etsək görərik ki, o da digərləri kimi şəxsiyyətin strukturunu açmaqla dolayısı yolla, onun mahiyyətini izah etməyə çalışır. Lakin onun şəxsiyyət haqqında fikirləri, hər şeydən əvvəl, şəxsiyyətə çevrilmənin, nail olmanın yolları və vasitələri ilə uyğunlaşır.
Bu məktəbin aparıcı nümayəndələrindən biri A.Maslou özünü aktuallaşdıran şəxsiyyətin bir sıra keyfiyyətlərini təsvir edir ki, bu da şəxsiyyətin formalaşması istiqamətlərini ayırd etməyə imkan verir.
Rus psixoloqu Q.M.Andreyeva psixoloji yanaşmaları təhlil edərək göstərir ki, müxtəlif nəzəriyyələrdə şəxsiyyət sosial münasibətlərin obyekti kimi nəzərdən keçirilir. Ümum-psixoloji kontekstdə isə fərdin psixi fəaliyyətinin ümumi mexanizmləri açıqlanır. Halbuki, şəxsiyyət ictimai münasibətlərin nəinki obyekti, həm də subyektidir. Demək olar ki, sosial psixologiyanı şəxsiyyət elə bu kontekstdə maraqlandırır.
Son onilliklərdə şəxsiyyətə sistemli inteqrasiya olunmuş, bir çox yanaşma tendensiyaları artmışdır. Burada şəxsiyyətin inkişafına inteqrativ konsepsiyalar, ona hərtərəfli yanaşma başlıca istiqamət kimi diqqəti cəlb edir. Belə konsepsiyalardan biri Amerika psixoloqu E.Eriksona məxsusdur. Ədalət naminə qeyd etmək lazımdır ki, bu konsepsiya digərləri ilə müqayisədə daha qabarıq nəzərə çarpır.



Yüklə 136,29 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin