Kurs: II fənn: Şəxsiyyət psixologiyası Müəllim


Ədəbiyyat Bayramov Ə.S., Əlizadə Ə.Ə



Yüklə 136,29 Kb.
səhifə34/46
tarix15.12.2022
ölçüsü136,29 Kb.
#74903
1   ...   30   31   32   33   34   35   36   37   ...   46
Şəxsiyyət-psixologiyası-II-kurs-TSPX

Ədəbiyyat

  1. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya.2-ci nəşri – Bakı, 2002,

  2. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya. – Ba­­­kı, 2003,

  3. Bayramov Ə.S. Şəxsiyyətin təşəkkülünün aktual psixoloji problemləri.Bakı, 1989.

  4. Həmzəyev M.Ə. Pedaqoji psixologiya. – Bakı, 1991.

  5. Əliyev R.İ. Şəxsiyyət və onun formalaşmasının etnopsixoloji əsasları. –Bakı, 2000.



Psixologiyada şəxsiyyət anlayışı
Sosiologiyada “Şəxsiyyətin sosiologiyası”, ümumi psixologiyada isə “Şəxsiyyətin psixologiyası” bölmələri konseptual bölmələr hesab olunur. Sosiologiya şəxsiyyəti cəmiyyətin makrostrukturu kontekstində araşdırır və onu müəyyən sosial qrupun nümayəndəsi kimi öyrənir. Sosiologiya üçün fərdiyyət deyil, sosial tipdir. İctimai həyatın subyektidir. Q. M. Andreyevanın fikrincə sosial psixologiya şəxsiyyətə ümumi psixologiyada verilmiş tərifdən ist. edir. Lakin belə 1məs.ni açıqlayır ki, şəxsiyyət 1tərəfdən sosial təcrübəni hansı konkret qrupda mənimsəyir, digər tərəfdən özünü bu qrupda necə reallaşdırır yəni sosial psixologiya şəxsiyyətin davranış və fəaliyyətini real konkret qruplarda öyrənir.
2) Mənlik şüuru insanın özünü şəxsiyyət kimi tanıması və dərk etməsi prosesidir. 2 termindən—“mənlik və şüur”sözlərindən ibarətdir. Mənlik şüuru insanın özünün tələbat və qabiliyyətlərinə, fikir və hisslərinə, davranış və fəaliyyət motivlərinə şüurlu münasibəti nəzərdə tutulur. Onun əsas əlamətləri—insanın özünü bütün ətraf aləmdən yəni”mənini”, ”qeyri-məndən”ayırır, özünün fiziki, psixi, mənəvi keyfiyyətlərini qiymətləndirir və dərk edir, psixi həyatının bütün cəhətlərinə şüurlu münasibət bəsləməyə başlayır.
Mənlik şüurunun strukturunda aşağıdakı 3cəhət xüsuslə fərqləndirilir.
1) Mən obraz—insanın özü haqqında təsəvvürləri ( buna psixoloji avtoportret də deyilir)
2) Özünüqiymətləndirmə--insanın özü haqqındakı təsəvvürlərinin adekvat surətdə qiymətləndirilməsi.
3) Potensial davranış reaksiyaları—insanın “mən”obraz və özünə verdiyi qiymətlərin onun davranış və rəftarında təzahür etməsi.
2.3 Mən obraz—ın əsasını insanın özü haqqında bilikləri təşkil edir. Lakin bu biliklər insan üçün heçdə adi xarakter daşımır. Onlar insanın özünə münasibətini ifadə edir. Mən obrazın psixoloji baxımdan əhəmiyyəti də məhz bundan ibarətdir. Mən obraz mürəkkəb hadisədir. İnsanda eyni vaxtda 4—Mən—obraz , fiziki mən, real mən, ideal mən, sosial mən mövcuddur.
Fiziki mən—insanın fiziki məziyyətlərini əks etdirir və sosial psixoloji avtoportretin əsas komponenti kimi cinsi identifikasiyanın əsasını təşkil edir. Onun formalaşması bədənin sxemi haqqında təsəvvürlərin əm.gəlməsi ilə bilavasitə bağlıdır.
Real mən—insan indiki anda özünü necə təsəvvür edir. Özünün qabiliyyətlərini, rollarını, statusunu necə qavrayır. O əslində necə adamdır? Bu zaman insan özünə öz gözüylə baxır. O özünün real məni ilə fəxr edə bilər. insanın özü haqqındakı bu obrazı başqa adamlardan gizlətməsi də mümkündür. Bəzi hallarda real mən ətrafdakıların insana verdikləri qiymətlərə uyğun gəlmir.
İdeal mən—insanın özü haqqında idealları ilə bağlıdır. Insan öz ideal mənini həyata keçirmək üçün yollar axtarır və bu sahədə böyük səy göstərir. İnsan özünütərbiyə ilə məşğul olarkən adətən özünün ideal mənindən iştirak edir.
Sosial mən—insan həmişə özünə başqalarının gözüylə baxır. İnsanların qarşılıqlı sosial təsiri prosesində “Sosial mənin”əhəmiyyətidə məhz bundadır. İnsan başqa adamlarla ünsiyyətə girərkən adətən özünün sosial mənindən çıxış edir.O özünü başqa adamlara yaxşı tərəfdən göstərməyə çalışır, psixoloji maskalardan ist.edir.
Psixoloji planda “real-ideal, sosial mən birlikdə mövcuddur. Onlar 1-1rini tamamlayır. Lakin bəzən real, ideal, sosial mənlər arasında köklü ziddiyyətlər mövcud olur. Əgər real mən, ideal mənə uyğun gəlmirsə, sosial mən real məni gizlətməyə meyil edirsə insanın özü haqqında təsəvvürlərində çətinliklər meydana çıxır. Belə hallarda insan adətən refleksiya yolu ilə bu uyğunsuzluqları təhlil edir, ümumi məxrəc taparaq ziddiyyətləri aradan qaldırır.
Özünüqiymətləndirmə mürəkkəb prosesdir.O özünü müşahidə və özünü təhlil yolu ilə formalaşır, bu zaman insan özünə adətən başqa adamların gözü ilə baxır və özünü onlarla müqayisə edir. Özünüqiymətləndirmə zamanı qiymətin müxt. növlərindən--əxlaqi, estetik, intellektual, emosional qiymətlərdən ist.olunur. Öz ünüqiymətləndirmədə özünütərbiyənin səviyyəsi, insanın özünə tənqidi yanaşıb-yanaşmamasından, özünə qarşı tələbkar olub-olmamasından bilavasitə asılıdır, yəni öz gözündə tiri görmür, başqasında tükü seçir. Özünüqiymətləndirmənin 3səviyyəsi vardır;
1) Adekvat özünüqiymətləndirmə, 2) Q\ adekvat yuxarı qiymətlər, 3) Q\ adekvat aşağı qiymətlər.
Iddia səviyyəsi---1890cı ildə U.Ceyms aşağıdakı düsturla belə if. etmişdir.
Özünüqiymətləndirmə== müvəffəqiyyət
İddia
İddia səviyyəsi şəxsiyyət üçün əhəmiyyətli olan obyektlər içərisində hansı məqsədləri –çətin və ya asan—məqsədləri seçməsi ilə müəy. olunur. Belə 1 atalar sözü var “Aşağını bəyənmir, yuxarıda yeri yoxdur”. İddia ilə yanaşı gözləmə səviyyəsi də mövcuddur və qarşılıqlı əlaqədədir. ”Gözləmə səviyyəsi” insanın əldə etmək istədiyi nəticə ( məqsəd ) ilə müəy.olunur. İddia səviyyəsi insanın əldə etdiyi nəticəyə münas.ndə ifadə olunur. O əldə etdiyi nəticəni bəyənir, yaxud bəyənmir. İnsanın iddia səviyyəsinin yüksək və ya aşağı olması, bir tərəfdən onun özü haqqındakı təsəvvürlərində, digər tərəfdən isə başqa adamlara münasibətində əks olunur. Bir halda o, " babam mənə kor dedi, gedib-gələni vur dedi" mövqeyində dayanır, başqa bir halda isə yetənə yetir, yetməyənə bir daş atır"; başqa bir halda isə özünü dilsiz-ağızsız aparır. Bu zaman tərbiyə yolu ilə onların iddia səviyyəsini dəyişmək zərurəti meydana çıxır. Hər bir konkret halda iddia səviyyəsini şərtləndirən amilləri psixoloji səriştə ilə təhlil etmək və onları aradan qaldırmaq üçün təsirli tədbirlər müəyyən etmək lazımdır.
İnsanın öz müvəffəqiyyətinə düzgün münasibət bəsləməsi psixoloji baxımdan xüsusilə mühüm əhəmiyyət kəsb edir. İnsan özünün istər təlim, istərsə də əmək fəaliyyətində heç bir çətinlikdən qorxmamalı, onları mətanətlə aradan qaldırmalı və başladığı işi müvəffəqiyyətlə başa çatdırmalıdır.Tərbiyə işi də şəxsiyyəti məhz buna yönəltməlidir. Lakin bununla belə, qeyd etmək lazımdır insanın əldə etdiyi müvəffəqiyyət onun özünə verdiyi qiymətləri mexaniki şəkildə müəyyən etmir. İddia səviyyəsinin süni surətdə artması ( belə hallarda adətən deyirlər ki, filankəs qudurub, gözünü qan örtüb ) yolu ilə deyil, onun tənzim edilməsi, optimallaşdırılması yolu ilə əldə edilir. Biz tərbiyə prosesində məhz bu cəhətə xüsusi diqqət yetiririk. Çox maraqlıdır ki, insan özü də müx. həyati situasiyalarda iddia səviyyəsini spesifik yollarla optimallaşdırır və bu məqsədlə psixoloji müdafiənin formalarından istifadə edir.
4. Psixoloji müdafiə haqqında. İlk dəfə xüsusi psixoloji termin kimi freydizmdə öyrənilməyə başlanılmış, sonralar isə müxtəlif psixoloqların diqqətini cəlb etmişdir. Müdafiə-- hərbi, idman vəs. sahələrdə geniş tətbiq olunur. Müdafiə həm də psixoloji xarakter daşıya bilər: bu cəhəti ifadə etmək üçün alimlər " psixoloji müdafiə" söz birləşməsindən istifadə edirlər.
Psixoloji müdafiənin geniş yayılmış formalarından biri iddia səviyyəsinin aşağı düşməsi ilə əlaqədardır. Lakin dəqiq müəyyən edilmişdir ki, psixoloji müdafiəni təkcə iddia səviyyəsinin aşağı düşməsi ilə məhdudlaşdırmaq olmaz. O, daha geniş mənaya malikdir.
Psixoloji müdafiə xüsusi tənzimedici sistem kimi özünü göstərir. Bir çox hallarda insan situasiyanı sadəcə olaraq dəyişə bilmir: İbn-Səlamın vəziyyətini təsəvvür edə bilirsinizmi? O, bu şəraitdə neyləməli idi? Müəyyən edilmişdir ki, " Mən-obraz" üçün təhlükəli olan şəraiti, hiss və həyəcanları neytrallaşdırmaq zərurəti meydana çıxdıqda , şəxsiyyət psixoloji yollarla özünü müdafiə etməyə başlayır.
O, bir halda özünə təsəlli verir və ya haqq qazandırır, öz səhvlərini etiraf edir və ya haqq qazandırır, öz səhvlərini etiraf edir və ya şəri özgənin üstünə atır, başqa bir halda hadisələri rasionallaşdırır, " ağzı ətə çatmır", deyir ki," ət iy verir" üçüncü bir halda, özünəməxsus motivləri, əməlləri, əlamətləri və ya xassələri başqasının adına çıxır (" Adımı sənə qoyum, səni yana-yana qoyum"), özünü sadəcə olaraq rastlaşdığı adamlarla eyniləşdirir ( identifikasiya) və yaxud onu ələ salmaq, dolamaq məqsədi ilə sözlərin mənasını dəyişir, " sözün doğrusunu zarafatda deyir", bəzənisə nəyi isə, kimi isə inkar edir. Frustrasiya şəraitində psixoloji müdafiənin xarakteri dəyişir. İnsan belə hallarda adətən müxt. çətinliklərlə rastlaşır, onları aradan qaldıra bilmir, özünün düşdüyü bu vəziyyətə görə kimi isə günahkar sayır, kimi isə hədələyir ( "Görsün onun başına nə oyun açacağam"), bu və ya digər adama qarşı kobudluq etməyə, ona hətta düşməncəsinə yanaşmağa başlayır. Bir çox hallarda isə o, öz rəqibini təxəyyülündə canlandırır və " ürəyindən tikan çıxana qədər" ondan intiqam alır. Bəzən isə frustrasiya şəraitində insan özünə qarşı aqressiv münasibət bəsləyir: özünü döyür, paltarını cırır və.. öz-özünə sakitləşir.
Qeyd etmək lazımdır ki, psixoloji müdafiə heç də həmişə adekvat formalarda ifadə olunmur. Biz elə hallara rast gəlirik ki, insan ya psixoloji müdafiənin formalarından düzgün istifadə etmir, ya da özünü q\ adi şəkildə müdafiə edir, bu zaman onun davranışında nevrotik və bəzi başqa simptomlar müşahidə olunur. Bu isə təsadüfi deyildir. Psixoloji müdafiənin məzmunu və forması insanın sosial yetkinliyi ilə bilavasitə əlaqədardır.
Beləliklə aydın olur ki, insan psixoloji müdafiə vasitəsilə, bir tərəfdən, özünün davranış və rəftarını, digər tərəfdən isə qarşılıqlı münasibətlərini tənzim edir. Bu psixoloji müdafiənin əsas funksiyasıdır. Onun mahiyyətini də ancaq bu baxımdan təhlil etmək lazımdır. Z. Freyd psixoloji müdafiəni də biolojiləşdirirdi. O psixoloji müdafiənin mahiyyətin əslində insanın şüursuz ( seksual ) instinktləri ilə izah edirdi. Psixoloji müdafiə insanın davranış və rəftarında xüsusi tənzimedici sistem kimi meydana çıxır. Məhz buna görə də onun köklərini şüursuzluqda deyil, ancaq şüurda--şüurun tənzimetmə funksiyasında--axtarmaq lazımdır.
Coqari pəncərəsi—Cozef və Qarri adlı 2 psixoloq eyni vaxtda və bir-birindən xəbərsiz şəxsiyyətin özünəməxsus durumunu səciyyələndirən önəmli bir fenomen kəşf etmişlər. Bu pəncərənin psixoloji ölçüləri belədir. Şəxsiyyət dünyaya ilk növbədə başqa insanlar və özünə elə bu pəncərədən baxır, ən başlıcası isə onu dəyərləndirir. Coqari pəncərəsinin 4 gözü var. Birinci gözünü müəlliflər “səhnə” adlandırmışlar. "Pəncərənin" o biri gözlərindən fərqli olaraq bu gözü köklü sosial-psixoloji səciyyələnir. Səhnə rol nəzəriyyəsi anlamında əm. gəlmiş və təhlil edilmişdir. Səhnə daxilində şəxsiyyətlərarası münasibətlər çeşidli effektlər—şahidlik, özünü təqdimetmə, həya və maska effektləri kimi özünü göstərir.
Şahid effekti ilk dəfə hüquq nəzəriyyəsi və təcrübəsində müəyyən edilib. Hüquq psixologiyasında bu effekt özünə məxsus ölçülərlə təhlil olunub. Sosial psixologiyada isə şahid effektinin önəmli mənası var. Sosial mühitdə şahid iştirak edəndə şəxsiyyətin davranışında öz-özünə dəyişiklik əmələ gəlir. istər-istəməz qorxu hissi, nədənsə ehtiyat edir. Sosial psixologiyada şahidlik effekti uzun müddət kütləvi effekt, koaksiya effekti və interaksiya effektləri kimi təhlil olunub, indi də təhlil olunur. Şahidlik effekti özünün təfsiri ilə istər kütləvi, istər koaksiya, istərsə də interaksiyadan fərqlənir. Bu effektin fenomenologiyasında başqa adam ( və ya tamaşaçı ) ancaq və ancaq şahiddir.
II--effekt özünü təqdimetmə insan 1qayda olaraq adam içərisinə çıxanda geyiminə, bəzək-düzəyinə xüsusi diqqət yetirir. Bir sıra hallarda isə özünü təqdimetmə meyli yalançı təvazökarlıqla müşayiət olunur.
III—effekt - həya effekti, həya mürəkkəb mənəvi hissdir. Hələ kiçik yaşlardan böyüklərin təsiri altında eyib nədir təsəvvürlərinə yiyələnirlər. Uşağın müəyyən məsələləri anasına pıçıltı ilə deməsi də bununla bağlıdır. Uşağın özünü məhz perseptual obyekt kimi fərqləndirməsi artıq yeniyetməlik yaşı dövründə onda həya hissinin sosial-psixoloji kökdə inkişafı üçün əlverişli şərait yaradır. Ətrafdakı adamların--yaşlıların, sinif yoldaşlarının reaksiyalaraı yeniyetmə üçün sözün əsl mənasında sosial-psixoloji məna kəsb edir.Yeniyetmə özünü adətən adamlardan qaçmağa, kənar adamlardan yerli-yersiz utanmağa başlayır...Yaş artdıqca həya hissinin dinamikasında yeni xüsusiyyətlər əmələ gəlir. Emosional adaptasiya faktları onların təzahürlərinə təsir etməyə başlayır. Müxtəlif adamlarda həya hissinin həddi eyni deyildir. Lakin bütün hallarda bu hiss başqa insanlarla, onların sərvət meyilləri ilə, " yaxşı nədir?", "pis nədir?" haqqında təsəvvürləri ilə, insan münasibətlərində bərqərar olmuş qadağa və tabulalarla bağlıdır. Həya hissi bu kökdə əmələ gəlir. Onun Genezisi insanın özünü perseptual obyekt kimi qavraması ilə şərtlənir. Vəhşi heyvanlar arasında böyümüş uşaqlarda həya hissi olmur.
IV—effekt- maska effekti.


Yüklə 136,29 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin