Qabiliyyətin quruluşu. Qabiliyyətin qurluşu dedikdə -şəxsiyyətin həmin qabiliyyətinin reallaşması üçün zəruri psixi keyfiyətinin məcmuyu başa düşülür. Məs. Pedoqoji fəaliyyətin müvəfəqiyyətlə icrası üçün zəruri olan psixi keyfiyyətlərə nitq qabiliyyəti, pedoqoji təxəyyül, kominikativ pedoqoji mərifət,(pedoqoji takt) və.s. aid edilir.
Eyni psixi keyfiyyətlər müxtəlif qabiliyyətlərin növlərinin təzahürünə imkan yarada bilər. Məs: müəllimlik qabiliyyətinin quruluşunda əsas keyfiyyətlər, pedaqoji mərifət, müşahidəçilik, uşaqlara rəğbət, təşkilatçılıq qabiliyyəti və s. olmalıdır. Bu keyfiyyətlər digər qabiliyyətlərdə; həkimlik, rəhbər işçi kimi fəaliyyət növlərində də zəruri hesab edilə bilər. Qabiliyyətin strukturunu təşkil edən keyfiyyətlər əsas və köməkçi olanlara bölünür.
Əsaslara-fəaliyyətin icrasına bilavasitə şərtləndirən keyfiyyətlərdir. Məs: müəllimlik qabiliyyətini əsas keyfiyyətlər kimi aid etmək olar; pedaqoji mərifət, didaktik və təşkilatçılıq və s.
Köməkçi keyfiyyətlərə-isə aid etmək olar. Fəaliyyətin icrasını bilavasitə şərtləndirməyən keyfiyyətlərdir. Məs: müəllimlik qabiliyyətinə köməkçi keyfiyyəti kimi aid etmək olar; nitq, həssaslıq, tələbkarlıq və s. kimi keyfiyyətləri aid etmək olar.
Qabiliyyətlər və fəaliyyət. Qabiliyyətlər hər hansı bir fəaliyyətin növünün icrası prosesində əmələ gəlir, təşəkkül tapır. Eyni zamanda fəaliyyət prosesində biruzə verir. Qabiliyyətin insanın konkret fəaliyyət sferasında uzun müddət çalışanda həmin fəaliyyət sahəsində onun güclü maraqları olanda daha asan formalaşır.
Şəxsiyyətin konkret fəaliyyət prosesində təzahür edən ümumi keyfiyyətlər sırasına Pavlovun kəşf etdiyi insanın ali sinir fəaliyyətinin üç tipindən birinin üstünlük təşkil etməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, müxtəlif təfəkkür tipinin müəllimlik fəaliyyəti ilə siyasətçi, yazıçılıq fəaliyyəti ilə məşğul olanda daha böyük uğurlar əldə edir.
Bədii tip texnika ilə bağlı, dəqiq elmlərlə bağlı (mühəndis, konstruktur, heykəltaraş memar, iqtisadçı və s.) fəaliyyət sahəsində orta tip adətən bütün fəaliyyət sahəsində uğur əldə edə bilər.