Kurs: II fənn: Şəxsiyyət psixologiyası Müəllim


Xarakterlə temperamentin qarşılıqlı əlaqəsi



Yüklə 136,29 Kb.
səhifə27/46
tarix15.12.2022
ölçüsü136,29 Kb.
#74903
1   ...   23   24   25   26   27   28   29   30   ...   46
Şəxsiyyət-psixologiyası-II-kurs-TSPX

Xarakterlə temperamentin qarşılıqlı əlaqəsi.
Müasir psixologiyada temperamentlə xarakter arasındakı qarşılıqlı əlaqəni izah edən 4 əsas yanaşma mövcuddur.

  1. Bir qisim tədqiqatçılar temperamentlə xarakteri eyniləşdirir. Məs: Kreçmer və Şelden.

  2. Bəzi psixoloji konsepsiyalarda temperamentlə xarakter bir-birinə qarşı qoyulur və onların bir-birini inkar etməsi qeyd olunur. (ontoqenizim-bir-birinə qarşı ontogenezdir. Barışan və barışmayan olur.)

  3. Buraya aid edilən konsepsiyalar hesab edirlər ki, temperament xarakterin bir elementidir, onun nüvəsidir. Bu nöqteyi nəzərin müəlliflərindən biri S. L. Rubinşteyndir.

  4. Bir qrup müəlliflər isə hesab edirlər ki, temperament xarakterin təbii əsalarını təşkil edir. Bu cür baxışların müəllifləri L. S. Vıqotski və B. S. Ananyevdir. IV yanaşma ona əsaslanır ki, insanın təbiəti biososialdır.

Orqanizmin fiziolji xüsusiyyətləri şəxsiyyətdə müəyyən iz qoyur. Hal-hazırda psixoloqlar hesab edirlər ki, temperament və xarakter bir-birinə çox yaxındır, ona görə ki, temperamentin xüsusiyyətləri bu və ya digər formada xarakterdə biruzə verir. Xarakter temperamentin əsasında inkişaf edir. Eyni zamanda qeyd etmək lazımdır ki, eyni temperamentə malik olan insanların xarakterləri müxtəlif ola bilər. Temperament yalnız insanın xarakterinin bu və ya digər xarakter əlamətinin əmələ gəlməsinə ya əlverişli şərait yarada bilər, yada mane ola bilər.
İngilis psixloqu Ayzenq də Yunq kimi ektraversiya və introversiya terminlərindən istifadə edir, lakin Ayzenq bu terminləri temperamentin tiplərinə aid edir və eksperimental nəzəriyyəni yoxlamaq üçün müvafiq metodika (Ayzenq testi) işləyib hazırlamışdır.
Xarakterin quruluşu.
Xarakterin quruluşunda əsasən 2 əlamət ayrılır. Bunlardan biri tipik, digəri isə fərdi əlamətlərdir.
Tipik əlamətlər-insanın yaşadığı makromühitin (ölkənin, milli dəyərlərin, konkret coğrafi şəraitin və s.) təsiri nəticəsində əmələ gəlir. Məs: Azərbaycanlıların milli xarakter əlmətləri, Azərbaycanın dağlıq bölgəsində yaşayanların xarakterəlamətləri, aran bölgəsində yaşayan xarakter əlmətləri.
Fərdi əlamətlər-isə insanın yaşadığı mikromühit ilə (ailə, məhəllə, məktəb, uşaq bağçası və s.) bağlı formalaşır. Xarakterin həm tipik, həm də fərdi əlamətləri bir-birilə bağlı vəhdətdədir.
Bunların qarşılıqlı əlaqədə təhlili baxımından xarakterin quruluşunu müəyyən etmək lazımdır. Ümumiyyətlə məlum məsələdir ki, hər kəsin özünəməxsus xarakter əlamətləri vardır. Məs: bir çox hallarda hər hansı adamın xarakterində kobudluq, qəddarlıq və s. olduğu halda başqalarında müşahidə olunmur.
İnsanların xarakterinin quruluşu dedikdə, onların xarakterində müəyyən əlamətlərin nə dərəcədə mövcud olması başa düşülür. Məs: 2 adam təsəvvür edək bunların birinin xarakterində məsuliyyətlilik I yerdə, əməksevərlik II yerdə, səliqəlilik III yerdə və s. II adamın xarakterində isə I yerdə kollektivçilik, II yerdə təvazökarlıq, III yerdə nəzakətlilik və s. durur. Deməli, I adamın xarakterində kollektivçilik, təvazökarlıq, V, VII və VIII yerlərdə olduğu halda həmin əlamətlər II adamın xarakterində I, II və III yerdədir. Deməli ayrı-ayrı adamların xarakterində biruzə verən əlamətlərin ranq dözümü (sırası) eyni olmur, bu xarakterin quruluşuna işarədir. Xarakterin strukturunu səciyyələndirən xassələr 3 qrupa bölünür.

  1. Xarakterin dərinliyi-yəni hər hansı bir əlamətin nə dərəcədə təzahür etməsi.

  2. Xarakterin qüvətliliyi-zəif və möhkəm xarakterli adamlar. Hansı şəraitdə olur olsun xarakterini dəyişmir.

  3. Xarakterin plastikliyi-yəni xarakterin şəraitdən asılı olaraq dəyişməsi.



Yüklə 136,29 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin