Xarakterin fizioloji əsasları. Xarakterin fizioloji əsaslarını dinamik streotipləri təşkil edir. Dinamik streotiplər dedikdə eyni şəkildə təkrar olunan qıcıqlandırma sisteminin təsirinə cavab olaraq əmələ gələn şərti reflekslərin toplusu başa düşülür.
Pavlov adi sinir fəaliyyətinin insana məxsus 3 tipini aird etmişdir. O bu tipləri insanda mövcud olan siqnal sistemlərinin təzahür xüsusiyətlərinə görə ayırırdı.
1 tip- Mütəffəkir tip (düşünən)-Bu tipdə II siqnal sistemi I-yə nisbətən üstünlük təşkil edən adamlardır. Məs. Yazıçılar, şairlər, natiqlər və.s.
II tip- Bədii tip- Bu tipdə I siqnal sistemi II nisbətən üstünlük təşkil edir. Məs. rəssamlar, heykəltəraşlar və.s.
III tip- Orta və ya qarışıq tip- Bu tipdə hər siqnal sistemi bərabər sürətdə təzahür edir.
XI Mövzu Şəxsiyyətin fərdi-psixoloji xassəsi. Qabiliyyət Plan: Qabiliyyət haqqında ümumi məlumat
Bayramov Ə.S. Şəxsiyyətin təşəkkülünün aktual psixoloji problemləri. Bakı, 1989.
Həmzəyev M.Ə. Pedaqoji psixologiya. – Bakı, 1991.
Əliyev R.İ. Şəxsiyyət və onun formalaşmasının etnopsixoloji əsasları. –Bakı, 2000.
Qabiliyyət haqqında ümumi məlumat
Qabiliyyətin xüsusiyyətləri aşağıdakılardır.
1. Qabiliyyət şəxsiyyətin fərdi psixoloji xüsusiyyətləri kiim ayrılır. Buna görədə insanlar 1-1 dən qabiliyyətinə görə fərqlənir.
2. Qabiliyyət insanın hər hansı bir fərdi xüsusiyyətinə deyil, məhz müəyyən fəaliyyət növlərinin müvəffəqiyətlə icrasını təmin edən fərdi psixoloji xüsusiyyətdir.
3. Qabiliyyət insanın əldə etdiyi bilik, bacarıq və vərdişlərlə eyniləşdirə bilməz.
4. Qabiliyyət hər hansı 1 fəaliyyət növü sahəsində bilik, bacarıq və vərdişlərin daha səmərəli mənimsənilməsinə imkan verir.
Qabiliyyətin tərifiQabiliyyət şəxsiyyətin müəyyən fəaliyyətinin müvəffəqiyətlə icrasını şərtləndirən və bunun üçün zəruri olan bilik, bacarıq və vərdişlərə müvəffəqiyətlə yiyələnməni təmin edən fərdi psixoloji xüsusiyyətlərin məcmuyuna deyilir.
5. Qabiliyyətin hər hansı bir fəaliyyətin icrası prosesində biruzə verir və təkminləşir.