Kurs: II fənn: Şəxsiyyət psixologiyası Müəllim


X Mövzu Şəxsiyyətin fərdi-psixoloji xassəsi



Yüklə 136,29 Kb.
səhifə25/46
tarix15.12.2022
ölçüsü136,29 Kb.
#74903
1   ...   21   22   23   24   25   26   27   28   ...   46
Şəxsiyyət-psixologiyası-II-kurs-TSPX

X Mövzu
Şəxsiyyətin fərdi-psixoloji xassəsi.
Xarakter .
Plan:

  1. Xarakter haqqında məlumat

  2. Xarakter nəzəriyyələri

  3. E.Frommun xarakterin tiplərinin təsnifatı

  4. Xarakterlə temperamentin qarşılıqlı əlaqəsi

  5. Xarakterin quruluşu

  6. Xarakterin əlamətlərinin təsnifatı

  7. Xarakterin fizioloji əsasları


Ədəbiyyat

  1. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya.2-ci nəşri – Bakı, 2002, s.

  2. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya. – Ba­­­kı, 2003,

  3. Bayramov Ə.S. Şəxsiyyətin təşəkkülünün aktual psixoloji problemləri. – Bakı, 1989.

  4. Həmzəyev M.Ə. Pedaqoji psixologiya. – Bakı, 1991.

  5. Əliyev R.İ. Şəxsiyyət və onun formalaşmasının etnopsixoloji əsasları. – Bakı, 2000.

Xarakter haqqında məlumat
Xarakter yunanca naxış, iz deməkdir.
Xarakterin spesifik xüsusiyyətləri aşağıdakılardır.

  1. Rəftar və davranışda biruzə verir.

  2. Tipik şəraitdə davranış tərzini müəyyənləşdirir.

  3. Davamlı fərdi xüsusiyyətlərin məcmuyudur.

Xarakter xasiyyət kimi də səciyyələnir. Xarakter insanın ən çox görünən tərəflərindən biridir. O emosiyalarla (xarakterin emosinal əlamətləri), iradə ilə (xarakterin iradi əlamətləri), və templə sıx bağlıdır. Xarakterin əsasında insanın münasibətləri durur. İnsanlar məhz ətraf aləmə insanlara və özlərinə olan münasibətlərə görə bir-birindən fərqlənirlər. Bu baxımdan xarakter fərdidir, xarakter eyni zamanda bütövdür və tipik şəraitdə rəftar və davranışda biruzə verir.
Xarakterin tərifi: Xarakter şəxsiyyət üçün tipik şəraitdə davranış tərzini şərtləndirən fəaliyyət ünsiyyətdə əmələ gələn rəftar və davranışda biruzə verən davamlı, fərdi, psixoloji xüsusiyyətlərin məcmuyudur.
Xarakter insanın motivasiya sahəsi ilə sıx bağlıdır. Belə ki, motivasiya sahəsi xarakterin formalaşmasına əsaslı təsir təsir göstərir. Şəxsiyyətin motivasiya sahəsinin özülünün dünyagörüş və əqidə təşkil edir.
Deməli,xarakter dünyagörüş və əqidədən bilavasitə asılıdır. Xarakter şəxsiyyəti rəftar və davranışa təhrik edir, yaxud çəkindirir.


Yüklə 136,29 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin