Motivlərin davamlılığı. Motivlər davamlı və situativ ola bilər. Məsələn, məşhur bir aktyorla görüş zamanı şagirddə teatra maraq əmələ gəlir, lakin bir, iki gündən sonra maraq sönməyə başlayır.
Motivlərin emosional çalarları və ya modallığı. Motivlər həmişə müsbət və mənfı xarakterli emosiyalarla müşahidə olunur.
Motivlərin qüvvəsi və ifadə xüsusiyyətləri: motivlər güclü olduqda şagird saatlarla işləməkdən doymur, ev tapşınqlarının hamısını səylə yerinə yetirir. Motivlər zəif olduqda iso o, ev tapşırıqlarını «başdan sovdu» icra edir. Valideynlərin sözləri ilə desək, «oturub işləmək» üçün «hövsələsi çatmır».
IX Mövzu.
Şəxsiyyətin fərdi psixoloji xassələri
Plan:
Temperament haqqında məlumat
Temperament haqqında təlimlər
Temperamentin tipləri və onların psixoloji xarakterləri
Temperamentin xassələri
Tərbiyə prosesində temperamentlərin tiplərinin nəzərə alınması və fərdi yanaşma.
Ədəbiyyat
Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya.2-ci nəşri – Bakı, 2002,
Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya. – Bakı, 2003,
Bayramov Ə.S. Şəxsiyyətin təşəkkülünün aktual psixoloji problemləri. – Bakı, 1989.
Həmzəyev M.Ə. Pedaqoji psixologiya. – Bakı, 1991.
Əliyev R.İ. Şəxsiyyət və onun formalaşmasının etnopsixoloji əsasları. – Bakı, 2000.
Temperament haqqında anlayış.
Temperamentin aşağıdakı xüsusiyyətləri var.
Fərdi psixoloji xüsusiyyətlərin məcmuyudur.
Fərdi və irsidir.
Psixi fəaliyyətin dinamik xarakteristikasıdır. (psixi fəaliyyətin gedişatında biruzə verir)
Rəfdar və davranışda təzahür edir.
Temperamentin tərifi: Psixi fəaliyyətin dinamikasını təyin edən insanın davranış və rəfdarında biruzə verən, davamlı və sabit fərdi xüsusiyyətlər məcmuyuna temperament deyilir. Bütün psixi proseslər temperamentin tipinə uyğun adamlarda cərəyan edir. I insanların bəziləri ləng düşünür, asta danışır, hərəkətləri asta gəldir, emosiyaları xaricən zəif biruzə verir və s. II bəzilərində isə əksinə olur. Məs. sürətlə düşünür, hündürdən danışır, hərəkətləri cəltdir, emosiyaları xaricən parlaq biruzə verir və s. Bütün bunlar psixi fəaliyyətin dinamik xarakteristikası kimi temperamentə işarədir.
I halda fleqmatik temperamentin xüsusiyyətləri.
II halda isə xoleriq temperamentin xüsusiyyətləri sadalanmışdır.
Dostları ilə paylaş: |