Kurs layiHƏSİ Mövzu: “Qazma rotorunun layihələndirməsi” Tələbə Axundov H. S. Tələbə Qasımov E. R. Rəhbər, müəllim. Qasımova S. A. Bakı – 2023 Azərbaycan Dövlət Neft və Sənaye Universiteti



Yüklə 0,69 Mb.
səhifə3/7
tarix18.05.2023
ölçüsü0,69 Mb.
#115871
1   2   3   4   5   6   7
layihe numunesi (2)

MÜNDƏRİCAT
Səh.

GİRİŞ ................................................................................................................3



  1. MEXANİKİ TİPLİ İKİ KEÇİDLİ İSTİSMAR PAKERİN İŞLƏNMƏSİ

KONSTRUKSİYALARININ QISA İCMALI..................................................5

  1. MEXANİKİ TİPLİ İKİ KEÇİDLİ İSTİSMAR PAKERİN İŞLƏNMƏSİ ARDICILLIĞI....................................................................................................6

3. PAKERİN ƏSAS ELEMENTLƏRİNİN HESABAT METODİKASI...................................................................................................8
3.1. İki kecidli pakerin hesabi sxemi.................................................................9
3.2. İki kecidli pakerin əsas dayağının hesabı...................................................10
3.3. İki kecidli pakerin itigedişli valının hesabı................................................12
NƏTİCƏ ............................................................................................................15
ƏDƏBİYYAT ....................................................................................................16
QOŞMA ..............................................................................................................17


GİRİŞ


İşin aktuallığı: Neft hasilatının artırılması və sabit saxlanılması yeni neft quyularının qazımadan alınması ilə yanaşı hazırda istismarda olan neft quyu fondunun işlək vəziyyətdə saxlanılması və normal rejimdə işləməsinin təmin edilməsi nəticəsində mümkündür. Məlumdur ki, uzun müddət istismar edilən neft yataqlarında işləyən quyu fondunun saxlanılması olduqca çətin bir məsələdir. “Azneft” İB-nin quruda yerləşən neft yataqlarının əksəriyyəti zəif sementlənmiş süxurlardan təşkil olunduğundan, istismar zamanı çıxarılan maye ilə birlikdə laydan quyuya qum da gətirilir. Hasil edilən maye ilə birlikdə qumun gəlməsinin tənzimlənməməsi yeraltı və yerüstü avadanlıqların yeyilərək sıradan çıxmasına və quyudibində qum tıxacının əmələ gəlməsinə, tez-tez təmir işlərinin aparılmasına, istismar kəmərinin süzgəc hissəsinin bükülməsinə və sınmasına, quyuların işləmə müddətinin azalmasına, quyuların müvəqqəti və ya tamamilə işlək fonddan çıxmasına, neftin hasilatının dayanmasına və ətraf mühitin çirklənməsinə səbəb olur.
Qumun laydan gəlməsinin məhdudlaşdırmaq və qarşısını almaq məqsədilə, qum təzahürü ilə istismar edilən quyularda uzun illər ərzində müxtəlif texnoloji proseslər və texnikadan istifadə edilməsinə baxmayaraq bugünkü gündə qum təzahürü səbəbindən qəzalara məruz qalan quyuların sayı artmaqdadır.
Digər tərəfdən istismar müddətində layda quyudibi zonaların keçiriciliyi müxtəlif səbəblərdən pisləşir və quyuların məhsuldarlığı azalır. Quyudibi sahənin keçiriciliyinin bərpa edilməsi üçün müxtəlif fiziki-kimyəvi təsir üsullarından istifadə olunur. Bu üsullar tətbiq edilərkən əsasən nisbətən yüksək keçiricilikli təbəqələr və sahələr təsirlə əhatə olunurlar, kolmatasiyaya məruz qalmış, zəif keçiricilikli sahələr isə təsirdən kənarda qalırlar.
Layların neftveriminin artırılması məqsədilə suvurulması zamanı da oxşar hadisələrlə rastlaşılır. Belə ki, vurulan su, əsasən yüksək keçiriciliyə malik təbəqələrə daxil olaraq neft quyularının vaxtından əvvəl sulaşmasına və neftvermə əmsalının azalmasına səbəb olur.
Azərbaycanın neft yataqlarının əksəriyyətində neftli layların yüksək dərəcədə qeyri-bircinsli kollektorlardan ibarət olduğunu nəzərə alsaq, yuxarıda qeyd olunan amillərin təsirinin aradan qaldırılmasının aktuallığını və onlarla mübarizənin vacibliyini görmüş olarıq.

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin