Rezident proqramlar. Belə proqramlar adi proqramlardan fərqli olaraq idarəetməni digər proqramlara ötürdükdə əməli yaddaşdan silinmirlər və onlar proqramların icrası qurtardıqdan sonra idarəetməni öz üzərinə götürürlər.
Kompüterdə istifadə olunan proqram təminatı funksional təyinatına görə üç qrupa bölünürlər: İdarəetmə və müxtəlif köməkçi funksiyaları yerinə yetirən sistem proqram təminatı. Məsələn, istifadə olunan informasiyanın surətinin çıxarılması, kompüterdə qurğunun işçi vəziyyətdə olmasının yoxlanması və s.
Kompüterdə yeni proqramların yaradılmasını təmin edən proqramlaşdırma sistemlərivə ya instrumental sistemlər.
İstifadəçinin müəyyən işlərini həyata keçirən tətbiqi proqramlar. Məsələn, mətn redaktorları, şəkil və qrafiklərin çəkilməsi və s.