Kursa giriş Proqram və proqram təminatı



Yüklə 175,07 Kb.
səhifə7/19
tarix02.01.2022
ölçüsü175,07 Kb.
#38427
1   2   3   4   5   6   7   8   9   10   ...   19
mövzu1 tətbiqi proqramlar

Sistem proqram təminatı:

Sistem proqram təminatı kompüterdə informasiyanın emalı prosesini təşkil edir.



Sistem proqramları aşağıdakılardır:

  • Əməliyyat sistemləri;

  • Şəbəkə sistemləri;

  • Xidməti proqramlar və s.

Sistem proqramlarının vasitəsilə diskləri formatlaşdırmaq, kompüterə qoşulan xarici qurğuların parametrlərini təyin etmək, əməli yaddaş və digər qurğuları testdən keçirmək, çapı təşkil etmək, lokal və qlobal şəbəkələrlə əlaqə yaratmaq mümkündür.

Əməliyyat sistemləri sistem proqram təminatının əsasını təşkil edir. Əməliyyat sistemləri fərdi kompüterlərin vacib elementlərindən biridir. Əməliyyat sistemi kompüter qoşulduqda işə düşən, kompüterin bütün hissələrinin işləməsini təmin edən və informasiyanı idarə edən proqram sistemidir. Əməliyyat sistemi məlumatların saxlanması və onun emalının idarə edilməsi ilə yanaşı istifadəçi üçün də interfeysə malikdir.

Şəbəkə əməliyyat sistemləri lokal və qlobal kompüter şəbəkələrinin meydana gəlməsilə əlaqədar istifadəçinin hesablama şəbəkəsinin bütün resurslarına müraciəti təmin edir.

Şəbəkə proqram təminatı paylanmış hesablama şəbəkəsinin ümumi ehtiyatlarını idarə edir. Ümumi ehtiyatlara yaddaş qurğuları, periferiya qurğuları, ortaq proqram təminatı və s., şəbəkə proqram təminatına isə Windows 2000 for Server, Windows NT Server, Netware, Windows for Workgroup və s. aiddir.

Əməliyyat sisteminin tərkibinə bir sıra işləri yerinə yetirən xidməti proqramlar daxildir. Bu proqramlar kompüterdən istifadəni və onun texniki xarakteristikalarını xeyli yaxşılaşdırır. Bu proqramlar kompüterin aparat hissəsinin işinə nəzarət edir, nasazlıqları aşkarlamağa, onların harada baş verdiyini müəyyənləşdirir, əməliyyat sisteminin nüvəsinə müraciət etməyə, proqramların xarici yaddaş qurğularından (disklərdən və viçesterdən) əməli yaddaşa yüklənməsinə, iş zamanı səhvləri düzəltməyə, proqram modulları arasında əlaqə yaratmağa, disklərin formatlaşdirilmasına və sair işlərin həyata keçirilməsinə imkan verir.

Xidməti proqramlara aşağıdakılar aiddir:


  • interfeys proqramları;

  • fayl, kataloq və qovluqlarla işləmə proqramları;

  • antiviruslar;

  • arxivləşdirmə proqramları;

  • proqram örtükləri;

  • qurğuların iş qabiliyyətini yoxlayan proqramlar;

  • qurğuların işini idarə edən proqramlar-drayverlər;

  • köməkçi proqramlar.

Xidməti proqramlar kompüterin istismarı zamanı aşağıdakı köməkçi funksiyaları yerinə yetir:

    • kompüteri diaqnostika edərək nasazlıqları aşkar edir və imkan daxilində onları aradan qaldırır;

    • arxivləşdirmə proqramları faylları sıxaraq həcmlərini kiçildir (ARJ, ZİP, WINZIP? WINRAR);

    • antivirus proqramlar kompüterin viruslrla yoxlanmasının qarşısını alır və əmələ gələn virusları arada götürür (NOD32, Ативирус Касперского və s.).



Yüklə 175,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin