Kütləvi hərəkat və proseslərin psixologiyası



Yüklə 16 Kb.
səhifə2/2
tarix23.11.2022
ölçüsü16 Kb.
#70033
1   2
4.Kütləvi hərəkat və proseslərin psixologiyası (gender, yaş, etnik və dini qruplar).

Gender və yaş qrupları demoqrafik xüsusiyyətlərə görə fərqləndirilir (cins və yaş prinsiplərinə görə).
Gender anlayışı cinsin bioloji xüsusiyyətlərini deyil, onun sosial xarakteristikalarını təsvir edir. Gender hərdən “sosial cins” kimi ifadə edilərək, insanın bioloji cinsi ilə həmişə üst-üstə düşmür. Deməli, cinsin sosial xüsusiyyətləri tarixi və mədəni şərtlərlə diktə edilərək, “təbiətən müəyyənləşdirilmiş” rolla əlaqəli deyil. Genderin tərifi cəmiyyətin bu və ya digər cinsə mənsub üzvləri tərəfindən verilən sosial rollar dəstindən ibarətdir. Gender üç mərhələdə öyrənilir: individual (gender identikliyi, yəni insanın özünün kişi və ya qadın qrupuna subyektiv aidiyyatı); struktur (ictimai təsisatlar strukturunda kişi və qadınların vəziyyətini öyrənir); simvolik (“əsl kişi” və “əsl qadın” obrazları tədqiq edilir).
Gender psixologiyası geniş dairəyə malik problemləri əhatə edir: cins (gender), koqnitiv sferada gender fərqləri, gender və emosiyalar və s. Böyük sosial qrupların tədqiqi genderin sosial-psixoloji aspektləri ilə bağlıdır və burda əsasən üç problem tədqiq edilir: gender identifikasiyası (feminliyin və maskulinliyin xüsusu xarakteristikalarının müəyyənləşdirilməsi. Məhz bu istiqamətin çərçivəsində müəyyən ictimai hərəkat kimi qadınların bərabər hüquqluğunu müdafiə edən müasir humanitar elmlərdə feminizmin təsirləri aşkarlanır), gender stereotipləri (formalaşması və möhkəmlənməsinin səbəbləri kimi müxtəlif gender rollarını qeyd edirlər), gender rolları (ailə rolları, oğlan və qızların sosiallaşmasının xüsusiyyətləri, bu xüsusiyyətlərin müxtəlif mədəniyyətlərdə özünəməxsusluqları).
Yaş qruplarının psixoloji xüsusiyyətlərinin təhlili əsasən sosializasiya problemlərinin öyrənilməsi zamanı aparılır. Belə tədqiqatların istiqamətləri ənənəvi yaş problemləri, nəsillər problemi, sosial dəyişikliklərə adaptasiya üsulları, müxtəlif həyat strategiyalarının işlənməsi, submədəniyyətlərin yaranması təşkil edir.
Qustav Lebona görə istənilən insan toplusu “kütlə” təşkil edir. Onun əsas əlaməti müşahidə qabiliyyətinin itirilməsidir. İnsanın kütlədə davranışının tipik göstəriciləri: depersonalizasiya (impulsiv, instinktiv reaksiyaların hökmranlığına səbəb olur), hisslərin intellekt üzərində kəskin üstünlük qazanması (müxtəlif təsirlərə qapanmaya səbəb olur), ümumiyyətlə intellektin sönməsi (məntiqdən imtinaya səbəb olur), şəxsi məsuliyyətin itirilməsi (ehtiraslar üzərində nəzarətsizliyə səbəb olur) (Q.Lebon,1896). İnsanın kütlədə davranışının təsvir olunmuş bu rəsmindən belə nəticəyə gəlmək olar ki, kütlə öz təbiətinə görə həmişə nizamsızdır, xaotikdir, ona görə də “rəhbərə” ehtiyacı var. Bu rolu isə “elita” icra edə bilər. Bu nəticələr kütləvi hadisələrin müşahidə edilmiş tək-tək hallarından əldə edilməmişdir və insanların təşviş halının təzahürlərinə əsaslanmışdır. Heç bir empirik tədqiqat aparılmadığından, təşviş kütlənin hərəkətinin yeganə forması kimi götürülür. Əsas mexanizmləri isə bunlardır: təqlid, dərkolunmayan və nəzarətedilməyən.
Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin