|
Nitq-mədəniyyəti-üzrə-II-kurs-tələbələri-üçün-Ziba-Səfərova-tərəfindən-hazırlanan-elektron-mühazirələr
lV – Üslubiyyat Azərbaycan dilinin funksional üslubları
Üslubiyyat –
Dilin üslubiyyatı dilin üslubi quruluşunu yıni üslublar sistemini yaxud
konstruktiv növl
ərini öyrənir . Görkəmli Azərbaycan alimi Ə.M.Dəmirçizadə üslubları
öyr
ənən elm kimi üslubiyyatı belə səciyyələndirir : “ Üslubiyyat dildə ifadəlilik
vasit
ələrinin məqsədəuyğun surətdə istifadə edilmə qayda və əlamətlərindən ifadə
vasit
ələrinin system təşkil etməsi xüsusiyyətlərinə görə formalaşan müxtəlif
üslubların əlamətdar cəhətlərindən bəhs edən elmdir “ . Bu tərifdən əlavə
üslubiyyata M.K.Maren v
ə N.N.Teterevnikova belə tərif verirlər :
“ Üslubiyyat – ünsiyy
ətin müxtəlif şəraitində ifadə etmək üçün dil vasitələrinin
seçilm
əsi və işlədilməsi prinsiplərini öyrənən müstəqil filoloji elmdir “ .
Az
ərbaycan dilinin müxtəlif inkişaf dövrlərində ünsiyyətin hansı şəraitdə baş
verm
əsi onu(nitqi) şəraitə uyğun formalarda qurmaq dil vasitələrindən
m
əqsədəuyğun şəkildə istifadə edə bilmək tələbatından nitqin üslubları yaranmışdır
. Dil v
ə nitq üslublarından bəhs edərkən bir cəhəti xüsusi vurğulamaq lazımdır ki ,
dilin funksional üslubları ilk növbədə ümumi obyektif xarakter daşıyır , bu dildə
danışan ayrı – ayrı fərdlərin iradəsindən asılı olmayaraq bir potensial şəklində
mövcud olur .
Mük
əmməl nitq təkcə ədəbi dilin normalarına yüksək səviyyədə riayət etməklə
formalaşmır . Bunun üçün nitq formaca olduğu kimi mahiyyət etibarilə də gözəl
olmalıdır . Nitqin məzmunca aydın , yığcam , sadə olması onun estetik gözəlliyinə
doğru atılmış bir addımdır . Lakin bu addımı daha ölçüb – biçmək və
konkretl
əşdirmək məqsədilə nitqimizə dinləyiciyə xoş təsir göstərən , zərif və
zövqverici söz v
ə ifadələr seçməyi bacarmalıyıq . Yaxşı nitq o nitqə deyilir ki , orada
işlənən sözlər çatdırılacaq fikir üçün münasib və müvafiq olsun . Yaxşı nitq
anlayışını tətbiqi üçün vacib mənbə , əsas baza üslubiyyatdır .
Dostları ilə paylaş: |
|
|