838) Plazmodium falciparumun (tropik malyariya) qamontları hansı formadadır?
A) Parçalanmış
B) Kiçik dairəvi
C) Aypara şəkilli
D) İri dairəvi
E) Kiçik oval
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 44
839) Adı çəkilən qurd yumurtalarından hansının örtüyü rəngsizdir?
A) Fasiola
B) Enli-lent qurdu
C) Klonorx
D) Ankilostom
E) Paraqonim
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 301
840) Laboratoriyaya müayinə üçün bir neçə material çatdırılıb. Laborant hansı materialın müayinəsindən başlamalıdır?
A) İrinli
B) Formalaşmış
C) Yarım formalaşmış
D) Duru patoloji qarışığı olmayan
E) Duru,qanlı-selikli
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 161
841) Bütün helmintlərin yumurtalarını aşkar etmək üçün yararlı olan, hidrofilli sallofon parçalarından istifadə etməklə yerinə yetirilən üsul hansıdır?
A) Kato üzrə qalın yaxma
B) Fülleborn
C) Kalantaryan
D) Berman
E) Qoryaçev
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 172.
842) Uşaq müalicə olunmasına baxmayaraq daimi olaraq enterobioza yoluxur.Nə üçün?
A) Yaxşı yuyulmamış meyvə-tərəvəzlə qidalanır
B) Autoinoaziya baş verir
C) Çirkli oyuncaqlarla oynayır
D) Torpaqla oynayır
E) Çiy su içir
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 98
843) Kato üsulu ilə müayinə zamanı bozumtul-sarı,uzunsov,bir ucunda qabarıq digər ucunda qapaqcıq, içərisində ankosfer olmayan, 75 mkm ölçüdə yumurta aşkar olunub.Bu hansı parazitə məxsusdur?
A) Exinokokk
B) Donuz soliteri
C) Öküz soliteri
D) Kiçik lent qurdu
E) Enli-lent qurdu
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 76
844) Laborant müayinə zmanı 7 nəfərlik ailədə 3 uşaqda bizquyruq aşkar edib. Necə etməli?
A) Digər 4 nəfəri müayinə etmək
B) Ailənin bütün üzvlərini müalicəyə cəlb etmək
C) Uşaqları müalicə etmək
D) Uşaqların paltarını dezinfeksiya etmək
E) Uşaqları ailədən ayırmaq
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 99
Dostları ilə paylaş: |