Laborant ixtsası üzrə test sualları nümunələri Bölmə Kliniki laborator müayinə üsulları. 1 Laborant nəyi bacarmalıdır?


) Zülalın hidrat təbəqəsi hansı funksiyanı daşıyır?



Yüklə 1,61 Mb.
səhifə12/26
tarix14.01.2017
ölçüsü1,61 Mb.
#5127
1   ...   8   9   10   11   12   13   14   15   ...   26

410) Zülalın hidrat təbəqəsi hansı funksiyanı daşıyır?
A) Zülal molekullarını yapışmaqdan və çöküntüyə düşməkdən qoruyur

B) Qanın PH-ın tənzimində iştirak edir

C) Zülal üzərində bəzi maddələrin adsorbsiyasında iştirak edir

D) Zülalların fraksiyalara ayrılmasında iştirak edir

E) Bufer məhlulların əsasını təşkil edir

Zülal molekulları yüklənmiş hissəciklər olduqlarına görə özlərinə su dipollarını cəlb edirlər. Onlar zülal molekulunu əhatə edərək su və ya hidrat təbəqəsini yaradırlar. Su təbəqə zülal molekulunu yapışmaqdan və çöküntüyə düşməkdən qoruyur.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.41
411) Zülalların sulu məhlullarının davamlılığı hansı amillərlə təmin edilir?
A) Elektrik yükünün və hidrat təbəqənin olması ilə

B) Hidrat təbəqənin qalınlığı ilə

C) Elektrik yükünün və hidrat təbəqənin olmaması ilə

D) Yalnız mənfi yükün olması ilə

E) Yalnız müsbət yükün olması ilə

Zülalların tərkibinə daxil olan funksional qruplar müxtəlif elektrik yükünə malik olaraq zülal molekulunun ümumi yükünü formalaşdırırlar. Zülal molekulları yüklənmiş hissəciklər olduqlarına görə özlərinə su dipollarını cəlb edirlər. Onlar zülal molekulunu əhatə edərək su və ya hidrat təbəqəsini yaradırlar. Su təbəqə zülal molekulunu yapışmaqdan və çöküntüyə düşməkdən qoruyur. Beləliklə, zülalın sulu məhlulunun davamlılığı elektrik yükünün və hidrat təbəqəsinin olması ilə təyin olunur. Zülal bu amilləri itirdikdə çöküntüyə düşür.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.41
412) Ağır metallarla zəhərlənmələr zamanı müalicə zülalın hansı xassəsinə əsaslanır?
A) Denaturasiya

B) Hidrofillik

C) Amfoterlik

D) Kolloidlik

E) Şişginlik

Zülal molekulunda dərin molekuldaxili dəyişikliklər baş verdikdə o öz nativ (təbii) xassələrini itirərək çöküntüyə düşür. Bu prosesə denaturasiya deyilir. Zülalların denaturasiyası mədədə proteolitik fermentlərin təsirindən baş verir. Ağır metallarla zəhərləndikdə zülalların denaturasiya prosesindən müalicə zamanı istifadə olunur. Bu zaman xəstəyə per os süd və ya çiy yumurta verilir ki, metallar onların tərkibindəki zülallar üzərində adsorbsiya olsunlar və mədənin və bağırsağın selikli qişasının zülallarına təsir göstərməsinlər.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.42
413) “Süni böyrək” apparatının (cihazının) fəaliyyətinin əsasında hansı proses durur?
A) Dönməz çökmə

B) Dönər çökmə

C) Denaturasiya

D) Dializ

E) Adsorbsiya

Zülallar kolloid hissəciklər olduqlarına görə bioloji membranların heç birindən keçə bilmirlər, çünki membranların məsamələri zülal hissəciklərdən kiçikdir. Zülal məhsullarının bu xassəsindən tibbdə və kimyada zülal preparatlarının digər qarışıqlardan təmizlənməsi üçün geniş istifadə olunur. Belə prosesə dializ deyilir və bu proses “süni böyrək” apparatının fəaliyyətinin əsasında durur.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.43
414) Sadə zülalları necə adlandırırlar?
A) Prostaqlandin

B) Progestron

C) Proteid

D) Protein

E) Pirimidin

Zülallar təsnifatına görə 2 qrupa bölünürlər: sadə və mürəkkəb. Sadə zülallar yalnız aminturşulardan ibarətdirlər və onlar proteinlər adlanırlar.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.44
415) Mürəkkəb zülalları necə adlandırırlar?
A) Progestron

B) Proteid

C) Prostaqlandin

D) Pirimidin

E) Protein

Zülallar təsnifatına görə 2 qrupa bölünürlər: sadə və mürəkkəb. Mürəkkəb zülallar sadə zülallardan fərqli olaraq zülali və qeyri-zülali hissələrdən ibarətdirlər. Zülali hissə aminturşulardan, qeyri-zülali hissə isə müxtəlif birləşmələrdən ibarətdir. Buna görə mürəkkəb züılallar proteidlər adlanırlar.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.44
416) Sadə zülallara aid olmayanlar hansılardır?
A) Qlikoproteidlər

B) Histonlar

C) Protaminlər

D) Albuminlər

E) Qlobulinlər

Zülallar quruluşundan asılı olaraq sadə-proteinlər və mürəkkəb–proteidlər qruplarına bölünürlər. Sadə zülallar yalnız aminturşulardan ibarətdirlər. Onlar heyvan və bitki aləmində geniş yayılmışlar. Onlara albuminlər, qlobulinlər, protaminlər və histonlar aiddir.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.44
417) Mürəkkəb zülallara aid olmayanlar hansılardır?
A) Histonlar

B) Fosfoproteidlər

C) Xromoproteidlər

D) Nukleoproteidlər

E) Lipoproteidlər

Zülallar quruluşundan asılı olaraq sadə-proteinlər və mürəkkəb-proteidlər qruplarına bölünürlər. Mürəkkəb zülallar zülali və qeyri-zülali hissələrdən ibarətdirlər. Zülali hissə sadə zülallarda olduğu kimi yalnız aminturşulardan, qeyri-zülali hissə (prostetik qrup) isə müxtəlif birləşmələrdən ibarətdir. Zülalın adı onun qeyri-zülali hissəsinin adı ilə təyin olunur. Məs: nukleoproteidlərdə qeyri-zülali hissədə nuklein turşuları, xromoproteidlərdə - rəngli birləşmələr, fosfoproteidlərdə - fosfat turşusu, lipoproteidlərdə - lipidlər yerləşir.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.44-48
418) Xromoproteidlərə aid olmayan zülallar hansılardır?
A) Katalaza

B) Xlorofill

C) Mioqlobin

D) Hemoqlobin

E) Kazeinogen

Xromoproteidlər mürəkkəb zülallara aid olduqlarına görə 2 hissədən ibarətdirlər: zülali və qeyri-zülali. Onların qeyri-zülali hissəsində rəngli birləşmələr yerləşir. Xromoproteidlərə hemoqlobin, mioqlobin, bir sıra fermentlər (katalaza, peroksidaza) və xlorofil aiddir.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.45
419) Nuklein turşularına hansılar aiddir?
A) PP, C

B) AlAT, AsAT

C) RNT, DNT

D) AMF, ADF

E) LDQ, KK

Nuklein turşuları molekul çəkiləri bir neçə mindən milyarda qədər olan polipeptidlərdir və onlar minlərlə mononukleotid monomerlərindən ibarətdirlər. Hər mononukleotidin tərkibində azot əsası, karbohidrat və fosfat turşusu olur. Karbohidratlardan riboza və dezoksiriboza olur. Mononukleotidin tərkibindəki karbohidratdan asılı olaraq nuklein turşuları müvafiq olaraq ribonuklein (RNT) və ya dezoksiribonuklein (DNT) turşuları adlanırlar.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.50-51
420) DNT turşusunun tərkibində hansı maddə aşkar olunmayıb?
A) Quanin

B) Riboza

C) Timin

D) Sitozin

E) Adenin

Nuklein turşuları minlərlə monomerlərdən (mononukleotidlər) ibarətdirlər. Hər bir mononukleotidin tərkibinə azot əsası, karbohidrat və fosfat turşusu daxildir. Nuklein turşularının tərkibində azot əsaslarından adenin, quanin, urasil, timin və sitozin, karbohidratlardan riboza və dezoksiribozanı göstərmək olar.

Orqanizmin nuklein turşuları olan DNT və RNT bir-birindən tərkibinə, strukturuna, funksiyalarına və yerləşməsinə görə fərqlənirlər.

DNT-nin tərkibinə adenin, quanin, timin, sitozin, dezoksiriboza və fosfat turşusu daxildir.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.54
421) DNT turşusunun bioloji rolu nədən ibarətdir?
A) Genetik informasiyanı köçürdür

B) Aktivləşmiş aminturşuları zülalın sintez yerinə daşıyır

C) Ribosomların əsas komponentini təşkil edir

D) Spesifik zülalın sintezi üçün matrisa (qəlib) rolunu oynayır

E) Genetik informasiyanı qoruyur

DNT turşusunun bioloji rolu genetik informasiyanı qoruyub saxlamasından ibarətdir. DNT tuşusunun funksionalca vacib olan sahələri struktur genlərdir ki, onların hər biri müəyyən zülalın sintezi üçün cavabdehdir. Gendəki azot əsaslarının birləşmə ardıcıllığı zülaldakı aminturşuların ardıcıllığını, onun birincili strukturunu kodlaşdırır və hər bir zülal üçün unikaldır. Azot əsaslarının heç olmasa birinin digəri ilə dəyişməsi və yaxud azot əsasının strukturunun dəyişməsi yeni xassələrə və funksiyalara malik olan yeni zülalın əmələ gəlməsinə səbəb olur.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.58-59
422) RNT turşusu hansı funksiyanı daşımır?
A) Heterogen nüvə RNT-si rolunu

B) Ribosomların əsas komponenti rolunu

C) Genetik informasiyanın köçürdülməsi

D) Genetik informasiyanın qorunması

E) Aktivləşmiş aminturşuların daşınması

Nuklein turşuları (DNT, RNT) özünəbənzər törətmə prosesinin əsası sayılırlar. Onlar yer üzündəki bütün canlı varlıqların hüceyrələrinin tərkibinə daxildirlər.

İrsi xassələrin ötürülməsində hər bir nuklein turşusunun öz rolu, funksiya və əhəmiyyəti var. DNT turşusunun rolu genetik informasiyanın qoruyub saxlanılmasından ibarətdir. RNT turşusunun rolu genetik informasiyanı DNT molekulundan köçürməsindən (İRNT), aktivləşmiş aminturşuların zülalın sintez yerinə daşımasından (n-RNT), ribosomların əsas komponenti sayılmasından (65%), heterogen nüvə RNT-sı olmasından ibarətdir.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.58, 61
423) Nukleoproteidlər nədir?
A) Azot əsası ilə dezoksiribozanın birləşməsi

B) Zülal ilə nuklein turşularının birləşməsi

C) Nukleozid ilə fosfat turşusunun birləşməsi

D) Azot əsası ilə ribozanın birləşməsi

E) Mononukleotidlərin ardıcıl birləşməsi

Mürəkkəb zülallar zülali və qeyr-zülali hissələrdən ibarətdirlər. Zülali hissə yalnız aminturşulardan ibarətdir. Qeyri-zülali hissə prostetik qrup adlanır və bu hissənin tərkibinə nuklein turşuları, fosfat turşusu, karbohidratlar, lipidlər daxil ola bilər. Mürəkkəb zülalın adlandırılması onun qeyri-zülali hissəsində yerləşən birləşmənin adı ilə təyin olunur. Nuklein turşuları yerləşdikdə onlar nukleoproteidlər adlanırlar.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.45
424) Karbohidratlara aid olmayan funksiya hansıdır?
A) Plastik

B) İrsilik

C) Energetik

D) Tənzimedici

E) Qoruyucu

İrsilik funksiyasını orqanizmdə nuklein turşuları daşıyırlar. Karbohidratların tərkibində nuklein turşularının olmadığına görə onlar irsilik funksiyasını daşımırlar.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.63-64
425) İnsan orqanizmi üçün karbohidratlara sutkalıq tələbat nə qədərdir?
A) 25 q

B) 350 q


C) 450 q

D) 100 q


E) 200 q

Karbohidratlar orqanizmdə əsas enrji mənbələrindən biridir. Beyinin, qan hüceyrələrinin, böyrəklərin beyin maddəsinin fəaliyyəti üçün tələb olunan enerji praktiki olaraq qlükozanın oksidləşməsi nəticəsində əldə edilir. Buna görə insanın karbohidrata olan sutkalıq tələbatı 450 q təşkil edir.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.64
426) Monosaxaridlərin nümayəndələri olmayanlar hansıdır?
A) Fruktoza

B) Riboza

C) Qalaktoza

D) Qlükoza

E) Saxaroza
Monosaxaridlər bir şəkər molekulundan ibarət olan karbohitratlardır. Saxaroza iki şəkər molekulundan (qlükoza və fruktoza) ibarət olduğuna görə monosaxaridlərə aid deyildir.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.66
427) Mübadilə proseslərində aşağıdakılardan hansılar iştirak edirlər?
A) Monosaxaridlərin fosforla efirləri

B) Disaxaridlər

C) Homopolisaxaridlər

D) Heteropolisaxaridlər

E) Sərbəst monosaxaridlər

Mübadilə proseslərində karbohidratlar sərbəst şəklində deyil, aktivləşmiş formada, yəni fosfor efirləri şəklində iştirak edirlər. Karbohidratın aktivləşməsi ATF molekulu sayəsində baş verir. ATF molekulu ucda yerləşən fosfat qrupunu heksoza molekuluna ötürür. Fosfat qrupu heksozanın birinci (heksoza-1-fosfat), altıncı (heksoza–6-fosfat) və ya eyni zamanda həm birinci, həm də altıncı atomuna (heksoza-1, 6-difosfat) birləşə bilər. Nəticədə efirlər alınır.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.68
428) Disaxaridlərin nümayəndələri hansılardır?
A) Dezoksiriboza

B) Trioza

C) Eritroza

D) Maltoza

E) Riboza

Disaxaridlərin tərkibində iki monosaxarid molekulu olur. Maltoza iki qlükoza molekulundan ibarət olduğuna görə disaxaridlərə aiddir.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.68-69
429) Polisaxaridlərə aid olmayanlar hansılardır?
A) Heparin

B) Qlikogen

C) Nişasta

D) Dioksiaseton

E) Sellüloza

Polisaxaridlər – çoxlu miqdarda monosaxaridlərdən ibarət olan yüksək molekullu karbohidratlardır. Polisaxaridlərə aiddir: nişasta, qlikogen, sellüloza, heparin. Dioksiaseton monosaxaridlərin triozalar, yəni üç karbon atomundan ibarət olan qrupuna aiddir. Bildiyimizə görə, monosaxaridlər bir şəkər molekulundan ibarət olan karbohidratlardır. Monosaxaridlər tərkibindəki karbon atomlarının sayına görə triozalar (3), tetrozalar (4), pentozalar (5), heksozalar (6) və s. qruplara bölünürlər.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.65-69-72
430) Hansı proseslərdə sellüloza iştirak etmir?
A) Bağırsağın motorikasını aktivləşdirmək

B) Həzm şirələrinin hasilini stimullaşdırmaq

C) Toxluq hissi yaratmaq

D) Əzələlərdə toplanmaq

E) Mədənin motorikasını aktivləşdirmək

Sellüloza – yer üzündə ən geniş yayılmış bitki karbohidratıdır. Yer üzündə yaşayan hər sakinə 50 kq-a qədər sellüloza düşür. Sellüloza qlikogendən fərqli olaraq əzələlərdə toplanmır.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.70
431) Hüceyrəarası maddənin əsas tərkib hissəsi nədir?
A) Neyramin turşusu

B) Hialuron turşusu

C) Xondroitinsulfatlar

D) Sial turşuları

E) Heparin

Orqanizmdə hüceyrələrin arasındakı sahə hüceyrəarası maddə ilə doldurulub. Bu maddənin əsas tərkib hissəsini gialuron turşusu təşkil edir. Gialuron turşusu “bioloji sement” olaraq bütün hüceyrələri birləşdirir və onlar üçün bioloji filtr rolunu oynayır.

Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.72
432) Nişasta hansı karbohidratlardan ibarətdir?
A) Fruktoza

B) Saxaroza

C) Eritroza

D) Laktoza

E) Qlükoza

Karbohidratlar homo- və heteropolisaxaridlərə bölünürlər. Homopolisaxaridlər yalnız bir növ, heteropolisaxaridlər isə müxtəlif növ monosaxaridlərdən ibarətdirlər. Nişasta homopolisaxaridlərə aid olduğuna görə yalnız qlükoza monosaxaridlərindən ibarətdir.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.70
433) Karbohidratların əsas funksiyası hansıdır?
A) Enerji

B) İrsilik

C) Katalitik

D) İstilik tənzimedici

E) Daşıyıcı

Karbohidratlar orqanizmdə əsas enerji mənbələrindən biri sayılırlar. Orqanizm tərəfindən sərf olunan enerjinin 60%-i karbohidratlar tərəfindən ödənilir.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.63
434) Karbohidratların tərkibinə daxil olan element hansıdır?
A) Fosfor

B) Mis


C) Azot

D) Oksigen

E) Dəmir

Karbohidratlar - təbiətdə geniş yayılmış karbohidratlardır. Karbohidratlar aşağıdakı kimyəvi elementlərdən ibarətdir: karbon (C), hidrogen (H2) və oksigen (O2).


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.64
435) Aldehidspirtlərə aid olan hansıdır?
A) Riboza

B) Fruktoza

C) Eritroza

D) Qlükoza

E) Laktoza

Karbohidratlar – çoxatomlu spirtlərin aldehidləri və ya ketonları olan üzvi birləşmələrdir. Tərkibində aldehid qrupu olan monosaxaridlər aldozalar, keton qrupu olanlar isə - ketozalar adlanır.

Qlükozanın tərkibində aldehid qrupu olduğuna o aldehidspirtlərə aiddir.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.65
436) 1 q karbohidratın tam parçalanması zamanı əmələ gələn enerjinin miqdarı nə qədər olur?
A) 17,15 kC

B) 38,9 kC

C) 21,13 kC

D) 10,2 kC

E) 36,3 kC

Bir qram karbohidratın tam parçalanması zamanı 4,1 kkal/mol enerji ayrılır. Bu da 17,15 kC/mol-a bərabərdir.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.63
437) Monosaxaridlərin xüsusiyyəti hansıdır?
A) Hidrofil birləşmədir

B) Kristallik maddədir

C) Kolloid məhlul əmələ gətirir

D) Yüksəkmolekullu karbohidratdır

E) Suda həll olmur

Karbohidratlar təsnifatına görə üç qrupa bölünür: monosaxaridlər, disaxaridlər və polisaxaridlər. Monosaxaridlər – bir molekuldan ibarət olan, suda həll olan, şirin dada malik olan bərk kristallik maddələrdir.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.65
438) Orqanizmin əsas enerji mənbəyi hansı maddədir?
A) Maltoza

B) Saxaroza

C) Qalaktoza

D) Laktoza

E) Qlükoza

Orqanizmdə qlükoza bitkilərin və heyvanların əsas karbohidratı olduğuna görə, digər monosaxaridlərə nisbətən kəmiyyətcə çoxluq təşkil etdiyinə görə və hər bir qramının parçalanması nəticəsində əldə edilən enerjinin miqdarına görə o əsas enerji mənbəyi sayılır.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.66
439) Aşağıdakılardan hansı karbohidratlar metalları onların oksidlərindən reduksiya etmək qabiliyyətinə malikdir?
A) Maltoza

B) Riboza

C) Eritroza

D) Laktoza

E) Saxaroza

Sərbəst karbonil qrupu olan monosaxaridlər və bəzi disaxaridlər qələvi mühitdə metalları onların metaloksidlərindən reduksiya etmək qabiliyyətinə malikdirlər. Qlükozanın və qalaktozanın tərkibində sərbəst karbonil qrupu var, fruktozanın tərkibində yoxdur, onun əvəzinə keton qrupu vardır. Maltoza iki qlükoza molekulundan ibarət olduğuna görə tərkibində sərbəst karbonil qrupu var və o bu qabiliyyətə malikdir.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.66
440) Polisaxaridlər hansı xassəyə malikdirlər?
A) Kristallik maddələrdir

B) Asanlıqla oksidləşən maddələrdir

C) Şirin dada malik məhlullardır

D) Kolloid məhlullardır

E) Amfoter məhlullardır

Karbohidratlar təsnifatına görə üç qrupa bölünürlər: monosaxaridlər, disaxaridlər və polisaxaridlər. Polisaxaridlər – çoxlu monosaxaridlərdən ibarət olan yüksək molekullu karbohidratlardır. Onlar hidrofil xassəyə malikdirlər və buna görə suda həll olduqda kolloid məhlullar əmələ gətirirlər.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.69
441) Heparinin əmələ gəldiyi orqan hansıdır?
A) Mədə

B) Mədəaltı vəzi

C) Qaraciyər

D) Böyrəklər

E) Dalaq

Polisaxaridlər tərkibindəki monosaxaridlərin növünə görə homo- və heteropolisaxaridlərə bölünürlər. Homopolisaxaridlər yalnız bir növ, heteropolisaxaridlər isə - müxtəlif növlü monosaxaridlərdən ibarətdirlər. Heteropolisaxaridlərə gialuron turşusu, heparin, xondroitinsulfatlar aiddir. Heparin ağ ciyərdə, qaraciyərdə rast olunan dolu hüceyrələrdə əmələ gəlir və oradan qana və hüceyrəarası mayeyə keçir. Heparin qanın laxtalanmasının qarşısını alır, yəni antikoaqulyant rolunu oynayır.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.72
442) Sidikdə pentozaları aşkar etmək üçün hansı keyfiyyət reaksiyasından və yaxud sınaqdan istifadə olunur?
A) Fol reaksiyası

B) Akrolein sınağı

C) Bial sınağı

D) Adamkeviç reaksiyası

E) Salkovski reaksiyası

Sağlam insanın sidiyində pentozalar aşkar olunmur. Xəstələrin sidiyində pentozaları aşkar etmək üçün orsin və üçxlorlu dəmirdən istifadə olunur. Pentozaları bu maddələr ilə turş mühitdə qızdırdıqda yaşıl-sarı rəngli birləşmələr əmələ gəlir. Bu sınağa Bial sınağı deyilir.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.251
443) Ekspress üsulu ilə sidikdə şəkəri təyin etdikdə hansı rəng şəkərin olmamasını göstərir?
A) Sarı-yaşıl

B) Darçınlı-qırmızı

C) Yaşıl

D) İntensiv qırmızı

E) Göy

Klinikada tez bir zamanda sidikdə şəkəri təyin edən üsullar böyük əhəmiyyət kəsb edir. Bunlardan biri şəkəri təyin edən ekpress üsuludur. Bu üsul şəkərin miqdarından asılı olaraq mis-sulfatla və natrium-karbonatla müxtəlif rəngli birləşmələr əmələ gətirdiyinə əsaslanır. Göy rəng şəkərin olmadığını, yaşıl-sarı -0,5% (41,6 mmol), yaşıl – 1% (83,2 mmol), şabalıdı-qırmızı – 2% qədərini (166,4 mmol), intensiv qırmızı – 2%-dən yuxarı olduğunu göstərir.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1983 стр.252
444) Qlükozaya aid olmayan xüsusiyyət hansıdır?
A) Bitki və heyvanların əsas karbohidratıdır

B) Oliqosaxaridlərin və polisaxaridlərin əsasını təşkil edir

C) Əsas enerji mənbəyidir

D) Osmotik təzyiqin saxlanılmasında iştirak edir

E) Ketonspirtdir

Qlükoza monosaxaridlərə aiddir. O bitki və heyvanların əsas karbohidratı sayılır. Qlükoza əsas enerji mənbəyidir, oliqosaxaridlərin və polisaxaridlərin əsasını təşkil edir, osmotik təzyiqin saxlanılmasında iştirak edir. Qlükozanın tərkibində sərbəst karbonil qrupu olduğuna görə, o metalları onların oksidlərindən reduksiya etmək qabiliyyətinə malikdir. Buna görə o aldospirtlərə aiddir, ketospirtlərə yox.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.66
445) Lipidləri xarakterizə edən xüsusiyyətlər hansılardır?
A) Asanlıqla reduksiya olunurlar

B) Yapışqan məhlullar əmələ gətirirlər

C) Hidrofil birləşmələrdir

D) Kolloid məhlullar əmələ gətirirlər

E) Suda pis həll olurlar

Lipid – yunan sözündən (lipos) piy deməkdir. Lipid adı altında suda pis həll olan müxtəlif birləşmələrin böyük bir qrupu birləşir.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.66
446) Protoplazmatik lipidlər necə xarakterizə edilir?
A) Müxtəlif amillərdən asılı olaraq dəyişir

B) Orqanizmdə ehtiyat şəklində yığılır

C) Orqanizmdə olan bütün lipidlərin 50%-ni təşkil edir

D) Bədən kütləsinin 30%-ni təşkil edir

E) Həyat boyu eyni səviyyədə qalır

İnsan orqanizmindəki lipidlər bədən kütləsinin 10-20%-ni təşkil edirlər. Lipidləri şərti olaraq 2 növə bölürlər: protoplazmatik və rezerv (ehtiyat). Rezerv lipidlər orqanizmdə toplanır və onların miqdarı müxtəlif faktorların təsirindən dəyişilə bilər. Protoplazmatik lipidlər bütün orqanların və toxumaların tərkibinə daxildirlər. Onlar orqanizmin lipidlərinin təqribən 25%-ni təşkil edirlər və həyat boyu eyni səviyyədə qalırlar.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.73
447) Orqanizmdə olan lipidlərin bioloji əhəmiyyəti nədən ibarətdir?
A) Anticismlərin əmələ gəlməsində iştirak edirlər

B) İstiliyin tənzimində iştirak edirlər

C) Qan qruplarının spesifikliyini təmin edirlər

D) Mədə və bağırsağın motorukasını fəallaşdırır

E) Orqanizmdə gedən kimyəvi reaksiyaları katalizə edirlər

Lipidlərin orqanizmdə bioloji əhəmiyyəti çox böyükdür. Onlar orqanizmdə hüceyrə membranlarının tərkibinə daxildir, orqanizmi enerji ilə təmin edir, ehtiyata toplanır, istiliyin tənzimində, müxtəlif maddələrin daşınmasında iştirak edirlər.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.74
Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin