Laborant ixtsası üzrə test sualları nümunələri Bölmə Kliniki laborator müayinə üsulları. 1 Laborant nəyi bacarmalıdır?


) Qanda leykoformulanın sayılması üçün hansı boyaqdan istifadə olunur?



Yüklə 409,91 Kb.
səhifə33/594
tarix02.01.2022
ölçüsü409,91 Kb.
#1976
1   ...   29   30   31   32   33   34   35   36   ...   594
47) Qanda leykoformulanın sayılması üçün hansı boyaqdan istifadə olunur?
A) Turş eozin

B) Azur II boyağı

C) Romanovski boyağı

D) Maya – Qrunvalt boyağı

E) Azur I boyağı
Leykositlərin bütün növlərinin boyanması üçün boyağın tərkibi həm turş, həm də qələvi boyaq olmalıdır. Romanovski boyağının tərkibində turş eozin və qələvi xassəli Azur II olur. Romanovski boyağı ilə leykositlərin növləri müvafiq olaraq boyanır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 85
48) Normada eritrositlərin yaşama müddəti nə qədərdir?
A) 1ildən çox

B) 30-35 gün

C) 9-12 gün

D) 90-120 gün

E) 1 aya kimi
Eritrositlərin yaşama müddəti 90-120 gündür. Qocalıb, fiziki-kimyəvi dəyişkənliyə uğramış eritrositlər retikuloendotel hüceyrələrdə, əsasən dalaqda parçalanır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 79
49) Soliklon anti-A, anti-B ilə təyinatda hansı görünüş O (I) qan qrupu olduğunu bildirir?
A) Soliklon anti-A ilə mənfi, anti-B ilə müsbətdir.

B) Soliklon anti-A ilə müsbət, anti-B ilə mənfidir.

C) Soliklon anti-A və anti-B ilə aqqlütinasiya reaksiyası müsbətdir.

D) Yalnız anti-A ilə aqqlütinasiya gedir hər iki reagentlə mənfidir.

E) Soliklon anti-A və anti-B ilə aqqlütinasiya reaksiyası getmir, mənfidir.
O (I) qrupa mənsub olan eritrositdə heç bir aqqlütinogen olmadığına görə soliklon anti-A, anti-B reagentlə reaksiya mənfi olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 117
50) Soliklon anti-A, anti-B ilə müayinədə hansı görünüş AB (IV) qan qrupu olduğunu bildirir?
A) Soliklon anti-A və anti-B ilə aqqlütinasiya reaksiyası müsbətdir.

B) Yalnız anti-B ilə aqqlütinasiya reaksiyası müsbətdir

C) Soliklon anti-A və anti-B ilə aqqlütinasiya reaksiyası mənfidir.

D) Yalnız anti-A aqqlütinasiya reaksiyası müsbətdir

E) Soliklon anti-A ilə müsbət, anti-B ilə aqqlütinasiyası mənfidir.
AB (IV) qrupa mənsub olanların eritrositində hər iki aqqlütinogen (A və B) olduğundan soliklon anti-A və anti-B ilə aqqlütinasiya reaksiyası müsbət olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 117


Yüklə 409,91 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   594




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin