Laborant ixtsası üzrə test sualları nümunələri Bölmə Kliniki laborator müayinə üsulları. 1 Laborant nəyi bacarmalıdır?


) Uşaq müalicə olunmasına baxmayaraq daimi olaraq enterobioza yoluxur.Nə üçün?



Yüklə 409,91 Kb.
səhifə546/594
tarix02.01.2022
ölçüsü409,91 Kb.
#1976
1   ...   542   543   544   545   546   547   548   549   ...   594
891) Uşaq müalicə olunmasına baxmayaraq daimi olaraq enterobioza yoluxur.Nə üçün?
A) Çirkli oyuncaqlarla oynayır

B) Torpaqla oynayır

C) Çiy su içir

D) Yaxşı yuyulmamış meyvə-tərəvəzlə qidalanır

E) Autoinvaziya baş verir

Enterobioz bizquyruğun əmələ gətirdiyi xəstəlikdir. Yetkin dişi fərdlər çox vaxt gecə vaxtı düz bağırsaqdan sürünüb xaricə çıxır və yumurta qoyur. Uşaq analətrafı nahiyyəni qaşıdıqda belə invazion yumurtalar onun dırnaqları arasına düşür. Gigiyena qaydalarına riayət etmədikdə insan özü-özünü daima olaraq yoluxdurur. Çünki bu kontak helmintidir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 98
892) Kato üsulu ilə müayinə zamanı bozumtul-sarı,uzunsov,bir ucunda qabarıq digər ucunda qapaqcıq, içərisində ankosfer olmayan, 75 mkm ölçüdə yumurta aşkar olunub.Bu hansı parazitə məxsusdur?
A) Enli-lent qurdu

B) Exinokokk

C) Kiçik lent qurdu

D) Donuz soliteri

E) Öküz soliteri
Yumurtanın içərisində onkosferin olması lentşəkillilərə məxsusdur. Lakin uzunluğu 10 metrdən çox olan, Difillobatrioz xəstəliyini əmələ gətirən qurdun yumurtasında onkosfer olmur.
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 76
893) Laborant müayinə zmanı 7 nəfərlik ailədə 3 uşaqda bizquyruq aşkar edib. Necə etməli?
A) Ailənin bütün üzvlərini müalicəyə cəlb etmək

B) Digər 4 nəfəri müayinə etmək

C) Uşaqların paltarını dezinfeksiya etmək

D) Uşaqları müalicə etmək

E) Uşaqları ailədən ayırmaq

Bizquyruqla daha çox uşaqlar yoluxur. Çünki onlar gigiyena qaydalarına düzgün əməl edə bilmirlər. Lakin buna baxmayaraq ailədə valideynlər və ailənin digər üzvləri də bu qurda asanlıqla yoluxa bilirlər. Qurdun kontakt helminti olduğunu nəzərə alan laborant müayinəni dayandırır və ailə üzvlərini həkim infeksionestə göndərir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 99

Yüklə 409,91 Kb.

Dostları ilə paylaş:
1   ...   542   543   544   545   546   547   548   549   ...   594




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin