Laborant ixtsası üzrə test sualları nümunələri Bölmə Kliniki laborator müayinə üsulları. 1 Laborant nəyi bacarmalıdır?


) Nəcisin müayinəsində yumurtasına rast gəlinmir. Ancaq qurdun düz bağırsağından çıxması, qaşınma əmələ gətirməsi müşahidə edilmişdir. Söhbət hansı helmintdən gedir?



Yüklə 409,91 Kb.
səhifə557/594
tarix02.01.2022
ölçüsü409,91 Kb.
#1976
1   ...   553   554   555   556   557   558   559   560   ...   594
914) Nəcisin müayinəsində yumurtasına rast gəlinmir. Ancaq qurdun düz bağırsağından çıxması, qaşınma əmələ gətirməsi müşahidə edilmişdir. Söhbət hansı helmintdən gedir?
A) Bizquyruq

B) Tükbaş qurd

C) Ankilostom

D) Strongiloid

E) Askarid

Bizquyruq qurdu bağırsaqda yumurta qoymur. Yumurtalar analətrafı dəri büküşləri üzərinə qoyulur. Bu qurd kontakt helmintidir. Ətrafdakılar asanlıqla yoluxa bilir.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 98.
915) Dəri üzərində olan “qoturluq” elementlərinin qaşınıb götürülməsi üçün hansı vasitələrdən istifadə edilir?
A) Pambıq

B) Kibrit çöpü

C) Skalpel, Folkman qaşığı, ülgüc

D) Tənzif

E) Pipet
Qoturluq gənəsi dəri daxilində müəyyən nahiyələri zədələyir. Bu zaman epidermislə qidalanır. Nəticədə dəri üzərində 5-8 mm-ə qədər ölçüdə cığır açır. Bu cığırın sonunda gənə özü yerləşir. Gənəni buradan çıxarmaq üçün müxtəlif vasitələrdən istifadə olunur. Onlardan skalpel, folkman qaşığı, ülgüc, iynə və s.göstərmək olar.
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 207
916) Amöb dizenteriyası olan xəstənin əşyaları və yataq dəsti necə zərərsizləşdirilir?
A) Spirt

B) 3%-li lizol məhlulu ilə

C) KMnO 4 məhlulu ilə

D) HCl məhlulu ilə

E) NaCl məhlulu ilə

Amöb dezinderiyasının aşkar edildiyi xəstələrin nəcisi ilə çirklənmiş yerlər, əşyaları və yatağı 3%-li lizol məhlulu ilə zərərsizləşdirilir. Adi xlorlu su təsir etmir. Bəzən qaynatma üsulundan istifadə edirlər.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 27
917) İbtidailərə görə nativ yaxmanın hazırlanmasında hansı məhluldan istifadə olunur?
A) Metanol

B) Sirkə turşusu

C) NaCl

D) Etanol

E) Qliserin

NaCl insan orqanizmi üçün çox əhəmiyyətli olan bir məhluldur. Bunun tibbdə istifadəsi genişdir. NaCl-in izotonik və doymuş məhlullarından istifadə etməklə ibtidai parazitlər və helmint yumurtalar aşkar olunur.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 161
918) Variantlarda göstərilən sistalardan hansı bağırsaq amöbünə (Entamoeba Coli) aiddir?
A) 6 nüvəli

B) 4 nüvəli

C) 8 nüvəli

D) 3 nüvəli

E) 5-6 nüvəli
Bağırsaq amöbünə də sista və vegetativ halında rast gəlinir. Yetkin sista iridir və 8 nüvəlidir. Preparatı lüqol məhlulu ilə boyadıqda sista sarı-qəhvəyi rəng alır. Nüvələr sistanın kənarlarına doğru sıxlaşmış kimi görünür. Diaqnostika zamanı bu tipik sistaları aşkar etmək əhəmiyyətlidir.
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 21.
919) Dəri leyşmaniozuna görə hazırlanmış nativ yaxmanın boyanması hansı üsulla aparılır?
A) Lüqol ilə

B) Romanovski üsulu ilə

C) Heydenhayn üsulu ilə

D) Metilen göyü ilə

E) Sil Nilson üsulu ilə

Bu üsulla həmçinin qan damlası və bir çox digər yaxmalar boyanır. Ibtidai parazitlərin müayinəsi zamanı bu boyaqdan geniş istifadə olunur.


Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 161

Yüklə 409,91 Kb.

Dostları ilə paylaş:
1   ...   553   554   555   556   557   558   559   560   ...   594




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin